Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-116/2026 07.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: öhdəliyi icra etmiş zaminin hüquqları; reqres hüquq Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 və cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli **/** saylı əməkdaşlıq və zaminlik müqaviləsindən görünür ki, “xxxx” MMC pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağladığı müqavilələr üzrə həmin şəxslərin kreditləşdirilməsi məqsədilə banka sifarişçilərin (bundan sonra borcalan) adları və kredit məbləği əks olunan kredit sifarişi cədvəlini (siyahı) təqdim etməyi, bank isə həmin siyahı üzrə borcalanlara kredit xətti açmağı, borcalan kredit xətti (limiti) müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürmüşdür.
2. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2024- cü il tarixli Z*** saylı sahibkarlıq subyektinin maliyyələşdirilməsinə dair kredit xətti (limiti) müqaviləsindən görünür ki, bank müqavilənin şərtlərinə uyğun olaraq gələcəkdə borcalana məqsədli istifadə, qaytarılmaq, faizlər və digər ödənişlər ödənilmək şərti ilə kredit verməyi, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürmüşdür. Bu Müqavilə üzrə verilməsi nəzərdə tutulan kreditin mühüm şərtləri aşağıdakılar çərçivəsində olacaq və onları aşmayacaq: Öhdəliyin yuxarı həddi – 100.000, illik faizin yuxarı həddi – 15 faiz, öhdəliyin icra müddəti - ən çoxu 12 ay.
3. “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli **/** saylı əməkdaşlıq və zaminlik müqaviləsinə ##.##.2024-cü il tarixli, * №-li Əlavədən görünür ki, tərəflər razılaşır və təsdiq edirlər ki, **/** saylı, ##.##.2023-cü il tarixli Əməkdaşlıq və Zaminlik müqaviləsinin 5.3-cü bəndinin müddəası bundan sonra aşağıdakı redaksiyada oxunsun: Bank tərəfindən kreditin verilməsindən imtina edildiyi halda zaminin əlavə müraciəti əsasında imtina edilmiş borcalana kredit verilə bilər. Zaminin həmin müraciəti mübahisəsiz qaydada Bank tərəfindən təsdiq olunacaq və müraciətdə adları göstərilən borclulara verilən kreditlərin əsas məbləğinin, ona hesablanan faizlərin kredit rəsmiləşdirilən ilin sonuna kimi bu Müqavilənin 2.2.4cü və 2.3.2-ci bəndləri ilə nəzərdə tutulan hallar istisna olmaqla, tam ödənilməsinə görə Zamin Bank qarşısında zaminlik öhdəliyi daşıyacaq. Müqavilənin digər bəndləri dəyişilməz olaraq qalır. X1 xxxx” MMC və “xxxx” ASC arasında bağlanan № **/** saylı, ##.##.2023-cü il tarixli müqavilənin ayrılmaz hissəsi hesab olunur və eyni hüquqi qüvvəyə malikdir. X1 2 (iki) nüsxədə imzalanır və tərəflərin hər birində bir nüsxə olmaqla saxlanılır. Əlavə Razılaşma imzalandığı gündən qüvvəyə minir.
4. “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli **/** saylı əməkdaşlıq və zaminlik müqaviləsinə ##.##.2024-cü il tarixli, * №-li Əlavədən görünür ki, tərəflər razılaşır və təsdiq edirlər ki, № **/** saylı, ##.##.2023-cü il tarixli Əməkdaşlıq və Zaminlik müqaviləsində aşağıdakı dəyişiklik edilir: 1.4-cü bəndində “100 000 (bir yüz min)” sözləri “400 000 (dörd yüz min)” sözləri ilə əvəz edilir. Müqavilənin digər bəndləri dəyişilməz olaraq qalır. X1 “xxxx” MMC və “xxxx” ASC arasında bağlanan № **/** saylı, ##.##.2023-cü il tarixli müqavilənin ayrılmaz hissəsi hesab olunur və eyni hüquqi qüvvəyə malikdir. X1 2 (iki) nüsxədə imzalanır və tərəflərin hər birində bir nüsxə olmaqla saxlanılır. Əlavə Razılaşma imzalandığı gündən qüvvəyə minir.
5. Cavabdeh məxsus hesabdan çıxarış məlumatından görünür ki, borcalanın hesabına “xxxx” ASC tərəfindən ümumilikdə 76,269 manat köçürülmüşdür.
6. Cavabdeh məxsus hesabdan çıxarış məlumatından görünür ki, “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixdə 524.60 manat, 119.33 manat, 1,450.00 manat, 82.76 manat, 22.89 manat, 1.160.00 manat, 51.72 manat, 18.32 manat, 16.016.08 manat, 302.48 manat, 11,200.00 manat, 1,311.76 manat, 177.38 manat, 1.740.00 manat, 183.47 manat, 27,65 manat, 8,700.00 manat, 870.73 manat, 137.85 manat, 5,800.00 manat, 522.34 manat, 91.88 manat, 7,540.00 manat, 581.13 manat, 119.36 manat, 1,740.00 manat, 119.41 manat, 27.65 manat, 7.539.00 manat məbləğində kredit borcu ödənilmişdir. 12. “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh 62885,08 manat əsas, 5292,71 manat faiz borcu, cəmi 68177,79 manat borcu qalmış, zamin “xxxx” MMC tərəfindən həmin borc məbləği ##.##.2025ci il tarixdə tam olaraq “xxxx” ASC-yə ödənilmişdir.
7. Pretenziyanın surətindən görünür ki, cavabdehə yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks halda borcun tutulması ilə bağlı məhkəmə müraciət edilməsi barədə xəbərdarlıq edilmişdir.
8. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, “xxxx” MMC-nin adını dəyişərək, “xxxx” MMC ilə fəaliyyətinin davam etdirilməsi barədə qərar qəbul edilmişdir və yeni ad ##.##.2025-ci il tarixdə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 68177,79 manat borc və ödənilmiş 294,53 manat rüsum olmaqla, cəmi 68472,32 manat alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, pambığın əkini-becərilməsi üçün cavabdehlə bağladığı xam-pambığın alqı-satqı müqaviləsi üzrə sonuncunun kreditləşdirilməsi məqsədilə “xxxx” ASC ilə ##.##.2023-cü tarixli, **/** №-li zaminlik müqaviləsi bağlamış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən, kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür. ##.##.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq kreditor cavabdehə kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmiş, iddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Cavabdeh, sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə əməl etməmiş və kreditor qarşısında öhdəliyi yaranmışdır. Kreditor tərəfindən zamin iddiaçıya təqdim edilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 68177,79 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə akseptsiz qaydada olmaqla iddiaçının bank hesabından tutulma edilməklə kreditora ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya zaminliklə təmin edilmiş öhdəlik üzrə ümumilikdə 68177,79 manat borcu yaranmışdır. Yaranmış borcun könüllü qaytarılması ilə bağlı iddiaçı tərəfindən cavabdehə pretenziya göndərilsə də, nəticəsiz qalmışdır
11. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Əbülfəz Məmmədli) iddia təmin edilərək, cavabdeh Cavabdeh 68177,79 (altmış səkkiz min bir yüz yetmiş yeddi manat yetmiş doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi; Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 294,53 (iki yüz doxsan dörd manat əlli üç qəpik) manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 447.1, 447.2, 448.1, 470.1, 472.1, 472.2, 472.3, 472.4, 473, 474.1, 474.2, 474.3, 475.1, 475.2, 475.3, 742.5, 743.1, 743.2, 745.5, 746.1, 746.3 və 746-5.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, müqavilə üzrə 58 ha pambıq əkilmişdir. Həmin pambıq sahəsi sğortalıdır. Əkib-becərdiyi təsərüffatın pambıq sahəsinin ziyana düşmə səbəbi iqlim şəraitinin dəyişkənliyi və intensiv yağışlar yağması olmuşdur. Hazırda sığorta şirkətini məhkəməyə vermişdir. Ona dəymiş zərərin əvəzi Aqrar Sğorta şirkəti tərəfindən aradan qaldırılmalıdır. Sığorta şirkəti ilə müqavilələri vardır. Iddiaçıya olan borcun bir xeyli hissəsini ödəmişdir. Onun pambıq zavoduna 147.941 manat borcu olmuşdur. Həmin borcdan 68.107 manat qalmışdır. Bu borcu ödəməkdən yayınmır. Sğorta şirkəti borcu ödədiyi vaxt pambıq sahəsinə olan borcu bağlanacaqdır. Məhkəmənin qətnaməsi ilə qətiyyən razı deyildir. Məhkəmənin qərəzli mövqe tutması ondan bəllidir ki, məhkəmə qətnaməni iddiaçının xeyrinə çıxartmışdır. Iddiaçının tələbi formaldır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, “xxxx” ASC ilə ##.##.2024-cü il tarixli Z*** saylı kredit xətti (limiti) müqaviləsi bağlamış və bank tərəfindən ona 76269 manat məbləğdə kredit verilmişdir. Iddiaçı təşkilat da həmin borcun ödənilməsinə görə bank qarşısında zaminqismində ğhfəlik götürmüşdür. Kredit müqaviləsi iddiaçı təşkilatın ona göstərdiyi köməklik sayəsində bağlanıb. Hazırda onun iddiaçı təşkilata borcu yaranmışdır. Belə ki, təbii fəlakət nəticəsində əkdiyi məhsula ziyan dəymişdir. Hesab edir ki, kredit borcu məbləği sığorta şirkətindən tutulmalıdır. Cavabdeh Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehin mübahisələndirdiyi mövzu sığorta şirkətinin ona pul ödəməməsidir. Sığorta müqaviləsi isə sığorta şirkəti ilə sığortalanan şəxs arasında bağlanan müqavilədir. Həmin hüquq münasibətlərinin hazırkı mübahisəyə aidiyyəti yoxdur. Cavabdehin bankdan götürdüyü kredit borcunun ödənilməsinə görə iddiaçı təşkilat bank qarşısında zamin qismində öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən borc ödənilmədiyi üçün bank tərəfindən zamin olaraq iddiaçı təşkilatın hesabına həbs qoyulmuş, həmin məbləğ bank hesabından tutulmuşdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
19. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
20. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor “xxxx” ASC ilə borcalan Cavabdeh arasında ##.##.2024-cü il tarixdə kredit xətti (limiti) müqaviləsi bağlanmış, həmin müqaviləyə borcalana 76,269 manat kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə “xxxx” ASC ilə “xxxx” MMC arasında ##.##.2023-cü il tarixli əməkdaşlıq və zaminlik müqaviləsi bağlanmışdır. Borcalan müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən “xxxx” ASC-yə ümumilikdə 68177,79 manat kredit borcu yaranmışdır. Iddiaçı təşkilat zaminlik müqaviləsi əsasında borclunun kreditor qarşısındakı öhdəliyini icra etdiyini əsas göstərərək həmin vəsaitin borcludan reqres qaydasında tutulması barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
32. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
33. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyildir.
34. Bu prinsipə görə, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
35. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
36. Bu kontekstdə kollegiya nəzərə alır ki, iddiaçı təşkilat borclunun kreditor qarşısında öhdəliyini zaminlik müqaviləsi əsasında icra etdiyi iddiasındadır və iddianın qanuni əsası kimi Mülki Məcəllənin 475.1-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
37. Iş materiallarına nəzər saldıqda müəyyən edilir ki, kreditor “xxxx” ASC tərəfindən verilmiş arayışda borclu Cavabdeh ümumilikdə 68177,79 manat kredit borcu yarandığı və zamin “xxxx” MMC (indiki adı “xxxx” MMC) tərəfindən həmin borc məbləğinin ##.##.2025-ci il tarixdə tam olaraq ödənildiyi qeyd edilmişdir.
38. Göründüyü kimi, iddiaçı, cavabdehin kredit öhdəliklərinin tam şəkildə onun tərəfindən icra edilməsi barədə sübutları – müvafiq ödəniş qəbzlərini məhkəməyə təqdim etmiş, cavabdeh Cavabdeh isə bu ödənişlərin həqiqətən də zamin tərəfindən edildiyini mübahisələndirməmişdir. Bu mənada kollegiyanın qənaətinə görə iddiaçının iddia tələbi, tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır.
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin əsaslandırılmayan və yuxarıda sadalanan sübutlarla təkzib olunan dəlilləri isə əsassız olmaqla onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.