Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-521/2023 12.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, tərəflər xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş, xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri kəskinləşmiş, artıq nikahları formal xarakter almış, barışıb ailə kimi yaşamaları mümkün deyildir. Ona görə də, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış nikahın pozulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş, birgə nikalarından uşaqları olmamış, xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pozulmuş, məhkəmə tərəfindən verilən vaxt ərzində münsibətləri bərpa olunmamışdır. Ona görə də, nikahının pozulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. 3 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli AZ-İİ № 456070 saylı nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə X1 xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2134 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Cabbarova soyadı verilmişdir. 3 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q- 3104/15 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 5.2-ci və 5.4-cü bəndlərinə uyğun olaraq, ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı əsasında qeydiyyat orqanı tərəfindən pozulması, ər-arvadın nikahın pozulmasına razılığı və ya bu razılığa dair məlumat olmadıqda nikahın pozulmasının məhkəmə qaydasında həyata keçirilməsi, Cabbarova (Eyvazova) Nəzrin İlqar qızının nikahın pozulması üçün qeydiyyat şöbəsinə müraciət etməməsi səbəbindən qeydiyyat orqanında ərizənin təmin edilməsinin mümkün olmadığı İddiaçı bildirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2.-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. İddiaçı ilə Cavabdeh barışmaq üçün 3 ay vaxt verilmiş, lakin həmin müddət ərzində tərəflər barışmamışlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, verilmiş vaxt ərzində tərəflərin ailə nikah münasibətləri bərpa olunmadığından, iddiaçı nikahının pozulmasını təkid etdiyindən, nikaha daxil olmaq könüllü olduğu kimi nikah münasibətlərində qalmaq da tərəflərin iradəsindən asılı olan hal olduğundan iddia ərizəsi təmin edilərək tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış 2134 saylı nikah akt qeydi ləğv edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-521/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-521/2023
12.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver