Məhkəmə qərarları › İş №2(001)-5122/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5122/2020

11.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5122/2020 11.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, ərizəçilər Ərizəçi5, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 və Yaddigarlı Könül Ehtibar qızının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı X2 maraqlı şəxs qismində işə cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçilər Ərizəçi5, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 və Yaddigarlı Könül Ehtibar qızı ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu X1 xx xxxxxx 1999-cu il tarixli, 03 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi və digər məqsədlər üçün 1,30 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı JN-185F nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin və Qəbələ rayonu X1 xx xxxx 2002-ci il tarixli, 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,71 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı JN-185 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın ərizəçilərə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi5, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 və Yaddigarlı Könül Ehtibar qızının ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizəçilər qeyd edilən hüquqmüəyyənedici sənədlərdə olan səhvlərin aradan qaldırilması (düzəldilməsi) və yeni sənədin verilməsi ilə bağlı ilk öncə həmin sənədləri verən təşkilata müraciət etməli və yalnız bu təşkilatın imtinasını aldıqdan sonra hazırki ərizə ilə məhkəməyə müraciət etməlidirlər. Başqa sözlə, hazırki vəziyyətdə bu sənədlərin başqa qaydada alınmasının qeyri-mümkün olduğu aşkar deyil. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsinə əlavə edilməlidir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 3-cü bəndində bildirilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Bununla belə, hesab edirəm ki, ərizəçilər Ərizəçi5, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 və Yaddigarlı Könül Ehtibar qızının hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 153-cü, 308-ci, 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçilər Ərizəçi5, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 və Yaddigarlı Könül Ehtibar qızının hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçilər Ərizəçi5, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 və Yaddigarlı Könül Ehtibar qızına qeyd edilən hüquqmüəyyənedici sənədlərdə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsi ilə bağlı həmin sənədləri verən təşkilata müraciət etdikdən və onun imtinasını aldıqdan sonra hazırki ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar