Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-51/2022 01.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İlk iddia üzrə İddiaçı1, İlk iddia üzrə cavabdeh X11 (eyni zamanda Cavabdeh2 nümayəndəsi qismində), Qarşılıqlı iddia üzrə Cavabdeh3, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 iştirakı ilə, İlk iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 ilk iddia üzrə Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin ləğv edilməsi və sair tələbinə dair ilk iddia ərizəsi; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 və qeyrilərinə qarşı cavabdehlərin və onların ailə üzvlərinin torpaq sahəsindən çıxarılması və sair tələbinə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 15.02.2019-cu il tarixdə iddiaçılar İddiaçı2 və İddiaçı1 torpaq sahəsinə dair alqısatqı müqaviləsinin və həmin torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların birgə rəsmi nikahından doğulmuş ilk oğulları X1 adına 2005-ci ilin mart ayında Abşeron rayonu Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 16,4 kv.m., köməkçi sahəsi 10 kv.m. olan yaşayış evi Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 37096 nömrəli reyestri kitabında və 5199 nömrəli invertar işi qeydiyyata alınaraq iddiaçılara Qeydiyyat Vəsiqəsi verilmişdir. Sonradan onlara məlum olmuşdur ki, İddiaçı2 ilə ögey anası arasında yaranmış soyuq münasibətdən istifadə edən ögey bacısı həmin torpaq sahəsini qanunsuz yollarla anasının adına sənədləşdirmiş və bağışlanma müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Qeyd olunanlara əsasən iddiaçılar məhkəmədən xahiş etmişlər ki, ünvan 2ində yerləşən ümumi sahəsi 0.0992 ha olan torpaq sahəsinə dair Sumqayıt ASAN xidmət mərkəzinin Notariat Kontorunda 22 fevral 2019-cu il tarixli 4Ə-645 reyestr nömrə ilə qeydə alınmış X20 ilə Cavabdeh1 Mirzərəhiin oğlu arasında bağlanmış “Daşınmaz Əmlakın Alqı-satqı Müqavilə”sinin və cavabdehin adına ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat tarixi 28.02.2019, qeydiyyat nömrəsi **********, ******* nömrəli çixarışın ləğv olunması barədə qətnamə qəbul edilsin. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 15.03.2019-cu il tarixli, 2(012)-1907/2019 saylı qərardadından görünür ki, həmin qərardadla iddiaçıların ərizəsinə əsasən işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh1 adına rəsmiləşdirilmiş ünvan 2ində yerləşən torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar müəyyən hərəkətləri etmək cavabdehə və digər şəxslərə, eyni zamanda cavabdehə həmin ərazidə tikinti işlərinin aparılması qadağan edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı İddiaçı2, onun ailə üzvləri və digər şəxslərin ona məxsus torpaq sahəsindən və onun üzərindəki tikilidən çıxarılmasına dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və həmin qarşılıqlı iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin 01.04.2019-cu il tarixli, 2(012)-1907/2019 saylı qərardadı ilə icraata qəbul edilmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ildirirəm ki, Azərbaycan Respublikası Əmlak X18 yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Abşeron rayon Masazır qəsəbəsində 0.0992 ha torpaq sahəsinə mülkiyyət verilməsi barədə çıxarış əsasında mülkiyyətinə keçirmişdir. O, torpaq sahəsini notariat qaydasında alqı-satqı edərək üçüncü şəxslərin hüquqlarından azad formada almışdır. Almamışdan bir müddət həmin torpaq sahəsinə baxmaq üçün bir neçə dəfə həmin əraziyə getmişdir. Lakin heç vaxt orada yaşayış olmayıb və heç kim həmin torpaq sahəsinə iddia irəli sürməmişdir. Torpaq sahəsi üzərində balaca bir tikili vardır. O, torpaq alarkən həmin tikilini söküb yenisini tikmək fikrində olmuşdur. Çünki faktiki olaraq həmin tikili yaşayış üçün yararsızdır. Lakin son 15-20 gün ərzində əvvəlcədən tanımadığı şəxslər ona məxsus torpaq sahəsinə girməyə imkan vermirlər. Onlar həmin torpaq sahəsində yerləşən tikilidə məskunlaşıblar. Şifahi danışıqlardan məlum olmuşdur ki, həmin şəxsləri ora İbrahim adlı şəxs yerləşdirib. İbrahim torpağı aldığı X11 qardaşıdır. 02.04.2019-cu il tarixdə Cavabdeh1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və ona məxsus torpaq sahəsinin hasarlanması, darvazanın qoyulması, ərazidə qeyri-qanuni yarımtikilinin sökülməsi və həmin yarımtikilidə qanunsuz olaraq məskunlaşmış şəxslərin çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 11.04.2019-cu il tarixdə Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xahiş etmişdir ki, İddiaçı2, İddiaçı1, onların ailə üzvləri X5, X10, X8, X3, Cavabdeh3, Cavabdeh4 və qeyrilənin ona məxsus torpaq sahəsindən çıxarılması; ona məxsus torpaq sahəsinin hasarlanması, darvazanın qoyulması, ərazidə qeyri-qanuni yarımtikilinin sökülməsi barədə qətnamə qəbul edilsin. 22.04.2019-cu il tarixdə ilk iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsinə əlavə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmədən xahiş etmişdir ki, “ ... Abşeron rayonu Masazır Bələdiyyəsinin 03.05.2004-cü il tarixli 28 nömrəli qərarının, Bələdiyyənin və DTXK Abşeron şöbəsinin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktının və DTXK Abşeron şöbəsinin 09.09.2011-ci il tarixli 173550 nömrəli torpaq sahəsinin kadastr plan və ölçüsünün, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh2 adına rəsmiləşən Seriya MA ******* nömrəli. 27.10.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və 27.10.2011-ci il tarixli AA 033259 saylı torpaq sahəsinin plan və ölçüsünün, Abşeron rayonu İ saylı Notariat Kontorunda tərəfindən aparılmış 23 fevral 2016-cı il tarixli 4Ə-315 reyestr nömrə ilə qeydə alınmış, ünvan 2ində yeıiəşən 0.0992 ha torpaq sahəsinə dair Cavabdeh2 ilə X20 arasında. bağlanmış “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin və qeydiyyat tarixi 10.03.2016, qeydiyyat nömrəsi **********, ******* nömrəli Çixarışın və nəhayət Sumqayıt ASAN xidmət mərkəzinin Notariat Kontorunda 22 fevral 2019-cu il tarixli 4Ə-645 reyestr nömrə ilə qeydə alınmış X20 ilə Cavabdeh1 arasında bağlanmış “Daşınmaz Əmlakın Alqısatqı Müqavilə”sinin və Cavabdeh1 adına ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat tarixi 28.02.2019, qeydiyyat nömrəsi **********, ******* nömrəli Çixarışın ləğv olunmaları barədə qətnamə qəbul” edilsin. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, “ ... qarşılıqlı iddiaçı mübahisəli torpaq sahəsini X9 alqı-satqı ilə almış, X20 bağışlanma müqaviləsi ilə anası Cavabdeh2 adından öz adına keçirtmişdir. Halbuki, Abşeron rayonu Masazır Bələdiyyəsi 03.05.2004cü il tarixli 28 nömrəli qərarı ilə oğlumuzun mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsini ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh2 adına qanunsuz ayırmışdır. Hansı ki, Bələdiyyə mövcud Qanunvericiliyin tələbinə əsasən Bələdiyyənin ərazisində qeydiyyatda olan şəxslərə torpaq sahəsi ayıra bilərdi. Cavabdeh2 heç vaxt Abşeron rayonunda qeydiyyatda olmayıb. Həmin qanunsuz qərar əsasında Cavabdeh2 Bələdiyyənin və DTXK Abşeron şöbəsinin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktını və DTXK Abşeron şöbəsinin 09.09.2011-ci il tarixli 173550 nömrəli torpaq sahəsinin kadastr plan və ölçüsünü əldə etmişdir. Sonda isə, Cavabdeh2 qeyd olunan sənədlər əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli, 27.10.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı və 27.10.2011-ci il tarixli Me AA 033259 saylı torpaq sahəsinin plan və ölçüsünü qanunsuz əsaslarla əldə etmişdir. Yəni, sonradan formal olaraq qızı X13 bağışlamış və ondan etibarnamə alaraq qarşılıqlı iddiaçıya satmışdır. Bununla bağlı Masazır Bəlkədiyyəsinə və Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə iş Mərkəzinin müraciətlər etmişik. Aldığımız şifahi məlumata əsasən Masazır Bələdiyyəsinin qanunsuz qərarı ləğv olunacaqdır”. Eyni zamanda ilk iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 22.04.2019-cu il tarixdə Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh2 və X14 iş üzrə cavabdeh və yaxud üçüncü şəxs qismində cəlb olunmalarını məhkəmədən xahiş etmişlər. İlk iddia üzrə cavabdehlər Cavabdeh2 və X20 19.06.2019-cu il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, qeyd etmişlər ki, ünvan 2ində iki yan-yana eyni ölçülü torpaq sahələri var idi. Hər iki torpaq eyni bölünüb və ölçüləri təyin edilərək ayri-ayrı çıxarışlar alınıb. İddiaçı2 öz torpağının sənədini oğlu X6 rəsmiləşdirmiş, əhkəməyə isə eyni zamanda X1 adına qanunsuz sənəd təqdim etmişdir. Guya 3 yaşında oğluna qeydiyyat vesiqəsi verilib. Rəna İsmayılovanın torpaq sahəsində qanunsuz olan daxmaya özünün sahəsində yerləşən sənədi təqdim edərək məhkəməni aldadır, onun niyyəti mülkiyyətçini narahat etməkdir. Mülkiyyətçinin mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar. Eyni zamanda mülkiyyətçilərə şər və böhtan atırlar ki, mülkiyyətçi torpaq sahəsinə getməsin. Cavabdeh1 aid olan torpaq İ sahəsinə İddiaçı2, Cavabdeh3 gətirib salıb ki, problem yaratmaqda bu qadın onlara köməklik etsin. İddiaçı2 öz torpağında yerləşən daxmanı isə Rəna xanım adında müəlliməyə 150 manata kirayə verir. 03.09.2019-cu il tarixdə Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 və Cavabdeh4 da qarşılıqlı iddia üzrə cavabdehlər qismində qeyd etməklə, məhkəmədən xahiş etmişdir ki, İddiaçı2, İddiaçı1, onların ailə üzvləri X5, X10, X8, X3, Cavabdeh3, Cavabdeh4 və qeyrilənin ona məxsus torpaq sahəsindən çıxarılması; ona məxsus torpaq sahəsinin hasarlanması, darvazanın qoyulması, ərazidə qeyri-qanuni yarımtikilinin sökülməsi barədə qətnamə qəbul edilsin. 23.09.2019-cu il tarixdə ilk iddia üzrə iddiaçılar məhkəməyə ərizə ilə müraciət edərək, hazırkı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişlər. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 25.09.2019-cu il tarixli, 2(012)-1907/2019 saylı qərardadı ilə mülki iş baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardad qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və qarşılıqlı iddia üzrə Cavabdeh4 tərəfindən mübahisələndirilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2019-cu il tarixli, 2(105)-4254/2019 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 25.09.2019-cu il tarixli, 2(012)-1907/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2ində yerləşən yaşayış sahəsi 16,4 kv.m., köməkçi sahəsi 10 kv.m. olan bir otaqdan ibarət yaşayış evi X1 adına mülkiyyət hüququ əsasında qeydə alınmış və 37096 nömrə ilə reyestr kitabında yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 21.05.2019-cu il tarixli cavab məktubundan görünür ki, ... sorğuda qeyd edilən X1 adına 37096 reyestr nömrəli qeydiyyat vəsiqəsi aşkar olunmadığı üçün sözügedən sənədin təsdiq olunmuş surətinin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Abşeron rayonu Masazır Bələdiyyəsinin 03.05.2004-cü il tarixli, 28 nömrəli qərarından görünür ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin ehtiyat fondundan alqı-satqı predmeti olan torpaq sahəsindən Cavabdeh2 fərdi ev tikmək məqsədilə 0,0992 hektar torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2i ünvanında yerləşən 0,0992 ha torpaq sahəsi 27.10.2011-ci il tarixdən Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2i ünvanında yerləşən 0,0992 ha torpaq sahəsi 10.03.2016-cı il tarixdən X11 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2i ünvanında yerləşən 0,0992 ha torpaq sahəsi 28.02.2019-cu il tarixdən Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29.11.2018-ci il tarixli, 2(102)-7466/2018 saylı qərarından görünür ki, İddiaçı2 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı torpaq sahəsinə dair bağışlama müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli, 2(012)-117/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş və həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29.11.2018-ci il tarixli, 2(102)-7466/2018 saylı qərarı onunla əsaslandırılmışdır ki, “ ... tərəflər arasında mübahisələndirilən müqavilə bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmamışdır. Cavabdeh2 mübahisəli əmlakı dəyərini ödəməklə Abşeron rayonu, Masazır Bələdiyyəsindən almış, reyestrdən müvafiq çıxarış əldə etmiş, bununla da həmin əmlaka dair səlahiyyətli şəxs olmuş və həmin əmlak üzərində sərəncam verərək, onu X13 bağışlamışdır. İddiaçı2 isə əqdin etibarsızlığına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut məhkəmələrə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən müqavilənin etibarsızlığından söhbət gedə bilməz. Həmçinin, bu müqavilənin etibarsızlığına dair heç bir əsas olmadığından onun nəticəsində tərtib olunmuş reyestrdən çıxarışın etibarsız hesab olunması barədə tələb də təmin oluna bilməz”. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin Cavabdeh1 cavab məktubundan görünür ki, ünvan 2ində yerləşən ona məxsus torpaq sahəsində qeydiyyatda heç kim yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17.02.2021-ci il tarixli, 2-1(102)-155/2021 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı (*İddiaçı1 Tibor qızı) 18 iyun 2019-cu il tarixdə cavabdehə (*Abşeron rayon Masazır Bələdiyyəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2ində yerləşən sahəsi 0,10 ha olan həyətyanı torpaq sahəsinin Cavabdeh2 ayrılması barədə cavabdehin 03.05.2004-cü il tarixli 28 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 16,4 kv.m, köməkçi sahəsi 10 kv m olan yaşayış evi 2005-ci ilin mart ayında onun azyaşlı oğlu X1 adına Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 37096 nömrəli reyestri kitabında və 5199 nömrəli inventar işi qeydiyyata alınmış və qeydiyyat vəsiqəsi verilmişdir. Sözügedən fərdi yaşayış evi hazıradək oğlunun mülkiyyətində və onların ailə üzvlərinin istifadəsindədir. Son vaxtlarda iddiaçıya məlum olmuşdur ki, Abşeron rayonu Masazır bələdiyyəsi 03.05.2004-cü il tarixdə 28 nömrəli qərarla oğlunun mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsini ünvan 3 ünvanda qeydiyyatda olan onun ögey qaynanası Cavabdeh2 adına qanunsuz əsaslarla ayırmışdır.Halbuki bələdiyyə mövcud qanunvericiliyin tələbinə əsasən fərdi yaşayış evi inşa etmək üçün torpaq sahəsini yalnız bələdiyyənin ərazisində qeydiyyatda olan şəxslərə ayıra bilərdi. Cavabdeh2 heç vaxt Abşeron rayonunda qeydiyyatda olmamışdır. Həmin qanunsuz qərar əsasında Cavabdeh2 bələdiyyənin və DTXK Abşeron şöbəsinin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktını və DTXK Abşeron şöbəsinin 09.09.2011-ci il tarixli 173550 nömrəli torpaq sahəsinin plan və ölçü sənədini, daha sonra isə daşınmaz əmlakın dövlət reyestrindən 27.10.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı almışdır. Eyni zamanda Abşeron rayonu Dövlət arxivinə müraciət edilmiş və Abşeron rayonu Dövlət arxivinin F-793 nömrəli məktubuna əsasən məlum olmuşdur ki. Masazır bələdiyyəsinin 03.05.2004-cü il tarixli 28 saylı qərarı ilə vətəndaşlara torpaq sahəsi ayrılmamışdır və Masazır bələdiyyəsinin 2004-cü ilin qərarlarında Cavabdeh2 adına torpaq sahəsinin ayrılması ilə bağlı heç bir məlumat yoxdur. Beləliklə, belə məlum olur ki, Abşeron rayonu Masazır kəndində yerləşən sahəsi 0.10 ha olan həyətyanı torpaq sahəsinin Cavabdeh2 ayrılması barədə Masazır bələdiyyəsinin 03.05.2004-cü il tarixli 28 nömrəli qərarı saxtadır. Çünki Masazır bələdiyyəsi 09.09.2011-ci il tarixli torpaq sahəsinin alqı-satqısına dair aktını pərdələmək üçün həmin saxta qərarı köhnə tarixlə qəbul etmişdir. Birinci instansiya məhkəməsi ƏMDK yanında DƏDRX-in 4 saylı Ərazi İdarəsinə sorğu verərək ünvan 2ində yerləşən sahəsi 0,10 ha olan həyətyanı torpaq sahəsində yerləşən 26.4 kv.m yaşayış sahəsinə dair X1 adına qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan sənədlərin surətinin verilməsini xahiş etmişdir. Həmin İdarə tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubunda qeyd edilmişdir ki, ünvan 2ində yerləşən sahəsi 0,10 ha olan həyətyanı torpaq sahəsində yerləşən 26.4 kv.m yaşayış sahəsinə dair X1 adına qeydiyyat vəsiqəsi arxivdə aşkar olunmadığı üçün sənədlərin surətlərinin göndərilməsi qeyri-mümkündür. Qeydiyyat vəsiqəsində evin Abşeron rayon Masazır Bələdiyyə sədrinin 6 avqust 2004-cü il tarixli, 28 saylı sərəncamı əsasında qeydə alındığı göstərildiyindən məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Dövlət Arxivinə sorğu verilərək Abşeron rayon Masazır Bələdiyyəsinin 6 avqust 2004-cü il tarixli, 28 saylı sərəncamının və sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin təqdim olunması xahiş edilmişdir. Abşeron Rayon Dövlət Arxivi məhkəmənin sorğusuna cavab olaraq 16 sentyabr 2020-ci il tarixli məktubla bildirmişdir ki, Abşeron rayon Masazır Bələdiyyəsinin 6 avqust 2004-cü il tarixli, 28 saylı qərarı Abşeron Rayon Dövlət Arxivində aşkar edilmədi. Masazır Bələdiyyəsinin 28 saylı qərarı 17 may 2004-cü il tarixdə verilmişdir. Həmin qərar sorğuya cavaba əlavə edilmişdir. X2 2004-cü il qərarlarında X5 ilə bağlı heç bir məlumat yoxdur. Sorğuya əlavə edilmiş Masazır Bələdiyyəsinin 28 saylı qərarından görünür ki, həmin qərar 17 may 2004-cü ildə Məmmədova (Salahova) Dilarə Aslan qızına torpaq sahəsinin satılması barədədir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2-1(085)- 1220/2019 saylı qərarı ilə iddia rədd edilmişdir. ... Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X19məruzəçi, X25 və X15, 2-1(103)-134/2020 saylı iş) 17 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apelyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı iddia qaldırmaqda subyektiv hüququn sahibi kimi qəbul etmək doğru olmazdı, çünki iddiaçı sözügedən torpaq sahəsinə dair hər hansı hüquq sahibi olmadığı üçün həmin torpaq sahəsinin üçüncü şəxsə ayrılması zamanı iddiaçının hər hansı hüququnun pozulması halı müəyyən olunmur. Bundan əlavə hətta iddiaçının iddia qaldırmasında subyektiv hüququnun mövcudluğu qəbul edilmiş olsa belə, iddiaçı bələdiyyə qərarının mübahisələndirilməsi üçün müəyyən olunmuş müddəti də ötürmüşdür. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı ünvan 2ində yerləşən sahəsi 0,10 ha olan həyətyanı torpaq sahəsinin Cavabdeh2 ayrılması barədə cavabdehin 03.05.2004-cü il tarixli 28 nömrəli qərarını mübahisələndirir. ... İddiaçıya görə həmin torpaq sahəsinin yerləşdiyi mənzil 2005-ci ildən onun oğluna məxsusdur, oğlu 2003-cü ildə doğulmuşdur. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. ... Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-134/2020 saylı, 17 sentyabr 2020-ci tarixli qərardadı dəyişdirilmədən saxlanılsın”. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı1 izahatında məhkəməyə bildirdi ki, Abşeron rayonu Masazır Bələdiyyəsi 03.05.2004-cü il tarixli 28 nömrəli qərarı ilə oğlunun mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsini ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh2 adına qanunsuz ayırmışdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, Bələdiyyənin ərazisində qeydiyyatda olan şəxslərə torpaq sahəsi ayıra bilərdi. Cavabdeh2 isə heç vaxt Abşeron rayonunda qeydiyyatda olmayıb. Eyni zamanda torpaq sahəsinin Cavabdeh1 satılması da formal olmuşdur. Bu xüsusatı Cavabdeh1 makler olması və torpaq sahəsinin dəyərindən qat-qat aşağı qiymətə satılması təsdiq edir. Əslində Cavabdeh2 belə etməməli idi. O, mübahisəli torpaq sahəsini real qiymətə satıb, əldə olunan pulu nəvələri arasında bölməli idi. Hazırda etdiyi isə qanunsuz və ədalətsizdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X20 izahatında məhkəməyə bildirdi ki, hazırkı mübahisə artıq bir dəfə kassasiya instansiyası məhkəməsinə qədər gedib çıxıb və mübahisə ilk iddia üzrə iddiaçıların ziyanına həll olunub. İddiaçı2 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı torpaq sahəsinə dair bağışlama müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli, 2(012)-117/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş və həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29.11.2018-ci il tarixli, 2(102)-7466/2018 saylı qərarı ilə də təsdiq olunmuşdur ki, Cavabdeh2 mübahisəli əmlakı dəyərini ödəməklə Abşeron rayonu, Masazır Bələdiyyəsindən almış, reyestrdən müvafiq çıxarış əldə etmiş, bununla da həmin əmlaka dair səlahiyyətli şəxs olmuş və həmin əmlak üzərində sərəncam verərək, onu X13 bağışlamışdır. İddiaçı2 isə əqdin etibarsızlığına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut məhkəmələrə təqdim etməmişdir. Belə olan təqdirdə eyni məsələlərin yenidən araşdırılmasına heç bir zərurət və qanuni əsas yoxdur. Torpaq qanunvericiliyin tələblərinə əməl edilməklə Cavabdeh1 satılmış, İddiaçı2 isə yeni mülkiyyətçiyə mülkiyyətindən istifadə etməyinə maneə törətmək məqsədilə torpaq sahəsində olan tikiliyə Cavabdeh3 və Cavabdeh4 yerləşdirmişdir. Cavabdeh3 adı ümumiyyətlə onların mübahisələrində dəfələrlə keçmiş və onun əlində həmin şəxsin ilk iddia üzrə iddiaçıların tapşırığı ilə hərəkət etdiyini təsdiq edən video yazılar da mövcuddur. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə Cavabdeh3 izahatında məhkəməyə bildirdi ki, onu mübahisəli torpaq sahəsində yerləşən tikiliyə İddiaçı2 yerləşdirmişdir. Həmin tikilidə oğlu Cavabdeh4la birlikdə artıq bir neçə ildir ki, yaşayır. Özü şəhid ailəsidir, şikəstdir. Yaşamağa başqa yeri yoxdur. Mübahisəli torpaq sahəsində yerləşən tikilidən onu heç kim çıxara bilməz. Cavabdeh1 və X23 gəlib həmin tikilinin qapısını qırıb onun özünü də döymüşdürlər. O, bu barədə polisə müraciət etmişdir. X4 ona təklif etdi ki, başqa yaşayış sahəsinə yerləşdirsin və ona hətta aylıq pul da versib. Lakin o, İddiaçı2 ilə münasibətlərinə görə həmin təklifi qəbul etmədi. İddiaçı2 30 ildir ki, tanıyır. Həmin vaxt İddiaçı2 ona Saatlıya yardım gətirirdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X23 izahatında məhkəməyə bildirdi ki, o, həm də qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsidir və torpaq sahəsini də bir yerdə bəyənib almışdırlar. Torpaq sahəsi alınan zaman onun heç kim mübahisələndirməmişdir. Alqı-satqı həyata keçiriləndən əvvəl və sonra dəfələrlə həmin torpaq sahəsinə getmişlər və orada heç kim yox idi. Lakin sonradan İddiaçı2 Cavabdeh3 və Cavabdeh4 həmin torpaq sahəsinə yerləşdirmiş və bunun əsas məqsədi o olmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində heç nə edə bilməsin. İlk iddia üzrə İddiaçı2, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, qarşılıqlı iddia üzrə Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, mübahisəli ünvan 2i ünvanında yerləşən 0,0992 ha torpaq sahəsi 28.02.2019-cu il tarixdən Cavabdeh1 mülkiyyətindədir və həmin torpaq sahəsində yerləşən tikilidə hal-hazırda heç bir hüquqi əsas olmadan Cavabdeh3 və Cavabdeh4 yaşayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə müvafiq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, ilk iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməli; qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 2ində yerləşən 0,0992 ha torpaq sahəsindən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlk iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 2ində yerləşən 0,0992 ha torpaq sahəsindən çıxarılsın. İlk və qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumları özlərinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-51/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-51/2022
01.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver