Məhkəmə qərarları › İş №2(001)-5191/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5191/2023

04.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5191/2023 04.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndəsi Nümayəndə1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdehnə qarşı «əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Geodeziya və Kartoqrafıya” MMC-nin Kommunikasiya və təsərrüfat şöbəsinin 12-ci dərəcəli aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "a” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli, 001 k saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı "Geodeziya və Kartoqrafıya Agentliyi” X14 peşə hazırlığı səviyyəsinə uyğun vəzifəyə bərpa edilməsi, 06.01,2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçı X9 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 2002-ci ildən 2023-cü ilədək X2 müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2019-cu il tarixli 476 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafıya üzrə Dövlət Agentliyi ləğv edilmiş, onun tabeliyindəki X6 və Bakı Kartoqrafıya Fabriki Nazirliyin tabeliyinə verilmişdir. xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 və Bakı Kartoqrafıya Fabriki birləşərək onların nəzdində "Geodeziya və Kartoqrafıya’' MMC yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 nömrəli Farmanına əsasən Azərbaycan Respublikası Ekologiya v ə Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "Geodeziya və X4 Cəmiyyəti Nazirliyin tabeliyində X18 statuslu Geodeziya va Kartografiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilməyə başlamışdır. Həmin dövrdə ona bildirmişdir ki, yaxın aylarda “Geodeziya və Kartoqrafiya" MMC”-nin təşkilatı hüquqi forması dəyişdirilərək X18 statusu alacaqdır. Bununla əlaqədar olaraq yeni yaranmış təşkilatda müvaliq işlə təmin ediləcəyi barədə ona vədlər vermişlər. Ona ümidverici vədlər verilərək aldadmışlar. Sonradan ona məlum olmuşdur ki,"xxxx" MMC X18ə çevrilənədək müxtəlif şöbələrə xeyli sayda işçi qəbul etmişdir. O, rəhbərliyə narazıçılığını bildirdikdən sonra onun əmək müqaviləsinə Geodeziya və Kartoqrafıya Agentliyi tərəfindən deyil, "Geodeziya və Kartoqrafiya” MMC-nin direktor müavini direktor səlahiyyətlərini müvəqqəti icra edən İlqar Əmirovun xx.xx.2023-cü il tarixli 001/k saylı əmri ilə Əmək Məcəlləsinin 70ci maddəsinin "a” bəndi və 77.3-cü maddəsi ilə ləğv edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin "a” bəndində qeyd olunur ki, müəssisə ləğv edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Əgər "Geodeziya və Kartoqrafıya” MMC ləğv edilmiş olsa idi onda onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq müvafiq ləğvetmə komissiyası” tərəfindən xitam verilməli idi. Göründüyü kimi, müəssisə ləğv olunmamış, yalnız təşkilati-hüquqi formasını dəyişmişdir. Yəni Agentlik "Geodeziya və Kartoqrafıya” MMC-nin hüquqi varisidir. Onunla bağlanmış əmək müqaviləsinə də Agentlik tərəfindən xitam verilməli idi. Yeni yaradılmış Pİ İŞ-də qohumbazlıq, yerlibazlıq mexanizmi işə düşərək yeni rəhbərliyin iradəsinə uyğun, xeyli sayda yeni ştatlar yaradılaraq həmin ştatlara əlavə işçilər qəbul olunmuşdur. Hüquqpozmalarla əlaqədar 2023-cü ilin mart və aprel aylarında Azərbaycan Respublıikasının Prezidenti cənab İlham Əliyevə məktub ünvanlamışdır. Müraciətinə Azerbaycan Respublikası X1 müraciətləri ilə iş şöbəsi tərəfindən baxılmış, 11 aprel 2023-cü il tarixli,15 mart 2023-cü il tarixli, 3-14/2-11-547- 1/2023 nömrəli mektub ilə cavab verilmişdir və aşağıdakı məzmunda qeyd edilmişdir. Nəzərə çatdırmaq istəyirlər ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətiər Nazirliyinin tabeliyindəki "Geodeziya və X4 Cəmiyyəti Nazirliyin tabeliyinde X18 statuslu Geodeziya va Kartografiya Agentliyinə çevrilma yolu ila yenidən təşkil edilmişdir. Qeyd etmək istəyir ki, hal-hazırda Geodeziya v ə Kartografiya Agentliyində əvvəl çalışdığı sahə ve ixtisasına uyğun vakant vəzifə olmadığından onun işlə təmin olunması imkan xaricindədir. Gələcəkdə Agentlikdə vakant vəzifə yarandığı təqdirdə onun işlə təmin olunma imkanları nəzərdən keçiriləcəkdir. Xahiş edir nəzərə alınsın. Bundan əlavə xx.xx.2023-cü il tarixində, əmək hüquqlarının pozulması barədə 5 saylı Bakı DOST Mərkəzinə müraciət etmiş və müraciəti bu məzmunda cavablandırılmışdır. onun əmək hüquqlarının pozulması barədə 5 saylı Bakı Dost Mərkəzinə ünvanladığı müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı X10 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən Azərbaycan Respublikasının Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" MMC-nin Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu "Geodeziya ve Kartografiya" Agentlisinə çevrilmə yolu ilə yenidən təşkil edildiyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 noyabr 2022 ci il tarixli, 42 saylı Qərarı ila "Geodeziya va Kartografiya Agentliyi" publik hüquqi şəxsi nizamnaməsinin təsdiq edildiyi, “Geodeziya va Kartografiya" MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam veriləcəyi barədə xx.xx.2022-ci il tarixli biİdirişlə xx.xx.2022ci il tarixində tanış olduqları, məlum olmuşdur. Lakin "xxxx" MMC ləğv olunmadığı, Azərbaycan Respublikasının Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 nömrəli fərmanına əsasən X18 statuslu Geodeziya ve Kartografiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilməsinə baxmayaraq əmək qanunvericiliyinin tələbləri pozularaq onun Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azerbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndi (müəssisə ləğv edildikdə) ilə xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq hüquqpozmanın aradan qaldırılmasını təmin edib, naticəsi barədə 30 (otuz) gün ərzində X10 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi məqsədilə "Geodeziya və Kartografiya Agentliyi" X18inin vəzifəli şəxsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən icrası məcburi olan göstəriş verilmişdir.Hüquqpozma vəzifəli şəxs tərəfindən aradan qaldırılmadığı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 5.39.1-1-ci maddəsinə əsasən (əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) tərəflərindən müvafiq qaydada inzibati icraata başlanılması nəzərdə tutulmuşdur. Əlavə olaraq məhkəmənin nəzərim çatdırır ki,eyni münasibət, eyni tələb üzrə cavabdehə qarşı müəssisənin digər işçisi tərəfindən irəli sürülmüş iddia üzrə Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi vardır. Məhkəmə qətnaməsinə əsasən iddiaçının iddia ərizəsi tam təmin edilmişdir. Hesab edir ki, əmr verilərkən mövcud olmayan "xxxx" MMC-nin direktor müavini direktor səlahiyyətlərini müvəqqəti icra edən İlqar Əmirovun xx.xx.2023-cü il tarixli 001/k saylı əmri qanunsuz və əsassız hesab edilməli və o, əvvəlki işinə bərpa olunmalıdır. İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirdi ki, ilkin olaraq iddiaçı iddia tələbinin müddətini ötürmüşdür. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə iddiaçıya ştatların və işçilərin ixtisar edilməsi barədə bildiriş verilmişdir. İddiaçıdan əlavə orada işləyən 270 nəfərə də bu bildirişdən verilmişdir. Sonradan ştat ixtisar edildikdən sonra isə iş yerlərində 270 nəfərdən 117 nəfər işçi qalmışdır. Hazırda iş yerlərində elə şöbə olmadığı üçün iddiaçını işə bərpa edə bilmirlər. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan X10 xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı məktubun surətindən görünür ki, Araşdırma zamanı X10 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən Azərbaycan Respublikasının Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki “Geodeziya və Kartoqrafiya" MMC”-nin Nazirliyin tabeliyində X18 statuslu “Geodeziya və Kartoqrafiya" Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edildiyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 noyabr 2022-ci il tarixli, 425 saylı Qərarı ilə Cavabdeh nizamnaməsinin təsdiq edildiyi, Sizinlə “Geodeziya və Kartoqrafiya" MMC arasında bağlanmış əmək müqaviəsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam veriləcəyi barədə xx.xx.2022-ci il tarixli bildirişlə xx.xx.2022-ci il tarixində tanış olduğunuz məlum olmuşdur. Lakin "Geodeziya və Kartoqrafiya” MMC ləgv olunmadığı, Azərbaycan Respublikasının Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 nömrəli Fərmanına əsasən X18 statuslu "xxxx" Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilməsinə baxmayaraq əmək qanunvericiliyinin tələbləri pozularaq X8 Cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi (müəssisə ləğv edildikdə) ilə xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq hüquqpozmanın aradan qaldırılmasını təmin edib, nəticəsi barədə 30 (otuz) gün ərzində X10 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi məqsədilə “Geodeziya və Kartoqrafiya Agentliyi" X18inin vəzifəli şəxsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən icrası məcburi olan göstəriş verilmişdir. Hüquqpozma vəzifəli şəxs tərəfindən aradan qaldırılmadığı təqdirdə Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 539.1-1 -ci maddəsinə əsasən (əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) tərəflərindən müvafiq qaydada inzibati icraata başlanılması nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və X3 Elxan Sayad oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli 1670 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki “Geodeziya və X5 Cəmiyyəti Nazirliyin tabeliyindəki X18 statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Hal-hazırda Geodeziya və Kartoqrafiya Agentliyində əvvəl çalışdığı sahə və ixtisaslarına uyğun vakant vəzifə olmadığından onun işlə təmin olunma imkanları nəzərdən keçiriləcəkdir. İş materiallarınd olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki “Geodeziya və X5 Cəmiyyətinin 001/K saylı, xx.xx.2021-ci il tarixli əmrdən çıxarışın surətindən görünür ki, Kommunikasiya və təsərrüfat şöbəsinin aparıcı mütəxəssisi (12-ci dərəcəli) İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a”bəndi və 77.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən Təsərrüfat Nəqliyyatın istismarı və texniki təchizat şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilmiş və həmin tarixdən müəssisədə müxtəlif vəzifədə çalışmış və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) uyğun olaraq əmək müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq əmək münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı və cavabdeh "xxxx" Agentliyinin nümayəndəsi Nümayəndə1 Bakı 16 saylı Mediasiya Təşkilatının mediatoru X7 xx.xx.2023-cü il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdirlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. X12 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən müəssisələğv edildiyi üçün xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilərək, onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edərək, müvafiq əmrin ləğv edilməsi və işə bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə - Əmək Məcəlləsi) 70-ci maddəsinin “a” bəndinə əsasən müəssisə ləğv edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməli, orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti, işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilməlidir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:[131] bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Göründüyü kimi, əmək qanunvericiliyi işçilərin sayı və ya ştatları ixtisar edildiyi təqdirdə bir tərəfli qaydada əmək müqaviləsinin ləğv edilməsi mümkünlüyünü işəgötürənin hüququ kimi müəyyən etmiş və əmək müqaviləsinə xitam edilməzdən əvvəl xüsusi prosedurun gözlənilməsi qaydası təsbit olunmuşdur. Belə ki, prosedura uyğun işəgötürən ştatları ixtisar barədə işçiyə xəbər verməli, bununla bərabər əmək müqaviləsini ləğv etməzdən əvvəl işəgötürən işdənçıxarma müavinətini, habelə işçinin işdən çıxarıldığı gündən yeni işə düzələn günədək orta əmək haqqı ödənilməsi təmin edilməlidir. İşin faktiki hallarından aydın olur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC İddiaçı əmək müqaviləsini ləğv etməzdən əvvəl Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun onu məlumatlandırmış, müavinətlərin ödənilməsi vaxtında təmin olunmuş, eyni zamanda, iddiaçı sözü gedən vəsaitin natamam ödənilməsini və ya ümumiyyətlə ödənilmədiyini məhkəmə iclasında mübahisələndirməmişdir. Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, əsgər və zabitlərin arvadına (ərinə), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara, xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslər ixtisar zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər kateqoriyasına aiddirlər. Normanın dispozisiya şərtləri ştatların ixtisarı zamanı əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və işçinin peşəkarlıq səviyyəsini müəyyən edilməsi bir vəzifə olaraq işəgötürənin üzərinə qoymuş, qanunverici bu qaydadan başqa bir qaydanı müəyyən etməmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin əmək qabiliyyətini müvəqqəti itirən işçilərin işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə araşdırması mərhələsində İddiaçı işlədiyi Cəmiyyətdə aparılan ştatların ixtisarı zamanı Əmək Məcəlləsinin 78-79-cu maddələri ilə müəyyən edilən üstünlük hüququnu, eyni zamanda işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsinə qanunvericilikdə müəyyən edilən hər hansı bir qadağanın olması aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC-nin İddiaçı ilə olan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli, 001/K saylı əmri ilə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən ləğv edilməsində qanunazidd hərəkətlərə yol verilməmiş və bununla bərabər işçinin əmək müqaviləsi üzrə qanundan irəli gələn müavinətlərin ödənilməsi hüququnun məhdudlaşdırılması aşkar edilməmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli, 001/K saylı “Əmr” barədə İddiaçı məlumatlı olmuş, sənədin surəti rəsmi olaraq xx.xx.2023-cü il tarixdə məlumatlı olduğunu bildirmiş, buna baxmayaraq həmin tarixdə və sonrakı dövrdə digər obyektiv hallarla əlaqəli səbəblərdən məhkəməyə müraciət hüququndan istifadə edə bilməməsi mötəbər sübutlarla sübuta yetirilməmiş və məhkəmə instansiyasına yalnız xx.xx.2023-cü il tarixdə müraciət etməklə iddia müddətinin ötürülməsi baş vermişdir. Əmək Məcəlləsinin 296-ci maddəsinin 2-ci bəndinə əsasən, ... fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi ... gün hesab olunur. Eyni Məcəllənin 6-cı bəndinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə Əmək Məcəlləsinin 296-ci maddəsinin 6-cı bəndində müəyyən edilən əsasların hazırki işdə aşkar etmədiyi səbəbindən fərdi əmək mübahisəsi üzrə ötürülmüş müddəti bərpa etməklə yaranmış mübahisəyə mahiyyəti üzrə baxılmasını qanunauyğun saymır. Beləliklə, İddiaçı iddia üzrə mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli 001/K saylı “Əmr” barədə məlumatlı olmuş, bu “Əmr”i rəsmi olaraq xx.xx.2023-cü il tarixdə almaqla iddia etdiyi pozuntunu bilmiş, lakin iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə fərdi əmək mübahisəsinin həlli üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini buraxmışdır. Məhkəmə qeyd edir ki, buraxılmış müddətin bərpa edilməsi imkanı həmin müddətin davamiyyəti ilə əlaqəli olmalı, hüquq normasından sui-istifadəyə yol açmamalıdır. Şikayət vermək hüququ, konkret şəxsin mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir, lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Bu hüquqdan belə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq təmin edilsin. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini nəzərə alıb hesab edir ki, İddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin dispozisiya şərtlərini pozmuş, iddia qaldırmaqla fərdi əmək mübahisəsinin həlli üçün məhkəmə instansiyasına müraciət etmə müddətinə riayət olunmamış və bunun səbəbli əlaqəsi olaraq iddia tələbi üzrə iddiaçının mübahisə açdığı hallara dair dəlillərini tam həcmdə dəyərləndirməklə mübahisənin digər xüsusatlarına hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 77, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdehnə qarşı «əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə» dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar