Məhkəmə qərarları › İş №2(031)-383/2024

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-383/2024

07.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-383/2024 07.03.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin Mirzəfərova Könül Murtuz qızı, İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********74 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Qızılqazma kəndi ərazisində yerləşən 19.8315 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 02 hektar hissəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılması və Cavabdeh tərəfindən ona vurulmuş zərərə görə 2000 (iki min) manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş: **********74 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şabran rayonu, Qızılqazma kəndi ərazisində yerləşən 19.8315 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. ********** nömrəli mədaxil qəbzdən görünür ki, hazır ki iş üzrə məhkəmədə iddia ərizəsinin verilməsi üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının "Dövlət rüsumu haqqında" xx.xx.2001-ci il tarixli, 223- İİQ nömrəli Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. 8.1.6-cı maddəsinə əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.1ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə İddiaçı məhkəməyə Cavabdeh qarşı “cavabdehin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi verilməsi üçün Azərbaycan Respublikasının "Dövlət rüsumu haqqında" xx.xx.2001-ci il tarixli, 223-İİQ nömrəli Qanununun 8.1.2 və 8.1.6-cı maddələrinin tələblərinə əsasən nəzərdə tutulmuş dövlət rüsumunu tam şəkildə ödəməsini (cavabdehin qanunsuz sahibliyindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin geri tələb edilməsinə görə - 100 manat + 2000 manat məbləğində zərərin əvəzinin ödənilməsinə görə - 40 manat) təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyini nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddia ərizəsinin qaytarılması haqqında qərardadın buna səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması iddiaçıya izah edilməlidir və İddiaçı tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 114, 149, 151, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması haqqında qərardad iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar