Məhkəmə qərarları › İş №2(001)-4973/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4973/2020

14.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4973/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi Ərizəçi xx.xx.1958-ci il tarixdə Cəbrayıl rayonu Horovlu kəndində doğulmasının qeyd edilməsi, atasının X6 milliyyətinin azərbaycanlı, anasının X5 milliyyətinin azərbaycanlı olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi xx.xx.1958-ci il tarixdə Cəbrayıl rayonu Horovlu kəndində doğulmasının qeyd edilməsi, atasının X6 milliyyətinin azərbaycanlı, anasının X5 milliyətinin azərbaycanlı olması faktının müəyyən edilməsinə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1958-ci il tarixdə Cəbrayıl rayonu Horovlu kəndində anadan olmuşdur. Həmin vaxt Cəbrayıl rayon VVADQ şöbəsində akt qeydləri aparılmaqla ona doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamə əsasında ona SSRİ vətəndaşının pasportu, nəhayət şəxsiyyət vəsiqəsi verilmişdir. Onun atası X6, anası isə X5 olmuşdur. Ona məxsus doğum haqqında şəhadətnamə uzun müddət bundan qabaq naməlum şəraitdə itmişdir. O, doğum haqqında arayış alınması ilə bağlı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə müraciət etmiş və verilmiş cavabda arxivdə saxlanılan akt qeydlərinin yoxlanılması və onun doğumun qeydə alınmadığı, Cəbrayıl rayon Horovlu İcra nümayəndəliyində 1958-ci ildə tərtib edilmiş doğum haqqında akt qeydi nəzərdən keçirilərkən onunla eyni soyad, doğum tarixinə, eləcə də eyni ad, ata adında olan X8 barəsində akt qeydinin aşkar olunması göstərilmişdir. Bu səbəbdən də ona doğum haqqında arayışın verilməsi mümkün olmamışdır. O, doğum akt qeydinin bərpa edilməsi, təkrar şəhadətnamənin verilməsi və akt qeydinə düzəliş edilməsi ilə bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin akt qeydinin bərpası barədə tədbir görülməmiş, kifayət qədər əsas olmadığı üçün ərizəsinin təmin edilməsinin mümkün olmaması barədə ona məlumat verilmişdir. Onun doğum haqqında şəhadətnaməsi itdiyindən hər hansı bir arayış və məlumat əldə etməsi mümkün deyildir, həmçinin akt qeydinə düzəliş edilməsi mümkünsüzdür, ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Doğumunun qeyd edilməsi faktının təsdiq edilməsi ona sosial hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Ona görə də onun xx.xx.1958-ci il tarixdə Cəbrayıl rayonu Horovlu icra nümayəndəliyində doğumunun qeyd edilməsinin, ata adının X6, milliyyətinin azərbaycanlı, ana adının X5, milliyyətinin azərbaycanlı olmasına dair hüquqi faktların müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Bakı şəhəri Binəqədi RPİ tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri 9-cu mkr Cavadxan küçəsi 3245-ci məhəllə 51 saylı evin 54 saylı mənzilində qeydiyyatda olan Ərizəçi xx.xx.1958-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuşdur. Bakı şəhəri Xətai rayonu Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli НЗ № ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuşdur. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş ИВ № 032871 saylı diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Ərizəçi 1985-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu orta məktəbdə alman və ingilis dilləri müəllimi ixtisası üzrə bitirmişdir. Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli Vİİ - ЖГ № 392319 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Ərizəçi ilə X2 xx.xx.1999-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 591 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Mürşüdova soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri 9-cu mkr Cavadxan (Gəncə xanı) küçəsi 3245ci məhəllə 51 saylı evin 54 saylı mənzili Ərizəçi adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1332 saylı reyestr kitabının 121698 saylı vərəqində qeydiyyata alınmışdır. xx.xx.1990-cı il tarixli İİİ - ЖГ № 365859 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.1990-cı il tarixdə Cəbrayıl rayonunda ölmuş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 nömrəsi ilə qeyd edilmişdir. xx.xx.1977-ci il tarixli 016171 saylı vəsiqənin surətindən müəyyən olunur ki, X6 İİİ qrup müharibə əlilidir. Cəbrayıl rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ - İ № 290662 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölmuş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 120 nömrəsi ilə qeyd edilmişdir. Cəbrayıl rayonu Horovlu icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ - İV № 416839 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.1949-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 25 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası milliyəti azərbaycanlı olan X6, anası milliyəti azərbaycanlı olan X3r. Horovlu kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1953-cü il tarixli İİ- ИЕ № 049203 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.1953-cü il tarixdə Cəbrayıl rayonunun anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 10 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası milliyəti azərbaycanlı olan X6, anası milliyəti azərbaycanlı olan X3r. Cəbrayıl rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli İV – ЖГ № 439016 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.1961-ci il tarixdə Cəbrayıl rayonu Horovlu kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 15 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası milliyəti azərbaycanlı olan X6, anası milliyəti azərbaycanlı olan X3r. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, o, xx.xx.1949-cu ildə Cəbrayıl rayonunda anadan olmuş, atası 1917-ci il təvəllüdlü X6, anası 1923-cü il təvəllüdlü X3r. Onun doğma qardaşı olan Ərizəçi xx.xx.1958-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, o, xx.xx.1953-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, atası 1917-ci il təvəllüdlü X6, anası 1923-cü il təvəllüdlü X3r. Onun doğma qardaşı olan Ərizəçi xx.xx.1958-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, o, xx.xx.1961-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, atası 1917-ci il təvəllüdlü X6, anası 1923-cü il təvəllüdlü X3r. Onun doğma qardaşı olan Ərizəçi xx.xx.1958-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q 1928/13 saylı məktubla məhkəməyə müraciət edərək ərizənin təmin edilməsinə etiraz edilmədiyini bildirmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununxx xxxxx 2019-cu il tarixli 03 saylıQərarından müəyyən olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2020-ci il tarixli Q5/2-498/69 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi doğum haqqında şəhadətnamənin istənilməsi barədə müraciətinə baxılaraq 1955-1961-ci illər Cəbrayıl rayon qeydiyyat şöbəsi, Horovlu icra nümayəndəliyi, 1959-1976-cı illər bərpa akt qeydləri üzrə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılan akt qeydləri, habelə Vətəndaşlıq vəziyyəti aktları X1 Sistemindəki məlumatların yoxlanılması və onun doğumunun qeydə alındığının müəyyən olunmaması, Cəbrayıl rayonu Horovlu icra nümayəndəliyində 1958-ci ildə tərtib edilmiş doğum haqqında akt qeydi nəzərdən keçirilərəkən onunla eyni soyad, doğum tarixinə, eləcə də eyni ad, soyad, ata adında olan valideynlər haqqında məlumata malik olan X8 barəsində tərtib edilmiş akt qeydinin aşkar olunması, buna görə də doğum haqqında arayışın verilməsinin mümkün olmaması bildirilmiş, ona müvafiq akt qeydindəki səhvin düzəldilməsi və ya doğumu haqqında akt qeydinin bərpa olunması üçün zəruri sənədləri təqdim etməklə bu barədə ərizə ilə daimi yaşadığı yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsi və ya bərpa olunmasına kifayət qədər əsas olmazsa, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/9-1361/13 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi Cəbrayıl rayon qeydiyyat şöbəsi Horovlu icra nümayəndəliyi tərəfindən tərtib olunmuş doğum haqqında akt qeydində uşaq qrafasında ad bəndində “Şayır”-dan “Şahin”-ə düzəliş edilməsi barədə xx.xx.2020-ci il tarixli müraciətinə baxılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarə ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”-nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı, doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığı üçün Ərizəçi ərizəsinin təmininin mümkün olmadığı bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Ərizəçi xx.xx.1958-ci il tarixdə Cəbrayıl rayonu Horovlu kəndində doğulmasının qeyd edilməsi, atasının milliyəti azərbaycanlı olan X6, anasının milliyəti azərbaycanlı olan X5 olması olması faktı öz təsdiqini tapdığından, ərizəçi bu faktı təsdiq edə biləcək sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1958-ci il tarixdə Cəbrayıl rayonu Horovlu kəndində doğulmasının qeyd edilməsi, atasının X6 milliyyətinin azərbaycanlı, anasının X5 milliyətinin azərbaycanlı olması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar