Məhkəmə qərarları › İş №2(001)-5003/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5003/2024

05.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5003/2024 05.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X11rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X11rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X17 xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki müddətə işə bərpa olunması, işsiz qaldığı müddət ərzində məcburi proqul pulu hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində minaaxtaran vəzifəsinə qəbul olunmuş və xx.xx.2023-cü il tarixli Ağdam mobil bazasının 2 saylı təmizləmə dəstəsinin 1 saylı təmizləmə qrupunun 4-cü bölməsinin rəhbəri vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddət ərzində heç bir qanun pozuntusuna yol verməmiş, işğaldan azad edilmiş ərazilərə təhlükəsiz qayıdışın təmin edilməsinə göstərdiyi əvəzsiz və fədakar xidmətlərinə görə Ombudsman tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Xidməti vəzifəsi ilə bağlı minaaxtaran döyüş ərazilərinin təmizlənməsi və qrup bölmə rəhbəri kurslarını keçərək müvafiq sertifikat almışdır. 44 günlük 2-ci Qarabağ müharibəsində düşmən tərəfindən atılmış sursatların məhv edilməsində iştirak etmişdir. Xidməti dövründə Ağdam rayonu Şahbulağ kəndi ərazisində yüksək dağlıq və sərt relyefli ərazidə Agentlik tərəfindən heç bir əlavə üsul tətbiq olunmadan həmin dağlıq ərazidə əməliyyata cəlb olunmuş, xx.xx.2022-ci il tarixdə döyüş sahəsi Sahbulağ 003/02 sahəsində yıxılaraq dizindən ciddi zədə alınmış və həmin zədə ömürlük qismən bərpa olunmuş hesab olunmuşdur. Həmin xəsarət ucbatından digər fiziki işlərdə işləyə bilmir. Himayəsində iki azyaşlı uşağı və diabet xəstəsi olan yaşlı anası var. 30 il düşmənlə üzbəüz yaşamışlar. Lakin bu göstəricilərinə, 11 illik iş təcrübəsinə və işindəki fədakarlıqlara baxmayaraq Agentlik tərəfindən xx.xx.2024-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, həmin əmr əsassız və qanunsuzdur, odur ki, ləğv olunmalıdır. Əmək müqaviləsinə xitam verilərkən Həmkarlar İttifaqının razılığı alınmamışdır. Yaranmış mübahisə ilə bağlı mübahisə ilə bağlı mediasiyaya müraciət etsə də, razılıq əldə olunmamış, mediasiya prosesinə xitam verilməsi haqqında protokol tərtib olunmuşdur. Qeyd edir ki, standard əməliyyatların aparılmasında ciddi nöqsanlar var, bu barədə sübutları məhkəməyə təqdim edəcək. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı 2020-ci ilin 02 mart tarixindən «Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliy»ə minaaxtaran vəzifəsinə qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezdentinin 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Minatımizləmə X14 şəxsi yarandığı zaman 01 aprel 2021-ci il tarixdən Agentliyin 2 saylı təmizləmə qrupuna minaaxtaran vəzifəsində işləmişdir. Onunla işəgötürən arasında ilk olaraq xx.xx.2021-ci il tarixli 161/K əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən müddətli əmək müqaviləsi ( 3 ay müddətinə) bağlanılmışdır. Sonrakı tarixlərdə müddətli əmək müqaviləsi 6 ay, daha sonra Məcəllənin 73.1-ci maddəsinə əsasən növbəti 6 ay uzadılmışdır. İddiaçılə bağlanılmış müddətli əmək müqaviləsi Məcəllənin 68.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı xitam verilmişdir. Agentlik tərəfindən bölgələrdə əməkdaşların təhlükəsizliyini, əmək intizamına nəzarətin gücləndirilməsi hər zaman diqqət mərkəzində olmuşdur. Məcəllənin müvafiq maddələrində qeyd olunan əmək vəzifələrinin pozulması, intizam qaydalarına riayət edilməsi, işəgötürənin və işçinin hüquqlarının ədalətli şəkildə qorunması, qanunvericiliyə uyğun olaraq həyata keçirilmiş və nəzarətdə saxlanılmışdır. İddiaçı 2021-ci il tarixdən 2024-cü il tarixədək Agentlikdə müxtəlif vəzifələrdə çaılşmışdır. İşlədiyi dövrlər ərzində aşağıdakı əmək pozuntularına yol vermişdir ki, bu da xəbərdarlıq və intizam tənbehinin verilməsi ilə bağlı yekunlaşmışdır. Belə ki, iddiaçı 2021-ci il 27 aprel tarixində Agentliyin müvafiq şöbələri ilə razılaşmadan, subordinasiya qaydalarını pozaraq, təbliğat kompaniyasına uyğun olmayan qaydada kütləvi informasiya vasitələrinə mübahisə verərək, vəzifə səlahiyətlərini aşmışdır. X15 sədrinin xx.xx.2024-cü il tarixli 371/Ü əmri ilə iddiaçıya Məcəllənin 186.3-cü maddəsinə əsasən «xəbərdarlıq» elan edilmişdir. Agentliyin 2 saylı Təmizləmə qrupunun bölmə rəhbəri İddiaçı və digər 4 əməkdaşla birlikdə 23-24 may 2022-ci il tarixlərində, iddiaçı öz ətrafı və adları izahatda keçən digər şəxslərlə birlikdə dəfələrlə X16 Bazasının yeməkxanasında yerli əməkdaşlar üçün səhər yeməyinin verilməsi nəzərdə tutulmamasına baxmayaraq, intizam qaydalarına əməl etməyərək, digər şəxsi heyətin yerində oturur, onların səhər yeməyi normalarını mənimsəyirlər.Mərkəzin baş aşpazı və digər aşpazlar tərəfindən bu halların yolverilməz olduğu onların nəzərinə çatdırılsa da, İddiaçı «mənə heç kim heç nə edə bilməz, qoy direktor özü gəlsin mənə desin» deyə cavab vermişdir. Öz davranışı və rəftarı ilə o aşpazların qadın olmalarını belə nəzərə almayaraq, onları ağlamaq həddinə çatdırmışdır. İddiaçı dəfələrlə subordinasiya qaydalarını pozaraq, digər əməkdaşların vəzifə səlahiyyətlərinə müdaxilə edərək, gərginlik yaratmışdır. X15 sədrinin xx.xx.2022-ci il tarixli 1354/Ü nömrəli əmri ilə iddiaçıya Məcəllənin 186.2-ci maddəsinin «a» bəndinə əsasən «töhmət» intizam tənbehi verilmişdir. Agentlik tərəfindən bölgələrdə əməkdaşların təhlükəsizliyini qorumaq məqsədilə narkoloji testdən keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7»PHŞ-i ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş, Mallar(işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanılmışdır. Müqaviləyə uyğun olaraq Məhkəmə-Tibbi Ekspertiza və X7»nin 6 nəfərlik ixtisaslaşmış tibb heyəti tərəfindən, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Ağdam,Tərtər və Göygöl rayonlarında çalışan əməkdaşlar arasında sidik nümunəsində narkotik və psixotrop maddələrin müayinəsi ekspress testi həyata keçirilmişdir. Əməkdaşlardan narkoloji analizlər götürülərkən 2 saylı Təmizlə qrupunun rəhbərinin müavini İddiaçı, komissiya nümayəndələri ilə kobud şəkildə rəftar edərək işin gedişatına maneçilik törədərək narkoloji testdən keçməli olan əməkdaşları evə yollayaraq, testdən keçməkdən kənarlaşdırmışdır. Bununla bağlı digər əməkdaşlar izahatlarında təsdiq etmişlər. X8 sədrinin xx.xx.2023-cü il tarixli 11-7/3-1-515Ü/2023 nömrəli əmri ilə iddiaçıya,Məcəllənin 186.2-ci maddəsinin «b» bəndinə əsasən «sonuncu xəbərdarlıqla şiddətli töhmət» intizam tənbehi verilmişdir. Daha sonra 2023-cü ilin 5 dekabr tarixində Ağdam rayonunun Sarıcalı kəndi ərazisində, 02/Sarıcalı/001/03 sahəsində mina partlayışı nəticəsində X18 Bazasının 2 saylı Təmizləmə dəstəsinin, 2 saylı Təmizləmə qrupunun, 3-cü bölməsinin minaaxtaranı X5 xəsarət alması ilə əlaqədar, tərtib edilmiş «hesabat» ilə bağlı xidməti məruzə daxil olmuşdur. X8 sədrinin 05 dekabr 2023-cü il tarixli, 11-7-3-1/2285Ü saylı əmri ilə yaradılmış «Təhqiqat Komissiyası»05-xx.xx.2023-cü il tarixlərdə MS/02/Sarıcalı/001/03 kod nömrəli sahədə baş vermiş mina hadisəsini araşdırmış və «hesabat» tərtib edilmişdir. Eyni zamanda əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq hadisə barədə vaxtında X10 Xidmətinı məlumat verilərək yaradılacaq Təhqiqat komissiyasina Agentliyin aidiyyəti mütəxəssisləri üzv olaraq təqdim edilmişdir. Təhqiqat komissiyasının rəyinə əsasən digər əməkdaşlar kimi iddiaçının da standart əməliyyat prosedurlarından kənar olaraq, baş vermiş hadisə yerinə özbaşına getməsi öz təsdiqini tapmışdır. Belə ki, əməliyyat rəhbəri ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı zərərçəkən təxliyə olunduqdan təxminən 10 dəqiqə sonra sahəyə gəliblər və hadisə yerinə kənardan baxış keçiriblər. Hər iki şəxs hadisə yerində əlavə payların vurulmasını və iş cığırının qurulduğunu görüblər. X.Zülfüqarov və DTX əməkdaşı hadisədən sonra minaaxtaran Sahib Məmmədovun və 1 saylı təmizləmə qrupunun bölmə rəhbəri İddiaçı hadisə yerindən çıxarkən görüblər. X15 sədrinin xx.xx.2024-cü il tarixli 11-7/3-1-121Ü/2024 nömrəli əmri ilə iddiaçıya, Məcəllənin 186.2-ci maddəsinin b bəndinə əsasən «sonuncu xəbərdarlıqla şiddətli töhmət» intizam tənbehi verilmişdir. Horadiz regional əməliyyat mərkəzinin Xarici kəşfiyyat yoxlaması dəstəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə aparılmış yoxlama zamanı sözügedən sahədən 2 ədəd RQM-2 top mərmisinin partladıcısı (döyüş vəziyyətində yarı yerə batmış vəziyyətdə), 7 ədəd 7.62x39mm patron (2ədəd yer üstündə və 5 ədəd 3-4 sm yer altında), təxminən 600 q çəkidə top mərmisinin barıt yükü (yer üstündə) və 1 ədəd «ML5» pirotexnik maddəsi(yer üstündə) aşkar edilmişdir. İlkin araşdırma zamanı məlum olmuşdur ki, tapıntıların aşkar olunduğu sektor 2 saylı Təmizləmə dəstəsinin 1-ci təmizləmə qrupunun 5-ci bölməsinin rəhbəri X12 (qrup rəhəbri əvəzi), 1-ci təmizləmə qrupunun 4-cü bölməsinin rəhbəri İddiaçı və 2-ci təmizləmə qrupunun 2-ci bölməsinin rəhbəri X6 təmizlədiyi sektorlar olmuşdur. Hər iş gününün sonunda bölmə rəhbərləri tərəfindən 2 nömrəli SƏP-ə uyğun olaraq daxili keyfiyyət yoxlaması aparılmamışdır. İddiaçı və digər şəxslər həmin ərazilərdə xarici keyfiyyət yoxlaması dəstəsinin əməkdaşları tərəfindən tapıntıların aşkar olunması faktı rəhbər şəxslərin və tabeçiliyində olan minaaxataranların öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirmədiklərinin göstəricisidir. Agentliyin 2 saylı Təmizləmə dəstəsinin 1-ci təmizləmə qrupunun 4-cü-cü bölməsinin rəhbəri İddiaçı, Məcəllənin 10-cu maddəsinin “b” və “c” bəndlərinin, o cümlədən Agentliyin “Daxili intizam qaydalarının” 4.1-ci yarımbəndinin tələblərini kobud şəkildə pozmuşlar. X15 sədrinin növbəti 11-7/3-1-311Ü/2023 nömrəli əmri ilə iddiaçıya, Məcəllənin 186.2-ci maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilmişdir Qeyd olunanlar onun götəricisidir ki, son dörd il müddətində 1-i xəbərdarlıq, 1-i töhmət, 3-ü sonuncu xəbərdarlıqla şiddətli töhmət alan iddiaçıya münasibətdə işəgötürən tərəfindən humanistlik və işində dönüş yaratması üçün dəfələrlə şans verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin bu sahədə təcrübəsinin çox olduğunu, bir çox təlimlərdə iştirak etdiyini bildirərək, ona verilmiş töhmət, şiddətli töhmətin əsassız olduğunu, əməliyyatın düzgün aparılmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Həmçinin 2021-2024cü illər ərzində barələrində intizam tədbirləri görülmüş şəxslərlə yenidən işləmək istəmədiklərini və müddətli əmək müqaviləsinin müddətinin bitdiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” ilə İddiaçı arasında bağlanmış 01 aprel 2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, sonuncu 2 saylı Təmizləmə qrupunda minaaxtaran vəzifəsinə təyin edilmişdir.Müqavilənin 2.3-cü bəndinə görə bu əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən 01 aprel 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixinədək müddətə bağlanılmışdır.Müqavilənin 9.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. “Azərbaycan Respublikası Minatəmizləmmə Agentliyi” ilə İddiaçı arasında bağlanmış 01 aprel 2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, bu müqavilə əmlakın qorunması, pozuntu hallarında məsuliyyət və bununla bağlı digər məsələlərdə tərəflərin razılaşmasını əks etdirir. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” nin 29 iyun 2021-ci il tarixli 612/k №-li əmrindən görünür ki, 01 iyul 2021-ci il tarixindən 2 saylı təmizləmə qrupunun müvəqqəti təyin edilmiş minaaxtaranı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 6 ay müddətinə uzadılmışdır. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” ilə İddiaçı arasında bağlanmış 01 iyul 2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, sonuncu 2 saylı təmizləmə qrupunun minaaxtaranı vəzifəsinə təyin edilmişdir. Müqavilənin 2.3-cü bəndinə görə bu əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən 01 iyul 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixinədək, 6 ay müddətə bağlanılmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” nin 05 yanvar 2022-ci il tarixli 14/k №-li əmrindən görünür ki, 05 yanvar 2022-ci il tarixindən 2 saylı təmizləmə qrupunun müvəqqəti təyin edilmiş minaaxtaranı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 6 ay müddətinə uzadılmışdır. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” ilə İddiaçı arasında bağlanmış 05 yanvar 2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, sonuncu 2 saylı təmizləmə qrupunun minaaxtaranı vəzifəsinə təyin edilmişdir. Müqavilənin 2.3-cü bəndinə görə bu əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən 05 yanvar 2022-ci il tarixdən 05 iyul 2022-ci il tarixinədək, 6 ay müddətə bağlanılmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” nin 05 aprel 2022-ci il tarixli 723/k №-li əmrindən görünür ki, İddiaçı 05 aprel 2022-ci il tarixindən 2 saylı təmizləmə qrupunun bölmə rəhbəri vəzifəsinə müvəqqəti olaraq 3 ay müddətinə təyin edilmiş və həmin tarixdən qrupun minaaxtaranı vəzifəsindən azad edilmişdir. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” ilə İddiaçı arasında bağlanmış 05 aprel 2022-ci il tarixli 908 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, sonuncu 2 saylı təmizləmə qrupunda bölmə rəhbəri vəzifəsinə təyin edilmişdir. Müqavilənin 2.3-cü bəndinə görə bu əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən 05 aprel 2022-ci il tarixdən 05 iyul 2022-ci il tarixinədək, 3 ay müddətə bağlanılmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” nin 08 avqust 2022-ci il tarixli 1860/k №-li əmrindən görünür ki, 08 avqust 2022-ci il tarixindən 2 saylı təmizləmə qrupunun müvəqqəti təyin edilmiş bölmə rəhbəri İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti 3 ay uzadılmışdir. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” ilə İddiaçı arasında bağlanmış 08 avqust 2022-ci il tarixli 193 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, sonuncu 2 saylı təmizləmə qrupunda bölmə rəhbəri vəzifəsinə təyin edilmişdir. Müqavilənin 2.3-cü bəndinə görə bu əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən 08 avqust 2022-ci il tarixdən 08 noyabr 2023-cü il tarixinədək, 3 ay müddətə bağlanılmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” nin 17 yanvar 2023-cü il tarixli 11-7/3-1-123k/2023 №-li əmrindən görünür ki, İddiaçı 18 yanvar 2023-cü il tarixindən 2 saylı təmizləmə qrupunun qrup rəhbərinin müavini vəzifəsinə müvəqqəti olaraq 3 ay müddətinə təyin edilmiş və həmin tarixdən qrupunun bölmə rəhbəri vəzifəsindən azad edilmişdir. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” ilə İddiaçı arasında bağlanmış 18 yanvar 2023-cü il tarixli 159 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, sonuncu 2 saylı təmizləmə qrupunun qrup rəhbərinin müavini vəzifəsinə təyin edilmişdir. Müqavilənin 2.3-cü bəndinə görə bu əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək, 3 ay müddətə bağlanılmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” nin 01 may 2023-cü il tarixli 899/k №-li əmrindən görünür ki, İddiaçı 04 may 2023-cü il tarixindən Ağdam-1 mobil bazanın 2 saylı təmizləmə dəstəsinin 1 saylı təmizləmə qrupunun 4-cü bölməsinin rəhbəri vəzifəsinə müvəqqəti olaraq 1 ay müddətinə təyin edilmiş və həmin tarixdən 2 saylı təmizləmə qrupunun qrup rəhbərinin müavini vəzifəsindən azad edilmişdir. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” ilə İddiaçı arasında bağlanmış 04 may 2023-cü il tarixli 1451 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, sonuncu Ağdam-1 mobil bazanın 2 saylı təmizləmə dəstəsinin 1 saylı təmizləmə qrupunun 4-cü bölməsinin bölmə rəhbəri vəzifəsinə təyin edilmişdir. Müqavilənin 2.3-cü bəndinə görə bu əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən 04 may 2023-cü il tarixdən 04 iyun 2023-cü il tarixinədək, 1 ay müddətə bağlanılmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” nin 06 iyun 2023-cü il tarixli 11- 7/3-1-1137k/2023 №-li əmrindən görünür ki, 06 iyun 2023-cü il tarixindən Ağdam-1 mobil bazanın 2 saylı təmizləmə dəstəsinin 1 saylı təmizləmə qrupunun 4-cü bölməsinin müvəqqəti təyin edilmiş rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 1(bir) ay uzadılmışdır. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” ilə İddiaçı arasında bağlanmış 06 iyun 2023-cü il tarixli 2335 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, sonuncu Ağdam-1 mobil bazanın 2 saylı təmizləmə dəstəsinin 1 saylı təmizləmə qrupunun 4-cü bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. Müqavilənin 2.3-cü bəndinə görə bu əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən 06 iyun 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixinədək müddətə bağlanılmışdır.Müqavilənin 9.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. “Azərbaycan Respublikası Minatəmizləmmə Agentliyi” nin 11 iyul 2023-cü il tarixli 11- 7/3-1-1346k/2023 №-li əmrindən görünür ki, İddiaçı 11 iyul 2023-cü il tarixindən Ağdam-1 mobil bazanın 2 saylı təmizləmə dəstəsinin 1 saylı təmizləmə qrupunun 4-cü bölməsinin müvəqqəti təyin edilmiş rəhbəri ilə bağlanmış əmək müqaviləsinin müddəti 1(bir) ay uzadılmışdır. “Azərbaycan Respublikası Minatəmizləmmə Agentliyi” ilə İddiaçı arasında bağlanmış 11 iyul 2023-cü il tarixli 2377 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, sonuncu Ağdam-1 mobil bazanın 2 saylı təmizləmə dəstəsinin 1 saylı təmizləmə qrupunun 4-cü bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. Müqavilənin 2.3-cü bəndinə görə bu əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən 11 iyul 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixinədək müddətə bağlanılmışdır.Müqavilənin 9.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. “Azərbaycan Respublikası Minatəmizləmmə Agentliyi”nin 08 may 2021-ci il tarixli 371/ü №-li Əmrindən görünür ki, 2 saylı Təmizləmə qrupunda minaaxtaran vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq edilmişdir. “Azərbaycan Respublikası Minatəmizləmmə Agentliyi”nin 14 iyun 2022-ci il tarixli 1354/ü №-li Əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2ci maddəsinin a bəndinə əsasən 2 saylı Təmizləmə qrupunun bölmə rəhbəri İddiaçı töhmət verilmişdir. “Azərbaycan Respublikası Minatəmizləmmə Agentliyi”nin 20 fevral 2023-cü il tarixli 11-7/3-1-515ü/2023 №-li Əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.3-cü maddəsinə uyğun olaraq 2 saylı Təmizləmə qrupunun qrup rəhbərinin müavini İddiaçı həmin Məcəllənin 10-cu maddəsinin b bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. “Azərbaycan Respublikası Minatəmizləmmə Agentliyi”nin 02 fevral 2024-cü il tarixli 11-7/3-1-121ü/2024 №-li Əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin «b» bəndinə əsasən X18 bazasının 2 saylı Təmizləmə dəstəsinin 1 saylı Təmizləmə qrupunun bölmə rəhbəri İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. “Azərbaycan Respublikası Minatəmizləmmə Agentliyi”nin 05 mart 2024-cü il tarixli 11-7/3-1-311ü/2024 №-li Əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin «b» bəndinə əsasən X18 bazasının 2 saylı Təmizləmə dəstəsinin 1 saylı Təmizləmə qrupunun 4-cü bölməsinin rəhbəri İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. xx.xx.2013-cü il tarixdə verilmiş şəhadətnamənin surətindən görünür ki, İddiaçı «Əsas minaaxtarma» təlim kursunu müvəffəqiyyətlə bitirmişdir. xx.xx.2018-ci il tarixdə verilmiş AZE/BAC/2018029 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı «X4 kursu»nu müvəffəqiyyətlə bitirmişdir. xx.xx.2022-ci il tarixdə verilmiş BR-QR/№2021-03/08 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı «Bölmə/X25»ni müvəffəqiyyətlə bitirmişdir. Azərbaycan Respublikasının Minatəmizləmə X14 şəxs tərəfindən tərtib edilmiş 03/2022 nömrəli Aktdan görünür ki, xx.xx.20222-ci il tarixdə səhər saat 07-00-da minatəmizləmə bölməsinin işçiləri Ağdam regional mərkəzinin inzibati ərazisinə toplanaraq gündəlik iş ilə bağlı brifinq keçirilmiş və işçilər yerinə yetirəcəkləri iş üzrə təlimatlandırıldıqdan sonra qruplara ayrılaraq DS/02/Şahbulaq/003/02 döyüş sahəsinə gəlmişlər. Əməliyyat sahəsində işçilər qrup rəhbəri Rasim İbrahimovun tapşırığı əsasında bölmə rəhbəri İddiaçı rəhbərliyi ilə təmizləmə əməliyyatlarına başlamışdır. Bölmə rəhbəri İddiaçı rəhbərliyi ilə minaaxtaranlar təxminən saat 08-20 radələrində birinci xətti tamamlayıb ikinci xəttə dönən zaman İddiaçı qarşıda olan dərədə mamırlanmış daş topaları olan yerdən keçən zaman ayağı sürüşmüş və yıxılaraq xəsarət almışdır. O, yaxınlıqda olan minaaxtaran Etibar Əliyevi köməyə çağırmış, rabitə vasitəsi ilə hadisə barədə rəhbərliyə məlumat verilmiş, təxliyə bölməsi hadisə yerinə gələrək ona zərərçəkənə ilkin tibbi yardım göstərdikdən sonra onu tibbi posta təxliyyə etmişlər. Tibbi postda paramedik Orxan Əliyev İddiaçı müayinə etdikdən sonra onu xəstəxanaya aparmaq barədə göstəriş vermişdir. İddiaçı Agentliyin ambulansı ilə Ağdam rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Xəstəxanada travmatoloq tərəfindən İddiaçı müayinə olunmuş və müalicə olunması üçün sığorta xətti ilə X3 göndərilmişdir. X20 Xəstəxanasının Tibbi kartdan çıxarışa əsasən İddiaçıa Sağ dizin iç meniskinin yırtığı diaqnozu qoyularaq onun əməliyyat olunması tövsiyə olunmuşdur. X2 təqdim edilmiş EPİKRİZ-də İddiaçı Sağ diz oynağında medial meniskusun arxa buynuzunda alt oynaq səthinə uzanan yırtıq olduğu qeyd edilmişdir. Medistyle Hospital ın təqdim etdiyi epikrizə əsasən İddiaçı sağ diz oynağında medial meniskin arxa buynuzunun cırılması diaqnozu qoyulmuş və sağ diz oynağınım artoskopiyası Atroskopikmeniskintəmiri cərrahi əməliyyatı keçirmişdir. Məhkəmə -Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin Bərdə rayon şöbəsindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 97 nömrəli məktubda və məktuba əlavə olunmuş xx.xx.2022-ci il tarixli 294 nömrəli ekspert rəyində məhkəmə-tibbi müayinə zamanı İddiaçı sağ diz oynağında meniskin arxa buynuzunun cırılması, sağ diz oynağının küt travması, hərəkət məhdudluğu diaqnozunun müəyyən edildiyi və müvafiq olaraq həmin xəsarətlərin sağlamlığına AZ AĞİR zərərvurma kimi qiymətləndirildiyi, zərərçəkənin adına tərtib edilmiş tibbi sənədlərdə onun hadisə zamanı spirtli içki qəbul edib-etməməsinə dair heç bir qeyd aparılmadığından bu barədə heç bir fiki spyləməyin mümkün olmadığı göstərilmişdir. Bədbəxt hadisənin səbəbləri-Azərbaycan Respublikası Minatəmizləmə X14 şəxsin rəhbərliyi tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş Supervayzerlər, Qrup rəhbərləri və onların müavinləri. Bölmə rəhəbrləri üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə vəzifə Təlimatıın 1-ci bölməsinin(işçilərin vəzifə borcları) 2-ci abzasının İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik norma qaydalarına əməl olunmasını təşkil etmək tələblərinə əməl edilməməsi. Əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər-İddiaçı ehtiyatsızlığıdır. Bədbəxt hadisənin şahidləri-O.Əliyev, E.Əliyev,R.İbrahimov və E.Cəfərov. Təhqiqat aktı 13 senytabr 2022-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən verilmiş 16 avqust 2022ci il tarixli 1453/22 nömrəli Arayışdan görünür ki, İddiaçı 44 günlük Vətən Müharibəsi dövründə Ağdam rayonunda dislokasiya olunmuş ANAMA-nın 2 saylı təmizləmə qrupunun minaaxtaranı kimi 08 oktyabr 2020-ci il tarixdən 17 gün ərzində Ağdam rayonu ərazisində həyata keçirilən partlayıcı sursatların təmizlənməsi əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli, 11-7/3-1-670k/2024 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 16 may 2024-cü il tarixindən Ağdam mobil bazasının 2 saylı təmizləmə dəstəsinin 1 saylı təmizləmə qrupunun 4-cü bölməsinin rəhbəri ilə bağlamış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə uyğun olaraq(əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi əmr edilmişdir. 0019783 nömrəli əmək kitabçasının surətindən görünür ki, «DAYAQ» X21 Təşkilatında İddiaçı xx.xx.2013-cü il tarixdə minaxtaran vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2019-cu il tarixdə Əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə başa çatdığı üçün (AR ƏM 68, 73, bənd-f) əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. xx.xx.2019-cu il tarixdən 1-ci kateqoriyalı minaaxtaran vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdən AR ƏM 68-ci maddəsinin 2b) bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı «Azərbaycan Respublikasının ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi»də xx.xx.2020-ci il tarixdə minaxtaran vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Minatəmizləmə X1 xx.xx.2021-ci il tarixdə 2 saylı təmizləmə qrupunun minaaxtaran vəzifəsinə, xx.xx.2022-ci il tarixdə isə qrupun bölmə rəhbəri vəzifəsinə, xx.xx.2023-cü il tarixdə 2 saylı təmizləmə qrupunun qrup rəhbərinin müavini vəzifəsinə xx.xx.2023-cü il tarixdə Ağdam-1 mobil bazasının 2 saylı təmizləmə dəstəsinin 1 saylı təmizləmə qrupunun 4-cü bölməsinin rəhbəri vəzifəsinə müvəqqəti olaraq təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Ağdam-1 mobil bazası Ağdam mobil bazası adlandırılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə uyğun olaraq(əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir(xx.xx.2024-cü il tarixli 670/k№-li Əmr əsasında). 15 sentyabr 2021-ci il tarixli 72 №-li Fəxri Fərmanın surətindən görünür ki, İddiaçı işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz qayıdışın təmin edilməsində göstərdiyi əvəzsiz və fədakar xidmətlərinə görə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən təltif edilmişdir. Bərdə 1 saylı Mediasiya Təşkilatının 08 iyul 2024-cü il tarixli arayışından görünür ki, iddiaçı işdən azad edilməsi barədə əmrin ləğv edilməsi üzrə mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə mediasiya prosesi keçirilmiş və mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmiş və 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 45.5-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. 83.1-ci maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, hazırki iş üzrə tərəflər arasında 01 aprel 2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və o, 1 ay müddətinə 2 saylı təmizləmə qrupunun minaaxtaran vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə isə qrupun bölmə rəhbəri vəzifəsinə, xx.xx.2023-cü il tarixdə 2 saylı təmizləmə qrupunun qrup rəhbərinin müavini vəzifəsinə xx.xx.2023-cü il tarixdə Ağdam-1 mobil bazasının 2 saylı təmizləmə dəstəsinin 1 saylı təmizləmə qrupunun 4-cü bölməsinin rəhbəri vəzifəsinə müvəqqəti olaraq təyin edilmişdir. Sonuncu dəfə tərəflər arasında bağlanılmış 11 iyul 2023-cü il tarixli 2377 nömrəli əmək müqaviləsi ilə iddiaçı Ağdam-1 mobil bazanın 2 saylı təmizləmə dəstəsinin 1 saylı təmizləmə qrupunun 4-cü bölməsinin rəhbəri vəzifəsinə təyin edilmiş və müqavilə 11 iyul 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixinədək, yəni 1 ay müddətə bağlanılmış və tərəflər arasında müqavilənin müddətinin bitməsi ilə əlaqədar müraciət olunmadığına görə, müqavilənin müddəti Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən hər dəfə 1 ay olmaqla, 9 ay müddətinə uzadılmışdır. Cavabdehin 16 may 2024-cü il tarix li, 11-7/3-1-670k/2024 nömrəli əmri ilə onun əmək müqaviləsinə 16 may 2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilənin vaxtının bitməsi ilə bağlı) xitam vermişdir. Əmək qanunvericiliyinin qeyd olunan normalarının məzmunundan göründüyü kimi, əmək müqaviləsi sərbəst bağlanır və müqavilənin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi müddətsiz və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanıla bilər. Məhkəmə aparılmış araşdırmanın nəticələrini əsas götürüb, bu sahəni tənzimləyən müddəaları rəhbər tutub, hesab edir ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmaqla əmək qanunvericiliyin tələbləri pozulmamışdır. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin “əmrin ləğv edilməsi və işə bərpa” hissəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iddia tələbinin “məcburi boşdayanma ilə əlaqədar pulun tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia tələblərinin bu hissələri törəmə tələbdir və əmək qanunvericiliyin istinad edilən normasına əsasən bu tələbin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “əmrin ləğv edilməsi və işə bərpa” hissəsinin təmin olunubolunmamasından asılıdır. Bunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X11rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X11rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar