Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5006/2020 19.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 184 saylı evin, 52 saylı mənzilinə olan istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 11 saylı Notariat Ofisində bağlanmış xx xxx 2020-ci il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 184 saylı evin, 52 saylı mənzili X1 satın almışdır. xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən həmin mənzil onun xüsusi mülkiyyətindədir. xx xxx 2020-ci il tarixli müqavilənin 13-cü bəndinə əsasən satıcı satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Bundan başqa onun ailə üzvü olan Cavabdeh Notariat Kontorunda ərizə yazaraq mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Lakin qeydiyyatdan çıxmamışdır. Cavabdehin ona məxsus evdə qeydiyyatda olması bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Belə ki, onun mülkiyyətində olan evdə qeydiyyatda olması onun mülkiyyətindən istifadə və sərəncam hüquqlarını həyata keçirməyinə maneəçilik törədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 184 nömrəli evin, 52 nömrəli mənzili X2 mülkiyyətində olmuşdur. Onunla İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğısatqı müqaviləsinə əsasən həmin mənzil 77.000 manat pula İddiaçı satılmış və bundan sonra sonuncunun mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hazırda həmin mənzil İddiaçı mülkiyyətindədir. Qeyd edilən müqavilə imzalanarkən mənzildə həmin vaxt pasport qeydiyyatında olan Cavabdeh bu barədə notarial qaydada təsdiq edilmiş yazılı ərizə verməklə mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Müqaviləyə əsasən X3 (satıcı) İddiaçı (alıcıya) üçüncü şəxslərin hüquqlarından azad mənzili verməyi və xx.xx.2020-ci il tarixədək həmin mənzildən pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra X3 mənzili daimi əsaslarla tərk etmiş və həmin vaxtdan mübahisəli mənzildə yaşamır. Cavabdeh də həmin mənzildə yamasa da, pasport qeydiyyatında qalmaqda davam edir. Onun bu mənzildə pasport qeydiyyatında olması formal xarakter daşıyır. İddiaçı da 10 manat məbləğində dövlət rüsumu ödəməklə məhkəmədə iddia qaldırmış və Cavabdeh qeyd edilən mənzilə olan istifadə hüququnun itirilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh mənzilin satılmasına etiraz etmədiyindən, o cümlədən bu barədə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi verdiyindən, mənzilin alqı-satqı müqaviləsində istifadə hüququnun saxlanılması ilə bağlı tərəflər arasında hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra onunla cavabdeh arasında istifadə hüququnun itirilməsinə dair notarial qaydasında təsdiqlənmiş razılaşma olmadığından, cavabdehlərin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, habelə cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından Cavabdeh mübahisəli mənzildən istifadə hüququ itirilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 184 nömrəli evin, 52 nömrəli mənzilindən Cavabdeh istifadə hüququ itirilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 184 nömrəli evin, 52 nömrəli mənzilindən Cavabdeh istifadə hüququ itirilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-5006/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5006/2020
19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver