Məhkəmə qərarları › İş №2(001)-5176/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5176/2020

25.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5176/2020 25.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 14/166 ünvanında yerləşən 49.2 kv.m-lik qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 14/166 ünvanda yerləşən 49,2 kv.m-lik qeyri-yaşayış sahəsi AR ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli çıxarışına əsasən xx xxxx 2020-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin obyekti aldıqdan sonra obyektin digər açarlarının oraya heç bir aidiyyatı olmayan, əvvəllər qeyri-rəsmi olaraq icarəçi kimi işlətmiş Cavabdeh və qeyrilərində olduğuna görə Cavabdeh açarları ona çatdırmaqla obyekti təhvil verməyi və oradan çıxmasını tələb etmişdir. Cavabdeh bundan imtina etmiş və bunu ona aid olmayan əsaslarla əsaslandırmağa çalışmışdır. Bundan sonra dəfələrlə həmin tələbini etsə də, cavabdeh həmin qeyri-yaşayış sahəsindən çıxmamışdır. Sonra sözügedən qeyri-yaşayış sahəsini əvvəlki mülkiyyətçisinə qaytarmaq istəmiş, lakin bu mümkün olmamışdır. Ona görə də prokurorluğa və polisə Cavabdeh şikayət etmiş, polis material toplamış, cavabdehin də izahatını almışdır. Cavabdeh izahatında bunları etiraf etmiş, öz qanunsuz hərəkətlərinə bəzi dolaşıq səbəblərə görə haqq qazandırmağa çalışmış, lakin onun üçün qanuni və müsbət nəticə əldə edilməmiş və məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə icasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izatında bildirmişdir ki, 2019-cu ilin iyul ayında Əcəmi Naxçıvani küçəsində yerləşən çay evini Arif adlı şəxslə 140000 manata almağa razılaşmışlar. Aralarında olan razılığa görə o, Arif müəllimə 60000 manat pul vermiş, 80000 manat pul borclu qalmışdır ki, həmin borcu 2020-ci ilin yanvar ayına kimi ödəməli idi. Bundan sonra Arif adlı şəxs onun xəbəri olmadan çay evinin sənədini aparıb girov qoyaraq pul götürmüşdür. Sonradan Arif onu Şəfayətlə tanış etmişdir. Şəfayət əvvəl qalan 57000 manatı ödəyəndən sonra çay evini işlətməsini demişdir. xx.xx.2020-ci il tarixədək 57000 manatı ödəyərək çay evini alğı-satqı edərək bu məsələni qurtarmağı qərarlaşdırmışlar. Bu günə kimi Şəfayətlə arasında heç bir narazılıq olmamışdır. Sadəcə olaraq ona verməli olduğu pulu yubatmışdır. İddiaçı ilə heç bir problemi yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarına görə, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 14/166 ünvanında yerləşən ümumi sahəsi 49.2 kv.m olan qeyri-yaşayış sahəsi Babaşov Şəfayət Məmməd oğlunun mülkiyyətində olmuş, sonuncu həmin qeyri-yaşayış sahəsini Bakı şəhəri 24 saylı notariat kontorunda xx xxxxxx 2020-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə 45 reyest nömrəli alğı-satqı müqaviləsi ilə 22500 manata İddiaçı satmışdır. Mülki işin materiallarından aydın olur ki, sözügedən qeyri-yaşayış sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona 403367 nömrəli Çıxarış verilmişdir. Mülki işin materiallarından görünür ki, Babaşov Şəfayət Məmməd oğlunun “xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Şahmar və digər şəxslər tərəfindən özbaşına zəbt olunması və mülkiyyətçinin hüquqlarının kobud surətdə pozulması” barədə ərizəsi Binəqədi RPİ tərəfindən araşdırılması üçün Binəqədi RPİ-nin 5-ci PB-nə göndərilmiş, nəticə etibarı ilə mübahisənin mülki xarakterli olduğu müəyyən edilərək cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və ərizəçiyə mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə mülki işin materiallarından və tərəflərin izahatlarından, mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 14/166 saylı ünvanda yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh sahibliyində və istifadəsində olduğu müəyyən edilmişdir; sonuncunun mübahisəli qeyri-yaşayış sahəsi üzərindəki sahibliyinin isə hər hansı hüquqi əsasa söykəndiyi iş materialları ilə öz təsdiqini tapmır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı “mülkiyyət hüququ üzrə ona məxsus olan qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılmasını” tələb etməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehin “... Arif adlı şəxs vasitəsilə mübahisəli qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi Şəfayət Babaşova pul verməsi” dəlillərinə münasibətdə qeyd edir ki, həmin arqumentlər iddia tələbinin əsassız olduğu nəticəsinə gəlməyə əsas vermir və irəli sürdüyü həmin hallarla bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu Cavabdeh izah edilməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 14/166 ünvanında yerləşən 49,2 kv.m-lik qeyri-yaşayış sahəsindən çıxarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar