Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5239/2020 20.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Hüseynzadə küçəsi 17a saylı evin 38 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Hüseynzadə küçəsi 17a saylı evin 38 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Hüseynzadə küçəsi 17a saylı evin 38 saylı mənzilini almış, mənzilə dair mülkiyyət hüququ Dövlət reyesterindən qeydiyyatdan keçərək xx.xx.2020-ci il tarixdə onun adına çıxarış verilmişdir. Cavabdehlər mənzili ona təhvil verməklə tərk edərək daimi yaşamaq üçün başqa ünvana getmiş, cavabdehlərə aid bu mənzildə heç bir əşya və əmlak qalmamışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdehlər onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması ona mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr törədir, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Hüseynzadə küçəsi 17a saylı evin 38 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəməyə məlum ünvanları üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə isə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyil, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. X4 Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Satıcı Cavabdeh1ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN – İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Hüseynzadə küçəsi 17a saylı evin 38 saylı mənzilini alıcıya 60000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Hüseynzadə küçəsi 17a saylı evin 38 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Sumqayıt Asan xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, X2, X1Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Hüseynzadə küçəsi 17a saylı evin 38 saylı mənzilində qeydiyyatdadırlar. Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 1 saylı Bakı Asan xidmət mərkəzi notariat ofisinə ünvanladıqları xx.xx.2020-ci il tarixli ərizələrinin surətindən müəyyən olunur ki, onlar Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Hüseynzadə küçəsi 17a saylı evin 38 saylı mənzilinin satılmasına etiraz etməmiş və müqavilədə göstərilən müddətdə qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, qeydiyyatda olduqları mənzilin satılmasına razılıq verən cavabdehlər mənzil satıldıqdan sonra himayələrində olan yetkinlik yaşına çatmayan uşaqlarla birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Hüseynzadə küçəsi 17a saylı evin 38 saylı mənzilini tərk edib daimi yaşamaq üçün başqa ünvana köçdüklərindən bu mənzilə istifadə hüquqlarını itirmişlər. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Hüseynzadə küçəsi 17a saylı evin 38 saylı mənzilinə istifadə hüquqları itirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5239/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5239/2020
20.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver