Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4923/2025 08.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada 6789,71 manat məbləğində pulunun və 88 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 4923/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi cavabdeh "xxxx" MMC-yə yönəldilən tələb hissəsində baxılmamış saxlanılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ünvanında yerləşən evini təmir etmək istəmişdir. Bu məqsədlə, "xxxx" MMC və onun rəhbəri Cavabdeh ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə- Binəqədi ünvanında yerləşən evini təmir etmək məqsədi ilə aralarında razılaşma olmuşdur. Belə ki, razılaşmaya əsasən ümumi işin, yəni təmir və tikinti, işçilik daxil 23606 manata razılaşmışlar. İş xx.xx.2025-ci il tarixdə başlamalı, xx.xx.2025-ci il tarixdə bitməli idi. Müqaviləyə əsasən ilkin ödəniş 40% ödənilməli idi. Bütövlükdə isə təmirin zəmanət müddəti 20 il müəyyən edilmişdi. Bu məqsədlə ilkin olaraq cavabdehlərə xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 5000 manat və xx.xx.2025-ci il tarixdə isə 4500 manat ödəniş etmiş və bu barədə qaimə fakturalar almışdır. Lakin iş prosesi zamanı məlum olmuşdur ki, bu şirkətin qanuni heç bir işçisi yoxdur. Gətirdiyi işçilər də evdə aparılan söküntü və gördükləri hər hansı bir işi düzgün aparmamışdırlar. Hətta ustalaların dəfələrlə boş-bekar oturduqlarının şahidi olmuş, iş gördükləri zaman isə gördükləri işdə nöqsanlarını dəfələrlə bildirmişdir. Ustaları çox vaxt günorta işə gəldikdə və axşama qədər boş bekar oturduqlarını görüb öz narazılığını bildirdikdə, cavab bu olmuşdur ki, müdirləri Anar müəllim onlara material və ya hər hansısa texniki alət göndərməmişdir. Ona görə də işləmirlər və yaxud hansısa inşaat mağazasına ödəniş etmədiyi üçün onlara lazım olan materialları və texniki aləti vermirlər. Belə hallar dəfələrlə və demək olar ki, hər gün təkrarlanmışdır. Onu da qeyd edir ki, sözügedən şirkətlə evinin təmir və tikintisinə ümumilikdə 23.606 manat ödəyəcəyini razılaşmışlar (material və işçiliklə bir yerdə). Beləliklə, o, Cavabdeh ilkin olaraq 2600 ABŞ dollar və 5580 manatı nəğd və özünün verdiyi kart hesab nömrəsinə ödəmişdir. Həmin 2600 ABŞ dolları Cavabdeh göstərişi ilə həmin şirkətin mühəndisi Vüqar adlı şəxsə şahidlərlə birgə vermişdir. Vüqar adlı mühəndis özünün şəxsi telefonunu onun oğluma vermişdir ki, dolları alıb saydığını videoya çəksin. Çəkiliş zamanı da müdirinə canlı şəkildə səs ataraq “Anar müəllim 2600 ABŞ dollar və 5580 manat aldım” deyə bildirmişdir. Beləliklə, onun Cavabdeha ümumilikdə 10000 manat dəyərində pul ödəməsinə baxmayaraq və evində söküntülərin başlamasından 50 gün keçməsinə baxmayaraq nəzərdə tutulan heç bir təmir işi getməyib. Buna görə o, Cavabdeh və Vüqar adlı mühəndisə dəfələrlə işlərini düzgün və ardıcıl aparılmadığını bildirib öz haqlı narazılığını bildirdikdə, onların cavabı bu olmuşdur ki, o, ustaların işinə müdaxilə edir. Hətta ondan yenidən 4000 manat verməsini tələb etmişlər. Əks halda işlərini dayandıracaqları ilə hədələmişlər. Bu söz-söhbətdən sonra o başa düşmüşdür ki, bunlar dələduzluqla pulu ələ keçirmək üçün belə işlər görürlər. Hətta bəzi ustaların öz aralarında danışdıqları sözlərdən məlum olmuşdur ki, Cavabdeh bir çox vətəndaşları təmir-tikinti adı altında 40000 və 60000 manat alaraq Goradil qəsəbəsi və digər evlərdə vətəndaşların evlərini yarıtmaz hala salıblar. O, bütün bunları bildikdə Cavabdeh və onun mühəndisi Vüqar adlı şəxsə bildirmişdir ki, düzgün işləmədikləri üçün onlara verdiyi 10000 puldan gördükləri və aldıqları materialların dəyərini çıxıb qalan pulunu geri qaytarsınlar. Bunların söküntü və aldığı materiallar ümumilikdə dəyəri isə 3500 manat ola bilər. Bunlar nəinki qalan pulu qaytarmaq istəmir, hətta onu məhkəməyə verəcəyi ilə hədələyirlər. Müqaviləni məhkəməyə göndərəcəyi halda onun aylarla başqa ustalarla da işlərini görə bilməyəcəyini bildirmişlər. O, Cavabdeh ona verdiyi müqavilə və ödəniş çeklərini hüquqşünaslara göstərdikdə, bu müqavilə və çeklərdə saxtakarlıqlar olduğunu bildirmişlər. O, evində görülmüş tikinti işlərinin dəyəri, eləcə də, ona dəymiş zərərin hesablanması üçün "xxxx" MMC-yə müraciət etmişdir. Belə ki, MMC ona xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi təqdim etmişdir. Təqdim edilən mütəxəssis rəyinə əsasən mənzildə aparılmış tikinti-təmir işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 4708,57 manat, təmir-tikinti işləri ilə bağlı qüsurların aradan qaldırılması üçün isə 1498,28 manat müəyyən edilmişdir. Hazırda cavabdehlər tərəfindən ödədiyi və ona dəyən ziyana görə müştərək qaydada ümumilikdə 6789,71 manat pulun geri qaytarılmasını tələb edir. Daha sonra Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə Cavabdeh İddiaçı Oli oğlundan onun xeyrinə 2025-ci il 13 fevral tarixli 01 saylı “Təmir və bərpa işlərinə dair əməkdaşlıq haqqında” müqavilə üzrə yaranmış 2861 manat məbləğində borcun və illik 5 faiz olaraq hesablanmış 143,05 manat faiz borcunun, əldən çıxmış fayda kimi 5000 manat məbləğin, cəmi 8004,05 manat borcun, onun tərəfindən ödənilmiş 100,05 manat məbləğində rüsumun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində “pul tələbinə dair" iddia ərizəsi ilə müraciət etmiş, hazırkı 2(001)-4923/2025 saylı mülki iş icraatdadır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələbini qəbul etmir və həmin tələbə qarşı qarşılıqlı iddia ərizəsini təqdim edir. Belə ki, təqdim olunmuş sübutlar reallığı əks etdirmir və birtərəfli yanaşmanı əhatə edir. Müqavilə razılaşması əsasında həyata keçirilmiş, görülən işlərin miqyası, xərclənən materiallar və əməkhaqqı ilə bağlı xeyli həcmdə sənədlər və sübutlar mövcuddur. Qarşı tərəf ödəniş öhdəlikləlini yerinə yetirməmiş, razılaşdırılmış məbləğin əsas hissəsini odəməkdən yayındığı üçün işlərin davam edilirilməsi mümkün olmamış və nəticədə o, maddi və mənəvi zərərə uğramışdir. 2025-ci il 13 fevral tarixində onunla İddiaçı arasında 01 saylı "Təmir və bərpa işlərinə dair əməkdaşlıq haqqında müqavilə" bağlanmışdır. Müqaviləyə əsasən, qarşılıqlı iddia üzrə cavabdeh sifarişçi qismində çıxış edərək Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə ərazisində yerləşən yaşayış sahəsində təmir və yenidənqurma işlərinin görülməsi üçün ona sifariş vermiş və bu işlərin ümumi dəyəri 23.606 manat müəyyən olunmuşdur. Müqaviləyə əsasən, qarşılıqlı iddia üzrə cavabdeh işlərin başlanmasından əvvəl ümumi məbləğin 40 faizini - 9442,40 manat ödəməli olduğu halda, yalnız 500 manat ödəmiş və qalan hissəni 3 gün ərzində təqdim edəcəyini bildirmişdir. Bu öhdəliyin pozulmasına baxmayaraq, o, əməkdaşlıq prinsiplərini əsas tutaraq, qarşı tərəfə anlayış göstərmiş və 14 fevral 2025-ci il tarixindən işə başlamışdır. Təmir prosesi çərçivəsində əsaslı şəkildə söküntü və yenidənqurma işləri həyata keçirilmiş, bu müddətdə qarşılıqlı iddia üzrə cavabdeh hissə-hissə olmaqla, ümumilikdə 10.000 manat məbləğində ödəniş etmişdir. Lakin qarşılıqlı iddia üzrə cavabdehin davranışları və müqavilə şərtlərinə əməl etməməsi təmir prosesini pozmuş və bir neçə hüquqa zidd hərəkətlərlə müşayiət olunmuşdur. Təmir işlərinin icrası zamanı qarşılıqlı iddia üzrə cavabdeh tərəfin müqavilə şərtlərinə zidd olaraq bir sıra hüquqa zidd və qeyri-etik davranışlar sərgilədiyi müşahidə edilmişdir. Belə ki, icra işləri çərçivəsində onun tərəfindən işin icrası üçün göndərilmiş usta və fəhlələrin fəaliyyəti üzərində sifarişçi tərəfindən daim əsassız müdaxilələr edilmiş, onlar təzyiq və təhqiredici münasibətlə üzləşmişlər. Qarşılıqlı iddia üzrə cavabdeh müqavilənin əsas prinsipləri və əməkdaşlıq çərçivəsində qarşılıqlı hörmət prinsipini pozaraq, müqavilədə nəzərdə tutulmayan əlavə işlərin icrasını tələb etmiş, bu isə icraçının öhdəlikləri çərçivəsində olmayan əlavə əməyin tələb edilməsi mənasına gəlir. Həmin tələblərin heç biri əlavə razılaşdırılmış və va yazılı şəkildə təsdiqlənmiş olmamışdır. Bundan əlavə, qarşılıqlı iddia üzrə cavabdeh sifarişçi qismində çıxış etməsinə baxmayaraq, icraçının sahəyə qarşılıqlı iddia üzrə cavabdeh olan nümayəndəsi - baş nəzarətçisi ilə əsassız və qeyri-müəyyən səbəblərlə əməkdaşlıqdan imtina etmiş, onun fəaliyyətinə maneələr yaratmış və bir müddətdən sonra əraziyə buraxılmasını qadağan etmişdir. Bu hal müqavilənin icrasını çətinləşdirmiş və layihənin idarə edilməsinə çətinliklərə səbəb olmuşdur. Eyni zamanda, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən onun usta və fəhlələrinə birbaşa və qeyri-rəsmi formada şifahi müraciətlərlə müxtəlif şirnikləndirici təkliflər edilərək onların onunla əmək münasibətlərindən ayrılaraq sifarişçi ilə fərdi əsasda işləmələrinə təşviq olunmuşdur. Bu isə bilavasitə icraçının maddi və qeyri-maddi resurslarının məqsədyönlü şəkildə zəiflədilməsinə yönəlmişdir. Hazırkı iddia tələbinə əlavə edilmiş smetadan göründüyü kimi, xx.xx.2025-ci il tarixinə onun tərəfindən müqavilə üzrə icra edilmiş təmir işlərinin dəyəri 12861 manat təşkil edilmişdir. Yuxarıda qeyd olunan əsaslara görə müqavilə münasibətlərinin davam etdirilməsi qarşılıqlı iddia üzrə cavabdehin təqsiri ucbatından mümkün olmamışdır. Görülən işlərin 10000 manat hissəsi ödənilsə də, hazırda qarşılıqlı iddia üzrə cavabdehin ona 2861 manat məbləğində borcu yaranmışdır. Həmin qalıq vəsaitin ödəməsi tələbi dəfələrlə irəli sürülsə də, qarşılıqlı iddia üzrə cavabdeh bu öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Yuxarıda sadalanan hallar, həmçinin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin süni surətdə çətinləşdirilməsi nəticəsində onun üzərinə düşən işləri tam və vaxtında haşa çaldırmaq mümkün olmamış, nəticə etibarilə müqavilənin birtərəfli qaydada dayandırılması zərurəti yaranmışdır. 26 mart 2025-ci il tarixində qarşılıqlı iddia üzrə cavabdehə yazılı xəbərdarlıq məktubu göndərilmiş və 5 iş günü ərzində borcun könüllü şəkildə ödənilməsi tələb olunmuşdur. Lakin bu tələblər də cavabsız qalmış və borcun ödənilməsindən yenə boyun qaçırılmışdır. Onun müqavilə bağlanan zaman gözləntisi 23606 manat olmuşdur. Hazırda həmin müqavilə üzrə yaranmış borc məbləği 2861 manat olmuş, lakin əldən çıxmış faydası 10000 manat təşkil edir. Odur ki, məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə cavabdehin hərəkətlərinə hüquqi qiymət verilərək, onun pozulmuş hüquqlarının bərpasını təmin etmək üçün iddia tələbinin təmin edilməsi ədalət mühakiməsinin həyata keçirilməsi baxımından olduqca vacibdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddianı müafiə edərək, təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddianı müafiə edərək, təmin edilməsini, ilkin iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC-in rəsmi nümayəndəsi Cavabdeh tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli “Təmir üçün əməkdaşlıq müqaviləsi”nin surətindən görünür ki, xx.xx.2025-ci il tarixindən etibarən Sulutəpə-Binəqədi ünvanında yerləşən ərazidə təmir və yenidən qurma işləri aparılacaqdır. Ümumi işin məbləği tikinti və təmir daxil 23606 manat təşkil edəcəkdədir. İşin başlanılma tarixi xx.xx.2025-ci il və təhvil müddəti xx.xx.2025-ci il. Qaimə fakturaların surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh təmir üçün xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 4500 manat, xx.xx.2025-ci il tarixdə 5000 manat məbləğlərində ödənişlər edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə-Binəqədi ünvanında yerləşən, İddiaçı istifadəsində olan yaşayış evində aparılmış təmir-tikinti işlərinin hazırki bazar qiymətlərinə uyğun dəyəri 4708,57 manat məbləğində müəyyən olunur. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə- Binəqədi ünvanında yerləşən, İddiaçı istifadəsində olan yaşayış evində aparılmış təmirtikinti işləri qüsurlu görülmüşdür. Belə ki, yaşayış evinin 2 saylı sanitar qovşağının divarlarında olan şpaklyovka qatı qaşınmadan, mata ilə üzlənmiş, üzərinə izolitex çəkilmişdir. 3 saylı dəhlizin tavanına vurulmuş alçipanda oyuqlar açılmışdır. 4 və 5 saylı yaşayış otaqların tavanına vurulmuş penaplast künçlüklərin birləşməsi qeyri-bərabər vurulmuş, 6 saylı mətbəxin döşəməsində düzülmüş diktlər əyilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə-Binəqədi ünvanında yerləşən, İddiaçı istifadəsində olan yaşayış evində qüsurlu aparılmış tikinti-təmir işlərinin aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin təqribi dəyəri 1498,28 manat məbləğində müəyyən olunur. Təmir mərhələsinin xərclər planından görünür ki, təmir-tikinti üçün yekun məbləğ 12861,9 manat müəyyən edilmiş, 10000 manat ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, ilkin iddianın qaldırılması üçün məhkəməyə 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddianın qaldırılması üçün məhkəməyə 100,45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə ilkin iddianı araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan hallarından göründüyü kimi, iddiaçı və cavabdeh "xxxx" MMC-in rəsmi nümayəndəsi Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə “Təmir üçün əməkdaşlıq müqaviləsi” imzalanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə-Binəqədi ünvanında yerləşən evini təmir etməyi barədə öz üzərinə öhdəlik götürmüşdür. Razılaşmaya əsasən ümumi işin məbləği 23606 manat məbləğində müəyyən edilmiş, iddiaçı ilkin ödəniş 40% olaraq 10000 manat məbləğində ödəniş etmişdir. Həmçinin, razılaşmaya əsasən təmir-tikinti işləri xx.xx.2025-ci il tarixdə başlamalı, xx.xx.2025-ci il tarixdə bitməli idi. İddiaçı razılaşma ilə öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, cavabdeh tərəfindən təmir-tikinti işləri vaxtında aparılmamış, aparılan işlərdə müəyyən qüsurlar aşkarlanmış, natamam olmuşdur. Bu hal ekspert rəyi ilə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş ekspert rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə-Binəqədi ünvanında yerləşən, İddiaçı istifadəsində olan yaşayış evində aparılmış təmir-tikinti işlərinin hazırki bazar qiymətlərinə uyğun dəyəri 4708,57 manat məbləğində müəyyən olunur. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə-Binəqədi ünvanında yerləşən, İddiaçı istifadəsində olan yaşayış evində aparılmış təmir-tikinti işləri qüsurlu görülmüşdür. Belə ki, yaşayış evinin 2 saylı sanitar qovşağının divarlarında olan şpaklyovka qatı qaşınmadan, mata ilə üzlənmiş, üzərinə izolitex çəkilmişdir. 3 saylı dəhlizin tavanına vurulmuş alçipanda oyuqlar açılmışdır. 4 və 5 saylı yaşayış otaqların tavanına vurulmuş penaplast künçlüklərin birləşməsi qeyri-bərabər vurulmuş, 6 saylı mətbəxin döşəməsində düzülmüş diktlər əyilmişdir. Belə olan halda ilkin iddiaçı iddianı qalıdrmaqda haqlı olmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı cavabdehdən 6789,71 manatı tələb etsə də, ekspert rəyindən də göründüyü kimi, yaşayış evində aparılmış təmir-tikinti işlərinin hazırki bazar qiymətlərinə uyğun dəyəri 4708,57 manat məbləğində müəyyən olunmuşdur. Bu səsəbdən də, cavabdehdən iddiaçının xeyrinə 5291,43 manat (10000 – 4708,57 = 5291,43) məbləğində pul vəsaiti tutulmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, hazırkı qarşılıqlı iddia ərizə üzrə qanunvericilik sübutetmə yükünü qarşılıqlı iddia üzrə iddiaçının üzərinə qoymuşdur. Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, qarşılıqlı iddia üzrə cavabdehdən tələb etdiyi pul vəsaiti məbləğlərini mötəbər sübutlarla əsaslanıdıra bilməmişdir. Belə ki, tərəflər arasnda olan razılaşmaya əsasən qarşılıqlı iddia üzrə cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin qarşılıqlı iddia üzrə iddiaçı öhdəliklərini tam və lazımınca yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 5291,43 məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə rədd edilməli, eyni zamanda qarşıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ilkin iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 69 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 5291,43 (beş min iki yüz doxsan bir manat, qırx üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 69 (altmış doqquz) manatı alınaraq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-4923/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4923/2025
08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver