Məhkəmə qərarları › İş №2(001)-4933/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4933/2020

29.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4933/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 8-ci mkr S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzilinə dair verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçıCavabdeh qarşı Bakı şəhəri 8-ci mkr S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzilinə dair verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh Baxşəli oğlunun gəlinidir. Cavabdehin oğlu ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 3 uşaqları dünyaya gəlmişdir. Uşaqlarından biri Daun sindromlu xəstədir. O, 2007-ci ildə Bakı şəhəri 8-ci mkr S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzilini təmir etdirmiş və həmin mənzilə onun cehiz əşyaları yerləşdirilmişdir. Mənzilə gəlin köçdüyü gündən, yəni 2007-ci ildən bu günədək fasiləsiz olaraq o, övladları və həyat yoldaşı ilə birlikdə bu mənzildə yaşamış, mənzildə onun ailəsindən başqa heç kim yaşamamışdır. Həyat yoldaşı isə qazanc əldə etmək məqsədi ilə Rusiya Federasiyasına gedib-gəlmişdir. Onlar ailə həyatı qurduqdan sonra iş üzrə cavabdeh olan qayınatası mübahisəli mənzili onlara verdiyini açıqlamış və o, bütün cehiz əşayalarını mənzilə köçürərək faktiki olaraq ailəsilə birlikdə orada yaşamağa başlamış, mənzilə qeydiyyata alınmışdır. Cavabdeh onun həyat yoldaşının Rusiya Federasiyasında olmamasından istifadə edərək, məhkəmə vasitəsi ilə onun həyat yoldaşının mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasına nail olmuşdur. Daha sonra onun və övladlarının da mübahisəli mənzildən çıxarılması üçün məhkəməyə müraciət etsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4748/2017 saylı qətnaməsi ilə 10 ildən artıq müddətdə faktiki olaraq həmin mənzildə yaşamaları sübut olunaraq onun və övladlarının sözügedən mənzilə istifadə hüquqları tanınmışdır. Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti versə də, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-7323/17 saylı qərarı ilə şikayət təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin onun mübahisəli mənzilə dair istifadə hüququnun tanınması barədə qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İstifadə hüququnun tanınması ilə bağlı məhkəmə prosesi davam edən zaman cavabdeh tərəfindən mübahisəli mənzilə RX seriyalı ******* saylı çıxarış alınmışdır. Halbuki, çıxarış alınan zaman ev mübahisəli mənzil olduğundan həmin mənzildən istifadə hüququ tanınmış biri olaraq onun hüquqları ciddi şəkildə pozulmuşdur. Belə ki, cavabdeh xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət kimi evi adına rəsmiləşdirən zaman onların arasında məhkəmə çəkişmələri gedirdi. Deməli, cavabdeh müvafiq icra hakimiyyəti orqanına mənzilin mübahisəli olmasına dair məlumat verməmiş, onun həmin mənzilə qanuni əsaslarla istifadə hüququnun olmasını bildirməmiş və belə bir çıxarışın alınmasına nail olmuşdur. Cavabdeh tərəfindən nə Bakı Apellyasiya, nə də Ali Məhkəmədə məhkəmə çəkişmələri gedən zaman məhkəməyə evin hüquqmüəyyənedici sənədi təqdim edilməmişdir. Sözügedən mənzil yerli icra hakimiyyətinə məxsus olmuşdur. Cavabdeh həmin mənzilin icarədarı, o isə istifadə hüququ tanınmış istifadəçi olduğundan cavabdeh tərəfindən mənzilin öz adına onun payı müəyyən olunmadan rəsmiləşdirilməsi qanunsuzdur. Məhkəmə qətnaməsi ilə onun istifadə hüququ tanındığından daşınmaz əmlaka dair çıxarışda hüquq sahibləri qismində onun da adı qeyd edilməli və mənzilə payı müəyyən edilməli idi. Həmçinin Mənzil Fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuşdur ki, mənzilin özəlləşdirilməsinə dair razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxslərin ərizəsi mütləq olmalıdır. Daşınmaz əmlaka dair çıxarış alınan zaman mənzil sahəsinə hüququ olan şəxs qismində onun heç bir razılığı alınmamışdır. Hazırda Cavabdeh onun və övladlarının mənzilə olan hüquqlarına 20000 manat kompensasiya verilməklə xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Cavabdehin təklif etdiyi 3 otaqlı ev onun və himayəsində olan xəstə uşağın yaşaması üçün yararlı deyildir. Ona görə də o, Bakı şəhəri 8-ci mkr S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzilinə dair Cavabdeh adına verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X3 İddiaçı izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehin Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr S.S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzilinə mülkiyyət hüquqları qeydə alınarkən tərəflər arasında iddiaçının həmin mənzilə istifadə hüququnun tanınmasına dair mülki işə baxıldığından, cavabdeh mənzilə dair mülkiyyət hüququnun qeydə alınması barədə işə baxılarkən məlumat vermədiyindən, iddiaçı çıxarışın ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2633/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh qarşı çıxarışın ləğv olunmasına dair tələbinin təmin edilməməsi qət edildiyindən, hazırda isə iddiaçı çıxarışın etibarsız hesab edilməsini xahiş etdiyindən iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri 8-ci mkr S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzili ona ailə üzvləri ilə birlikdə Kirov rayon X11 İcraiyyə Komitəsinin 40 saylı xx.xx.1986-cı il tarixli qərarına əsasən ayrılmışdır. İddiaçı eyni əsaslarla ona qarşı Bakı şəhəri 8-ci mkr S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzilinə dair verilən çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş,Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2633/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi təmin edilməmiş və qətnamə həmin hissədə qüvvəyə minmişdir. Məhkəmələr həmin iddiaya baxarkən onun adına mülkiyyət hüquqlarını təsdiq edən çıxarış verilərkən qanunun tələblərinə əməl edilməsini müəyyən etmişlər. İddiaçı hazırkı iddia ərizəsini qəsdən vaxt uzatmaq məqsədi ilə vermişdir. Belə ki, o, iddiaçının kompensasiya ödənilməklə mənzilə istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa iddiaçı onun tərəfindən inşa olunan 3 otaqlı evdə də yaşaya bilər. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddia ərizəsini qəbul etməyərək Cavabdeh izahatını təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azerbaycan Respublikasının vətəndaşlarnın, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması, mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması, yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması, özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarəti mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri kimi müəyyən etmişdir. (Qanunun 2-3 mad.) İstinad edilən Qanunun tələbinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraçiət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir və hər bir vətəndaş dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər.(Qanunun 5,7-ci mad.) Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 № -li forma) verir.Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir.Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi.Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı № ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri 8-ci mkr S.S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2603 saylı reyestr kitabının 242570 saylı vərəqində qeydiyyata alınmışdır. 4 saylı Asan xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 599187 saylı arayışdan müəyyən olunur ki, X5, X4, X7, X1, X6 və Cavabdeh Baxçalı oğlu Bakı şəhəri 8-ci mkr S.S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzilində qeydiyyatdadırlar. X2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri 8-ci mkr S.S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzilinin Cavabdeh adına özəlləşdirilməsinə və çıxarış verilməsinə etirazı olmadığını bildirmişdir. Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 106 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli № 135 saylı arayışdan müəyyən olunur ki, Bakı şəhəri 8-ci mkr S.S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzilin icarədarı Cavabdeh Baxşəli oğludur, həmin mənzildə Cavabdeh Baxşəli oğlu 1986-cı ildən, X5 1986-cı ildən, X9 1986-cı ildən, X6 2014-cü ildən, X7 2016-cı ildən, X1 2016-cı ildən, X4 2016-cı ildən və İddiaçı xx.xx.2018-ci il tarixdən daimi qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Kirov rayon X11 İcraiyyə Komitəsinin 40 saylı xx.xx.1986-cı il tarixli qərarına, 599187 nömrəli xx.xx.2017-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa, X2 razılıq ərizəsinə əsasən Bakı şəhəri 8-ci mkr S.S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzili xx.xx.2017ci il tarixdə xx.xx.1946-cı il təvəllüdlü Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4748/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-530/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-530/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Bakı şəhəri 8-ci mkr S.S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzilinə istifadə hüququnun tanınması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7323/2017 saylı xx.xx.2017-ci il tarixli qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Hacalıyev Adil Hacalı oğlunun kassasiya şikayətinə əsasən Cavabdeh kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2633/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı kompensasiya ödəməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma barədə iddia ərizəsi təmin olunaraq Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr S.S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzilindən cavabdeh İddiaçı istifadə hüququna 15000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, cavabdeh İddiaçı 3 azyaşlı uşağı ilə birlikdə həmin mənzildən çıxarılması, mənzildən çıxarılma ilə kompensasiyanın verilməsinin eyni vaxtda icra olunması, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh qarşı çıxarışın ləğv olunması, mənzilə payların müəyyən edilməsinə dair qarşılıqlı iddia ərizəsi, yəni xx.xx.2017-ci il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv olunması və onun və 3 azyaşlı uşaqlarının Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr S.S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzilinə paylarının müəyyən olunaraq paylı mülkiyyət kimi verilməsinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8653/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2633/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2633/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsinin ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi, qətnamənin qalan hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-346/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8653/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin olunmayaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8653/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X15 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçıCavabdeh qarşı Bakı şəhəri 8ci mkr S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzilinə dair verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2633/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8653/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2633/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2633/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsinin ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi, qətnamənin qalan hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-346/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8653/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin olunmayaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8653/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki,İddiaçıCavabdeh qarşı Bakı şəhəri 8-ci mkr S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzilinə dair verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbi üzrə sübutları araşdırarkən məhkəmə mənzilin özəlləşdirilməsinin qanunun tələblərinə əsasən həyata keçirilməsini, Cavabdeh mənzilə dair çıxarış verilərkən hər hansı qanun pozuntusuna yol verilmədiyini müəyyən etmiş, daha sonra yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin bu qənaətini əsaslı hesab edərək məhkəmə aktını həmin hissədə qüvvədə saxlamışlar. Azərbaycan Respublikası MPM-nin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, Cavabdeh Bakı şəhəri 8-ci mkr S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzilinə mülkiyyət hüququ qeydə alınarkən, yəni dövlət mülkiyyətində olan mənzil əvəzsiz olaraq cavabdehin adına özəlləşdirilərkən qanunun tələblərinə əməl edilməsi qanuni qüvvəsini alan məhkəmə aktı ilə təsdiq olunduğundan, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinə və yenidən sübuta yetirilməsinə yol verilmədiyindən iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçıCavabdeh qarşı Bakı şəhəri 8-ci mkr, S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzilinə dair verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar