Məhkəmə qərarları › İş №2(001)-5358/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5358/2021

12.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5358/2021 12.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi və qətnamənin icrasının Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o doğum haqqında şəhadətnaməni müəyyən şəraitdə itirib, doğum haqqında şəhadətnamənin və doğum akt qeydinin bərpa edilməsi barədə Yevlax Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsi tərəfindən ad uyğunsuzluğu olduğundan təkrar şəhadətnamənin verilməsi mümkün olmamış və aidiyyatı üzrə məhkəməyə müraciət etməyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1953-cü il tarixdə Yevlax rayonunda anadan olması, doğum haqqında akt qeydinin ata qrafasında – X4 (milliyyəti azərbaycanlı), ana qrafasında – X7 (milliyyəti azərbaycanlı) olması barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin, şahidlərin izahatlarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Yevlax Rayon Qeydiyyat Şöbəsinin 23.04.2021-ci il tarixli arayışından görünür ki, X8 11.12.1953-cü ildə Yevlax şəhərində anadan olmuş, 11.01.1954-cü il tarixdə Yevlax rayon Aran qəsəbəsi İN-yi tərəfindən 03 nömrəli doğum akt qeydi tərtib olunmuş və aktda atası – X4 (milliyyəti azərbaycanlı), anası – X7 (milliyyəti azərbaycanlı) göstərilmişdir. -Yevlax Rayon Qeydiyyat Şöbəsinin 23.04.2021-ci il tarixli məktubundan görünür ki, 11.01.1954-cü il tarixli 03 nömrəli doğum haqqında akt qeydi nəzərdən keçirilərkən adı təqdim edilmiş sənədlərdə göstərildiyi kimi “Yusif” deyil, “Elbrus” kimi qeyd olunduğu müəyyən edilmişdir. -Bakı şəhəri Maraqlı şəxs 28.04.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizə təmin edilməmişdir. -nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X9 ilə 10.12.1982-ci il tarixli nikah bağlamışlar. -X10, Aslanova Bəsti ismayıl qızı, X5, X12 və X1 doğum haqqında şəhadətnamələrindən aydın olur ki, ataları X4, anaları X3r. -Ərizəçi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1953-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, ata adı kimi “İsmayıl” göstərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid X13 izahat verərək bildirdi ki, ərizəçi ilə 50 ildir ki, yaxın dostdurlar. Onlar ailədə 2 qardaş, 6 bacıdırlar. O, ərizəçini tanıyandan adını Yusif kimi tanımışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş digər şahid X6 izahatında bildirdi ki, ərizəçi onun həyat yoldaşıdır. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. O, ərizəçini tanıyandan adını Yusif kimi tanımışdır. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin: - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. -307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. -308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -339-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. -341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; -217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Ərizəçi adına doğum qeydə alınmasından imtina etməsi nəticəsində Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, doğum faktını qeydə almalı olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum faktını qeydə almaqdan və doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1953-cü il tarixdə Yevlax rayonunda doğulması, atasının X15 oğlu, anasının X7 olması ərizəçinin izahatı ilə, şahid ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1953-cü il tarixdə Yevlax rayonunda anadan olması, atasının X15 oğlu, anasının isə X7 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, xx.xx.1953-cü il təvvəllüdlü Ərizəçi doğum akt qeydinin “atası” qrafasında “X15 oğlu”, “milliyyəti azərbaycanlı”, “anası” qrafasında “X7”, “milliyyəti azərbaycanlı” yazılmalıdır. Məhkəməyə ərizə verilərkən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1953-cü il tarixdə Yevlax rayonunda anadan olması, atasının X15 oğlu, anasının isə X7 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. xx.xx.1953-cü il təvvəllüdlü Ərizəçi doğum akt qeydinin “atası” qrafasında “X4”, “milliyyəti azərbaycanlı”, “anası” qrafasında “X7”, “milliyyəti azərbaycanlı” yazılsın. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar