Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4972/2020 12.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı övladları xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 21 saylı evin 32 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı övladları xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 21 saylı evin 32 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 21 saylı evin 32 saylı mənzilini xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almışdır. Mənzilə dair mülkiyyət hüququ Dövlət reyesterindən qeydiyyatdan keçirilərək ona xx.xx.2007-ci il tarixdə çıxarış verilmişdir. Cavabdeh onun qardaşının həyat yoldaşıdır və hal-hazırda övladları ilə birlikdə Moskva şəhərində yaşayır. Cavabdehin övladları ilə birlikdə onun mənzilində qeydiyyatda qalması onun mənzilə olan hüquqlarını məhdudlaşdırır. Ona görə də Cavabdeh azyaşlı övladları, yəni xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 21 saylı evin 32 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə ünvanladığı müraciətindən müəyyən olunur ki, o, iddia ərizəsini qəbul edir, onun övladları xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 21 saylı evin 32 saylı mənzilinə istifadə hüquqlarının itirilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia ərizəsinə münasibətini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. X5 Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli MH № ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 21 saylı evin 32 saylı mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 510 nömrəli reyestr kitabının 47028 nömrəli vərəqində qeydiyyata alınmışdır. 3 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş ******* saylı xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, X1, X2 və Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 21 saylı evin 32 saylı mənzilində qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh iddia ərizəsini qəbul edərək övladları ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 21 saylı evin 32 saylı mənzilinə istifadə hüquqlarının itirlməsini xahiş etdiyindən iddia ərizəsi təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh övladları xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 21 saylı evin 32 saylı mənzilinə istifadə hüquqları itirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4972/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4972/2020
12.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver