Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4074/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ## #### 2026-cı il tarixli qərardadlarından cavabdeh cavabdeh2 və cavabdeh cavabdeh5 tərəfindən verilmiş şikayətlərə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədov İlham Almas oğlu cavabdehlər cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsinin (“Mehriban” kafesi) boşaldılması, əmlakın sahibliyə geri qaytarılması, cavabdehlər tərəfindən mülkiyyət hüququna edilən müdaxilələrin aradan qaldırılması və bu cür hərəkətlərə son qoyulması, əldə olunmuş 168.000 manat gəlirdən payına düşən 84.000 manat pul məbləğinin və 20.000 manat mənəvi ziyanın müştərək qaydada cavabdehlər cavabdeh7, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh6 tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsindən (“Mehriban” kafesi) istifadə edilməsinin, yəni əraziyə daxil olmaq, həmin sahədə fəaliyyət göstərmək cavabdehlərə və bu işə cəlb olunan istənilən şəxslərə qadağan edilməsi və cavabdeh cavabdeh5 adına olan ünvan 5 ünvanda yerləşən * saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2019-cu il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsindən (“Mehriban” kafesi) istifadə edilməsinin, yəni əraziyə daxil olmaq, həmin sahədə fəaliyyət göstərmək cavabdeh cavabdeh7 istisna olmaqla digər cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və digər şəxslərə qadağan edilməsi; cavabdeh cavabdeh5 adına olan ünvan 5 ünvanda yerləşən * saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardaddan cavabdehlər cavabdeh7 nümayəndəsi və vəkili vəkil2, cavabdeh5 və cavabdeh2 verdiyi şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-*****/** nömrəli, ##.##.2019-cu il tarixli qərardadı ilə cavabdehlər cavabdeh7 nümayəndəsi və vəkili vəkil2, cavabdeh5 və cavabdeh2 şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 16.000 (on altı min) manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh7 tutularaq iddiaçı Məmmədov İlham Almas oğluna ödənilməsi qət edilmiş; iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, 2(103)- ****/**** saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ##.##.2026-cı il tarixdə icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş və həmin şöbədə ##.##.2026-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Hazırda cavabdeh cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2019-cu il tarixli qərardadının qismən – “ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsindən istifadə edilməsinin, yəni əraziyə daxil olmaq, həmin sahədə fəaliyyət göstərmək cavabdeh2 qadağan edilməsi” hissəsində ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qərardadı ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsinin ("Mehriban" kafesi) istifadə edilməsinin, yəni əraziyə daxil olmaq, həmin sahədə fəaliyyət göstərmək cavabdeh7 istisna olmaqla, cavabdeh6, cavabdeh4, cavabdeh3, cavabdeh5, ərizəçiyə və digər şəxslərə qadağan edilmiş, habelə cavabdeh5 adına olan ünvan 5 ünvanda yerləşən * saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 16.000 (on altı min) manat məbləğində vəsaitin cavabdeh cavabdeh7 tutularaq, İddiaçı Məmmədov İlham Almas oğluna ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə apellyasiya şikayətləri, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə kasasiya şikayətləri təmin edilməmiş və Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki mübahisəyə baxılması gedişində onun iş üzrə iddiaya cavab verməli olan şəxs olmadığı, iddiaya aidiyyəti olmaması səbəbindən məhkəmələr tərəfindən iddia tələbi ona münasibətdə təmin edilməmiş, lakin bununla belə məhkəmənin müvəqqəti təminat tədbiri barədə ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qərardadı ona münasibətdə hələ də qüvvədədir. Ərizəçi hesab edir ki, iddia tələbi ona münasibətdə təmin edilmədiyindən və məhkəmələrin yekun qərarına əsasən iddiaya cavab verməli olan şəxs olmadığından ona münasibətdə tətbiq edilmiş məhdudiyyətlər də aradan qaldırılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə cavabdeh2 tərəfindən verilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2019-cu il tarixli qərardadı ilə əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi və qeyri-yaşayış sahəsinə giriş-çıxışın qadağan edilməsinin ləğv edilməsinə dair ərizə rədd edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı ərizə ilə məhkəməyə müraciət edən cavabdeh2 qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisə ilə əlaqəsinin olmadığı, mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsindən ("Mehriban" kafesi) istifadə edilməsinin, yəni əraziyə daxil olmaq, həmin sahədə fəaliyyət göstərməklə bağlı subyektiv hüququnun olmadığı müəyyən edilir. Həmin qərardaddan cavabdeh cavabdeh2 şikayət verərək, onun qismən cavabdeh2 ərizəsinin təmin edilməyən hissəsində ləğv edilərək ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandrılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi ilə ona münasibətdə iddia təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(103)- ****/**** saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*/**** saylı qərardadı qismən təmin edilməyən hissədə ləğv edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*/**** saylı qərardadı qismən ləğv edilmədiyi təqdirdə şikayətin baxılması üçün aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməlidir. Həmçinin cavabdeh cavabdeh5 cavabdeh cavabdeh5 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2019-cu il tarixli qərardadının qismən – “cavabdeh5 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən * saylı mənzilin üzərinə həbs qoyulması” və “ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsindən istifadə edilməsinin, yəni əraziyə daxil olmaq, həmin sahədə fəaliyyət göstərmək cavabdeh5 qadağan edilməsi” hissəsində ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 16000 (on altı min) manat məbləğində vəsaitin cavabdeh cavabdeh7 tutularaq, İddiaçı Məmmədov İlham Almas oğluna ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə apellyasiya şikayətləri, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə kasasiya şikayətləri təmin edilməmiş və Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki mübahisəyə baxılması gedişində onun iş üzrə iddiaya cavab verməli olan şəxs olmadığı, iddiaya aidiyyəti olmaması səbəbindən məhkəmələr tərəfindən İddia tələbi ona münasibətdə təmin edilməmiş, lakin bununla belə məhkəmənin müvəqqəti təminat tədbiri barədə ##.##.2019-cu il tarixli, 2(001)- ****/**** saylı qərardadı ona münasibətdə hələ də qüvvədədir. Ərizəçi hesab edir ki, iddia tələbi ona münasibətdə təmin edilmədiyindən və məhkəmələrin yekun qərarına əsasən iddiaya cavab verməli olan şəxs olmadığından ona münasibətdə tətbiq edilmiş məhdudiyyətlər də aradan qaldırılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə cavabdeh5 ərizəsi qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2019-cu il tarixli qərardadı ilə tətbiq edilmiş iddianın təmin tədbiri (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin hazırda qüvvədə olan redaksiyasına əsasən, müvəqqəti təminat tədbiri) qismən ləğv edilmiş və cavabdeh5 adına olan ünvan 5 ünvanında yerləşən * saylı mənzilin üzərinə qoyulmuş həbs götürülmüş; ərizə qalan hissədə rədd edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırkı ərizə ilə məhkəməyə müraciət edən cavabdeh5 mübahisə ilə əlaqəsinin olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də onun mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən * saylı mənzilin üzərində həbsin qalmasına zərurət aradan qalxmışdır. Həmin qərardaddan cavabdeh cavabdeh5 şikayət verərək, onun qismən cavabdeh2 ərizəsinin təmin edilməyən hissəsində ləğv edilərək ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*/**** saylı qərardadı qismən ləğv edilmədiyi təqdirdə şikayətin baxılması üçün aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi ilə ona münasibətdə iddia təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hesab edir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*/**** saylı qərardadı qismən təmin edilməyən hissədə ləğv edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*/**** saylı qərardadı qismən ləğv edilmədiyi təqdirdə şikayətin baxılması üçün aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadları ilə cavabdeh cavabdeh2 və cavabdeh cavabdeh5 şikayətləri təmin edilməmiş, şikayətlər baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər əsaslı olduğundan qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadları apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla yenidən araşdırılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.4-ci maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Mübahisələndirilən qərardadlardan görünür ki, birinci instansiya məhkəməsi cavabdeh5 mülkiyyətində olan mənzilin üzərinə qoyulmuş həbsin götürülməsini zəruri hesab etdiyi halda, “Mehriban” kafesinə daxil olmaq və orada fəaliyyət göstərmək qadağasını qüvvədə saxlamışdır. Məhkəmə bu ziddiyyətli mövqeyini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş qətnamə ilə 16.000 manat yalnız cavabdeh7 tutulmuş, cavabdeh5 isə həmin pul öhdəliyi ilə əlaqəsi müəyyən edilməmişdir. Buna görə də onun mülkiyyətində olan mənzilin üzərində həbsin saxlanılmasına zərurətin aradan qalxdığı qənaətinə gəlinmişdir. Bununla belə, məhkəmə cavabdeh5 qeyd olunan qeyri-yaşayış sahəsindən istifadə etmək, oraya daxil olmaq və orada fəaliyyət göstərmək hüququnun olmadığını, habelə pulun tutulmasına dair qətnamənin hələ icra edilmədiyini göstərərək həmin qadağanın ləğvindən imtina etmişdir. Məhkəmə həmçinin cavabdeh2 ərizəsini də onun həmin sahədən istifadə etmək, oraya daxil olmaq və orada fəaliyyət göstərmək hüququnun olmaması ilə əsaslandıraraq təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirinin ləğvinə dair ərizəyə baxılarkən araşdırılmalı əsas məsələ həmin tədbirin tətbiqinə səbəb olmuş halların davam edib-etməməsi və tədbirin qüvvədə saxlanılmasına zərurətin qalıbqalmamasıdır. Bu zaman tətbiq edilmiş məhdudiyyətin təmin olunan tələblə əlaqəsi, qətnamənin icrasına xidmət edib-etməməsi və şəxslərin hüquqlarına müdaxilənin mütənasibliyi qiymətləndirilməlidir. Bu səbəbdən, ərizəçilərin qeyri-yaşayış sahəsindən istifadə hüququnun olubolmaması məsələsi müvəqqəti təminat tədbirinin saxlanılması zərurətinin qiymətləndirilməsini əvəz edə bilməz. Təminat tədbirinin ləğvi də özlüyündə həmin şəxslərin sahəyə dair istifadə və ya digər əşya hüquqlarının tanınması demək deyildir. Hazırkı halda məhkəmə ərizəçilərin sahəyə daxil olmasına və orada fəaliyyət göstərməsinə qoyulmuş qadağanın cavabdeh7 16.000 manatın tutulmasına dair qətnamənin icrasını hansı qaydada təmin etdiyini müəyyənləşdirməmişdir. Həmçinin qadağanın ləğvinin qətnamənin icrasını çətinləşdirə və ya mümkünsüz edə biləcəyini göstərən konkret halları açıqlamamışdır. Beləliklə, birinci instansiya məhkəməsi ərizələri həll edərkən müvəqqəti təminat tədbirinin qüvvədə saxlanılması üçün əhəmiyyətli olan halları tam araşdırmamış, gəldiyi nəticəni həmin tədbirin məqsədi və təmin olunan pul tələbi ilə əlaqəsi baxımından kifayət qədər əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin qüvvədə saxlanılmasına zərurətin olubolmamasını hər bir ərizəçi və hər bir tətbiq edilmiş məhdudiyyət üzrə ayrıca müəyyən etməlidir. Bu zaman məhkəmə, ilk növbədə, tətbiq edilmiş qadağanın qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təmin edilmiş tələbin icrasının təmin olunmasına konkret olaraq hansı şəkildə xidmət etdiyini müəyyən etməli, həmin qadağanın saxlanılmasını zəruri edən halların mövcudluğunu əsaslandırmalıdır. Məhkəmə həmçinin cavabdeh5 və cavabdeh2 mübahisəli qeyri-yaşayış sahəsinə daxil olmasının və orada fəaliyyət göstərməsinin məhkəmə aktının icrasına real təhlükə yaradıb-yaratmadığını, qadağanın ləğv edilməsinin qətnamənin icrasını çətinləşdirə və ya mümkünsüz edə biləcəyini göstərən konkret halların mövcud olub-olmadığını araşdırmalıdır. Məhkəmə qanuni qüvvəyə minmiş qətnamə üzrə pul vəsaitinin hələ tutulmadığını nəzərə almalı, lakin yalnız qətnamənin icra edilməməsi faktına əsaslanmaqla barəsində iddia tələbi rədd edilmiş cavabdehlərə münasibətdə tətbiq edilmiş qadağanın avtomatik olaraq qüvvədə saxlanılmasına yol verməməlidir. Qadağanın həmin şəxslər barəsində saxlanılmasının qətnamənin icrasının təmin edilməsi baxımından konkret və real zərurətdən irəli gəldiyi əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.3-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayətlər qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ### 2023-cü il tarixli qərardadları ləğv edilsin. İş bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla cavabdeh cavabdeh2 və cavabdeh cavabdeh5 tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi ərizələrə yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(3-6)-4074/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4074/2026
08.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver