Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4935/2020 12.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 qarşı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, 11 B saylı evin 17 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 qarşı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, 11 B saylı evin 17 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu 7-ci mik, 11 B saylı evin 17 saylı mənzili ona X1 miras qalmışdır. Onun mənzilində qeydiyyatda olan cavabdehlər onun yaxın qohumlarıdır. Cavabdehlər onun mənzilində qeydiyyatda olsalar da, onlar özlərinə məxsus evdə yaşayırlar. Cavabdehlərin onun mənzilində qeydiyyatda olmaları formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi kimi hüquqlarını pozur, onun həmin evlə bağlı sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Ona görə də Bakı şəhəri Binəqədi rayonu 7-ci mik, 11 B saylı evin 17 saylı mənzilinə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 himayəsində olan xx.xx.2006-ci il təvəllüdlü X7 ilə birlikdə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda X4 qanuni nümayəndəsi Cavabdeh2 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, anası Cavabdeh1 və qızı Cavabdeh3 səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmirlər. O, anası Cavabdeh1, övladları Cavabdeh3 və X7 ilə birlikdə Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. X1 miras qalan Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, 11 B saylı evin 17 saylı mənzilinə dair dair paylarından o, anası ilə birlikdə imtina etmişlər. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. X8 Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş ******* saylı xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, X7, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, 11B saylı evin 17 saylı mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2006-cı il tarixli MH № ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, 11B saylı evin 17 saylı mənzili tam mülkiyyət hüququ üzrə X3 adına adına daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 5262 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX № ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, 11B saylı evin 17 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 5262 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixli AZ-İ № 914286 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X6 xx.xx.2018-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 102 saylı ölüm akt qeydi tərtib olunmuşdur. xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, 11B saylı evin 17 saylı mənzil xx.xx.2018-ci ildə ölmüş X3 vərəsəsi İddiaçı miras qalmışdır. Cavabdeh1 xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2018-ci il tarixdə vəfat etmiş əri X6 ilə birgə nikah dövründə əldə etdikləri və Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, 11b saylı evin 17 saylı mənzilinin ½ hissəsinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən mülkiyyət hüququ haqqında şəhadətnamə almaqdan imtina etdiyini bildirmişdir. Cavabdeh1 xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2018-ci il tarixdə vəfat etmiş əri X2 miras qalmış əmlakdan ona düşən vərəsəlik payından imtina etdiyini və gələcəkdə mirasın qəbulu ilə əlaqədar heç bir məhkəmə orqanlarında iddia qaldırmayacağını bildirmişdir. Cavabdeh2 xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakdan ona düşən vərəsəlik payından imtina etdiyini və gələcəkdə mirasın qəbulu ilə əlaqədar heç bir məhkəmə orqanlarında iddia qaldırmayacağını bildirmişdir. Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsinin tərəfindən verilmiş 1314/01 saylı xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh2 ailə üzvləri anası Cavabdeh1, qızı Cavabdeh3 və oğlu X7 ilə birlikdə Xocasən bələdiyyəsinin inzibati ərazisi olan Sulutəpə qəsəbəsində qeydiyyatsız yaşayır və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cavabdehlərCavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, 11 B saylı evin 17 saylı mənzilinə olan hüquqlarından imtina etdiklərindən bu mənzilə ailə üzvləri ilə olan istifadə hüquqlarını da itirmişlər, ona görə də məhkəmə iddiaçının cavabdehlərə qarşı iddia tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, 11 B saylı evin 17 saylı mənzilinə istifadə hüquqları itirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4935/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4935/2020
12.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver