Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1887/2026 29.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh X1 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli iş üzrə ## ###### 2026-cı tarixli qərardadından iddiaçı İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı zaminliyə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış ## #### 2008-ci il tarixli zaminlik müqaviləsi üzrə özünün zaminliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməmişdir (hakim Həbibə Miriyeva).
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə sözügedən qətnamə ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir.
4. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin *(*-*)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilmiş və mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, hazırkı işdə kassasiya şikayətinin verilməsi üçün tələb olunan müvafiq dövlət rüsumunun ödənilmədiyi müəyyən edilmişdir.
5. İddiaçı tərəfindən ## ### 2026-cı il tarixdə dövlət rüsumu ödənilərək və yenidən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayəti ilə yanaşı qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizə də təqdim edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
6. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
7. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.
8. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
9. Maddə 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.
10. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
11. Maddə 405.0.2. apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
12. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
13. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.
15. Göründüyü kimi, iddiaçı mövcud qüsuru aradan qaldırsa da, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Bu səbəbdən də, ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizə təqdim etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin ərizəyə heç bir münasibət bildirməmiş, qanunla nəzərdə tutulan prosessual hərəkətləri həyata keçirməmişdir. (§6-7,9)
16. Beləliklə, qanunla nəzərdə tutulmuş prosesusal müddətin ötürülməsinə və bərpa edilməsi ilə bağlı vəsatətin açıq saxlanmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.
17. Məhkəmə kollegiyası hesab edir ki, mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə şikayətin dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.
18. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti MPM-in 408.1.1-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli iş üzrə ## ###### 2026-cı tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.