Məhkəmə qərarları › İş №2(001)-5387/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5387/2023

11.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5387/2023 11.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 11 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək özünə aid doğum haqqında akt qeydinin bərpa edilməsi, 07 avqust 1957-ci il tarixdə Ermənistanın Qarakilsə rayonunun Qızılcıq kəndində doğulmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, doğum akt qeydinin ata qrafasında X7, ana qrafasında X5 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin məhkəmə iclasında ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 07 avqust 1957-ci il tarixdə Ermənistan SSR-in Qarakilsə rayonunun Qızılcıq kəndində doğulmuşur. X1, anası X3r. Valideynlərinin ikisi də vəfat etmişlər. ), 08 sentyabr 1984-cü il tarixdə X8 ilə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Birgə nikahlarından Təranə, Namiq və Ülvi adlı övladları vardır. Məlum hadisələrlə bağlı qaçqın düşən zaman doğum haqqında şəhadətnaməsini və şəxsiyyətini təsdiq edən sənədi itirmişdir. Akt qeydinin bərpası və doğum haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, ərizəçinin qardaşıdır. Ərizəçi 07 avqust 1957-ci il tarixdə Ermənistanın Qarakilsə rayonunun Qızılcıq kəndində doğulmuşdur. Evdə 8 uşaq olmuşlar, 2 bacı, 6 qardaş. Ərizəçi uzun müddətdir ki, Azərbaycan Respublikasının ərazisində yaşayır, məlum hadisələrlə bağlı Ermənistandan çıxarılarkən doğum haqqında şəhadətnaməsini və pasportunu itirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, ərizəçi onun əmisidir. Əmisi Ermənistanda doğulmuşdur. 30 ildən çoxdur ki, Azərbaycanda yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və Şahid1 ifadələrində şahid S.İ.Göyüşovun ifadəsinə uyğun ifadə verdilər. Mülki iş materiallarında olan: - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlandırılmış 04 avqust 2023cü il tarixli məktubda göstərilmişdir ki, “Doğum haqqında akt qeydinin bərpa edilməsinə dair Maraqlı şəxsnə daxil olmuş ərizənizə baxılmışdır. Ərizənizdə doğum yerinizin “Ermənistan, Qarakilsə rayonu” olduğunu, xx.xx.1957-ci ildə doğulduğunuzu qeyd etmişiniz. Bildirirk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Bundan əlavə bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.7-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesba edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələri valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Yetkinlik yaşına çatdığınız səbəbindən və şəxsiyyətinizi təsdiq edən sənəd olmadığından ərizənizi təmin edə bilmirik.” Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi əsaslı olduğuna görə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 16-cı bəndinə əsasən doğum, ... qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmə qətnaməsinə əsasən bərpa edilir. İşin faktiki halları ilə təsdiq olunur ki, ərizəçiyə doğum haqqında şəhadətnamə Ermənistanda verildiyinə və hal – hazırda həmin şəhadətnamənin alınması başqa qaydada mümkün olmadığına görə bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizədə qeyd olunan xüsusatlar sübutlarla öz təsdiqi tapdığından ərizə təmin olunaraq Ərizəçi 07 avqust 1957-ci il tarixdə Ermənistanın Qarakilsə rayonunda doğulmasına dair hüquqi fakt müəyyən edilərək doğum akt qeydi bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. - 341-ci maddəsinə əsasn vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi 07 avqust 1957-ci il tarixdə Ermənistanın Qarakilsə rayonunun Qızılcıq kəndində doğulmasına dair hüquqi fakt müəyyən edilsin, doğumun qeydi kitabında ata adı qrafasında “X7”, milliyyəti “azərbaycanlı”, ana adı qrafasında “X5”, milliyyəti “azərbaycanlı) qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar