Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5459/2021 23.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, Ərizəçi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin doğum faktının müəyyən edilməsinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 10 dekabr 2008-ci il təvəllüdlü oğlan uşağının doğum faktının təsdiq edilməsi, Maraqlı şəxs tərəfindən uşağa doğum haqqında şəhadətnamənin verilməsi, şəhadətnamənin soyad, ad və ata adı qrafasında “X2”, doğulduğu yer qrafasında “Bakı şəhəri”, anası qrafasında “X3”, atası qrafası isə uşağın tək anadan doğulması nəzərə alınaraq qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş Bakı Şəhər Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, ləğv edilmiş M.Hacıqasımov adına 1 nömrəli Doğum Evinin arxiv sənədlərinə əsasən X1 10 dekabr 2008-ci il tarixdə, saat 10:10-da çəkisi 3100 qram, ölçüsü 55 sm olan oğlan uşağı doğulmuşdur. Ana uşağı ilə birlikdə 13 dekabr 2008-ci il tarixdə kafi vəziyyət evə yazılmışdır. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs 04 may 2021-ci il tarixli məktubun surətindən görünür ki, 10 dekabr 2008-ci il tarixdə 02 iyul 1980-ci il təvəllüdlü X1 doğulmuş övladın adına tərtib edilmiş doğum haqqında akt qeydi VVA avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlanmış və aşkar edilməmişdir. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibbi müəssisənin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Doğum haqqıda tibbi şəhadətnamə olmadığı üçün uşağın doğumunu qeydə almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında qərarın 2.1.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2, 2.2.2, 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İlk növbədə qeyd edilməlidir ki, doğum faktının müəyyən edilməsi xahiş edilən uşaq tibb müəssisəsində doğulduğundan, həmin uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə məhkəmə tərəfindən baxılmasına yol verilmir. Bundan başqa, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt Bakı Şəhər Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş arayışla təsdiq olunur və buna görə də həmin faktın yenidən məhkəmə qaydasında müəyyən edilməsinə prosessual qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən yol verilmir. Göstərilənlərə əsasən hesab edirəm ki, ərizəçi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin doğum faktının müəyyən edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə izah edilməlidir ki, o, doğumun qeydə alınması ilə bağlı imtina vermiş inzibati orqana qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308, 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Ərizəçi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin doğum faktının müəyyən edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər ərizəşiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, doğumun qeydə alınması ilə bağlı imtina vermiş inzibati orqana qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-5459/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5459/2021
23.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver