Məhkəmə qərarları › İş №2(001)-5318/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5318/2025

18.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5318/2025 18.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X1, İddiaçı, Cavabdehin nümayəndəsi Quliyev Ramin Rauf oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi və s” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onunla "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MMC arasında xx.xx.2019-cu ildə bağlanmış əmək müqaviləsinə xitam verilməsi, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/16-001646 saylı Barışıq Sazişinin ləğv edilməsi, işsiz qaldığı üçün 48000 manat pulun cavabdehdən tutularaq, ona ödənilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” sistemində qeydlərin aparılması hüququnun AR Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə həvalə ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, əmrinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemdən silinməsini istəyir. Lakin dövlət qurumu tərəfindən bunun icrasına nail ola bilmir. Ona görə də, hazırki iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı ilə məhkəmədən qabaq aralarında razılıq olub. Belə ki, cavabdeheh korona dövründə işə çıxmayıb, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılmışdı. Əslində cavabdeh iddia müddətini də, ötürüb. Lakin rəhbərliklə razılaşdıqdan sonra, savadsızlığı, iş tapa bilməməsi nəzərə alınmaqla, sözü gedən əmr ləğv edilir və əslində işinə tərəfin ərizəsi əsasında 68-ci maddənin a bəndi ilə xitam verilir. Lakin elektron sistemə əmri işləmək olmur. Çünki, cavabdeh "xxxx" MMC-də şofer işləsə də, hazırda həmin MMC ləğv olub və hüquqi varis kimi, Cavabdeh MMC fəaliyyət göstərir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən isə əmr "xxxx" MMCnin sisteminə vurulur ki, həmin MMC artıq mövcud olmadığından, elektron imzasından istifadəsi də, məhdudlaşdırılıb. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin(bundan sonra MPM): 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən iddia ərizəsi və ona əlavə edilən sənədlər(elektron qaydada təqdim edilmiş sənədlər istisna olmaqla), iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264cü, 267-268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi və s” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində tərəflər “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar