Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5/2025 14.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil1, Cavabdeh1 nümayəndəsi, Vəkil2, Cavabdeh6 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılaraq sahibliyə geri qaytarılması, pul və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 916,3 kv,m olan qeyri-yaşayış sahəsinin (“Mehriban” kafesi) boşaldılması və əmlakın onun sahibliyinə geri qaytarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən mülkiyyət hüququna edilən müdaxilələrin aradan qaldırılması və bu cür qanunsuz hərəkətlərə son qoyulması, əldə edilmiş 168000 manat gəlirdən onun payına düşən (50 %) 840000 manat pul məbləğinin və 20000 manat mənəvi ziyanın müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, və Cavabdeh6 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi və vəkili məhkəmə mübahisəsi dövründə tələbini dəqiqləşdirsə də, daha sonradan ilkin redaksiyada təqdim edilən tələbi müdafiə etdiyini bildirmiş və bu barədə ərizəsini təqdim etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri yaşayış sahəsi (“Mehriban” kafesi)Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş şəhadətnaməyə əsasən İddiaçı və Cavabdeh1 mülkiyyətindədir. Qeyd edir ki, ünvan 3 ünvanında yerleşən ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsi (“Mehriban" kafesi) onun da toxunulmaz mülkiyyətində olmasına baxmayaraq cavabdeh X4 və onun yaxın qohumları olan digər cavabdehlar X5, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 va icarəçi Cavabdeh2 qərəzli mövqeyi, eyni zamanda özbaşına hərəkətləri nəticəsində o, əmlak üzərində olan hüququndan faktiki olaraq məhrum olmuşdur. Belə ki, Cavabdeh1 və oğlu X7 2011-ci ildən, hal-hazırda isə yaxın qohumları qardaşı Cavabdeh3, qardaşı oğlu Cavabdeh4 və bacısı oğlanları Cavabdeh5, X8 ilə birlikdə qeyd olunan qeyriyaşayış sahəsini ona bildirmədən, gizli şəkildə müxtəlif şəxslərə aylıq 2000 manat olmaqla icarəyə vermişlər və onun payına düşən icarə haqqını mənimsəyərək əsassız olaraq varlanmışlar. Məsələyə yerində aydınlıq gətirmək məqsədilə xx.xx.2019-cu il tarixdə saat 11:30 radələrində ünvan 3 ünvanında yerləşən "Mehriban" kafesində olarkən və icarəçi Cavabdeh2 və Ramin adlı şəxslə söhbət edərkən həmin kafeyə heç bir aidiyyəti olmayan Cavabdeh4, Cavabdeh5 və X8 qanunsuz müdaxilə edərək Binəqədi Rayon Polis İdarəsinin 7-ci PB-nin əməliyyat müvəkkili Fərid İsayevi və həmin ərazinin sahə müvəkkili Anar adlı şəxsi dəvət etmişlər, onlar isə öz növbəsində qanunsuz və əsassız olaraq mülkiyyət hüququna müdaxilə edərək adları qeyd olunan şəxslərin maraqlarına uyğun hərəkətlər etmişlər. Hal-hazırda da ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsi ("Mehriban" kafesi) bütövlüklə Cavabdeh1 və onun yaxın qohumları Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 tərəfindən icarəyə verilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixdə müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə reyestrdə 3M-43 nömrə ilə qeydə alınmış və təsdiq edilmiş formal bir icarə müqaviləsi də bağlanmışdır. Həmin müqavilədə icarǝyǝverən Cavabdeh1 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsinin özünə məxsus hissəsinin icarəçi Cavabdeh2 aylıq 300 manata verilməsi qeyd olunsa da, faktiki mübahisəli qeyri-yaşayış sahəsi tam olaraq cavabdehlər tərəfindən müxtəlif şəxslərə aylıq 2000 manat olmaqla icarəyə verilmişdir.Ümumiyyətlə həmin qeyri-yaşayış sahəsi ilə bağlı aralarında heç bir razılaşma mövcud olmamış, əmlak üzrə pay bölgüsü aparılmamış, hamin sahə hissələrə bölünməmiş və bu barədə heç bir sənəd də mövcud deyildir. Əlavə olaraq bildirir ki, Cavabdeh1 saxta ezamiyyət sənədi düzəldərək xx.xx.2019-cu il tarixdən ölkə hüdudlarını tərk edərək qaçmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayənədəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, əmlakın satılmasına dair şəhadətnamə 2006-cı ildə alınmışdır. 2011-ci il tarixinə olan icarə müqaviləsi isə tərəflər arasında məhkəməyədək olan dövrdə polisdə aparılmış tədqiqat nəticəsində onlara məlum olmuşdur. İlham müəllimin icarə müqaviləsindən məlumatı olmayıb. Tərəflər arasında olan faktiki münasibətlər 2016-cı ildən pozulmuşdur. Münasibətləri pozulandan sonra İddiaçı məlumatlanmışdır ki, obyekt 2016-2019-cu ilərdə icarədədir. Şifahi araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, əmlak 2000 manata aylıq icarəyə verilmişdir. Buna görə də, idman zalı və kafenin Cavabdeh1 tərəfindən 2018ci ildən təmir edilmiş olmasına dair yanaşma əsassızdır. Artıq 2018-ci ildə tərəflər arasında münasibətdə həddət artıq gərgin olmuşdir. Bugünki gün də, cavabdehin nümayəndəsi və vəkili iddia edir ki, yalnız kafe onlar tərəfindən icarəyə verilsə də, idman zalı iddiaçının özü tərəfindən icarəyə verilib. Halbuki, bu həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh1la İddiaçıla arasında təmirlə bağlı hər hansı şifahi razılığa nail olmamışdır. Məlum məsələdir ki, təmiri özü edibsə, deməli icarəyəverən şəxs də özü olmuşdur. Hazırda cavabehdən faktiki olaraq icarəyə verdikləri ərazi üzrə aylıq 2000 manat icarə haqqı üzrə hesablanmış məbləğ tələb edirlər. 495 kv.m sahəyə kafe daxil deyil, 495 kv.m elə tam işlək sahədir ki, icarəyə verilib. Hazırda obyektin ikinci mərtəbəsində olan və faktiki istifadədə olub icarəyə verilmiş hissəyə münasibətdə haqq tələb edirlər. Obyektin 2011-2018-ci illər ərzində icarədə olmasını iş materiallarında olan 2011-ci ilə aid icarə müqaviləsi ilə sübut edirlər. Həmin müqavilədəki imza İddiaçı aid deyil.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi, Vəkil2 izahatında bildirmişdir ki, Cavabdeh1 tərəfindən 2019-cu ildən etibarən məhkəmə qərardadının icrası səbəbi ilə obyektdən istifadəyə imkan yaradılmır. Nəticədə isə iddiaçı tərəf 74000 manatdan çox vəsait qazanır. Belə ki, idman zalını lap əvvəldən İddiaçı özü icarəyə verib. İlk vaxtlar Mübariz adlı şəxsə verilsə də, faktiki olaraq, Elçin və Məhəmməd Əlili adlı şəxslərin istifadəsindədir və iddiaçı zala görə onlardan 600 manat icarə haqqı alır. Onda olan məlumata görə ərazinin təmiri ilə bağlı tərəflər arasında şifahi razılaşma olub. Təmir xərcinin məhkəmə qaydasında tələb edilməsinə baxmayaraq, məhkəmə qətnaməsi ilə iddiaları təmin edilməmişdir. Çünki əmlak qeydiyyatsız olduğundan, paylar müəyyən edilmədiyindən, təmir edilmiş hissənin kimin payına düşəcəyi məlum deyildir ki, hər hansı tələb hüququ irəli sürsünlər. Hazırda kafe Elşən adlı şəxsin qohumu olan Ramil adlı şəxsə 2019-cu ildən İddiaçı tərəfindən aylıq 500 manata icarəyə verilib. Bu hallar məhkəmə baxışında müəyyən edildiyindən, qarşılıqlı iddianın verilməsi üçün əsasları yaranmışdır. Həmin obyektdə yalnız kafeni 2018-ci ilin fevral ayının 3-ü tarixindən 2019-cu ilin iyun ayına kimi aylıq 300 manatdan Cavabdeh2 icrayə vermişlər və icarədə 4800 manat pul qazanmışlar. Həmin puldan isə iddiaçıya hər hansı pay çatmır. Belə ki, əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb, ona görə də, ilk olaraq əmlak qeydiyyata alınmalı, tərəflərin payları müəyyən edilməlidir. Əgər ki, icarəyə verilən hissənin pay hüququ Cavabdeh1 qalacaqsa, onda ümumiyyətlə hər hansı vəsaitin bölünməsindən söhbət gedə bilməz. Obyektin ümumi ərazisi 916 kv.m-dir. Əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyib. Cavabdeh1 2018-ci ildə idman zalını və kafeni 34718 manat xərc çəkməklə təmir edib. Təmir edilən ərazidən yalnız kafe Cavabdeh1 tərəfindən icarəyə verilib. İddiaya etirazlarında daha dəqiq olaraq göstərmişlər ki, əmlakın girişdən sol tərəfdə yerləşən əsas sahə olan 284.25 kv.m. sahəyə malik zalını, köməkçi sahələr olan 35.5 kv.m. sahəyə malik dəhliz, 6.9 kv.m. sahəyə malik sanitar qovşaq, 7.8 kv.m. anbar və 160.1 kv.m sahəyə malik eyvanın yerləşdiyi hissələri 03 fevral 2018-ci il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda Cavabdeh2 icarəyə vermişlər. Əmlak 916 kv.m olsa da, yarı hissəsindən bir az olaraq, obyektin əsas sahəsi 470 kv.m təşkil edir. Həmin ərazinin ½ hissəsi, yəni 284 kv.m sahə icarəyə verilmişdir. 160 kv.m ərazi isə təkcə balkondur. Yəni Cavabdeh1 özünə aid olan hissədən əmlakı icarəyə verib. Əmlakın köhnə tikili olması da,nəzərə alınmalıdır. Meyvətərəvəzlə bağlı hissəyə dair məsələ ona indi məlum olur. İddiaçı iddia edirsə ki, əmlak 2011-2018-ci il tarixlərində icrayə verilmişdir, bunu sübut etməlidir. Hətta Vergilər Nazirliyinə belə sorğu ünvanlana bilər ki, obyekti həmin tarixlərdə hansı fiziki və ya hüquqi şəxs icarəyə götürüb. 2019-cu ildən İddiaçı qohumları obyektə gələrək, icarə haqının onlara çatası olduğunu vurğulayırlar. Nəticədə Cavabdeh1 qohumları bacısı və qardaşı oğulları Binqədi rayon polis idarəsinin müvafiq bölməsinə şikayətlə müraciət edirlər. İddiaçının iddia etdiyi icarə müqaviləsinin mövcudluğu isə həmin ərəfədə aşkar edilə bilməzdi. Hazırda iddiaçı tərəf öz iddiasını sübut etməlidir. Çünki iddianın maddi əsası yoxdur və maddi əsasın mövcudluğunu göstərən sübutları belə yoxdur. İş materiallarında olan 2011-2018-ci il tarixli müqaviləyə sübut kimi istinad etsələr də, həmin müqavilənin əsli yoxdur. Müqavilədəki imza Cavabdeh1 aid deyil. Hətta iddaçının nümayəndəsi və vəkili belə, həmin müqavilədəki imzanı İddiaçı aid olmadığını bildirir. Yəni, tərəf istinad etdiyi sübutu özü təkzib edir. Belə olan halda həmin sübut necə ola bilər ki, onlara qarşı istifadə oluna bilir. Həmçinin sözügedən müqavilənin haradan əldə edilməsini də, iddiaçı göstərə bilmir. Təqdim edilmiş mütəxəssis rəyi ilə isə razılaşmır. Belə ki, rəy şifahi mülahizələrə əsaslanmaqla tərtib edilib. Göründüyü kimi aylıq icarə haqqı məbləğlərindən biri kimi 6432 manat göstərilib. Hansı ki, bunlar çox yüksək məbləğlərdi. Hətta şəhərin mərkəzində belə, obyektlərin icarə haqqı bu qədər deyil. Ümumiyyətlə AR MPM-nin 88-ci maddəsinə əsasən rəy sübut kimi nəzərə alınmamalıdır. Qarşılıqlı iddiasının geri qaytarılmasına dair qərardaddan şikayət verilməsi üçün ona vaxt verilməli və məhkəmə iclası təxirə salınmalıdır. Həmin iddia ilə müstəqil qaydada məhkəməyə müraciət etmək şansı olsa da, düşünür ki, həmin iddiaya faktiki işin daxilində baxılmalıdır. İşə baxılmasının 5 il 8 ay kimi bir müddətdə uzanması onun ucbatından baş verməmişdir. Ekspertiza Mərkəzinin rəy verilməsindən imtina etməsinə baxmayaraq, məhkəmə mütəxəssis rəyinin alınmasını zəruri hesab edir. Hansı ki, həmin mütəxəssis də, absurd qiymətlərlə şəxsi mülahizələri əsasında rəy verir.
6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi, Vəkil2 izahatında bildirmişdir ki, obyektin Şahbaz müəllimə düşən 284 m2 hissəsi onun tərəfindən təmir olunub icarəyə verilmişdir. Həmin vaxt Elşən adlı şəxsə icarəyə verilmiş, 2019-cu ildə məhkəmə qərardadı ilə Şahbaz müəllimin oraya girməsi qadağan olunduğundan İddiaçı obyektə gedərək Elşənlə danışıq aparmışdır. Həmin vaxtdan Elşən onlara aylıq 500 manat icarə haqqı ödəyir. Obyektin sahəsi böyük olsa da faktiki vəziyyəti yaxşı deyildir. Təmiri sadədir. Oranın iddia ərizəsində göstərildiyi kimi aylıq 2000 manata icarəyə verilməsi mümkün deyildir. Əgər yerində müayinə keçirilsə obyektin real vəziyyəti məhkəmə üçün daha aydın olar. Əlavə olaraq bildirmişdir ki, ümumiyyətlə iş üzrə ekspertiza keçirilməsinə ehtiyac yoxdur. Belə ki, obyekt 2011-2019-cu illlərdə icarədə olmayıb. 2018-ci ilin fevralından müqavilədə göstərilən aylıq 300 manat icarə haqqı müqabilində 1 il 3 ay müddətinə icarədə olub və 4500 manat haqq ödənilib. Vəsatətin əsasladırılması üçün sistemə əlavə edilən Bakı Apellyasiya Məhkəməsinin qərardadına istinad edilməsi əsaslı deyil. Bundan başqa tərəf ilkin olaraq, bağlanmış icarə müqaviləsinin etibarsızlığını istəyirsə, etibarsızlığın hüquqi nəticəsinə görə əqd etibarsız hesab edilərsə, əqddən əvvəlki vəziyyət bərpa edilməli, alınan və verilənlə qaytarılmalıdır. Lakin hazırda iş üzrə ekspertiza keçirilir. Görünən odur ki, iddiaçının tələbləri arasında ziddiyyət vardır. Bundan başqa Bakı şəhər, Binəqədi rayon məhkəməsinin 2(001)- 5317/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsindən (“Mehriban” kafesi) istifadə edilməsinin, yəni əraziyə daxil olmaq, həmin sahədə fəaliyyət göstərmək Cavabdeh1 stisna olmaqla digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və digər şəxslərə qadağan edilmiş, Cavabdeh3 adına olan ünvan 6 ünvanda yerləşən 1 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Həmin tarixdən bu günədək cavabdehlər həmin qeyri yaşayış sahəsinə getməmiş, Cavabdeh1 nümayəndələri isə qeyri-yaşayış sahəsinə buraxılmamışdır. Buna baxmayaraq, İddiaçı həmin qeyri yaşayış sahəsini 2019-cu ilin iyunundan bu günədək Cavabdeh2 qohumu Ramil Heydərov adlı şəxs tərəfindən istifadə edilməsinə şərait yaratmış, yəni icarəyə vermiş və həmin şəxsdən hər ay icarə haqqı almışdır. Bundan başqa İddiaçı tərəfindən həmin qeyri yaşayış sahəsində idman zalı da icarəyə verilmişdir. Bizdə olan məlumata görə hər iki qeyri yaşayış sahəsi aylıq icarə haqqını İddiaçı təqdim edirlər. Məhkəmə qərardadı göründüyü kimi icra olunmur. Mən ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (“Mehriban” kafesi) hal-hazırda fəaliyyət göstərməsini təsdiq edən video görüntünün olduğu flascardı məhkəməyə təqdim edir.
7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi, Vəkil3 izahatında bildirmişdir ki, obyektin icarə müqaviləsinin doğruluğu şübhə doğurur. Müqavilənin əsli ortada yoxdur. Həmçinin müqavilədə Şahbaz müəllimin imzası da yoxdur. Obyektin icarəsinin 300-500 manat arası olması obyektin real vəziyyətinə uyğundur. Bu xüsusi bilik tələb olunmayan məsələ olduğundan ekspertiza təyin edilməsinə ehtiyac yoxdur. Kafe məhkəmə qadağası olmasına baxmayaraq, istifadə edilir. İcazə iddiaçı tərəfindən verilib və iddiaçı bununla bağlı 500 manat icarə haqqı alır. Məhkəmə yerində müayinə təyin etdiyindən, kafeni 1 günlük bağlamışdılar. Belə təsəvvür yaratmaq istəyirlər ki, guya kafe işləmir. Hazırda kafe Orxan çay evi adlanır və onu Ramin adlı şəxs işlədir. Onlar idman zalını icarəyə verməmişlər. İddiaçı tərəf kafedən aylıq 500 manat, idman zalından aylıq 300 manat icarə haqqı alır.
8. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərir: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri yaşayış sahəsinin ("Mehriban" kafesi) boşaldılması və əmlakın sahibliyə geri qaytarılması, cavabdehlər tərəfindən mülkiyyət hüququna edilən müdaxilələrin aradan qaldırılması və bu cür hərəkətlərə son qoyulması, əldə olunmuş 168.000 manat gəlirdən onun payına düşən (50%) 84.000 manat pul məbləğinin və 20.000 manat mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 84.000 manat pul məbləğinin və mənəvi ziyana görə 20.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə ərizə təqdim edərək, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri yaşayış sahəsinin ("Mehriban" kafesi) istifadə edilməsinin, yəni əraziyə daxil olmaq, həmin sahədə fəaliyyət göstərmək cavabdehlərə və bu işə cəlb olunan istənilən şəxslərə qadağan edilməsi və Cavabdeh3 adına olan ünvan 6 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulması barədə ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-5317/2019 saylı qərardadı ilə ilə ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri yaşayış sahəsinin ("Mehriban" kafesi) istifadə edilməsinin, yəni əraziyə daxil olmaq, həmin sahədə fəaliyyət göstərmək Cavabdeh1 istisna olmaqla, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh3 adına olan ünvan 6 ünvanda yerləşən 1 saylı mənzilin üzərinə həbs qoyulmuşdur.
9. Aşağıda göstərilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı yuxarıda göstərilmiş iddia ərizəsinə etiraz edirik: İşin materiallarına nəzər yetirdikdə görünür ki, iş üzrə cavabdehlərin dairəsi düzgün müəyyən edilməmişdir. Belə ki, işin faktlarında Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 işə aidiyyətini göstərən heç bir sübut yoxdur. Və İddiaçı cavabdehərin dairəsini nəyə əsasən müəyyənləşdirdiyini, onların "Mehriban" kafesinə aidiyyətinin necə müəyyən etdiklərini göstərməmişlər. Həmçinin Cavabdeh1 ünvan 9 ünvanında yerləşən əmlakın girişdən sol tərəfdə yerləşən əsas sahə olan 284.25 kv.m. sahəyə malik zalını, köməkçi sahələr olan 35.5 kv.m. sahəyə malik dəhliz, 6.9 kv.m. sahəyə malik sanitar qovşaq, 7.8 kv.m. anbar və 160.1 kv.m sahəyə malik eyvanın yerləşdiyi hissələri 03 fevral 2018-ci il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda Cavabdeh2 icarəyə vermişdir. İcarə müqaviləsi xx.xx.2022-ci il tarixədək olan müddətə bağlanmışdır. Həmin icarə müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə, notarial qaydada bağlanılmışdır və hazırda qüvvədədir. Müqavilənin ləğvinə və ya xitamına dair heç bir məhkəmə qərarı yoxdur. Cavabdeh2 həmin əmlakın göstərilən hissəsindən icarə əsasında istifadə hüququna malikdir. İcarəçi yalnız müqavilənin xitamı və ya ləğv edilməsinə dair məhkəmənin müvafiq qətnaməsi olardısa, həmin əmlakdan çıxarıla yaxud əmlakdan istifadə ona qadağan edilə bilərdi. Lakin məhkəmə bu əsaslar olmadan xx.xx.2019-cu il tarixli, 2(001)-5317/2019 saylı qərardadı ilə Cavabdeh2 xx.xx.2018-ci il tarixli icarə müqaviləsində göstərilmiş əmlakdan istifadə hüququna qadağa qoymuşdur. Həmçinin Cavabdeh1 tərəfindən bacısı oğlu Cavabdeh6 öz əmlaklarının idarə edilməsi məqsədi ilə etibarnamə verilmişdir. Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh6 hazırda etibarnamə əsasında həmin əmlaklar üzərində sahiblik, istifadə və sərəncam hüquqlarına malikdir. Bunların heç biri olmadığı halda Cavabdeh1 nümayəndəsi Cavabdeh6, bundan başqa icarə hüququ əsasında əmlakdan istifadə edən Cavabdeh2 əmlak hüquqlarına İddiaçı və digər şəxslər tərəfindən müdaxilə edilməsi və məhkəmənin göstərilən şəxslərə həmin əmlakdan istifadəyə dair qadağa qoyması tamamilə əsassız və qanunsuzdur. Bundan başqa Cavabdeh3 bu məsələyə heç bir aiddiyyatı olmadığı halda iddiaçı tərəfindən ona qarşı əsassız iddia tələbi irəli sürülmüşdür. Belə ki, Cavabdeh3 ünvan 10 ünvanında yerləşən əmlak üzərində heç bir mülkiyyət hüququnun yaxud əmlakdan hər hansı formada istifadəsinin olmamasına baxmayaraq heç bir hüquqi əsas olmadan o, cavabdeh qismində cəlb edilmişdir.
10. Bildirməlidir ki, ümumilikdə 916.3 kv.m. sahəyə malik həmin əmlakın təmirinə ümumilikdə 30000 manatdan artıq xərc çəkilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən Cavabdeh1 Azərbaycan Respublikasının Konstitutsiyasının, 13-cü maddəsində öz əksini tapmış mülkiyyət hüququ kobud şəkildə pozulur. Belə ki, Əmlak Ekspertiza Mərkəzi qarşısında ünvan 11 ünvanında yerləşən qayan yaşayış sahəsinə çəkilən xərclərin məbləğinin qiymətləndirilməsi ilə bağlı sual qoyulmuşdur. Əmlak Ekspertiza Mərkəzinin 07 iyun 2019-cu il tarixli 10-645/19 nömrəli rəyinə əsasən həmin qeyri-yaşayış sahəsinə çəkilən xərclərin məbləği 34 738,1 (otuz dörd min yeddi yüz otuz səkkiz min) manat, 10 qəpik təşkil edir. Bundan başqa İddiaçı heç bir əsas olmadan öz ərizəsində göstərmişdir ki, 2011-ci il tarixindən cavabdehlər gizli şəkildə ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsini aylıq 2000 manat məbləğinə icarəyə vermişlər. Lakin iddiaçı bu iddiasını əsaslandıran, həqiqətən belə müqavilənin mövcudluğunu göstərən heç bir sübutu işin hallarına əlavə etməmişdir. Çünki faktiki olaraq heç bir zaman belə bir müqavilə bağlanmamışdır. Bu əmlaka dair yeganə müqavilə aşağıdakıdır: Cavabdeh1 ünvan 9 ünvanında yerləşən əmlakın girişdən sol tərəfdə yerləşən əsas sahə olan 284.2 kv.m. sahəyə malik zalını, köməkçi sahələr olan 35.5 kv.m. sahəyə malik dəhliz, 6.9 kv.m. sahəyə malik sanitar qovşaq, 7.8 kv.m. anbar və 160.1 kv.m sahəyə malik eyvanın yerləşdiyi özünə məxsus hissələri 03 fevral 2018-ci il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda Cavabdeh2 icarəyə vermişdir. İcarə müqaviləsi xx.xx.2022-ci il tarixədək olan müddətə bağlanmışdır. Həmin icarə müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə, notarial qaydada bağlanılmışdır və hazırda qüvvədədir. Həmin müqaviləyə əsasən icarə haqqının miqdarı aylıq 300 manat olmuşdur. Belə ki, ünvan 9 ünvanında yerləşən əmlak Cavabdeh1 da mülkiyyətindədir və mülki qanunvericiliyin tələbləri əsasında o, əmlakın müəyyən hissəsini AR Mülki Məcəlləsinin 205.4-cü maddəsinə uyğun şəkildə qarşı tərəfin də razılığını alaraq özünə aid hissə kimi icarəyə vermişdir. İddiaçı ünvan 9 ünvanında yerləşən əmlakın icarəyə verilməsindən 168.000 manat gəlir əldə edilməsi fikri əsassız və absurddur. Belə ki 03 fevral 2018-ci il müqaviləsinin məzmunundan görünür ki, bu müqavilə ilə yalnız əmlakın girişdən sol tərəfdə yerləşən əsas sahə olan 284.2 kv.m. sahəyə malik zal, köməkçi sahələr olan 35.5 kv.m. sahəyə malik dəhliz, 6.9 kv.m. sahəyə malik sanitar qovşaq, 7.8 kv.m. anbar və 160.1 kv.m sahəyə malik eyvanın yerləşdiyi hissələri icarəyə verilmişdir. Bu zaman İddiaçı 50% paylı mülkiyyətçisi olduğu əmlakda yalnız yuxarıda göstərilən, Cavabdeh1 məxsus hissələri icarəyə verildiyindən və İddiaçı mülkiyyətinə toxunulmadığından onun belə iddia vermək hüququ yoxdur. Habelə Cavabdeh1 məxsus əmlakın həmin hissəsi xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək (Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-5317/2019 saylı qərardadı qəbul edilənədək) aylıq 300 manata icarəyə verildiyindən bu müqavilənin bağlanmasından əldə edilən gəlir maksimum 4800 manat ola bilərdi. (16 ay aylıq 300 manat) Deməli İddiaçı bu gəliri əsassız olaraq şişirdilmiş məbləğdə göstərmişdir. Bundan başqa İddiaçı əsassız olaraq iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 saxta ezamiyyət sənədi əldə edərək ölkədən qaçmışdır. Lakin bu iddia lamamilə əsassız və qanunsuzdur, onun bu iddiasını təsdiq edən heç bir sübut yoxdur.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 iddia tələbini qəbul etməyərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, idman zalı və kafe obyektin ikinci mərtəbəsində yerləşir.
12. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdirlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
13. Əmlakın İnventarlaşdırılması Bürosunun Müəssisə və Obyektin 2005-ci il tarixli texniki pasportundan görünür ki, Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balans saxlayıcı və ya mülkiyyətçisi olduğu (İcarəçi: İqtisadi İnkişaf Nazirliyi, Ticarət-xidmət və istehsalat müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi) Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, S.Məmmədova küçəsi-205 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 1968-ci ildən tikilmiş, ümumi sahəsi 916.3 kv.m, əsas sahəsi 470,4 kv.m, köməkçi sahəsi 445,9 kv.m dir.
14. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2006-cü il tarixli şəhadətnamədən (mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamə) görünür ki, ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 916,3 kv.m olan “Mehriban” kafesi Cavabdeh1 və İddiaçı tərəfindən qüvvədə olan qanunvericilik əsasında satın alınmışdır. Əmlakın ümumi satış qiyməti 20501 manat olmuşdur.
15. Bir tərəfdən fiziki şəxslər Cavabdeh1 və İddiaçı (icarəyə verən), digər tərəfdən fiziki şəxs X1 (icarəçi) olduğu göstərilən 11 oktyabr 2011-ci il tarixli 01 saylı icarə müqaviləsindən görünür ki, icarəyə verən ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 916,3 kv.m olan ictimai iaşə sistemi (bütün aksesuarları ilə) cəmi 100 manat aylıq icarə haqqı olmaqla, xx.xx.2011-ci il tarixindən 31 dekabr 2015-ci il tarixinədək icarəyə verilir. (həmin müqavilə surəti olmaqla icarəçi tərəfindən imzalanmamışdır)
16. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və notarial qaydada təsdiq olunan xx.xx.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsinin “Mehriban” kafesinin özünəməxsus hissəsini icarəçi Cavabdeh2 aylıq 300 manat olmaqla, xx.xx.2022-ci il tarixinədək icarəyə verilir.
17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 5317/2019 saylı qərardadından görünür ki, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsindən (“Mehriban” kafesi) istifadə edilməsinin, yəni əraziyə daxil olmaq, həmin sahədə fəaliyyət göstərmək Cavabdeh1 istisna olmaqla digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və digər şəxslərə qadağan edilməsi və s. qərara alınmışdır.
18. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən qəbul edilən xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-5317/2019 saylı icra sənədi üzrə tələbin dərhal təmin edilməsi borclulara təklif edilmişdir.
19. Məhkəmənin xx.xx.2022-ci il tarixli yerli müayinə protokolunda göstərilir: Yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsi mövcud tikilinin müəyyən hissəsini təşkil edir. Yerində müayinə zamanı həm iddiaçı, həm cavabdeh tərəfdən iştirak edən nümayəndələr bildirmişlər ki, ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsinə kafe kimi işlədilən hissə, idman zalı kimi işlədilən hissə və istifadəyə yararsız olan zirzəmi aiddir. Eyni zamanda həmin vaxt kafe kimi nəzərdə tutulan və idman zalı kimi nəzərdə tutulan hissənin qapısının bağlı olduğu, zirzəminin isə istifadəyə yararsız şəkildə tərk edilmiş formada olduğu müəyyən edildi.
20. “Yerində müayinə zamanı iddiaçının nümayəndəsi, Vəkil1 izahatında bildirmişdir ki, kafe hazırda işləmir, bağlıdır. İcra məmuru bağlayıb, açarı da ondadır. İdman zalı cavabdeh tərəfindən icarəyə verilmiş və son 3-4 aya qədər istifadə edilmişdir. Hal-hazırda idman zalının açarı icra məmurundadır. Həmçinin idmançılarla cavabdehlər arasında mübahisə vardır.Yerində müayinə zamanı cavabdehlər Cavabdeh1 nümayəndəsi, Vəkil3 izahatında bildirmişdir ki, həmin kafe məhkəmə qadağası olmasına baxmayaraq dünənə qədər istifadə edilirdi. Həmin icazə iddiaçı tərəfindən verilmişdir və iddiaçı bununla bağlı aylıq 500 manat icarə haqqı alır. Məhkəmə yerində müayinə təyin etdiyindən kafeni 1 günlük müvəqqəti bağlayıblar. Belə təsəvvür yaratmaq istəyirlər ki, guya kafe işləmir. Kafe Orxan çay evi adlanır. Onu Ramin adlı şəxs işlədir. Digər obyektlər Aykido idman klubu və zirzəmidir. Biz idman zalını icarəyə verməmişik. İddiaçı tərəf kafedən aylıq 500 manat, idman zalından isə aylıq 300 manat icarə haqqı alır. Biz obyektləri 2018-ci ildən 2019-cu ilə-məhkəmə tərəfindən obyektə girişimizə qadağa qoyulan müddətədək icarəyə vermişik.”
21. "xxxx" MMC tərəfindən verilən 07 iyun 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 34738,1 manat təşkil edir. Qeyri-yaşayış sahəsinin xx.xx.2019-cu il tarixə bazar dəyəri 969000 manatdır.Həmin hesabatda qeyri-yaşayış sahəsinin 1-ci zal(56.3 kv.m), 2-ci zal(108 kv.m), 2-ci zala bitişik mətbəx(14.76 kv.m), pilləkən qəfəsi, giriş-holl, çayxana hissəsinə(300 kv.m) çəkilən təmirbərpa işləri qiymətləndirilmişdir. Hesabatı aparılan hissələrin fotoşəkilləri çəkilmişdir. Həmin şəkillərdən idman zallarının, çayxana hissəsinin təmiri ilə bağlı tədqiqat aparıldığı müəyyən edili.
22. “X3” MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 110 saylı mütəxəssis rəyində göstərilir: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 916.3 kv.m olan qeyri-yaşayış sahəsinin, 2011-ci ili əhatə edən dövr üzrə aylıq icarə haqqının ümumi dəyəri 13717,0 (on üç min yeddi yüz on yeddi) manat, 2012-ci ili əhatə edən dövr üzrə 10684,00 (on min altı yüz səksən dörd) manat, 2013-cü ili əhatə edən dövr üzrə 14478,0 (on dörd min dörd yüz yetmiş səkkiz) manat, 2014-cü ili əhatə edən dövr üzrə 10446,80 (on min dörd yüz qırx altı) manat, 2015ci ili əhatə edən dövr üzrə 10730,0 (on min yeddi yüz otuz) manat, 2016-cı ili əhatə edən dövr üzrə 7559,0 (yeddi min beş yüz əlli doqquz) manat, 2017-2019-cu illəri əhatə edən dövr üzrə dəyəri isə 6432,0 (altı min dörd yüz otuz iki) manat məbləğində müəyyən edilir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 2286/2022 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-462/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərarda göstərilir: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və cavabdehin ümumi paylı mülkiyyətində olan ünvan 16 ünvanda yerləşən əsas sahəsi 470,4 kv metr, köməkçi sahəsi 445,9 kv metr olmaqla, ümumilikdə 916,3 kv metr sahəyə malik olan əmlakın İddiaçıla onun arasında hər iki tərəfə bərabər pay verilməklə naturada bölünməsi, həmin əmlakın onun tərəfindən icarəyə verilən daşınmaz əmlakın girişindən sol tərəfdə yerləşən 284,2 kv metr sahəyə malik zalını, köməkçi sahələr olan 35,5 kv metr sahəyə malik dəhliz, 6,9 kv metr sahəyə malik sanitar qovşaq, 7,8 kv metr anbar və 160,1 kv metr sahəyə malik eyvanın yerləşdiyi hissələrin ona aid pay hissəsi olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin (hakim M.Rüstəmli) 2(001)-5261/2019 nömrəli, 02 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Fuad Talışınski, Rəşad Həsənov) 2(103)-462/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
24. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə (mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamə) əsasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 916,3 kv.m olan “Mehriban” kafesi(bundan sonra ümumi əmlak) dövlət əmlakının özəlləşdirilməsi proqramına uyğun olaraq Cavabdeh1 və İddiaçı satılmışdır. Alıcılara bu barədə şəhadətnamə verilsə də, onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu səbəbdən də Cavabdeh1 əmlakın naturada bölgüsü tələbi təmin edilməmişdir.
25. İddiaçı 2016-cı ilədək alıcılar arasında ümumi əmlakdan istifadə ilə bağlı mübahisə olmadığını, həmin vaxtdan isə tərəflər arasında mübahisə olduğunu bildirsə də, Cavabdeh1 2011-ci ildən əmlakın icarəsindən götürdüyü gəliri bölüşdürmədiyini iddia edir. Bunu isə həqiqiliyi mübahisə doğuran 2011-ci il tarixli və mövcudluğu mübahisə olunmayan 2018-ci il tarixli icarə müqavilələri ilə sübut etməyə çalışır.
26. Cavabdeh (Cavabdeh1 tərəf) isə tərəflər arasında münasibətlərin 2016-cı ildə korlandığını qəbul etsə də, faktiki olaraq münasibətlərin 2018-ci ildən kəsildiyini bildirir. Bundan əlavə ümumi əmlakın özünə aid hesab elədiyi hissəsini təmir elətdirdiyini, bundan sonra isə 2018-ci ilin fevral ayında yalnız çayxana hissəsini aylıq 300 manata icarəyə verdiyini, idman zalı hissəsinin isə iddiaçı tərəfindən icarəyə verildiyini bildirir. Eyni zamanda icarə haqqını məhkəmənin xx.xx.2019-cu il tarixli iddianı təmin etmə tədbirinə qədər aldığını qəbul edir və iddianı 16 ay üçün aylıq 300 manat icarə haqqının tutulması hissəsində qəbul edir. Aldığı icarə haqqını iddiaçıya ödəməməyinin səbəbini isə əmlakın tərəflər arasında faktiki bölgüsünün aparılması və həmin hissənin onun tərəfindən təmir edilməsi ilə əsaslandırır. Bundan başqa iddianı təmin etmə tədbirindən sonra ümumi əmlakın tamamilə iddiaçının və onun adamlarının istifadəsində olduğunu və icarə haqqının da məhz onlara təqdim edildiyini bildirir.
27. Bundan əlavə hər iki tərəfin nümayəndəsi və vəkili 11 oktyabr 2011-ci il tarixli 01 saylı icarə müqaviləsində olan imzaların hüquqlarını müdafiə etdiyi şəxslərə aid olmadığını bildirmişlər.
28. Eyni zamanda Cavabdeh1 nümayəndəsi və vəkili iddiaya etirazlarında bildirmişdir ki, İddiaçı ünvan 9 ünvanında yerləşən əmlakın icarəyə verilməsindən 168.000 manat gəlir əldə edilməsi fikri əsassız və absurddur. Belə ki, 03 fevral 2018-ci il müqaviləsinin məzmunundan görünür ki, bu müqavilə ilə yalnız əmlakın girişdən sol tərəfdə yerləşən əsas sahə olan 284.2 kv.m. sahəyə malik zal, köməkçi sahələr olan 35.5 kv.m. sahəyə malik dəhliz, 6.9 kv.m. sahəyə malik sanitar qovşaq, 7.8 kv.m. anbar və 160.1 kv.m sahəyə malik eyvanın yerləşdiyi hissələri icarəyə verilmişdir. Bu zaman İddiaçı 50% paylı mülkiyyətçisi olduğu əmlakda yalnız yuxarıda göstərilən, Cavabdeh1 məxsus hissələri icarəyə verildiyindən və İddiaçı mülkiyyətinə toxunulmamışdır. Habelə Cavabdeh1 məxsus əmlakın həmin hissəsi xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək (Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-5317/2019 saylı qərardadı qəbul edilənədək) aylıq 300 manata icarəyə verildiyindən bu müqavilənin bağlanmasından əldə edilən gəlir maksimum 4800 manat ola bilərdi. (16 ay aylıq 300 manat) Deməli İddiaçı bu gəliri əsassız olaraq şişirdilmiş məbləğdə göstərmişdir. Digər tərəfdən ümumi əmlak bütövlükdə yox, yalnız kafe Cavabdeh1 tərəfindən icarəyə verilmişdir. İdman zalı İddiaçı tərəfindən icarəyə verilmişdir. Obyektin meyvə-tərəvəzlə bağlı hissəsindən məlumatı yoxdur.
29. Məhkəmə tərəfindən cavabdehin etirazı nəzərə alınmaqla, ümumi əmlakın 2011-ci ildən 2019-cu ilədək hər il üçün ayrılıqda orta aylıq icarə haqqının müəyyən edilməsi üçün ekpertiza təyin edilsə də, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən 2011-2019-cu il tarixlərdə daşınmaz əmlaklarla əlaqədar icarə haqqının müəyyən edilməsi ilə bağlı mərkəzdə tədqiqat aparılmadığından və bu barədə mərkəzdə baza məlumatları olmadığından hazırki ekspertizanın aparılmasından imtina edilmişdir.
30. Məhkəmə mübahisənin obyektiv həlli üçün “X3” MMC tərəfindən məhkəməəmtəəşünaslıq eskpertizası üzrə rəy alınmasını qərara almış və qərardad icra olunmaqla, xx.xx.2024-cü il tarixli, 110 saylı mütəxəssis rəyində ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 916.3 kv.m olan qeyri-yaşayış sahəsinin, 2017-2019-cu illəri əhatə edən dövr üzrə aylıq icarə haqqının dəyəri 6432,0 (altı min dörd yüz otuz iki) manat məbləğində müəyyən edilmiş, 2017-2019-cu illər üçün 1 kv.m icarə haqqı 7,02 azn hesablanmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
32. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
33. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir.
35. 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir.
36. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
37. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
38. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
39. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
40. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
41. 216. Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür.
42. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
43. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin;
44. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;
45. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya və əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyi hallara da şamil edilir;
46. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir;
47. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
48. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh1 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsini satın almışlar və onlara mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamə verilmişdir. Bununla belə, onlar ümumi əmlak üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmamışlar. Lakin yuxarıda sadalanan normalara əsasən onlar ümumi əmlak üzərində payları bərabər olan paylı mülkiyyətçilər hesab edilir. Hansı ki, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir və paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Lakin işin halları ilə müəyyən edilir ki, Cavabdeh1 digər paylı mülkiyyətçi olan iddiaçının razılığı olmadan ümumi əmlakı icarəyə vermiş və əldə etdiyi gəliri onunla bölüşdürməmişdir.
49. Bununla belə, məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, iddiaçı ümumi əmlakın 2011-ci ildən icarəyə verildiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir. Belə ki, iddiaçı yalnız həqiqiliyi şübhə doğuran və ümumiyyətlə mövcud olmayan(imzasız yazılı sənəd) müqaviləyə əsaslanaraq, Cavabdeh1 ümumi əmlakı həmin vaxtdan icarəyə verdiyini iddia edir, hansı ki, həmin sənəd iddiaçının tələbini əsaslandırdığı halı təsdiq etmir. Bununla yanaşı məhkəmə, tərəflər arasında münasibətlərin 2016-cı ilə qədər normal olduğunu bildirən iddiaçının həmin vaxta qədər ümumi əmlakın icarəyə verilib-verilməməsindən məlumatsız olması barədə dəlillərini inandırıcı hesab etmir.
50. Odur ki, məhkəmə xx.xx.2018-ci il tarixdən iddianın təmin etmə tədbiri qismində əmlakdan istifadəsinin məhdudlaşdırılmasınadək olan dövrə qədər(xx.xx.2019) Cavabdeh1 icarə haqqının əvəzi qismində pulun tutulması hissəsində iddianı əsaslı hesab edir.
51. İcarə haqqının məbləği ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir.
52. İddiaçı tərəf iddia edir ki, ümumi əmlak bütünlüklə icarəyə verilmişdir, müqavilədə qeyd edilmiş 300 manat məbləğ formal olaraq qeyd edilmişdir və sahəsi 916 kv.m olan əmlakın aylıq 2000 manat icarə dəyəri ağlabatandır.
53. Cavabdeh tərəf (Cavabdeh1) ümumi əmlakın özünə məxsus hissəsini aylıq 300 manata 16 ay müddətə icarəyə verdiyini qəbul edir, ümumi əmlakın “özünə məxsus hissəsinin” sahəsi 495 kv.m olan çayxanadan ibarət olduğunu və çayxananın isə əsas sahəsinin 284 kv.m olduğunu, idman zallarının onlar tərəfindən icarəyə verilmədiyini, bu səbəbdən aylıq icarə haqqının 300 manat olmasının reallığı əks etdirdiyini bildirir, mütəxəssis rəyi və iddiaçının dəlilləri ilə razılaşmır.
54. Məhkəmə o qənaətə gəlir ki, cavabdeh tərəfin (Cavabdeh1) ümumi əmlakın yalnız çayxana hissəsinin icarəyə verilməsi ilə bağlı etirazının dəlilləri inandırıcı deyildir. Belə ki, cavabdeh tərəf ilk gündən ümumi əmlakın tərəflər arasında faktiki olaraq naturada bölündüyünü və bölgüyə əsasən özünə məxsus hesab etdiyi hissəni, yəni çayxana və idman zallarını təmir elətdirdiyini bildirmiş, hətta təmir xərclərinin tutulması ilə bağlı iddia qaldırmışdır. Bundan əlavə xx.xx.2018-ci il tarixli müqavilədə də icarənin predmetini məhz ümumi əmlakın Cavabdeh1 məxsus olan hissəsinin təşkil etdiyi göstərilmişdir. Odur ki, cavabdeh tərəfin “özünə məxsus” hesab etdiyi hissənin iddiaçı tərəfindən icarəyə verildiyi barədə etirazı inandırıcı və ağlabatan hesab edilə bilməz.
55. Bununla belə, yerində müayinə zamanı ümumi sahəsi 916.3 kv.m olan ümumi əmlakın ikinci mərtəbəsinin istifadəyə yararlığı olduğu müəyyən edilmişdir və texniki sənədlərə görə isə ikinci mərtəbənin ümumi sahəsi 576.8 kv.m-dir və bunun 160.1 kv.m açıq pilləkən və üstü açıq eyvandır. Eyni zamanda cavabdeh tərəf təmir elətdirdiyi hissənin təxminən 500 kv.m olduğuna dair mütəxəssis rəyi təqdim etmişdir.(bax 21-ci bənd)
56. Bundan əlavə qeyd edilməlidir ki, icarə məbləği müəyyən edilərkən əmlakın yardımçı otaqları üçün ayrıca qiymətin müəyyən edilməməsi, icarəyə verilən əmlakın faktiki istifadə edilən sahələri ilə birlikdə hesaba alınması, böyük həcmli obyektlərin icarə dəyərinin(1 kv.m düşən) xırda ölçülü obyektlərlə müqayisədə aşağı olması hamıya bəllidir.
57. Odur ki, məhkəmə xırda ölçülü (120 və 35 kv.m) obyektlər üzrə aparıldığından mütəxəssisin (“X2” mütəxəssisi) 2017-2019-cu illər üçün aylıq icarə haqqının 1 kv.m üçün 7.02 manat təşkil etməsi barədə tədqiqatının nəticəsi ilə razılaşmır və əmlakın orta təmirliliyini, tikilinin köhnə olmasını nəzərə alaraq hesab edir ki, istifadəyə yararlı olan hissəsi təxminən 450-500 kv.m olan obyektin aylıq icarə haqqının iddiaçının tələb etdiyi məbləğdə, yəni 2000 manat təşkil etməsi ağlabatandır. Bu səbəbdən də Cavabdeh1 16 ay üçün aylıq 2000 manat icarə haqqının yarısı tutularaq iddiaçıya ödənilməlidir.
58. Məhkəmə qeyri-yaşayış sahəsinin boşaldılması və əmlakın onun sahibliyinə geri qaytarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən mülkiyyət hüququna edilən müdaxilələrin aradan qaldırılması və bu cür qanunsuz hərəkətlərə son qoyulması hissəsində iddianı əsaslı hesab etmir.
59. Belə ki, işin halları ilə müəyyən edilir ki, həmin qeyri-yaşayış sahəsi ilə bağlı icarə müqaviləsi Cavabdeh2 ilə bağlanmışdır və icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Bundan əlavə 2019-cu ilin iyun ayından həmin əmlakdan mülkiyyətçilərdən başqa digər şəxslərin istifadəsi qadağan edilmişdir. Bundan başqa digər cavabdehlərin ümumiyyətlə mübahisə ilə əlaqəsi işin halları ilə sübut edilməmişdir. Hansı ki, obyektin icarəsindən birbaşa gəlir götürən şəxs Cavabdeh1 özüdür. Digər cavabdehlərin isə əmlaka qanunsuz müdaxiləsi və bu müdaxilə nəticəsində əmlakdan istifadə nəticəsində əsassız varlanması halı sübut edilmir.
60. Məhkəmə iddianı mənəvi zərərin ödənilməsi hissəsində əsassız hesab edir. Belə ki, iddiaçı yaranmış mübahisədən dolayı hansı mənəvi sarsıntı keçirməsi və ya hansı iztirablara məruz qalması barədə sübut təqdim etməmiş və işin halları ilə isə bu fakt müəyyən edilməmişdir.
61. Halbuki mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Tətbiq edilən prosessual normalar:
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
63. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
66. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
67. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
68. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 16000 (on altı min) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
69. Eyni zamanda ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.
70. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 16000 (on altı min) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev