Məhkəmə qərarları › İş №2(001)-5144/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5144/2022

05.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5144/2022 05.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hərbi-həkim komissiyası tərəfindən döyüşdə yaralanması barədə xx.xx.1994-cü il tarixində verilmiş arayışın, 16 mart 1992-ci ildən N saylı hərbi hissədə qulluq etməsi və iş yerində vəzifəsinin və əmək haqqının saxlanılması barədə N saylı hərbi hissə komandiri tərəfindən N iyul 1992-ci il tarixli arayışın, 16 mart 1992-ci ildən 10 iyul 1995-ci ilədək Azərbaycan silahlı qüvvələri sıralarında qulluq etməsi, Nazirlər Kabinetinin 131 saylı qərarında göstərilmiş bütün imtiyazlarına şamil edilməsi barədə N saylı hərbi hissə komandiri tərəfindən verilmiş arayışın, aldığı baş beyin sirkələnməsi ilə əlaqədar hərbi hospitala göndərilməsi barədə N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli ezamiyyət vərəqəsinin xx.xx.1961-ci ildə anadan olan Ərizəçi oğlna məxsus olması hüquqi əhəmiyyətli faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-43N/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərardadından görünür ki, ərizəçi hərbihəkim komissiyası tərəfindən döyüşdə yaralanması barədə xx.xx.1994-cü il tarixində verilmiş arayışın, 16 mart 1992-ci ildən N saylı hərbi hissədə qulluq etməsi və iş yerində vəzifəsinin və əmək haqqının saxlanılması barədə N saylı hərbi hissə komandiri tərəfindən N iyul 1992-ci il tarixli arayışın, 16 mart 1992-ci ildən 10 iyul 1995-ci ilədək Azərbaycan silahlı qüvvələri sıralarında qulluq etməsi, Nazirlər Kabinetinin 131 saylı qərarında göstərilmiş bütün imtiyazlarına şamil edilməsi barədə N saylı hərbi hissə komandiri tərəfinədn verilmiş arayışın, aldığı baş beyin sirkələnməsi ilə əlaqədar hərbi hospitala göndərilməsi barədə N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli ezamiyyət vərəqəsinin xx.xx.1961-ci ildə anadan olan Ərizəçi oğlna məxsus olması hüquqi əhəmiyyətli faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundən imtina edilməsi qərara alınmışdır. Göstərilən qərardadda qəbuldan imtinanın əsasları barədə ərizəçiyə kifayət qədər ətraflı məlumat verilmişdir. Göründüyü kimi ərizəçinin eyni məzmunlu ərizəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-43N/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərardadı ilə icraata qəbulundan imtina edilmiş və ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olması barədə məlumat verilmişdir. Lakin ərizəçi məhkəmə qərardadını nəzərə almadan yenidən eyni əsaslarla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.5-ci madəsinə əsasən ərizənin icraata qəbulundan imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə təqdim edilməlidir. Həmçinin ərizənin qəbulundan imtina edildiyinə görə ərizəçi tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun. Ərizəçi tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar