Məhkəmə qərarları › İş №2(001)-5398/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5398/2023

16.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5398/2023 16.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzinin 10 nömrəli Şəhər Poliklinikasına qarşı əmrin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzinin 10 nömrəli Şəhər Poliklinikasına qarşı əmrin etibarsız hesab edilməsinə və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı xx.xx.1960-ci il tarixdə Bakı şəhərində anadan olmuş, 1978-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnistutuna daxil olmuş, 1984-cü ildə həmin institutu bitirmiş, ona xx.xx.1984-cü il tarixli № 011041 saylı diplom verilmişdir. 1986-ci ildə iddiaçı 10 saylı Şəhər Poliklinikasında həkim-kardioloq vəzifəsinə işə düzəlmiş, bu yaxın günlərə kimi həmin poliklinikada işləmişdir. 2008-ci ildə Azərbaycan Tibb Universitetində Tibb Elmləri namizədi adı almaq üçün dissertasiya müdafiə etmiş, buna dair iddiçıya 2009-cu ildə EN № 05533 saylı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyası tərəfindən X6 verilmişidir. Eyni zamanda xx.xx.2009-cu il tarixdə (protokol № 07-k) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Ali Attestasiya Komissiyasının sədri və Ali Attestasiya Komissiyasının Baş Elmi Katibi tərəfindən iddiaçıya alimlik dərəcəsi verilmişdir. Bundan başqa 2015-ci ildə iddiaçı sertifikasiya irmtahanı vermiş, dəfələrlə kurslarda konfranslarda, konqreslərdə iştirak edərək yüksək naliyyətlər əldə edərək sertifikatlar və təşəkkürnamələr almışdır. İddiaçı Rusiya Federasiyasının Moskva şəhərinin Richmond Universitetində (USA) praktiki kurslarda iştirak edərək həkimlik təcrübəsini artırmışdır. İddiaçının həyat yoldaşı Əfqanıstan müharibəsi döyüşlərində iştirak etmiş, əlil olmuş və xəstəliyi səbəbindən 2018-ci ildə vəfat etmiş, övladı olmamış, valideynləri düyasını dəyişdir. İddiaçı 2018-ci ildə Azərbaycan Tibb Universitetinin X2 koronor angioqrafiya müayinəsi olunduqdan sonra əməliyyat olunması məsləhət görülmüş, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi Ege hospitalda stasionar müalicə olunduqdan sonra əməliyyat olunmuşdur. İddiaçı 10 saylı şəhər poliklinkasında artıq 37 ildir işləyir, poliklinkanın bütün həkimlərinin, digər işçilərinin etimadını və rəğbətini qazanmışdır. Lakin poliklinikanın xx.xx.2022-ci il tarixdən gələn baş həkimi X5 iddiaçını nüfuzdan salmağa çalışır. Belə ki, poliklinkanın baş həkimi təyin olunduğu andan özü ilə Ramilə Quliyeva adlı kardioloqu gətirmiş və iddiaçı ilə eyni nöbəyə salmış, iddiaçı barəsində mənfi fikirlər formalışdırmaqla bütün pasientlərini özü ilə gətirdiyi kardioloqa yönləndirir. Bundan başqa baş həkim X5 xx.xx.2022-ci il tarixdə iddiaçının məzuniyyət vaxtında iddiaçıya məzuniyyət verməmiş, onu və xx.xx.2022-ci il tarixdə sertifikasiya imtahanında iştirak etməyə göndərmişdir. İddiaçı məzuniyyətə çıxaraq xəstəliyi ilə bağlı müalicə və müayinə olunmaq istəməsini deməsinə baxmayaraq, qanunsuz olaraq onu məzuniyyət müddətində sertifikasiya imtahanına göndərmişdir. İmtahan zamanı iddiaçı özünü pis hiss etdiyi üçün burun qanaxması başlamış, beyin qan dövranı pozulması, üşütmə baş verdiyi üçün imtahan suallarını yazmaq imkanı məhdudlaşdığından imtahandan yarımçıq çıxmışdır. İddiaçı xəstəliyi ilə bağlı imtahandan çıxdıqdan dərhal sonra adiyyatı üzrə həkimə müraciəti əsasında 20 gün müddətinə xəstəlik vərəqəsi verilməklə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi xəstə yatmışdır. İddiaçının ailə vəziyyəti ilə və iş yeri üzrə bir sıra mənfi təsirlər nəticəsi ilə əlaqdar mənəvi sarsıntılar keçirdiyi üçün iddiaçıda müxtəlif xəstəliklər yaranmışdır. İddiaçı səhhəti ilə bağlı çarpışdığı dövürdə baş həkim onu işdən azad etmək üçün vaxt məhdudiyyəti vermədən və məzuniyyət tələb etdiyi halda onu məzuniyyətə buraxmadan yenidən xx.xx.2022-ci il tarixdə sertifikasiya imtahanında iştirak etməsini bildirmişdir. İddiaçı hələ imtahana hazırlaşa bilmədiyini, səhhətində olan problemlər olmasını söyləməsini deməsinə baxmayaraq, baş həkim imtahan verməsinin məcburi olmasını söyləmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdə iddiaçı xəstə-xəstə məcburən sertifikasiya imtahanına göndərilmişdir. Eyni qaydada xəstə olması səbəbindən imtahan zamanı yenidən iddiaçının halı pisləşmiş, nəzarətçilər ona yardım etmiş, imtahandan çıxan kimi iddiaçı yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılmış, yenidən ona əmək qabiliyyətinin olmamasına dair vərəqə verilməklə qeyd edilən tarixdən xx.xx.2023-cü il tartixə kimi iddiaçı müalicələr almışdır. İddiaçının xəstəlik səbəbindən imtahanda sərbəst iştirak etmək qabiliyyəti olmadığı üçün imtahanın nəticəsi müsbət olmamışdır. Baş həkim X5 iki dəfə sertifikasiyadan keçmədiyi üçün iddiaçıdan işdən azad olunmasını tələb edir. Beləliklə, iddiaçı əmək qabiliyyəti olmadığı müddətdə, yəni xx.xx.2023-cü il tarixdə onunla bağlanan 1690SUF000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə ləğv edərək tutduğu vəzifədən azad edilmişdir. Ona görə də İddiaçı işdən azad edilməsi barədə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi Baş Səhiyyə Mərkəzinin 10 nömrəli şəhər polikllinkası tərəfdən verilmiş xx.xx.2023-cü il tarixli 78-K saylı əmrinin etibarsız hesab edilməsinə, işə götürən tərəfindən işə buraxılmadığı günlər hesablanmaqla əmək haqqının Azərbaycan Respublikası Tibb Ərazi İdarəetmə Birliyi Baş Səhiyyə Mərkəzi 10 nömrəli şəhər poliklinkasından tutularaq işə bərpa olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi 10 nömrəli Şəhər Poliklinikasının nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarına əsasən, bütün həkimlər 5 ildən bir sertifikasiya imtahanından keçməlidirlər, əks halda onlar praktik fəaliyyətlə məşğul ola bilməzlər. İddiaçı 2015-ci il tarixdə sertifikasiya imtahanından keçərək praktik fəaliyyətinə davam etmişdir. 2020-ci ildə ölkə ərazisində pandemiya olmasına baxmayaraq, bütün işçi heyyəti onlayn sertifikasiya imtahanından və kursdan keçmişlər. Dəfələrlə iddiaçı kursa göndərilmiş, bu barədə əmrlər qəbul edilmişdir. Lakin iddiaçı hər dəfə xəstəliyini bəhanə edərək kursa getməmişdir. 2022-ci ildə Bakı Baş Səhiyyə Birliyindən iddiaçının praktik fəaliyyətinin dayandırması ya da sertifikasiya imtahanından keçməsi bildirilmişdir. İddiaçı məzuniyyət ərizəsi ilə müraciət etsə də, imtahan vaxtı yaxınlaşdığı üçün iddiaçı məzuniyyətə buraxılmamışdır. Çünki imtahan vaxtına az qalmış, Ofeliya xanım ya imtahandan keçməli idi, ya da praktik fəaliyyətə buraxıla bilməzdi. xx.xx.2022-ci il atrixdə Ofeliya xanım sertifikasiya imtahanından kəsilmiş, yenidən ona vaxt verilməsini xahiş etmişdir. İmtahan vaxtını onlar deyil, sertifikasiya kommisiyası təyin edir. Təkcə onkoloji xəstəlikləri olanlar və hamilə qadınların imtahan vaxtı dəyişdirilə və ya ləğv edilə bilər. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər 4 ay vaxt keçmiş, Ofeliya xanım imtahandan keçməli idi. xx.xx.2023-cü il tarixli imtahandan Ofeliya xanım kəsilsə də onlara imtahandan keçdiyini demiş, xx.xx.2023-cü il tarixdə saat 18:06-da onlara məktub gəlmiş, Ofeliya xanımın imtahandan kəsilməsi onlara məlum olmuşdur. O, məktubu alan kimi Ofeliya xanımla telefon əlaqəsi saxlayıb ona xitam əmri gəlməsini demişdir. Bundan sonra, Ofeliya xanım aprelin 15-də bületenə çıxmışdır. Onun iddiaçının bülütendə olması barədə gec, yəni xx.xx.2023-cü il tarixdə xəbəri olmuşdur. xx.xx.2023-cü il tarixdə baş həkimin dərkanarı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilmişdir. O, Ofeliya xanıma işiniə qayıtmaq istədiyi halda imtahandan keçməli olmasını və TƏBİB-ə müraciət etməsini demiş, çünki onlar həkim vəzifəsinə işə qəbul etmir, TƏBİB-dən gələn göndərişi ilə imtahanı keçmiş həkim işə qəbul edilir. Onların qanunla bu məsələyə müdaxilə etmək hüququ yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi 10 nömrəli Şəhər Poliklinikasının nümayəndəsi X8 iddia ərizəsini qəbul etməyib, təmin edilməməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 68. 1.Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; Maddə 79. 1.İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; Maddə 84.

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə 300. 1.Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi 10 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli № 228-K saylı əmrindən müəyyən olunur ki, Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əsasən 10 nömrəli Şəhər poliklinikasının Ümumi poliklinika heyətinin həkim-kardioloqu İddiaçı kardiologiya (modul 3-4) üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ADHTİ göndərilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi 10 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli № 15-K saylı əmrindən müəyyən olunur ki, Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əsasən 10 nömrəli Şəhər poliklinikasının Ümumi poliklinika heyətinin həkim-kardioloqu İddiaçı klinik exokardioqrafiya üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ADHTİ göndərilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi 10 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli № 33-K saylı əmrindən müəyyən olunur ki, Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əsasən 10 nömrəli Şəhər poliklinikasının Ümumi poliklinika heyətinin həkim-kardioloqu İddiaçı klinik exokardioqrafiya üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ADHTİ göndərilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi 10 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli № 187-K saylı əmrindən müəyyən olunur ki, Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əsasən 10 nömrəli Şəhər poliklinikasının Ümumi poliklinika heyətinin həkim-kardioloqu İddiaçı kardiologiya (modul 1-2) üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ADHTİ göndərilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi 10 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli № 385-K saylı əmrindən müəyyən olunur ki, 10 nömrəli Şəhər poliklinikasının Ümumi poliklinika heyətinin həkimkardioloqu Əliyeva X1 qorunması haqqında Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən iş yeri saxlanılmaqla 6 ay müddətində praktik tibbi fəaliyyətə buraxılmaması və həmin müddət ərizndə peşə hazırlığına göndərilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi 10 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli № 19-K saylı əmrindən müəyyən olunur ki, Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əsasən 10 nömrəli Şəhər poliklinikasının Ümumi poliklinika heyətinin həkim-kardioloqu İddiaçı kardiologiya (modul 7-8) üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ADHTİ göndərilmişdir. İnsan resursları şöbəsinin müdiri Səidə Rüstəmovanın Bakı 10 nömrəli Şəhər poliklinikasını baş həkimi R.Rzayevə ünvanladığı məktubda aşağıdakı mətn yazılmışdır: “sertifikasiyadan təkrarən keçə bilməyən kardiologiya İddiaçı Mikayıl ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin beşinci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməlidir. Bununla əlaqədar müvafiq tədbirlər görərək Səhiyyə Nazirliyinə məlumat verməyiniz xahiş olunur.” Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi 10 nömrəli Şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli № 78-K saylı əmrindən müəyyən olunur ki, 10 nömrəli Şəhər poliklinikasının Ümumi poliklinika heyətinin həkimkardioloqu İddiaçı ilə bağlanmış 169SUF000200 nömrəli müqaviləyə xx.xx.2023-cü il tarixdən xitam verilməsi, ƏM-nin 144-cü maddəsinin ikinci hissəsinə əsasən işçiyə istifadə etmədiyi əmək məzuniyyətinə görə 53 təqvim günü, işçi ilə son haqq-hesabın aparılması, İddiaçı son haqq-hesabının, əmək kitabçasının və həmin əmrin surətinin ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi əmr edilmişdir. Əmrdən daha sonra müəyyən olunur ki, əmrin verilməsinə əsas “Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən xx.xx.2023-cü il tarixli məktub, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşənin) kifayət dərəcədə olmadığına görə” olmuşdur. 16 saylı poliklinika tərəfindən verilmiş seriya SN 00008 № ******* əmək qabiliyyətinin olmaması vərəqəsindən müəyyən olunur ki, 10 nömrəli Şəhər poliklinikasında işləyən 1960-cı il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək qabiliyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, əmək müqaviləsinə, yalnız Azərbaycan Respublikası Əmək Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam vermək hüququ olan işəgötürən-cavabdeh, işçi-iddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının qanunla qorunmasına təminat verilən əmək hüquqlarına əhəmiyyət verilmədən onunla bağlanmış əmək müqaviləsinə işiçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə xitam verdiyindən iddia tələbləri əsaslıdır, ona görə də tam həcmdə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi 10 nömrəli Şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli № 78-K saylı əmri etibarsız hesab edilsin. İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi 10 nömrəli Şəhər poliklinikasının Ümumi poliklinika heyətinin həkim-kardioloqu vəzifəsinə bərpa edilsin. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi 10 nömrəli Şəhər poliklinikasından dövlət rüsumuna görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar