Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4917/2025 05.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin də üçüncü şəxs qismində cəlb olunduqları “əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə əmək müqaviləsi bağlamaqla kuryer vəzifəsinə təyin olunmuşdur. X1 xxxxxxx000300 nömrəli əmək müqaviləsi bildirişi bağlamış, lakin sonradan o, işdən çıxmağa qərar vermişdir və ərizə ilə cavabdehə müraciət etmişdir. Ona bildirilmişdir ki, qısa zamanda “ASAN İmza” vasitəsi ilə X1 əmək müqaviləsinə xitam veriləcəkdir. Lakin uzun müddətdir ki, o, yeni iş yerinə dəvət almış, işə götürənlə iş şərtləri ilə əlaqədar razılaşmış, əmək müqaviləsi bağlanan zaman ona məlum olmuşdur ki, onun köhnə iş yeri ilə bağladığı əmək müqaviləsinə xitam verilmədiyindən və sistemdə mövcud əmək müqaviləsi olduğundan işə götürülə bilmir. O, cavabdehi tapa bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulan qaydada xitam verilməsi və bu barədə bildirişin (əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi) elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin vəzifələrinə aid edilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onun Cavabdeh (Ünvan:Bakı- Binəqədi, MYİ0465844-müvəqqəti yaşama icazə vəsiqəsi, VÖEN:**********, Fin:xxxxxxx) tərəfindən kuryer vəzifəsinə təyin olunması barədə xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00554 saylı arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 13:30-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmişdir və həmin müqavilə hazırda qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-S-66542/2025 nömrəli məktubdan görünür ki, tərəflərindən müraciətə baxılmış və xx.xx.2025-ci il tarixli 3-17-5/2-S-56525/2025 nömrəli məktubla müvafiq qaydada cavab verilmişdir. Bir daha bildirilmişdir ki, işəgötürən barədə məlumat (iş yerinin ünvanı) təqdim edilməmişdir. Müraciəti ilə əlaqədar ətraflı məlumat verməyi, pozuntuların dəqiqləşdirilməsi və izahatının alınması məqsədi ilə DOST Mərkəzinə dəvət olunmağı barədə ünvanına tərəflərindən xx.xx.2025-ci il tarixli 3-17-5/2- S-45888/2025 nömrəli məktub göndərilmiş, lakin araşdırmaya izahatını təqdim etməmişdir. Bu səbəbdən də, müraciəti bu Qanunun 8.1.5-ci maddəsinin (müraciət bu Qanunun 7.9-cu maddəsində göstərilən hallarda müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda və ya müraciətdə olan məlumatlar onun həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədikdə) tələblərinə müvafiq olaraq tərəflərindən baxılmamış saxlanılmışdır. Həmçinin bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X2 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. (Konstitusiyanın 35-ci maddəsi). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. (3.5-ci maddə) Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş X1 (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. (maddə 3.5-1) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Beləliklə, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə xxxxxxx000300 saylı müddətsiz əmək müqaviləsi bağlanmış və iddiaçı kuryer vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh müraciət etmiş, tərəflər arasında əmək müqaviləsinə faktiki xitam verilsə də, “Əmək və məşğulluq” altsistemində əmək müqaviləsinə xitam verilməmiş və həmin əmək müqaviləsi hələ də aktiv müqavilə kimi əks olunmaqdadır. İşəgötürən Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozaraq, əmək müqaviləsinə xitam verilməsinə dair məlumatı mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin məktubundan görünür ki, iddiaçıya əmək müqaviləsinə xitam verilməsinin X2 Xidmətinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının pozulmuş əmək hüquqları bərpa edilməli, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh (Ünvan:Bakı-Binəqədi, MYİ0465844-müvəqqəti yaşama icazə vəsiqəsi, VÖEN:**********, Fin:xxxxxxx) arasında bağlanmış xx.xx.2019-cu il tarixli xxxxxxx000300 saylı əmək müqaviləsi qüvvədən düşmüş hesab edilməli, bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh (Ünvan:Bakı-Binəqədi, MYİ0465844-müvəqqəti yaşama icazə vəsiqəsi, VÖEN:**********, Fin:xxxxxxx) arasında bağlanmış xx.xx.2019-cu il tarixli xxxxxxx000300 saylı əmək müqaviləsi qüvvədən düşmüş hesab edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli xxxxxxx000300 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-4917/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4917/2025
05.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver