Məhkəmə qərarları › İş №2(001)-5203/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5203/2020

18.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5203/2020 18.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “hüququ faktın müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “hüquqi faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1974-cü ildə, Ermənistan Respublikasının Krasnoselski rayonunun Ardanış kəndində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1974-cü ildə Ermənistan Respublikası Krasnoselo rayonunun Ardanış kəndində anadan olmuşdur. Məlum səbəblərə görə ailəsilə birlikdə 1988-ci il tarixdə Ermənistandan Azərbaycana köçərək Bakı şəhərində məskunlaşmışdır. Lakin Ermənistanda aldığı doğum haqqında şəhadətnaməni qeyri-müəyyən şəraitdə itirmişdir. Şəhadətnaməyə dair hüquqmüəyyənedici sənədlər Ermənistan Respublikasında qaldığndan yeni şəhadətnamə ala bilmir. Bu səbəbdən də şəxsiyyət vəsiqəsi də yoxdur. Doğum haqqında şəhadətnamə almaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəsini təmin edə bilmirlər. Hüquqlarının bərpası, hüquqi faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi, onun xx xxxx 1974-cü ildə Ermənistan Respublikasının Krasnoselski rayonunun Ardanış kəndində anadan olma faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat vermişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə məktub göndərərək işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını, habelə şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, Ərizəçi həm özünü, həm də ailəsini, ata-anasını tanıyır. Bir kənddə böyümüşlər (indiki Ermənistan Respublikasının Krasnoselo rayonunun Ardanış kəndi). Ərizəçinin xx xxxx 1974-cü ildə Ermənistan Respublikasının Krasnoselo rayonunun Ardanış kəndində anadan olması faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində bildirmişdir ki, ərizəçini və ailəsini tanıyır. Ərizəçi onun bacısının oğludur, xx xxxx 1974-cü ildə Ermənistan Respublikası Krasnoselo rayonunda anadan olmuşdur. Pasportunu itirmişdir. Fəhləliklə məşğul olduğu üçün bugünə qədər pasport lazım olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun oğludur, 4 uşağından biridir. 1974-cü ilin 18 martında Ermənistan Respublikası, Krasnoselo rayonu, Ardanış kəndində dünyaya gəlmişdir. Məlum hadisələr zamanı pasportu itmişdir. Ərizəçinin atası X1 olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır, 4 övladı var. Sənədi olmadığına görə çətinlik çəkir. Qardaşı xx xxxx 1974-cü ildə Ermənistan Respublikası, Krasnoselo rayonu, Ardanış kəndində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”-nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün Ərizəçi ərizəsi təmin edilməmişdir. İş materiallarında olan 401181 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1989-cu il tarixdə Azərbaycan Respublikası Bakı şəhəri 81 nömrəli orta Texniki Peşə məktəbinə daxil olmuş və xx xxxx 1992-ci il tarixdə orta təhsil almaqla təmirçi çilingər peşəsi üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər Dairəsi Mərkəzi Arxivinin xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, bu arayış Ərizəçi ondan ötrü ki verilmişdir ki, Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh 160, sıra 2) Nəsimi RHK-dan çağırılmış, xx xxxx 1974-cü il təvəllüdlü Ərizəçi Məktəb rəisinin xx xxxx 1992-ci il tarixli 81 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır. Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi rəisinin xx xxxx 1992-ci il tarixli 81 №-li əmrində (əsas: səh 108, § 7) bir qrup hərbi mükəlləfiyyətlilərin “sıravi" hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır, lakin əmrə adlı siyahı əlavə edilməmişdir. Azərbaycan Respublikası CM-nin 242-ci maddənin “a” bəndinə əsasən Bakı Qarnizonu Hərbi Tribunalı tərəfindən 4 (dörd) il müddətinə azadlıqdan məhrum edilərək islah-əmək koloniyasına göndərildiyindən RMO-nun ştatdan kənar sıravisi Ərizəçi Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi rəisinin xx xxxxxxxx 1995-ci il tarixli 189 №-li əmri ilə (əsas: səh 344, § 7) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş İV-ЖГ 460656 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx xxxxxx 1995-ci ildə ölmüş, bu barədə xx xxxxxx 1996-cı ildə ölüm akt qeydləri kitabına qeyd edilmişdir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Eyni Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Eyni Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İşin müəyyən edilmiş həqiqi halları belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi həqiqətəndə xx xxxx 1974-cü ildə Ermənistan Respublikasının Krasnoselo rayonunun Ardanış kəndində doğulmuşdur. Belə ki, Ərizəçi xx xxxx 1974-cü ildə Ermənistan Respublikasının, Krasnoselo rayonunun Ardanış kəndində doğulması məhkəmədə tədqiq edilmiş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1974-cü ildə Ermənistan Respublikasının Krasnoselo rayonunun Ardanış kəndində doğulması faktı müəyyən edilsin. Ərizəçi veriləcək doğum haqqında şəhadətnamədə soyadı qrafasında “Paşayev”, atası qrafasında “X1”, anası qrafasında “X6” qızı, milliyyəti qrafasında “azərbaycanlı” qeyd edilsin. Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik еdən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar