Məhkəmə qərarları › İş №2(001)-5305/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5305/2020

19.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5305/2020 19.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5024-cü məhəllə 14 saylı evin 33 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5024-cü məhəllə 14 saylı evin 33 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2018-ci il tarixli 016MANZL77504801 saylı alqı-satqı və ipoteka müqaviləsi əsasında Cavabdeh1 almışdır. Bundan sonra həmin daşınmaz əmlak üzərində yaranan mülkiyyət hüququnu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. O, mənzili alarkən Cavabdeh1 ilə bağlanmış alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.4-cü maddəsinə əsasən bu müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən otuz gün müddətinə ipoteka predimeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Amma alqı-satqı və ipoteka müqaviləsində və öz aralarında olan razılaşmanı cavabdehlər yerinə yetirməmiş, üzərlərinə götürdükləri öhdəlikdən boyun qaçırmışlar. Cavabdehlərə dəfələrlə zəng vurmasına və alqı-satqı və ipoteka müqaviləsində qeyd olunan vaxtdan uzun müddət keçməsini bildirməsinə baxmayaraq bu günə kimi üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməmişlər. Alqı-satqı və ipoteka müqaviləsi bağlanılan andan cavabdehlər qeyd edilən ünvanda yaşamır, mənzildən istifadə etmirlər. Cavabdehlərin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, o, cavabdehlərin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. Cavabdehlərin onun mülkiyyətində qeydiyyatda qalması onun həmin mənzilə dair sərəncam hüquqlarını məhdudlaşdırır. Belə ki, həmin mənzili özgəninkiləşdirmək istədikdə, cavabdehlərin razılığının alınması onun üçün əlavə problemlər yarada bilər. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 onun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5024-cü məhəllə 14 saylı evin 33 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib, İddiaçı izahatını təsdiq etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəməyə məlum ünvanları üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə isə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyil, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. X2 Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Satıcı Cavabdeh1, ipoteka saxlayan Bank Respublika ASC, alıcı (ipoteka qoyan) İddiaçı və birgə borcalan X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, satıcı xüsusi mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5024-cü məhəllə 14 saylı evin 33 saylı mənzilinialıcıya 85000 manata satmışdır. Alqı-satqı və ipoteka müqaviləsinin 2.2.4-cü maddəsinə əsasən satıcı bu müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 (otuz) gün müddətinə ipoteka predimeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № xx.xx.2019-cu il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5024-cü məhəllə 14 saylı evin 33 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Sumqayıt Asan xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh6, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh5, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh3Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5024-cü məhəllə 14 saylı evin 33 saylı mənzilində qeydiyyatdadırlar. Cavabdeh5 xx.xx.2019-cu il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5024-cü məhəllə 14 saylı evin 33 saylı mənzilin satılmasına razıdır. Cavabdeh4, Cavabdeh2 vəCavabdeh3 1 saylı Bakı Asan xidmət mərkəzi notariat ofisinə ünvanladıqları xx.xx.2019-cu il tarixli ərizələrinin surətindən müəyyən olunur ki, onlar Cavabdeh1 məxsus olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5024-cü məhəllə 14 saylı evin 33 saylı mənzilin Bank Respublika ASC-dən götürülən kreditin təminatı kimi həmin banka ipotekaya qoyulmasına və satılmasına etiraz etməmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, qeydiyyatda olduqları mənzilin satılmasına razılıq verən cavabdehlər mənzil satıldıqdan sonra himayələrində olan və müqavilə bağlanarkən yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh6 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5024-cü məhəllə 14 saylı evin 33 saylı mənzilini tərk edib daimi yaşamaq üçün başqa ünvana köçdüklərindən bu mənzilə istifadə hüquqlarını itirmişlər. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5024-cü məhəllə 14 saylı evin 33 saylı mənzilinə istifadə hüquqları itirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar