Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4978/2023 26.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma, mənzilin əşyalardan boşaldılması, mənzilə daxil olmağa mövcud maneələrə son qoyulması və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma, mənzilin əşyalardan boşaldılması, mənzilə daxil olmağa mövcud maneələrə son qoyulması və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 18 mart 2011-ci il tarixdə "xxxx" MMC-dən Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidəki 3078 A saylı məhəllədə (köhnə qayda ilə ünvan) tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinin D korpusunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 155,02 kv.m. olan 3 otaqlı 30 saylı mənzili almışdır. "xxxx" MMC-nin rəhbərliyinin qanunsuz və cinayətkar hərəkətləri nəticəsində yuxanda qeyd edilən mənzil (eyni zamanda həmin binadakı digər mənzillər də) müxtəlif vaxtlarda iki və daha çox şəxslərə saxta sənədlər tərtib olunmaqla satılmışdır. "xxxx" MMC-nin rəhbərliyi barədə cinayət işi başlanmış və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs kimi tanınmışdır. "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidəki 3078 A saylı məhəlləsində tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinin D korpusunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 155,02 kv.m. olan 3 otaqlı 30 saylı mənzil İddiaçı satılmasına baxmayaraq 2012-ci ilin iyul ayında Cavabdeh1 da satılmışdır. İddiaçı məxsus mənzil yuxarıda göstərilən qaydada yenidən rəsmiləşdirilməsinə dair sənədlər imzalanıb, şirkətin möhürü ilə təsdiq edilməklə onun hüquqlarına və qanuni mənafelərinə ağır zərər vurulmuşdur. xx.xx.2023 tarixdə, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 235, M16, m2 (köhnə qayda ilə Bakı şəhəri, Binəqədi rayonu M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidəki 3078 A saylı məhəlləsi, D korpusunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 155,02 kv.m. olan 3 otaqlı 30 saylı mənzil) mənzilə dair çıxarış verilmişdir. Həmin çıxarış üzrə qeyd olunan mənzilə iddiaçının mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. Lakin buna baxmayaraq, Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 mənzili zəbt ediblər. İddiaçı tərəfindən Cavabdeh1 bir neçə dəfə mənzilin boşaldılması ilə bağlı müraciət edilsə də, sonuncu mənzili boşaltmaqdan və açarı təhvil verməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 iddiaya etirazı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 26 iyul 2012-ci il tarixdə Cavabdeh2 Alam qızı ilə "xxxx" MMC arasinda 526 saylı müqavilə imzalamışdır. Həmin müqavilənin șərtlərinə əsasən, Bakı șəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 A məhəlləsinin șimal hissəsində 0,553 hektar torpaq sahəsində tərəfindən inșa edilmiş D korpusunun 15-ci mərtəbəsində yerləşən, üç otaqdan ibarət, ümumi sahəsi 155,02 m², yaşayış sahəsi 86,48 m² olan 30 saylı mənzil “Xudafərin" MMC tərəfindən 31004 manat müqabilində hazırkı iş üzrə Cavabdeh2 satılmışdır. Sözügedən mənzili aldıqdan sonra "xxxx" MMC tərəfindən mənzilin təmirinə icazə verilmədiyi üçün, o, iddia ərizəsi ila Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciat etmiş və məhkəmənin xx.xx.2014-cü il tarixli 2(001)-7186/2014 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-802/2015 saylı qətnaməsi ilə Bakı șəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 A məhalləsinin șimal hissəsində 0,553 hektar torpaq sahəsində tərəfindən inşa edilmiş D korpusunun 15-ci mərtəbəsində yerləșən, üç otaqdan ibarət, ümumi sahəsi 155,02 m², yaşayış sahesi 86,48 m² olan 30 saylı mənzilə hazırkı cavabdeh, həyat yoldaşı Cavabdeh2 sahiblik hüququ tanınaraq tamamlama ve təmir işlərinin aparılmasına dair maneelerin aradan qaldırilmasi ve mənzilin Cavabdeh2 Alam qızına təhvil verilməsi qət edilmişdir. Bundan sonra 2015-ci il ərzində mənzilin sahibi kimi tərəfimdən həmin mənzildə müeyyən təmir-tikinti işləri aparılmışdır. ünvan 1 ünvaninda yerləşən mənzillə əlaqədar "xxxx" MMC ilə arasında yaranmİs mülki mübahisənin həlli üçün o, 2019-cu il tarixdə iddia tələbi il Bakı șəhəri Narimanov Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-129/2020 saylı qətnaməsi ilə iddia teləbi qismən təmin edilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bak Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2928/2020 saylı qətnaməsi ilə Bakı șəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-129/2020 saylı qətnaməsi qismən təmin edilərək, Bakı șəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 A məhəlləsinin şimal hissesində 0,553 hektar torpaq sahəsində tərəfindən inşa edilmiş D korpusunun 15-ci mərtəbəsində yerləșən, üç otaqdan ibarət, ümumi sahəsi 155,02 m², yasayis sahəsi 86,48 m² olan 30 saylı mənzilə görə 158667 manat məbləgində vəsaitin “Xudafərin" MMC-dən tutularaq hazırkı iş üzre Cavabdeh2 Alam qızına ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, cavabdehlərin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində "xxxx" MMC-yə qarşı təmir xərcləri ilə bağlı iddia qaldırdıqları təqdirdə, əlavə olaraq İddiaçı də bu xərclərin qarşılanmasının gözlənilməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçı mülkiyyətçidir və mənzil heç bir qeyd-şərt olmadan ona təhvil verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, əvvəl cavabdehə mənzildə apardığı təmir işlərinə görə müəyyən pul vəsaiti vermək fikrində idi ki, arada narazılığı olmasın. Lakin sonradan öyrəndi ki, Cavabdeh1 qanuni qüvvəyə minmiş hökmün olmasına baxmayaraq, onun arxasında yenə də mənzilin qaytarılması istiqamətində hərəkətlər edir. Belə vəziyyətdə onunla hər hansı formada razılığa gəlmək fikrindən daşındı. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirdi ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün mövcudluğundan məlumatlıdır. Mübahisəli mənzilin iddiaçıya təhvil verilməsinə etiraz etmir. Lakin onun hal-hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində həmin mənzilin təmirinə çəkilmiş xərclə bağlı "xxxx" MMC-yə qarşı iddia ərizəsinə baxılır və iş üzrə təkrar olaraq məhkəmə ekspertizası təyin edilmişdir. Həmin iş yekunlaşanadək hazırkı işin icraatı dayandırılmalıdır. Belə ki, mənzil iddiaçıya təhvil verilərsə, obyektiv olaraq ekspertizanın keçirilməsi mümkün olmayacaq. İddiaçı ilkin olaraq onun tərəfindən mənzildə aparılmış təmir işlərini qismən də olsa qarşılamaq istəyirdi. Belə ki, gəlib mənzildə nə qədər iş gördüyünün şahidi olmuşdur. Lakin sonradan ona məlum oldu ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Hal-hazırda mübahisəli mənzildə heç kim yaşamır, lakin mənzilin açarını hazırkı vəziyyətdə iddiaçıya təhvil verməyəcək. Bunun üçün əvvəl obiri iş yekunlaşmalıdır. İstəyirsə, gəlib qapını qırsın – mənzilə girsin. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 235, M16, m2 (əvvəlki ünvan - Bakı şəhəri, Binəqədi rayonu, X15 prospekti, məhəllə 3078A, mənzil 30) xx.xx.2023-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-72/2019 saylı hökmündə aşağıdakılar göstərilmişdir: “ ... Cinayət işinin materiallarından görünür ki, binanın D korpusunun 15-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 155,02 kv.m. mənzil 18 mart 2011-ci il tarixdə X8, 05 may 2011-ci il tarixli 391 №-li müqavilə ilə X13, 22 noyabr 2011- ci il tarixli 444 №-li müqavilə ilə X5, 18 noyabr 2011-ci il tarixli 441 №-li müqavilə ilə X6 və 26 dekabr 2011-ci il tarixli müqavilə ilə X1 adına rəsmiləşdirildikdən sonra X7 adına yızılıb 26 iyul 2012-ci il tarixli 526 №-li müqavilə ilə Cavabdeh2 adına sənədləşdirilmişdir. Həmin mənzilin X4 adına sənədləşdirilməsinə baxmayaraq mənzili almış şəxsin İddiaçı olması hesab edilmiş və hal-hazırki vaxtadək Heydər Əhmədovdan əvvəl hər hansı bir digər şəxsin adına sənədləşdirməsi müəyyən olunmadığından birinci alıcı İddiaçı hesab edilmişdir. Həmin mənzilin X2 adına yazılması xüsusatı üzrə mənzilə görə ödəniş etmiş şəxs X14 və ödənişin məbləği 93000 manat hesab edilməklə sonuncu zərər çəkmiş şəxs kimi tanınmışdır. N.Aslanovun ərizəsinə əsasən ona qarşı törədilmiş dələduzluq cinayəti nəticəsində vurulmuş maddi zərərin "xxxx" MMC tərəfindən ona ödənilməsi nəzərə alınmışdır. Bu mənzilin X3 adına sənədləşdirilməsi xüsusatı üzrə mənzili almış şəxs X10 və onun mənzilə görə ödədiyi məbləğ 124000 manat hesab edilmişdir. Mənzilin Rəşad Ağayevə satılması zamanı ona qarşı dələduzluq cinayəti törədilməsi tam sübuta yetirildiyinə görə Rəşad Ağayev zərər çəkmiş şəxs kimi tanınmışdır. Onun mənzili Mollağa Məmmədova satdıqdan sonra sonuncunun mənzilin əvvəllər başqa şəxsə satılmasını müəyyən edərək R.Ağayevə ödəmiş olduğu pulu Azər Xəlilovdan tələb edərkən aldığı 6000 manat maddi zərərin ödənilməsi kimi qiymətləndirilmişdir. Qeyd olunan mənzil 1 kv.m. 250 manata olmaqla 38750 manata Azər Xəlilov tərəfindən Pirməmməd Pirizadəyə satılmış, o isə mənzili Cəlil Muradova barter etməklə satdıqdan sonra sonuncu həmin mənzili Cavabdeh1 satmış və mənzil onun arvadı Cavabdeh2 adına sənədləşdirilmişdir. Bununla da həmin xüsusat üzrə Pirməmməd Pirizadəyə 38750 manat məbləğində maddi zərərin vurulması və ona qarşı dələduzluq cinayətinin törədilməsi tam təsdiq olunmuş, bu səbəbdən P.Pirizadə zərər çəkmiş şəxs kimi tanınmışdır. İstintaq materialları ilə müəyyən edilmişdir ki, həmin mənzil 2011-ci iln dekabr ayında Pirməmməd Pirizadəyə satılmışdır. Odur ki, həmin tarix P.Pirizadəyə qarşı dələduzluq cinayətinin törədilməsi vaxtı kimi qəbul edilmişdir. "xxxx" MMC tərəfindən ona satılmış mənzil üzrə qanunsuz hərəkətlərə yol verilməklə hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurulmasına görə İddiaçı, habelə əvvəllər satılmış mənzilin Cavabdeh2 adına yazılması ilə onun əri Cavabdeh1 qarşı göstərilən nəticələrə səbəb olan cinayət əməli törədildiyinə görə sonuncu zərər çəkmiş şəxs kimi tanınmışlar ...”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Beləliklə, məhkəmə qanuni qüvvəyə minmiş hökmünün mövcudluğunu, eyni zamanda reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan AZ1108, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 235, M16, m2 (əvvəlki ünvan - Bakı şəhəri, Binəqədi rayonu, X15 prospekti, məhəllə 3078A, mənzil 30) ünvanında yerləşən mənzildən çıxarılmalı, mənzil boşaldılaraq İddiaçı təhvil verilməli və iddiaçının mənzilə daxil olmasına mövcud olan maneələrə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan AZ1108, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 235, M16, m2 (əvvəlki ünvan - Bakı şəhəri, Binəqədi rayonu, X15 prospekti, məhəllə 3078A, mənzil 30) ünvanında yerləşən mənzildən çıxarılsın, mənzil boşaldılaraq İddiaçı təhvil verilsin və iddiaçının mənzilə daxil olmasına mövcud olan maneələrə son qoyulsun. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4978/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4978/2023
26.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver