Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5315/2024 14.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdeh Ələkbərova (Hümbətova) Elnarə Nazim qızına qarşı “torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Ələkbərova (Hümbətova) Elnarə Nazim qızına qarşı “torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən paylı mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətində olan “Q” tikilisinin yerləşdiyi torpaq sahəsinin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 24 dekabr 1991-ci ıl tarixli 1108 saylı Sərəncamı ilə 3 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Binəqədi rayonu ərazisində torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsi üzərində 1 darvaza, 1 qaraj qapısı və 1 giriş qapısı quraşdırılaraq sahə tərəfindən 3 hissəyə ayrılmışdır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində 30/867 saylı, xx.xx.1998-ci il tarixli reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan tikililər xx.xx.1998-ci il tarixdə 30/225 saylı qeydlə onun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evlərinin yaşayış sahəsi 17,9 kv.m., qeyri-yaşayış sahəsi 11,8 kv.m. olan “Q” hissəsi mübahisəli bir şəkildə, əmlakın təhvil-təslimi olmadan 22 may 1999-cu il tarixdə tərtib olumuş 074181 nömrəli alqı-satqı müqaviləsi əsasında hazırkı iş üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Ona məxsus olan həyətyanı torpaq sahəsində 2002-ci ilədək orada mövcud olan “B” və “Q” tikililərə müdaxilə etmədən mülkiyyətində qalan 480x880 ölçüdə “A” tikiliyə 720x900 kv.m. ölçüdə tikili əlavə etmiş (90 kv.m. ölçüdə 2 otaq və 1 yardımçı sahədən ibarət, 110 kv.m.-lik 1 otaq, 42 k.m.lik 2 mərtəbəli, 2 otaq və 2 yardımçı sahə, ümumilikdə 84 kv.m ölçüdə tikililər), verilmiş Sərəncamlara qismən uyğun tikililər tikmişdir. 2003-cü ilədək mülkiyyətində olan fərdi yaşayış evində yaşamışdır. Müvəqqəti olaraq ata yurdunda yaşamalı olduğu müddətdə mülkiyyətində olan tikili və torpaq sahəsi Cavabdeh və yaxınları tərəfindən zəbt olunduğu üçün digər əmlaklarını dövlət qeydiyyatına aldıra bilməmişdir. Ötən müddət ərzində qarajdan ibarət olan “B” tikili də qanunsuz surətdə özgəninkiləşdirilmişdir. Göründüyü kimi, Cavabdeh mübahisəli alqı-satqı müqqaviləsi üzrə “Q” tikilisini öz adına rəsmiləşdirməklə yanaşı, onun istifadəsində və sahibliyində olan torpaq sahəsini də zəbt etmişdir. Halbuki, nə qeyd olunan tikili, nə də torpaq sahəsi ona ayrılıb təhvil verilməmişdir. Belə ki, 22.05.199-cu il tarixli alqı-satqı müqaviləsinin həqiqiliyi qəbul olunsa belə, tərəfindən Cavabdeh yalnız yaşayış sahəsi 17,9 kv.m., qeyri-yaşayış sahəsi 11,8 kv.m. olan “Q” hissəsi satılmış olmuşdur ki, heç bu barədə də təhvil-təslim olmamışdır. Ona görə hesab edir ki, “Q” hissədə olan torpaq sahəsi Cavabdeh tərəfindən ona qaytarılmalıdır. Qeyd olunan torpaq sahəsində “A” tikilisindən ibarət olan fərdi yaşayış evi onun mülkiyyətində qalmışdır və o, həmin evi bərabər 1/2 hissədə olmaqla arvadı X1 və oğlu X3 bağışlamış və hazırda “A” tikilisi olan ev onların adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdadır. Cavabdeh ona qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, torpaq sahəsinin naturada ayrılması” tələbi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-32/2022 saylı qətnaməsi ilə qismən təmin olunmuş, ünvan 2 ünvanda yerləşən, paylı mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətində olan “Q” tikilisinin texniki pasport əsasında inşaat norma və qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq ayrılması və ondan dəymiş zərərin əvəzi olaraq 6745 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulub Cavabdeh ödənilməsi qət olunmuşdur. Məhkəmə aktından vermiş olduğu şikayətlər maddi zərər tələbinin təmin olunmuş hissəsində təmin olunmamışdır. Məhkəmə qətnaməsinin maddi ziyanla bağlı hissəsi icraya yönəldilmişdir. Məhkəmə qətnaməsinin “torpaq sahəsinin naturada ayrılması” hissəsi mümkünsüz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmlak X2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna görə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-32/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin idarənin üərinə heç bir öhdəlik qoyulmamışdır, bu səbəbdən də qeyd olunan qətnamənin icrası onlar tərəfindən mümkün olmamışdır. Cavabdeh və nümayəndəsi tərəfindən qətnamənin izahına dair müxtəlif ərizələri birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən təmin olunmamışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-32/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə iddiaçı Cavabdeh mülkiyyətində olan “Q” tikilisi texniki pasport əsasında “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq ayrılması (bölünməsi) qət edilmişdir. Sözügedən qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə belə əsaslandırılmışdır ki, “mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsi alqı-satqı əsasında alındığı və dövlət qeydiyyatından keçdikdən sonra torpaq sahəsinə dair qanunamüvafiq qaydada tərəflər arasında bölgü aparılmamışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra ərazidə mövcud olan “Q” tikilisi faktiki olaraq söküldüyündən və həmin ərazinin naturada bölünməsi mümkün olmadığından, torpaq sahəsi texniki pasport əsasında ekspert rəyinə əsasən bölünməlidir”. Qətnamədən aydın olur ki, işə baxılarkən İddiaçı mübahisəli torpaq sahəsinin (Q tikilisinin aid olduğu torpaq sahəsinin) özünə aid olduğunu, əksinə iddiaçının ona məxsus həmin torpaq sahəsini zəbt etdiyini və ziyan vurduğunu bildirməklə iddiaya etiraz etsə də, onun həmin arqumentləri əsaslı hesab edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 153.2 və 153.2.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi, eyni tərəflər (İddiaçı ilə Cavabdeh) arasında eyni predmet Bakı şəhəri, ünvan 1 ünvanda “Q” tikilisi barəsində, eyni əsaslar (alqı-satqı ilə satılmaması əsası) üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Başqa sözlə, hazırki iş üzrə iddiaçı 2(001)-32/2022 saylı mülki iş üzrə də eyni əsasla Cavabdeh iddiasına etiraz etmiş, həmin məqamlar araşdırılmış və yekun məhkəmə aktı qəbul edilmişdir. Həmçinin hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunduğundan iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Ələkbərova (Hümbətova) Elnarə Nazim qızına qarşı “torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5315/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5315/2024
14.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver