Məhkəmə qərarları › İş №2(1-8)-977/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-977/2026

10.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-977/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zaminlik müqaviləsinə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “zaminlik müqaviləsinə xitam verilməsi və cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə borcun olmaması barədə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilməsi öhdəliyinin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı ilə Cavabdeh ASC arasında ##.##.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə ilə X1 ilə cavabdeh arasında eyni tarixdə bağlanmış kredit müqaviləsi üzrə 24 ay müddətinə verilmiş 5000 ABŞ dolları kredit məbləği və faizlərin ödənişinin təmin edilməsinə görə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür.

2. Zaminlik müqaviləsinin bitmə tarixindən 9 il keçməsinə baxmayaraq, iddiaçının zaminlik öhdəliyindən irəli gələn borcu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin Mərkəzləşdirilmiş Kredit Reyestrində aktiv öhdəlik kimi saxlanılmışdır.

3. Cavabdeh ASC-nin əsas borclu və zaminə qarşı kredit borcunun tutulmasına dair iddiası Ağdam rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia müddətinin ötürülməsi səbəbindən rədd edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı (üçüncü şəxs qismində xxxx cəlb edilməklə) cavabdeh xxxx ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi və cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə borcun olmaması barədə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilməsi öhdəliyinin qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir.

5. Iddiaçı işin faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, zaminlik müqaviləsinin müddətinin bitməsindən 9 il keçməsinə baxmayaraq, Mərkəzləşdirilmiş Kredit Reyestrində zaminlik öhdəliyi hələ də aktiv göstərilir və bu hal iddiaçının kredit əldə etməsinə mane olur. Bununla bağlı reyestrdən çıxarışlar ərizəyə əlavə edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia təmin edilmiş, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ##.##.2013-cü il tarixli zaminlik müqaviləsinə xitam verilmiş, iddiaçı İddiaçı ##.##.2013-cü il tarixli zaminlik müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi öhdəliyinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, xxxx ASC-nin əsas borclu və zaminə qarşı kredit borcunun tutulmasına dair iddiası iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, əsas borcluya münasibətdə iddia müddətinin keçməsi öhdəliyin xitamına səbəb olmasa da, kreditorun həmin tələbi məhkəmə qaydasında həyata keçirmək hüququnu aradan qaldırır.

8. Məhkəmə həmçinin hesab etmişdir ki, zaminlik üzrə nəzərdə tutulan müddət kəsici müddət olduğundan həmin müddətin keçməsi zaminlik öhdəliyinin tam xitamına səbəb olur. Bu baxımdan, zamin İddiaçı dair öhdəlik məlumatlarının xxxxnda saxlanılması əsassız sayılmış və onun hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilmişdir. Buna görə də##.##.2013cü il tarixli zaminlik müqaviləsinə xitam verilməli olduğu nəticəsinə gəlinmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 470.1, 477.0.4 və 527.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarına, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 2.1.2, 3.9 və 3.10-cu maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh “xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə tam ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh zaminlik müqaviləsi üzrə öhdəliyini tam icra etməmiş, bu hal Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-də aktiv öhdəlik kimi qeydə alınmışdır. Şikayətdə qeyd olunmuşdur ki, müqavilədə onun qüvvədə olma müddətinin başa çatmasının öhdəliklərə xitam verməsi nəzərdə tutulmadığından, öhdəlik tam icra edilənədək müqavilə qüvvədə qalır. Eyni zamanda, iddia müddətinin keçməsi kreditorun məhkəmə qaydasında tələb hüququnu məhdudlaşdırsa da, borclunun maddi-hüquqi öhdəliyini aradan qaldırmır. Bu baxımdan, məhkəmənin cavabdehin borcunun olmaması barədə məlumatın Kredit Bürosuna təqdim edilməsinə dair nəticəsi əsassız hesab edilmiş, iş üzrə faktiki halların tam araşdırılmadan iddianın təmin olunduğu bildirilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Səmədov Rəşid (sədrlik edən və məruzəçi), Mərdanova Xumar və Sadıqov Vahid) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları, apellyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlilləri araşdırıldıqdan sonra birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas müəyyən edilməmişdir. Kollegiya qeyd etmişdir ki, əvvəlki məhkəmə aktları ilə Cavabdeh ASC-nin əsas borclu və zaminə qarşı kredit borcunun tutulmasına dair iddiası iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə istinad edərək göstərmişdir ki, əsas borcluya münasibətdə iddia müddətinin ötürülməsi yalnız kreditorun məhkəmə qaydasında tələb irəli sürmək hüququnun itirilməsinə səbəb olur və öhdəliyi xitam etmir. Lakin zaminlik münasibətlərində qanunla müəyyən edilmiş müddət kəsici müddət xarakteri daşıdığından, həmin müddətin keçməsi zaminlik öhdəliyinin tam xitamına səbəb olur. Bu baxımdan, məhkəmə birinci instansiyanın ##.##.2013-cü il tarixli zaminlik müqaviləsinə müddətin ötməsi əsası ilə xitam verilməsi barədə nəticəsini düzgün hesab etmişdir.

15. Kollegiya əlavə olaraq vurğulamışdır ki, xitam verilmiş öhdəliyə dair məlumatların Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-də aktiv öhdəlik kimi saxlanılması şəxsin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına səbəb olur. “Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatların verilməsi Qaydası”na əsasən, kredit təşkilatları təqdim etdikləri məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır və reyestrdə düzəlişlər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında aparıla bilər. Buna görə də, iddiaçının zaminlik müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə təqdim edilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması qanuni və əsaslı hesab edilmişdir.

16. Nəticə etibarilə, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinin qətnamənin ləğvi üçün əsas yaratmadığı qənaətinə gələrək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlamışdır.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin iddia müddəti, öhdəliklərin xitamı və zaminlik münasibətlərini tənzimləyən müddəalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli Qərarında ifadə olunmuş kəsici müddətin hüquqi mahiyyətinə dair hüquqi mövqeyə, həmçinin Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatların verilməsi Qaydasının 2.1.2, 3.9 və 3.10-cu bəndlərinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin lazımınca icra edilməməsi onun pozulması hesab olunur və cavabdeh İddiaçı ##.##.2013-cü il tarixli zaminlik müqaviləsi üzrə öhdəliyini tam yerinə yetirmədiyindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMCdə aktiv öhdəlik kimi qeydiyyatda qalır. Həmçinin Məcəllənin 399.3-cü maddəsinə istinad edilərək bildirilmişdir ki, müqavilədə onun qüvvədə olma müddətinin başa çatmasının öhdəliklərə xitam verməsi nəzərdə tutulmadığından, öhdəlik tam icra edilənədək müqavilə qüvvədə qalır və buna görə də zaminlik üzrə öhdəliyin mövcudluğu davam edir.

20. Kassator öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417ci maddəsinə istinad etməklə əsaslandıraraq bildirmişdir ki, kassasiya instansiyası apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirmək və ya ləğv etmək səlahiyyətinə malikdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı İddiaçı zaminlik müqaviləsinə xitam verilməsi və borcun olmaması barədə məlumatın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə təqdim olunması tələbi üzrə Yasamal Rayon Məhkəməsinin iddianı təmin edən qətnaməsi ilə bağlı işin faktiki halları tam və düzgün araşdırılmamış, mübahisə üçün əhəmiyyətli olan hallar lazımi qaydada qiymətləndirilməmişdir.

21. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, 399.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417-ci maddəsinə (kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri) istinad edərək əsaslandırmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz verərək kassasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

24. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

25. Maddə 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.

26. Maddə 554.3. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir.

Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

30. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiqi baxımından qanuni və əsaslıdır. Kassasiya şikayətində prosessual hüquq norması pozuntusu olaraq istinad edilmiş Mülki Prosessual Məcəlləsinin 417-ci maddəsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərdə tutan normadır.

31. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamı fərqli anlayışlardır.

32. MM-nin 399.3-cü maddəsində qeyd edilir ki, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Yəni müqavilənin qüvvədə olma müddətinin qurtarması ilə müqavilə ilə tərəflərin üzərinə götürdükləri öhdəliklərin xitam olunma anı üst-üstə düşməyə də bilər.

33. Mülki hüquqi öhdəliklərin xitamının əsasları qanunla və müqavilə ilə müəyyən edilə bilər. Öhdəliklərin xitamının qanunla müəyyən edilmiş əsasları Mülki Məcəllənin 527.1-ci maddəsində sadalanmışdır. Bu əsaslardan biri də müddətin keçməsidir.

34. MM-nin 477.0.4-cü maddəsi zaminin öhdəliyinə xitam verilməsi qaydasını müəyyən edən xüsusi normadır. Həmin normada qeyd edilir ki, zaminliyə əgər müqavilədə fərqli qayda nəzərdə tutulmamışsa onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı halda məhkəmələr tərəfindən əsas öhdəliyin icra müddəti çatdıqdan sonra bir il ərzində kreditor tərəfindən zaminə qarşı iddia qaldırılmadığı müəyyən edildiyindən zaminin öhdəliyinin xitam olunduğu düzgün müəyyən edilmişdir.

35. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar