Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5117/2025 04.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs qismində “Tibbi Ərazi Bölmələrinin X9” PHŞ cəlb edilməklə) “sənədin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. Ərizəçi məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 saylı doğum evi tərəfindən qız uşağının doğulması barədə X2 adına verilmiş 827 saylı, xx.xx.2016-cı il tarixli arayışının və xx.xx.2016-cı il tarixli əvəzləmə kartının Ərizəçi məxsus olması faktının müəyyən edilməsini; Ərizəçi tərəfindən xx.xx.2016-cı il tarixində Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 saylı doğum evində keysəriyyə kəsiyi əməliyyatı aparılmaqla çəkisi 3400 qr, boyu 51 sm olan qız uşağının doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 5117/2025 saylı qərardadı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” barədə ərizəsinin məhkəmə icraatı qismən mümkün hesab edilmiş, həmin ərizənin “doğum faktının müəyyən edilməsi” hissəsinin icraata qəbul edilməsindən imtina edilmiş, digər hissədə, yəni ərizə “sənədin eyni şəxsə məxsus olması faktı” hissəsində icraata qəbul edilmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki,o, xx.xx.1990-cı il tarixində Gürcüstan SSR-nin paytaxtı Tibilisi şəhərində doğulmuş, orada doğum haqqında şəhadətnamə almışdır. 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçmüşlər. 2016-cı ilin yanvar ayında Maraqlı şəxs2 ilə ailə həyatı qurmuş, bu evlilikdən 02.012.2016-cı il tarixində Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 saylı doğum evində keysəriyyə əməliyatı aparılmaqla, çəkisi 3400 qr, boyu 51 sm olan qız uşağı doğulmuşdur. Həmin dövrdə şəxsiyyəti təsdiq edən sənədi olmadığından, 2 saylı doğum evində məlumatlar onun şifahi ifadəsi əsasında yazılmış, lakin həmin arayış və əvəzləmə kartında adı Ərizəçi əvəzinə “X4” kimi yazılmışdır. Onun doğum haqqında şəhadətnaməsində əv şəxsiyyət vəsiqəsində adı Ərizəçidır. Tərəfindən xx.xx.2025-ci il tarixində ərizə ilə xx.xx.2016-cı il tarixində doğulmuş qızı üçün doğum şəhadətnaməsi almaq üçün “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-nə müraciət edərək, övladı üçün doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Bu qurum özünün xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, “Tibbi qeydiyyat sənədlərində pasiyent (ana ) qrafasında doğuşu həyata keçirən şəxsin adı ilə şəxsiyyət vəsiqəsi təqdim edilən şəxsin adının eynilik təşkil etməməsi, həmçinin uşağın doğulmasından 8 ilə yaxın bir müddət keçdiyi nəzərə alınaraq, doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi” tövsiyyə olunmuşdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Maraqlı şəxs2 ilə hələki nikaha daxil olmamışlar. Çünki şəxsiyyət vəsiqəsini bir neçə ay olar ki əldə etmişdir.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə digər maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. Tibilisi şəhəri, Saburtalo rayonu VVAQ şöbəsi tərəfindən verilən İX-ТИ seriyalı, 350337 saylı, xx.xx.1990-cı il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada tərcüməsindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixində Gürcüstan SSR, Tibilisi şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixində 1098 № ilə qeyd aparılmışdır.
7. Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixində doğulmuşdur
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 2 saylı Doğum Evi tərəfindən verilən xx.xx.2016-cı il tarixli, 827 nömrəli arayışdan görünür ki, 1990-cı il təvəllüdlü X4 xx.xx.2016-cı il tarixində 2 saylı Doğum Evinə 40 həftə 6 günlük hamiləlik diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi) olmadığından məlumatlar hamilənin şifahi ifadəsinə əsasən yazılmışdır. xx.xx.2016-cı il tarixdə Ocaqquliyevaya keysəriyyə kəsiyi əməliyyatı aparılmış və nəticədə çəkisi 3400,0, boyu 51 sm olan qız cinsli uşaq azad edilmişdir. xx.xx.2016-cı il tarixində ana uşaqla birlikdə kafi vəziyyətdə evə yazılmışlar.
9. 2 saylı Doğum evindən verilən doğum evinin, xəstəxananın doğum şöbəsinin qadın haqda məlumatı əks etdirən xx.xx.2016-cı il tarixli əvəzləmə kartından görünür ki, Ərizəçi Əli qızı xx.xx.2016-cı il tarixində saat 14:30-da xəstəxanaya daxil olmuş, 16:10-da doğuş baş vermiş, çəkisi 3400.0 qr, boyu 51 sm olan qız uşağı doğulmuşdur.
10. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə birliyi X8 tərəfindən Maraqlı şəxs2 ünvanlanan xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, “Tibbi qeydiyyat sənədlərində pasiyent (ana) qrafasında doğuşu həyata keçirən şəxsin adı ilə şəxsiyyət vəsiqəsi təqdim edilən şəxsin adının eynilik təşkil etməməsi, həmçinin uşağın doğulmasından 8 ilə yaxın bir müddət keçdiyi nəzərə alınaraq, doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi” tövsiyyə olunmuşdur.
11. 7 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 3-16- 5/8-O-73 saylı arayışdan görünür ki, 7 saylı Bakı “ASAN Xidmət” X3 xx.xx.2016-cı il tarixdə doğulmuş uşaq barəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları xx.xx.2016-cı ildən xx.xx.2025-ci ilədək vətəndaşlıq vəziyyəti aktlarının Bakı şəhəri elektron məlumat bank üzrə yoxlanılmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. Ərizəçi xx.xx.1990-cı il tarixində Gürcüstan SSR, Tibilisi şəhərində doğulmuşdur. Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsini isə xx.xx.2025-ci il tarixində almışdır.
13. O, xx.xx.2016-cı il tarixində 2 saylı Doğum evinə 40 həftə 6 günlük hamiləlik diaqnozu ilə daxil olmuş, həmin vaxt şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi) olmadığından şəxsiyyətini təsdiq edən məlumatlarını şifahi ifadəsi əsasında doğum evinə qeyd etmişdir. Barəsində xx.xx.2016-cı il tarixdə keysəriyyə kəsiyi əməliyyatı aparılmış və nəticədə qızı doğulmuşdur.
14. Hazırda ərizəçi uşaqla bağlı doğum haqqında şəhadətnaməni ala bilmir. Çünki uşağın doğulduğu ananın adı doğum evi tərəfindən verilən əvəzləmə kartında X1 qeyd edilmişdir. 7 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 3- 16-5/8-O-73 saylı arayışa görə də, arxiv məlumatlarında xx.xx.2016-cı il tarixdə doğulmuş uşaq barəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır.
15. Ərizəçi iddia edir ki, doğum evi tərəfindən verilən əvəzləmə kartının və uşağın doğumu haqqında arayışın ona məxsus olmasının müəyyən edilməsinin məhkəmədən kənar qaydada həlli mümkün deyil. Həmin sənədlərin ona məxsusluğu müəyyən edilməyəcəyi təqdirdə qızına doğum haqqında şəhadətnaməni ala bilməyəcək. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
17. 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır;
18. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır;
19. 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
20. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
21. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.
22. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər.
23. Həmin qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.
24. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
25. Yuxarıda sadalanan normalardan göründüyü kimi belə faktın müəyyən edilməsi imkanı prosessual qanunvericilikdə təsbit olunmuşdur, lakin bu faktın müəyyən edilməsi üçün müəyyən şərtlərin olması zəruridir. Hansı ki hazırki mübahisədə həmin şərtlərin hamısı mövcuddur. Əvvəla əvəzləmə kartında qeyd edilən şəxsin adı və ata adı ərizəçinin doğum haqqında şəhadətnaməsində qeyd edilən ad və ata adı ilə düz gəlmir. (həmçinin yuxarıda sadalanan digər sənədlərlə) İkincisi həmin sənədlər doğumun qeydə alınmasını təmin etmək üçün hüquqmüəyyənedici sənədlərdir. Üçüncüsü həmin sənədlərdəki yanlışlıq nəticəsində, doğumun qeydə alınması mümkünsüz olmuşdur.
26. Bu səbəbdən həmin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəyə baxılması mümkündür və həmin faktın müəyyən edilməsi məhz sübutetmə ilə bağlı olan məsələdir.
27. Ərizəçi adının Ərizəçi olmasını təqdim etdiyi doğum haqqında şəhadətnamə ilə sübut edir. Bundan başqa doğum evinə şəxsiyyət vəsiqəsinin vaxtında təqdim edilə bilinməməsi ilə bağlı ərizəçinin dəlilini məhkəmə inandırıcı hesab edir. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya sistemindən ərizəçinin şəxsiyyət vəsiqəsi məlumatları sorğulandıqda vəsiqənin xx.xx.2025-ci il tarixində alınmış olduğu görünür. Həmin sənəddə də, ərizəçinin adı, soyadı və ata adı Ərizəçi kimi qeyd edilmişdir.
28. Odur ki, ərizəçinin dəlilləri öz təsdiqini tapdığından ərizə əsaslı hesab edilməli və hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin:
30. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
34. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 2 saylı Doğum evi tərəfindən verilən xx.xx.2016-cı il tarixli, 827 nömrəli arayışın və xx.xx.2016-cı il tarixli əvəzləmə kartının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
Ərizə təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 2 saylı Doğum evi tərəfindən verilən xx.xx.2016-cı il tarixli, 827 nömrəli arayışın və xx.xx.2016-cı il tarixli əvəzləmə kartının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Sədrlik edən İlkin Əliyev