Məhkəmə qərarları › İş №2(001)-5126/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5126/2024

03.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5126/2024 03.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi iştirakı ilə, X5 doğum faktının müəyyən edilməsinə dair Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X5 09 yanvar 1951-ci ildə Ermənistan Respublikasının Kalinino rayonunda anadan olması haqqında doğum aktı qeydi bərpa edilməsi, doğum akt qeydində X5-ata qrafasında X12, milliyəti azərbaycanlı, ana qrafasında X2 milliyəti azərbaycanlı qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, mərhum əri X9 ilə 27 noyabr 2001-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Rəsmi nikahdan üç övladı anadan olmuşdur. Mərhum əri X9 09 yanvar 1951-ci ildə Ermənistan Respublikasının Kalinino rayonunda anadan olmuşdur. Valideynləri azərbaycanlı olmuş atası X12, anası X1r. Lakin mərhum ərinin doğumunu təsdiq edən sənəd şəhadətnamə Ermənistan Respublikasından qaçqın düşdükdən sonra itirilmişdir. Doğum haqqında şəhadətnamənin təkrar surətini əldə etmək üçün o, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 3-16-5/7-13-1263/24 saylı, 25 iyul 2024-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildiyi üçün ərizəni təmin edilməməsi bildirilmişdir. O, mərhum ərinin doğum haqqında qeydi bərpa edilməsi üçün xüsusi icraat qaydasında Binəqədi rayon məhkəməsinə müraciət etmək məcburiyyərində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, Cahangir İbrahimov onun əri olub, onunla 2001-ci ildə rəsmi nikaha daxil olmuşlar. Onlar 1988-ci ildə Ermənistandan köçüb gəlmişlər, 36 ildir Azərbaycanda yaşayırlar. Çıxarış ala bilmədikləri üçün evi adlarına rəsmiləşdirə bilməmişlər. Ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Cahangir İbrahimovu tanıyır. 2 aya yaxındır ki, vəfat edib. Ermənistanda doğulub və əvvəllər orada yaşayıblar. Hazırda qonşusudur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ermənistandan gəliblər. X13 İbrahimovanın əri olub. Cahangiri tanıyırdım, 30 ilin qonşusu olmuşlar. Atasının adı Əli olub. Mülki iş materiallarında olan: X8 Şəhadətnamənin surətindən görünür ki, X9 ilə X7 27 noyabr 2001-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon X18 rəsmi nikaha daxil olmuşlar. Ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Maraqlı şəxs 25 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərlə bağlı Ərizəçi bildirilmişdir ki, itmiş sənədinin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyinizdən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X5 09 yanvar 1951-ci ildə Ermənistan Respublikasının Kalinino rayonunda anadan olması faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Həmçinin bu ənəd olmadığından ərizəçi mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə hesab edir ki, Ərizəçi mərhum əri X5 09 yanvar 1951-ci ildə Ermənistan Respublikasının Kalinino rayonunda anadan olmasını faktını, eləcə də X5 atasının X12, milliyəti azərbaycanlı, anasının X2 milliyəti azərbaycanlı olmasını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməli və X5 09 yanvar 1951-ci ildə Ermənistan Respublikasının Kalinino rayonunda anadan olması haqqında doğum aktı qeydi bərpa edilməli, doğum akt qeydində X5-ata qrafasında X12, milliyəti azərbaycanlı, ana qrafasında X2 milliyəti azərbaycanlı qeyd edilməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X5 09 yanvar 1951-ci ildə Ermənistan Respublikasının Kalinino rayonunda doğumunun qeydə alınma faktı müəyyən edilərək, doğum akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum akt qeydinin “soyad, ad, ata adı” qrafasında “X9”, “atası” qrafasında “X12”, “milliyyəti” qrafasında “azərbaycanlı”, “anası” qrafasında “X6”, “milliyyəti” qrafasında “azərbaycanlı” göstərilsin. Doğum aktının qeydə alınması və buna dair şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar