Məhkəmə qərarları › İş №2(001)-5047/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5047/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5047/2025 15.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi ilə, iddiaçı – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh – Cavabdeh qarşı “pul tələbi” barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli müqavilə ilə APPLE WATCH SE qol saatı, xx.xx.2023-cü il tarixli müqavilə ilə İmei kod **********54324 İPHONE 13 markalı mobil telefon, xx.xx.2023-cü il tarixli müqavilə ilə YANDEX STATİON MİNİ PLUS saat, xx.xx.2023-cü il tarixli müqavilə ilə LENA-GENC-çarpayı, LENA-GENC-tumba, matras, LENA-GENC-dolab, xx.xx.2023-cü il tarixli müqavilə ilə PLAYSTATİON 5, PS5 oyun pultunun nisyə-alqı satqısı rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixli müqavilə ilə eyni tarixli əlavəyə əsasən əşyanın ümumi dəyərinin 903 manat, ödəniş müddətinin 15 ay, aylıq ödənişin 60 manat, xx.xx.2023-cü il tarixli müqavilə ilə eyni tarixli Əlavəyə əsasən əşyanın ümumi dəyərinin 2320,02 manat, ödəniş müddətinin 18 ay, aylıq ödənişin 128,89 manat, xx.xx.2023-cü il tarixli müqavilə ilə eyni tarixli Əlavəyə əsasən əşyanın ümumi dəyərinin 225 manat, ödəniş müddətinin 18 ay, aylıq ödənişin 12,5 manat, xx.xx.2023-cü il tarixli müqavilə ilə eyni tarixli Əlavəyə əsasən əşyanın ümumi dəyərinin 1369,92 manat, ödəniş müddətinin 24 ay, aylıq ödənişin 57,08 manat, xx.xx.2023-cü il tarixli müqavilə ilə eyni tarixli Əlavəyə əsasən əşyanın ümumi dəyərinin 1574,40 manat, ödəniş müddətinin 18 ay, aylıq ödənişin 70,80 qəpik olduğu müəyyən edilir.

2. Alınan əşyalar cavabdehə müqavilələr ilə eyni tarixlərdə, yəni xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərində təhvil verilmişdir.

3. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə müqavilələr üzrə cavabdehin əsas borcu 2589,77 manat, cərimə borcu 258,98 manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 3802,57 manat təşkil edir.

4. İddiaçı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən PLAYSTATİON 5, PS5 oyun pultu üçün 984,26 manat ödənilməmiş hissə, 98,43 manat cərimə pulu, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən LENA-GENC-çarpayı, LENA-GENC-tumba, matras, LENA- GENC-dolab üçün 858,14 manat ödənilməmiş hissə, 85,81 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********54324 İPHONE 13 üçün 344,45 manat ödənilməmiş hissə, 34,40 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən APPLE WATCH SE qol saatı üçün 295,56 manat ödənilməmiş hissə, 29,56 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən YANDEX STATİON MİNİ PLUS saat üçün 107,36 manat ödənilməmiş hissə, 10,74 manat cərimə olmaqla ümumilikdə 2848,75 manat borc və 48,49 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən APPLE WATCH SE qol saatını 903 manata əldə etmiş, həmin mala görə 295,56 manat ödənilməmiş hissə, 29,56 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********54324 İPHONE 13 markalı mobil telefonu 2320,02 manata əldə etmiş, həmin mala görə 344,45 manat ödənilməmiş hissə, 34,40 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən YANDEX STATİON MİNİ PLUS saatı 225 manata əldə etmiş, həmin mala görə 107,36 manat ödənilməmiş hissə, 10,74 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən LENA-GENC-Çarpayı, LENA-GENC-tumba, matras, LENA-GENC-dolabını 1369,92 manata əldə etmiş, həmin mala görə 858,14 manat ödənilməmiş hissə, 85,81 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən PLAYSTATİON 5, PS5 oyun pultunu 1574,40 manata əldə etmiş, həmin mala görə 984,26 manat ödənilməmiş hissə, 98,43 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə müqavilələr üzrə 2589,77 manat əsas, 258,98 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3802,57 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilir. Sözügedən xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam va qüsursuz şəkildə təhvil almışdır. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilələr ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

Cavabdehin etirazları:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin göndərilmiş zərf rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Bu səbəbdən də bildiriş və iddia ərizəsi cavabdehə təqdim edilməsi üçün cavabdehin qeydiyyat ünvanı üzrə ünvan 1LANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

7. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 03672707 saylı, xx.xx.2023-cü il tarixli, 03783619 saylı, xx.xx.2023-cü il tarixli, 03724838 saylı, xx.xx.2023-cü il tarixli, 03724839 saylı, xx.xx.2023-cü il tarixli, 03934714 saylı müqavilələrdən müəyyən edilir ki, tərəflər arasında əşyanın nisyə alqı-satqı müqavilələri bağlanmışdır.

8. İş materiallarında olan xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktlarından müəyyən edilir ki, cavabdeh məhsulları alması ilə bağlı təhvil-təslim aktlarını imzalamışdır.

9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, cavabdehin 6392,34 manat əsas borcundan maliyyə arayışı tərtib edilən xx.xx.2025-ci il tarixədək 3802,57 manat ödəniş etməklə müqavilələr üzrə 2589,77 manat əsas borc, 258,98 manat cərimə borcu vardır.

10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən edilir ki, cavabdeh ödəniş cədvəlində nəzərdə tutulmuş ödəniş vaxtı və qaydası ilə əlaqədar olaraq müəyyən edilmiş qaydalara əməl etməməsi ilə bağlı xəbərdar edilmiş və həmin xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, Müqavilələrin 4.1-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət ediləcəyi vurğulanmışdır.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilələrdən əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilələrdən şərtləri qoymaqda sərbəstdirlər. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilələrdən olmalıdır. - Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilələrdən sayılır. - Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələrdənlər bağlaya və bu müqavilələrdənlərin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdənlər də bağlaya bilərlər. - Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilələrdənnin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilələrdənnin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - Maddə 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). - Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilələrdən ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilələrdən ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. - Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - Maddə 567. Alqı-satqı müqavilələrdənsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - Maddə 600.1. Alğı-satqı müqavilələrdənsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilələrdəndə nəzərdə tutulan müddətdə, müqavilələrdəndə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqavilələrdənsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilələrdəndə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələrdən o halda bağlanmış sayılır ki, alqı-satqı müqavilələrdənsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Məhkəmənin mövqeyi:

13. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır.

14. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan müqavilə bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilənin bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilənin bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

15. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mal cavabdehə verilmiş və müqavilələrin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır.

16. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında cavabdeh iddiaçıdan müqavilələrdə göstərilən əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyanın dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilələr əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.

17. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.

18. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təMİNİ üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilələrdəndə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilələrdəndə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

19. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilələr ilə müəyyən edildiyini nəzərə alaraq həm xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr ayrı-ayrılıqda 20 manat məbləğində olmaqla, cəmi 80 manat, xx.xx.2023-cü il tarixli, 03724839 saylı müqavilə üzrə isə 10 manat məbləğində olmaqla, bütün müqavilələr üzrə ümumilikdə 90 manat məbləğində cərimənin tutulmasını daha ağlabatan hesab edir.

20. Məhkəmə həmçinin iddianın 48,49 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilələrdəndən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).

21. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

NƏTİCƏ HİSSƏSİ:

22. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5, 284-6, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. xx.xx.2022-ci il tarixli, 03672707 saylı müqaviləyə əsasən 295,56 (iki yüz doxsan beş manat, əlli altı qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu; xx.xx.2023cü il tarixli, 03783619 saylı müqaviləyə əsasən 344,45 (üç yüz qırx dörd manat, qırx beş qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu; xx.xx.2023-cü il tarixli, 03724838 saylı müqaviləyə əsasən 858,14 (səkkiz yüz əlli səkkiz manat, on dörd qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu; xx.xx.2023-cü il tarixli, 03724839 saylı müqaviləyə əsasən 107,36 (yüz yeddi manat, otuz altı qəpik) əsas, 10 (on) manat cərimə borcu; xx.xx.2023-cü il tarixli, 03934714 saylı müqaviləyə əsasən 984,26 (doqquz yüz səksən dörd manat, iyirmi altı qəpik) əsas, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 2679,77 (iki min altı yüz yetmiş doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin.

3. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 48,49 (qırx səkkiz mant qırx doqquz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə MİNİr.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar