Məhkəmə qərarları › İş №2(001)-511/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-511/2025

27.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-511/2025 27.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X10 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, X2 doğum akt qeydinin bərpasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun doğum haqqında akt qeydinin bərpa edilməsi, həmin akt qeydində doğum tarixinin 08 iyun 1954-cü il, doğum yeri Ermənistanın Masis rayonu, ata adı qrafasında “X6”, ana adı qrafasında “X8” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 08 iyun 1954-cü il tarixdə Ermənistanın Masis rayonunda doğulmuşdur. X1, anası X5r. Atası 28 fevral 2003-cü il tarixdə, anası isə 05 oktyabr 2005-ci il tarixdə vəfat etmişlər. Ərizəçinin doğum haqqında şəhadətnaməsi olmuş, doğum haqqında şəhadətnaməsi qeyri-müəyyən şəraitdə itmişdir.Ərizəçi akt qeydinin bərpası üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizədə qeyd olunanları təsdiq edib, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun tərəfindən səlahiyyətli nümayəndənin məhkəmədə iştirakl təmin ediməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizənin təmin edilməsi üçün əsaslar mövcuddur. Əsaslandırıcı hissə Mülki iş materiallarında olan: AZE03197206 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 08 iyun 1954cü il tarixdə doğulmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki X6 28 fevral 2003-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 05 oktyabr 2005-ci il tarixdə vəfat etmişdir. Bakı şəhər Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlandırılmış 27 avqust 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Maraqlı şəxs tərəfindən doğum haqqında akt qeydinizin bərpası ilə bağlı müraciətinizə baxılmışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın birinci bəndinə əsasən, kifayət qədər əsas olmadığı üçün doğum haqqında akt qeydinizin bərpası tərəfimizdən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 14-cü bəndinə əsasən, məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.” Azərbaycan Respublikası Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubuna əsasən X4 xx.xx.2005-ci il tarixdə AZE03197206 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş, xx.xx.2024-cü il tarixdə ölüm səbəbi ilə diaktivləşdirilmişdir. NZ № ******* nömrəli hərbi biletə əsasən xx.xx.1954-cü il təvəllüdlü X4 Ermənistan respublikasının Masis rayonunda doğulmuşdur. X1, anası X5r. Milliyyəti azərbaycanlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X9 ifadəsində göstərdilər ki, ərizəçi X2 arvadıdır. Sonuncu xx.xx.1954-cü il təvəllüdlü X4 Ermənistan Respublikasının Masis rayonunda doğulmuşdur. X1, anası X5r. Milliyyəti azərbaycanlıdır. X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ermənistan Respublikasından köçkün düşdüklərinə görə bütün sənədləri orada qalmışdır. Azərbaycan Respublikası ƏN VVAA xx.xx.2025-ci il tarixli məktubunda Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumatların arxiv və qeydiyyat şöbələrində saxlanılmaması və onun valideynlərinə dair məlumatllarında olmaması göstərilmişdr. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 16-cı bəndinə əsasən doğum, ... qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmə qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini xahişini nəzərdə tutan ərizənin məhkəmə tərəfindən qəbul edilməsi üçün konkret tələblərə riayət edilməlidir, yəni: - müəyyən (təsdiq) edilməsi xahiş olunan faktlar hüquqi əhəmiyyət kəsb etməlidir, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və ya xitamına səbəb olmalıdır; - hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi sonradan baxılıb həll edilməsi məhkəmənin səlahiyyətinə aid olan hüquq haqqında mübahisə ilə əlaqələndirilməlidir; - ərizəçi hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada (məhkəmənin qətnaməsi olmadan) ala bilməməlidir, yaxud həmin sənədləri bərpa edə bilməməlidir; - təsdiq edilməsi xahiş olunan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin qanunvericiliklə başqa qaydası nəzərdə tutulmamalıdır. Beləliklə, işin faktiki halları ilə təsdiq olunur ki, ərizəçinin mərhum ərinə doğum haqqında şəhadətnamə Ermənistan respublikası Masis rayonunda verilmiş, şəhadətnamə itirildiyindən, ərizəçi akt qeydinin bərpa edilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciəti müsbət cavablandırılmamışdır. Ərizəçi isə adı çəkilən sənəd olmadan ərindən sonra ona miras kimi qalmış əmlakın rəsmiləşdirilməsini həyata keçirə bilmir. Belə olan halda, məhkəmə hesab edir ki, doğum akt qeydinin bərpası yolu ilə hazırki məsələnin həlli mümkündür. Buna görə də, ərizə təmin edilməli, X2 08 iyun 1954-cü il tarixdə Ermənistanın Masis rayonunda anadan olmasına və akt qeydinin ata qrafasında X6 (milliyəti azərbaycanlı), ana qrafasında X8 (milliyəti azərbaycanlı) qeyd edilməklə doğum haqqında akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərclərinə gəldikdə isə məhkəmə hesab edir ki, xərclər ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: Ərizə təmin edilsin. X2 doğum haqqında akt qeydi bərpa edilməklə doğum haqqında akt qeydində onun 08 iyun 1954-cü il tarixdə Ermənistan Respublikası Masis rayonununda anadan olması, akt qeydinin ata qrafasında X6 (milliyəti azərbaycanlı), ana qrafasında X8 (milliyəti azərbaycanlı) qeyd edilsin. Hazırki məhkəmə qətnaməsi yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar