Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4928/2020 27.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı zaminlik müqaviləsinə əsasən ödədiyi 1445 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı zaminlik müqaviləsinə əsasən ödədiyi 1445 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Qafqaz Lizinq ASC ilə Cavabdeh arasında DL-LA002-267643 saylı xx.xx.2013-cü il tarixdə daxili lizinq müqaviləsi bağlanaraq, həmin müqavilənin 1 saylı əlavəsində göstərilən 2000 manat dəyəri olan Samsung markalı televizor və 1500 manat dəyəri olan Samsung markalı soyuducu, ümumilikdə 3500 manat dəyəri olan avadanlıqlar 24 ay müddətinə xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay 196 manat ödəməklə lizinqə verilmişdir.Cavabdeh qeyd olunan daxili lizinq müqaviləsinin bağlanması üçün ondan zamin durmasını xahiş etmiş və o cavabdehlə yoldaşlıq münasibəti olduğundan zamin durmağa razılıq vermişdir. O, ZN-LA002-267643 saylı xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən, cavabdehlə Qafqaz Lizinq ASC arasında bağlanmış daxili lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə zamin durmuşdur. Cavabdeh öhdəliklərini yerinə yetirilmədiyindən Qafqaz Lizinq ASC tərəfindən Suraxanı Rayon Məhkəməsinə əmr verilməsi üçün ərizəsi ilə müraciət olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2(010)-5926/2013 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən Cavabdeh və ondan Qafqaz Lizinq ASC-nin xeyrinə 2856,95 manat borcun və 20 manat dövlət rüsumunun tutulması əmr verilmişdir. O, əmri icra edərək cəmi 1445 manat borcu Qafqaz Lizinq MMC-yə ödəmişdir. Ona görə də ZN-LA002-267643 saylı xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Qafqaz Lizinq MMC-yə ödədiyi 1445 manatın Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh və 3-cü şəxs Qafqaz Lizinq MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh və 3-cü şəxs Qafqaz Lizinq MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh və 3-cü şəxs Qafqaz Lizinq MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Lizinq verən Qafqaz Lizinq ASC lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli DL-LA002-267643 saylı daxili lizinq müqaviləsindən müəyyən olunur ki, müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən 2000 manat dəyəri olan Samsung markalı televizoru və 1500 manat dəyəri olan Samsung markalı soyuducunu satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2013-cü il tarixli DL-LA002-267643 saylı daxili lizinq müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, Cavabdeh xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr ərzində əsas borca görə 3499 manat, mükafata görə 1194,14 manat olmaqla cəmi 4694,13 manatı 24 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. X1 ASC ilə zamin İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli ZN-LA002-267643 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin İddiaçı lizinqalan Cavabdeh xx.xx.2013cü il tarixli DL-LA002-267643 saylı daxili lizinq müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədikdə və və lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.4-cü bəndinə əsasən zamin əsas borcun, mükafatın, borcun gecikdirilməsi ilə bağlı ona hesablanmış cərimələrin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və borclu kreditor qarşısında öhdəliklərini tam həcmdə icra edənədək qüvvədədir. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilənin icrası ilə bağlı tərəflər arasında əmələ gələn bütün mübahisələr danışıqlar yolu ilə həll ediləcəkdir. Danışıqlar yolu ilə razılığa gəlmək mümkün olmadıqda mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəməsi vasitəsilə həll ediləcəkdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-5926/2015 saylı məhkəmə əmrindən müəyyən olunur ki, borclular Cavabdeh və İddiaçı 2856,95 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun X1 ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Qafqaz Lizinq MMC-nin xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı zamin olduğu xx.xx.2013-cü il tarixli DL-LA002-267643 saylı daxili lizinq müqaviləsinə görə yaranmış ümumi borcdan 1445 manat hissəsini ödəmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən olunur ki, Qafqaz Lizinq ASC təşkilati-hüquqi formasını dəyişərək Qafqaz Lizinq MMC olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1.-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla iddiaçının cavabdehin xx.xx.2013-cü il tarixli DL-LA002-267643 saylı daxili lizinq müqaviləsinə əsasən öhdəliyinin bir hissəsini, yəni 1445 manatını ödəməsi öz təsdiqini tapdığından məhkəmə iddia tələbinin əsaslı olması qənaətinə gələrək iddia ərizəsini təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh icra olunmuş öhdəliyə görə 1445 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1475 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4928/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4928/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver