Məhkəmə qərarları › İş №2(001)-5117/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5117/2020

12.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5117/2020 12.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdehn qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxx 2010cu il təvəllüdlü uşağı X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köşürülmələri, həmin evdə yaşamaq üçün Cavabdeh tərəfindən hər hansı maneənin yaradılmasının qadağan edilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, cavabdehlə xx xxxxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Birgə nikahlarından xx xxxxxx 2006-cı il tarixdə Mədinə, xx xxx 2010-cu il tarixdə isə Xədicə adlı uşaqları doğulmuşlar. O, təxminən 14 ildən artıq müddətdə həmin evdə yaşamış, son vaxtlar cavabdehlə aralarındakı münasibət pisləşmiş, o, qızı Xədicə ilə birlikdə evi tərk etməyə məcbur olmuşdur. Sonradan evə qayıtmaq istəsə də, cavabdeh onu evə buraxmamışdır. Onun bütün cehiz, eləcə də özünə məxsus əşyalar da həmin evdə qalmış, bu da onun həmin evə qayıtmaq niyyətini biruzə verir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini, iddiaçının sözügedən evə köçürülməsinə etiraz etmədiyini, ümumiyyətlə ailə münasibətlərinin pozulmasını istəmədiyini bildirib iddianın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin işin hallarından görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. İddiaçı xx xxx 2010-cu il təvəllüdlü uşağı X1 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsində yerləşən 31 nömrəli fərdi yaşayış evinə köçürülsün, həmin evdən istifadə hüquqları tanınsın və həmin evdə yaşamaqları üçün Cavabdeh tərəfindən hər-hansı maneə yaradılması qadağan edilsin. Dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaiti İddiaçı qıızna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar