Məhkəmə qərarları › İş №2(001)-5157/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5157/2021

07.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5157/2021 07.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə 07 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində ona ayrılmış 300 kv.metr torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 50 kv.metr hissəsinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, X5nin 30 dekabr 2005-ci il tarixli, 1900 nömrəli qərarı ilə qəsəbə ərazisində 300 kv.metr torpaq sahəsi alğı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. 2015-ci ildə qarşılıqlı razılaşma əsasında özünə məxsus 300 kv.metr torpaq sahəsinin 50 kv.metrini Cavabdeh satmışdır. Sonradan cavabdeh ona müraciət edərək daha 50 kv.metr torpağı almaq istədiyini bildirmiş, o, razılaşaraq daha 50 kv.metr sahəni cavabdehə vermiş, lakin aralarındakı razılaşmaya uyğun olaraq ödəməli olduğu pulu cavabdeh ödəməmişdir. Buna görə də o, cavabdehdən ona məxsus 50 kv.metr torpaq sahəsindən çıxmağı tələb etsə də, cavabdeh onun bu tələbinə əhəmiyyət verməmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, iddiaçı hazırki mübahisəli torpaq sahəsini cavabdehə 18500 manata satmışdır. Alğı-satqı zamanı iddiaçı cavabdehə torpaq sahəsinin heç bir hüquqmüəyyənedici sənədinin olmadığını bildirmiş, sonradan müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi ilə bağlı X5nin qərarı vardır. Həmin torpaq sahəsi cavabdehin istifadəsində olduğu müddətdə Biləcəri bələdiyyəsi tərəfindən torpaq sahəsinin həmin bələdiyyənin mülkiyyətində olduğu bildirilmiş və torpaq vergisi alınmışdır. Cavabdeh həmin torpaq sahəsinin onun adına qeydiyyata alınması üçün Biləcəri bələdiyyəsinə müraciət etmiş, hazırda müraciət araşdırılmaqdadır. Həmin torpaq sahəsi X5nin mülkiyyətində olmadığı üçün göstərilən qərarla iddiaçının adına ayrıla bilməzdi. Sonda M.B.Süleymanov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - Bakı şəhəri Binəqədi rayonu X5nin 30 dekabr 2005-ci il tarixli, 1900 nömrəli qərarından görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına alğı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. - 2005-ci il dekabr tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı torpağın dəyəri olaraq ******* (bir milyon iki yüz min) manat (əvvəlki məzənnə) məbləğində pul vəsaitini X5nə ödəmişdir. - Torpaqların alğı-satqısına dair aktdan görünür ki, X5 ərazisində 300 kv.metr torpaq sahəsi alğı-satqı yolu ilə İddiaçı satılmışdır. - X5 tərəfindən məhkəməyə ünvanlandırılmış 30 avqust 2021-ci il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh adına hər hansı şəkildə torpaq sahəsinin rəsmiləşdirilməsi barədə sənədləşmə aparılmamış, X2 adına isə 30 dkabr 2005-ci il tarixli, 1900 saylı qərar əsasında 300 kv.metr torpaq sahəsi ayrılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsinin izahatından belə məlum olur ki, cavabdeh həqiqətən də iddiaçıya məxsus torpaq sahəsindən istifadə edir və yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh bu hərəkəti ilə iddiaçıya məxsus torpaq sahəsini zəbt etmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 09 oktyabr 2020-ci il tarixli arayışında göstərilmişdir ki, X2 adına Biləcəri bələdiyyəsi tərəfindən hərhansı məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. Yenə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 04 sentyabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh Binəqədi rayon Biləcəri qəsəbəsi 1 X9 massivi ünvanında yerləşən 300 kv.metr torpaq sahəsinə 01.01.2021-ci ilə qədər vergi borcu yoxdur. Göründüyü kimi, iddiaçıya ayrılmış və hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsi Binəqədi qəsəbəsi ərazisində yerləşməyinə baxmayaraq, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə Biləcəri qəsəbəsi ilə bağlı arayışlar təqdim edilmişdir. Bununla belə Bakı şəhəri Binəqədi rayonu X5nin 30 dekabr 2005-ci il tarixli, 1900 nömrəli qərarından, 2005-ci il dekabr tarixli kassa mədaxil orderinin qəbzindən və torpaqların alğı-satqısına dair aktdan görünür ki, X5 ərazisində 300 kv.metr torpaq sahəsi alğı-satqı yolu ilə İddiaçı satılmışdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Binəqədi rayonu X5nin 30 dekabr 2005-ci il tarixli, 1900 nömrəli qərarı ilə İddiaçı alğı-satqı yolu ilə ayrılmış 300 kv.metr torpaq sahəsinin mübahisələndirilən 50 kv.metr hissəsi cavabdehdən alınıb iddiaçının istifadəsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin edildiyindən iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 10 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu X5nin 30 dekabr 2005-ci il tarixli, 1900 nömrəli qərarı ilə İddiaçı alğı-satqı yolu ilə ayrılmış 300 kv.metr torpaq sahəsinin mübahisələndirilən 50 kv.metr hissəsi Cavabdeh alınıb İddiaçı istifadəsinə verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar