Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5005/2024 11.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı X2, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “hasarın çəkilməsinə olan maneçiliyə son qoyulması və sair” tələbinə dair qarşılıqlı iddiası, eyni zamanda iddiaçı X2 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.025 ha ölçüdə torpaq sahəsinin zəbt olunmuş hissəsindən Cavabdeh və ailə üzvlərinin çıxarılması, tikilmiş damın cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması, o cümlədən sərhəd divarın hörülməsinə müdaxilənin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “hasarın çəkilməsinə olan maneçiliyə son qoyulması və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi və onun, yəni Cavabdeh evi istiqamətində İddiaçı divarı boyu hasarın çəkilməsinə maneçiliyin yaradılmasına son qoyulması və sərhəd divarının hörülməsinə müdaxilənin İddiaçı qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, iddiaçı X4 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin ləğv olunması və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla, yəni X4 ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisi X1 tərəfindən təsdiq edilən AN-1 seriyalı №1175663 saylı alqı-satqı müqaviləsinin ləğv olunması, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 84.3 kv.m, yaşayış sahəsi 60.1 kv.m yarımçıq tikili, yardımçı sahəsi 24.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən onun çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin iddia ərizələri əsasında müvafiq olaraq 2(001)-5005/2024 saylı və e-2(001)- 4745/2024 saylı mülki işlərin icraatı başlanılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ilkin iddia tələbini müdafiə etməklə yanaşı, ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil qarşılıqlı iddia tələbini müdafiə etməklə yanaşı, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək, mülki iş üzrə icraatların birləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə icraatın dayandırılması barədə ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin və Cavabdeh nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş vəsatəti nəzərdən keçirərək, hesab edir ki, vəsatət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan həmin mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil tərəfindən verilmiş vəsatət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “hasarın çəkilməsinə olan maneçiliyə son qoyulması və sair” tələbinə dair qarşılıqlı iddiaları üzrə 2(001)-5005/2024 saylı və iddiaçı X2 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin ləğv olunması və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə e-2(001)-4745/2024 saylı mülki işlər bir icraatda birləşdirilərək e-2(001)-4745/2024 saylı mülki iş kimi baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-5005/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5005/2024
11.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver