Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-528/2025 15.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 104.0 kv.m olan 2 otaqdan ibarət mənzil onun mülkiyyətində olan əmlakıdır. Həmin mənzili xx.xx.2019-cu ildə "xxxx" MTK-dan 95.000 (doxsan beş min) manat ödəyərək almışdır. Cavabdeh oğlum X7 ilə xx.xx.2006-cı il tarixində ailə həyatı qurmuşdular və birgə nigahdan iki övladları anadan olmuşdur. Cavabdeh X3 ilə ailə qurduqdan sonra müxtəlif ünvanlarda kirəyədə yaşamışlar və sonradan ünvan 4 ünvanda olan mənzilə köçüb yaşamışlar. Hal-hazırda onların bu birgə nigahlarının ləğvinə dair aralarında məhkəmə mübahisəsi vardır. Mübahisəyə məhkəmə qaydasında baxılır. X3 ilə Cavabdeh arasında ailə münaisbətləri faktiki pozulduqdan sonra cavabdeh Bakı şəhəri Yasamal rayonu, ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 104.0 kv. m. olan 2 otaqdan ibarət yeni təmirdən çıxmış mənzilini onun həmin mənzildə yaşamadığıından sui istifadə edərək öz cehiz əşyalarını da həmin mənzilə daşımaqla mənzili zəbt etmişdir. Hal-hazırda cavabdeh onun ailə üzvü olmadığı üçün və onunla heç bir bağlılığı olmadığı səbəbindən ona məxsus evin zəbt etməsi ona mübahisəli əmlaka dair hüquqlarını həyata keçirməyə maneələr yaradır. Məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh oğlumla birgə nigah dövrü ərzində ünvan 6 ünvanda özlərinə mənzili almışlar və həmin ünvanda cavabdeh daimi qeydiyyatındadır. Onun cavabdehlə yaranmış mübahisəni məhkəmədən kənar həlli istiqamətində gördüyüm tədbirlər bir nəticə vermədiyindən hesab edir ki, yaranmış mübahisənin həlli yalnız qanunvericilikdə göstərilən qaydada məhkəmə vasitəsilə həyata keçirilə bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh iddiaçının ailə üzvü deyil, keçmiş gəlinidir. Hansı ki, oğlu ilə gəlini arasında nikah artıq pozulmuşdur. Cavabdehin özünün mülkiyyətindən həmin yaşayış evindən başqa mənzil vardır. Bundan başqa mənzil əvvəldən də, iddiaçıya məxsus olmuşdur. Lakin müvəqqəti olaraq, oğlunun ailəsinə yaşamaq üçün vermişdir. Hazırda oğlu öz oğlu ilə birlikdə kirayədə yaşayır. İddiaçının öz qızı boşanmış və iki uşaqla yaşamaqla ata evinə qayıtmışdır. Lakin hazırda cavabdehin mənzildən çıxmaması səbəbindən iddiaçı öz qızını və uşaqlarını həmin evə yerləşdirə bilmir. Cavabdeh illərdir mübahisənin uzadılmasına nail olmağa çalışır. Hansı ki, baxılan mülki iş üzrə 4 dəfə qarşılıqlı iddia verildi, lakin icraata qəbul edilmədi. Həmçinin alternativ olaraq, müstəqil iddia qaldırılmadı. Bundan başqa Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-1613/2025 saylı qətnaməsi ilə Cavabdehlər İddiaçı və X6 qarşı birgə nikah dövründə əmlaka mülkiyyət hüququnun tanınması, payın əldə edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən mənzil birgə nikah dövründə alınsa da, birgə vəsait hesabına alınmamışdır. Həmçinin qətnamə ilə Quba rayonu, Zizik kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,0900 ha (9 sot) torpaq sahəsi üzərində Cavabdeh ½ hissəsi, X5 ½ hissəsi üzərində payları tanınmışdır.
4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, X7 ilə xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahdan iki övladı olmuşdur. Ailə qurduqdan sonra bir neçə ünvanda yaşamışlar. Evliliklərinin ilk üç ilini ünvan 7 ünvanında yerləşən Xəyyam Həbibovun atası İddiaçı evində yaşadıqdan sonra 2009-cu ildən X4na məxsus ünvan 9 ünvanında yerləşən 143 saylı mənzilə köçmüşlər. Həmin mənzildə 2018-ci ilə qədər birlikdə yaşamışlar. Bütün cehiz əşyalarını həmin mənzilə köçdükdən sonra alaraq orada yerləşdirmişdir. 2018-ci ilin sonlarında ünvan 10 ünvanında yerləşən mübahisəli 142 saylı mənzil almaq məqsədi ilə ünvan 9 ünvanında yerləşən 143 saylı mənzili içərisində cehiz əşyaları ilə birlikdə satmışlar. Satışdan əldə edilən vəsait və əlavə olaraq ailə büdcəsinin vəsaiti hesabına ünvan 10 ünvanında yerləşən mübahisəli 142 saylı mənzili almışlar. Aldıqdan sonra yenə ailə büdcəsi hesabına oranı təmir edib yaşamağa başlamışlar. Bugünə qədər də həmin ünvanda X7, o və iki uşağı birlikdə yaşamağa davam edirlər. Mənzili aldıqları ərəfədə münasibətləri normal olduğundan mənzilə dair müqavilənin kimin adına bağlanması ilə bağlı heç bir təsəvvürü və şübhəsi olmamışdır. X2 həmişə ona həmin mənzilə dair sənədləşmənin (müqavilə və digər sənədlər) onun adına, olduğunu bildirmişdir. Mənzilin kommunal xidmətləri bağlı daxil olan qəbzlər də bunun əksini düşünməyə şübhə yaratmamışdır. "xxxx" ASC-dən daxil olmuş suyun istifadəsinə dair qəbzdən də görünür ki, xidmətin göstərilməsi ilə bağlı müqavilə X7 ilə bağlanmışdır. Eyni zamanda kommunal xidmətlərin göstərilməsi ilə bağlı digər xidmətlər də X5 adına olmuşdur. Bütün bunlar həmin mənzilə dair sənədləşmənin X5 adına olması üçün onda əminlik yaratmışdır. Burada bir digər müəmmalı məqam ondan ibarətdir ki, evliliyin ilk illərini yaşadıqları ünvan 9 ünvanında yerləşən 143 saylı mənzil X4nun mülkiyyətində olmuşdur. Həmin mənzili satmalarının məqsədi əvvəl də qeyd etdiyi kimi ünvan 13 ünvanında yerləşən mübahisəli 142 saylı mənzil almaq olmuşdur. Son nəticədə də belə olmuşdur: ünvan 9 ünvanında yerləşən 143 saylı mənzil satıldıqdan sonra ünvan 10 ünvanında yerləşən 142 saylı mənzil "xxxx" MTK-dan alınmışdır. Burada belə bir sual ortaya çıxır: Necə ola bilər ki, bir şəxs öz mülkiyyətində olan mənzili satır, əvəzində əldə edilmiş mənzili atasının adına rəsmiləşdirir? Bu hərəkətin məntiqini nə ilə izah etmək olar? Lakin hazırda əri Xəyyam Həbibovun atası İddiaçı ona qarşı "zəbt edilmiş mənzildən çıxarılma" tələbi ilə məhkəməyə müraciət etmişdir. X11 arasında bağlanmış nikah pozulmamışdır. Yuxarıda da göstərdiyi kimi hər hansısa bir mənzili zəbt etməmiş,birgə vəsaitləri hesabına əldə etdikləri mənzildə ailəsi ilə birlikdə yerləşib yaşayırlar. Məhkəməyə təqdim edilmiş ********** nömrəli dövlət reyestrindən çıxarışdan da göründüyü kimi həmin sənəd xx.xx.2024-cü il tarixdə alınmışdır. Yəni məhkəməyə müraciət etməmişdən qısa bir müddət əvvəl dövlət reyestrindən çıxarış əldə edilmişdir. Bu isə onu deməyə əsas verir ki, İddiaçı məqsədi mülkiyyətinə qovuşmaq yox, onu evdən tezbazar çıxartmaqdır. İddiaçı ərizəsində qeyd etmişdir ki, güya hal-hazırda yaşadığı mənzili 95.000 manat ödəyərək "xxxx" MTK-dan xx.xx.2019-cu il tarixdə əldə etmişdir. Əvvəl də qeyd etdiyi kimi mübahisəli mənzili ünvan 9 ünvanında yerləşən 143 saylı mənzili satdıqdan sonra almışlar. Həmin vaxt İddiaçı adıçəkilən MTK-da "xxxx" olaraq çalışdığından MTK-nın rəhbərliyi ilə yaxşı münasibətləri olmuşdur. Ehtimal etmək olar ki, ilkin müqavilə X7 ilə bağlanmış, sonradan müqavilə İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı həmin ünvanda artıq mənzili var və orada yaşayır. X4 da ünvan 15 ünvanında qeydiyyatdadır. Bir tərəfdən bu təbii səslənə bilər: Eyni şəxsin bir-neçə daşınmaz əmlakının olması. Bu hər bir şəxsin həm təbii, həm də konstitusion hüququdur. Lakin əgər sən bu əmlakda alındığı vaxtdan yaşamırsansa, əksinə oğlun ailəsi ilə birlikdə yaşayırsa, üstəlik də oğlun yaşadığı evi satıb ora köçürsə deməli burada deyilməmiş, gizlədilmiş məqamlar vardır. O məqamlar ki, mənzilin əsl mülkiyyətçisini gizlətmək məqsədi daşıyır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar:
5. "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri X8 ilə İddiaçı arasında bağlanmış (inşa etdiyi binada mənzil almaq haqqıda) 09 fevral 2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MənzilTikinti Kooperativi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsində inşa edilən yaşayış binasında 2-ci giriş, 8-ci mərtəbə, 142 saylı mənzili İddiaçı verilməsini, İddiaçı isə həmin mənzili qəbul etməyi və 95 (doxsan beş min) manatı ödəməyi öhdəsinə götürmüşdür.
6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X15 tərəfindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 9-cu mkr, ev 42C, mənzil 142 (Yeni qaydalarla: AZ1114, ünvan 18 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2024-cü il tarixində qeydiyyatdan keçmişdir.
7. AZ-T seriyalı, 513474 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh arasında olan nikah, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2025-ci il tarixində pozulmuşdur.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1613/2025 saylı, xx.xx.2025- qətnaməsindən görünür ki, Cavabdehlər İddiaçı və X6 qarşı birgə nikah dövründə əmlaka mülkiyyət hüququnun tanınması, payın əldə edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Quba rayonu, Zizik kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,0900 ha (9 sot) torpaq sahəsi üzərində Cavabdeh ½ hissəsi, X5 ½ hissəsi üzərində payları tanınmışdır.
9. Həmin qətnamədə sadalanan sübutlarla müəyyən edilir ki, "xxxx" Mənzil- Tikinti Kooperativi tərəfindən verilmiş 04 oktyabr 2019-cu il tarixli, 22 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsində inşa edilən yaşayış binasında 2-ci giriş, 8-ci mərtəbə, 142 saylı, ümumi sahəsi 104 kv.metr olan, 2 otaqlı mənzil İddiaçı ayrılmış və mənzilin dəyəri müqavilə əsasında "xxxx" MTK-nə tam ödənilmişdir.
10. "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri X8 tərəfindən “A.İ.M” vəkil bürosuna ünvanlandığı 23 aprel 2025-ci il tarixli, 02 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsində inşa edilən yaşayış binasında 2-ci giriş, 8-ci mərtəbə, 142 saylı, ümumi sahəsi 104 kv.metr olan, 2 otaqlı mənzil "xxxx" MTK tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı satılmışdır. X5 "xxxx" MTK tərəfindən ünvan 16 ünvanda inşa edilmiş binada 2018-2024-cü illər ərzində adına mənzil olmamış, heç bir müqavilə qeydiyyatdan keçməmiş və heç vaxt MTK-nın payçısı olmamışdır. Eyni zamanda bildirilmişdir ki, X7 ilə "xxxx" ASC Binəqədi rayon Su Kanal İdarəsi arasında bağlanmış möhürsüz və imzasız müqavilənin Mənzil Tikinti Kooperativinə heç bir aidiyyəti yoxdur.
11. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1613/2025 saylı, xx.xx.2025- qətnaməsi əsasında verilən icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır.
12. "xxxx" MTK tərəfindən verilən "xxxx" MTK-nın ümumi iclasının 04/29-02 №-li protokolundan olan çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın ünvan 17 ünvanında yerləşən kooperativ yaşayış binasında, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 48,6 kv.m ,yaşayış sahəsi 19,8 kv.m olan, 1 otaqlı, 28(soldan sağa 4-cü) saylı mənzilin payçısı olmasının təsdiq edilməsi qərara alınmışdır.
13. "xxxx" MTK tərəfindən verilən xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 17 ünvanında yerləşən kooperativ yaşayış binasında, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 48,6 kv.m ,yaşayış sahəsi 19,8 kv.m olan, 1 otaqlı, 28 saylı mənzilin sahəsi üçün kooperativə borcu yoxdur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
14. Cavabdeh iddiaçının oğlu X1 arvadıdır. Hansı ki, Həbibov Xəyyam ilə Cavabdeh 2006-cı ildə nikaha daxil olmuş və xx.xx.2024-cü il tarixdə nikahları pozulmuşdur.
15. Mübahisəli mənzilin alınmasına dair xx.xx.2019-cu il tarixli müqavilə "xxxx" MTK ilə İddiaçı arasında bağlanmışdır. Həmin mənzildə cavabdeh ailə üzvləri ilə birlikdə yaşamışdır. Həmin mənzil xx.xx.2024-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh həmin mənzilin onunla keçmiş əri tərəfindən birgə nikah dövründə əldə edilmiş digər əmlakın satışından əldə olunan vəsait hesabına alındığını bildirərək, kommunal xidmətlərə dair müqavilələrin keçmiş ərinin adına olduğuna istinad edərək, iddianı qəbul etmir. Bununla belə, həmin müqavilənin etibarsızlığında dair iddiası təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır.
16. Bundan əlavə cavabdeh birgə nikah dövründə xx.xx.2021-ci il tarixdə "xxxx" MTK-dan mənzil almış və pay haqqını tam ödəmişdir. Eyni zamanda onun Quba rayonu, Zizik kəndində yerləşən 0.09 ha torpaq sahəsi üzərində ½ hissədə payı müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
20. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
21. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
23. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
24. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
26. Mülki Məcəllənin 228-ci maddəsində və buna uyğun olaraq Konstitusiya Məhkəməsinin aidiyyəti Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvləri, “birgə yaşayan ailə üzvləri”,“digər ailə üzvləri” və "digər şəxslər" prizmasından yanaşılır və Mülki Məcəllənin və Konstitusiya Məhkəməsinin bununla bağlı müvafiq qərarlarında formalaşmış mövqe ondan ibarətdir ki, həmin Məcəllənin 228.1-ci, 228.2-ci və 228.5-ci maddəsinin tələblərinə əsasən “digər şəxslər”,”digər ailə üzvləri” yaşayış sahəsindən istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun.
27. Mənzildən çıxarılma tələbinin hüquqi əsası mülkiyyət hüququnun müdafiəsindən irəli gəlir. Mülkiyyət hüququ qanunla və ya müqavilə ilə nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Yuxarıda qeyd edilən normaların hazırki mübahisəyə tətbiq edərək məhkəmə o qənaətə gəlir ki, cavabdehin iddiaçının evindən istifadəsini məhdudlaşdıran nə qanuni, nə də müqavilə əsası yoxdur. Belə ki, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə etməsi üçün ya qanundan irəli gələn istifadə hüququ, əşya hüququ, ya da mülkiyyətçi ilə onun arasında bağlanan müqavilə olmalı idi. Lakin işin halları ilə müəyyən edilir ki, mübahisəli mənzil cavabdehin qaynatasının mülkiyyətindədir və onun mülkiyyıt hüququ 2024-cü il tarixdə qeydiyyata alınsa da, 2019-cu il tarixdən pay haqqını tam ödəməklə istifadə və sahiblik hüququnu əldə etmişdir. Cavabdeh həmin mənzildə 2019-cu il tarixdən etirazsız yaşaması mübahisə doğurmasa da, onun iddiaçının gəlini olduğunu nəzərə alarsaq nə qanundan, nə də müqavilədən irəli gələn istifadə hüququ yaranmamışdır. Çünki mübahisəli hüquq münasibətləri 2019-cu il tarixdə yaranmışdır, həmin vaxt qüvvədə olan həm Mülki Məcəllənin 228-ci maddəsinin tələbi baxımından, həm də Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbi bxımından istifadə hüququ mövcud olmamışdır.Hansı ki, Mülki Məcəllənin 228-ci maddəsinin tələbi baxımından cavabdeh iddiaçıya münasibətdə "digər ailə üzvü" və ya “digər şəxs” hesab olunur və bu halda onun mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinə əsasən notariat qaydasında təsdiqlənən yazılı razılaşma və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur.
28. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi və xitamı şərtlərinin müəyyənləşdirilməsinə dair mülkiyyətçi ilə arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma olmamışdır.
29. Bununla yanaşı Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbi baxımından da cavabdehin istifadə hüququ yoxdur, belə ki, o, mülkiyyətçinin ailə üzvü və ya keçmiş ailə üzvü, digər qohumu hesab edilmir.
30. Bundan əlavə də qeyd edilməlidir ki, cavabdehin yaşayış sahəsinə ehtiyacı halı da yoxdur, çünki o "xxxx" MTK tərəfindən ona MTK-nın ünvan 17 ünvanında yerləşən kooperativ yaşayış binasında, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 48,6 kv.m ,yaşayış sahəsi 19,8 kv.m olan, 1 otaqlı, 28(soldan sağa 4-cü) saylı mənzilin payçısıdır.
31. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından iddiaçı mənzilin mülkiyyətçisidir, üstəlik Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1613/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisəli məsələyə münasibətdə preyudisial xarakter daşıyır. Hansı ki, həmin qətnamə ilə cavabdehin hazırki mübahisə üzrə etirazının dəlillərinin əsasını təşkil edən məsələlərə artıq hüquqi qiymət verilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
32. Odur ki, cavabdehin mübahisəli mənzilə dair nə qanundan, nə də müqavilədən irəli gələn istifadə hüququ olmadığından iddia Mülki Məcəllənin 152.5-ci maddəsinin tələbi baxımından əsaslıdır. Tətbiq edilən prosessual normalar:
33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
34. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
36. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
37. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
38. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır;
39. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
40. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 9-cu mkr, ev 42C, mənzil 142 (Yeni qaydalarla: AZ1114, ünvan 18 ünvanında yerləşən mənzildən çıxarılmalı, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 9-cu mkr, ev 42C, mənzil 142 (Yeni qaydalarla: AZ1114, ünvan 18 ünvanında yerləşən mənzildən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev