Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5460/2020 16.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh MMC-də xx.xx.2018-ci ildə Pərakəndə satış departamentinə mağaza müdiri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu iyul tarixdə həmin departamentin 6-cı satış müdirliyinə bölgə müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə 3865K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən cavabdeh onun əmək müqaviləsinə xitam vermişdir.Əmr ona təqdim edilmədiyindən əmrin əsasının nədən ibarət olması barədə heç bir məlumatı yoxdur. Belə ki, əmri tələb etməsinə baxmayaraq əmr ona verilməmiş, yalnız əmək kitabçası geri qaytarılmışdır. O, əmrdə nə yazılmasından asılı olmayaraq, heç bir töhmət belə almadan bir başa 70-ci maddənin ç bəndi ilə işdən azad edilməsini qanunsuz hesab edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işdən çıxarıla bilər. Bu zaman 72-ci maddədə sadalanan bəndlərə baxdıqda, 72-ci maddədə sadalanan hallardan hansı birinə yol verdiyi ona məlum deyildir. Yalnız məhkəməyə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, ona töhmət və şiddətli töhmət verilmişdir. Lakin cavabdeh bu əmrlərlə onu tanış etməmiş, barəsində tərtib olunan aktlardan isə onun məlumatı yoxdur. Uşağı xəstə olduğu üçün o, gecəni yatmadığından işə üzü tüklü getmiş, iş yoldaşları ad günü münasibəti ilə ona tort hədiyyə vermiş, məhsul barədə məlumatı sistemə mexaniki səhv nəticəsində düzgün vurmamış, sonradan bu səhv aradan qaldırılmışdır. Ona görə də Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 3865K nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsinə, onun pərakəndə satış departamentinə 6-cı satış müdirliyinə bölgə müdiri vəzifəsinə bərpa olunmasına, məcburi işburaxma müddətinə görə ödənilməli olan əmək haqqı əvəzinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X9 iddia ərizəsini müdafiə edib İddiaçı izahatını təsdiq etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X8 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Cavabdeh MMC-yə xx.xx.2018-ci il tarixdə işə qəbul edilmiş, halhazırda MMC-nin Parakəndə satış departamentində satış müdiri vəzifəsində işləyir. İddiaçı xx.xx.2018-ci il tarixdən Cavabdeh MMC-nin Parakəndə satış departamentinə mağaza müdiri vəzifəsinə qəbul edilmişdir. Daha sonra iddiaçı xx.xx.2019-ci il tarixdə həmin departamentə bölgə müdiri vəzifəsinə keçirilmişdir. İddiaçı bölgə müdiri vəzifəsinə təyin edildikdən sonra öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işçi olaraq üst rəhbərinin, yəni satış şöbə müdirinin verdiyi tapşırıqları zamanında yerinə yetirməmiş, tabeçiliyində olan Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Bakı-Salyan şossesi 56-cı km-də yerləşən 3400 mağazasına aid olan xarab olmuş meyvələrin silinməsini yoxlamadan və kontrol etmədən sistem üzərindən həyata keçirmişdir. İddiaçı həmçinin üst rəhbərinin dəfələrlə şifahi xəbərdarlıq etməsinə baxmayaraq işə təraşlı gəlməmişdir. Bundan başqa E.E. Zeynalov ona təhkim olunan MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini yüksək sürətlə, yəni 150-170 saat\km sürətlə idarə edərək özünün həyatını, işəgötürənin isə əmlakını təhlükə altına salmışdır. 2019-cu ildə iddiaçı işçidən aldığı tort əvəzində ona MMC-nin xidməti geyimini vermişdir. Bununla da əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməmiş, özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini düzgün şəkildə yerinə yetirməmiş və buna görə də İddiaçı töhmət verilmişdir. Buna baxmayaraq İddiaçı xx.xx.2020-ci il tarixli şəxsən yazdığı izahatında qeyd etdiyi kimi verilən tapşırıqların zamanında yerinə yetirməmiş, tabeçiliyində olan mağaza işinin idarə edilməsini və təşkilini düzgün aparmamış, işçilərlə kobud davranaraq təhqir etmiş, bununla da özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən İddiaçı şiddətli töhmət verilmişdir. Bu da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinə əsasən işçi tərəfindən əmək funksiyasının kobud şəkildə pozulması halı kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsinin “c” (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) və “ə” (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozması) bəndlərində göstərilən halda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd olunanlara əsasən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilmişdir. İşçinin son haqq-hesabı zamanı ona iş illərinə görə istifadə etdiyi əsas əmək məzuniyyətləri nəzərə alınmaqla 27,92 təqvim gününə görə ödəmə edilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X10 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək 1 ay müddətinə Cavabdeh MMC-nin Pərakəndə satış Departamentində mağaza müdiri vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavəyə əsasən İddiaçı Pərakəndə satış departamentinin 6-cı satış müdirliyinə bölgə müdiri vəzifəsinə keçirilmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İddiaçı Cavabdeh MMC-nin direktoru X22 Tuzcuya yazdığı xx.xx.2020-ci tarixli izahatında satış şöbə müdiri Elnur Kərimovun verdiyi tapşırığı vaxtında yerinə yetirmədiyini, ziyarət planını xx.xx.2020-ci il tarixdə göndərməli olduğu halda, xx.xx.2020-ci il tarixdə göndərdiyini etiraf etmişdir. X2 market MMC-nin direktoru X19 göndərdiyi xx.xx.2020-ci il tarixli xidməti məlumatında Pərakəndə satış departamentinin 6-cı satış müdirliyində bölgə müdiri vəzifəsində işləyən İddiaçı vəzifəsini lazımi qaydada icra etmədiyini, əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədiyini bildirərək bu barədə tədbir görülməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MMC-nin direktoru X22 Tuzcuya yazdığı xx.xx.2020-ci tarixli izahatında 3400 mağazasına aid olan meyvə imhasına baxmadığını, yoxlamadığını, sistem üzərindən imhasını kəsdiyini və bu da öz növbəsində mağaza stokunda fərq yaratdığını etiraf etmişdir. İddiaçı Cavabdeh MMC-nin direktoru X22 Tuzcuya yazdığı xx.xx.2020ci tarixli izahatında xx.xx.2020-ci il tarixdə satış müdiri Elnur Kərimovun xəbərdarlıq etməsinə baxmayaraq ərazisində üzü tüklü olmasını etiraf etmişdir. Cavabdeh MMC-nin 6T saylı xx.xx.2020ci il tarixli əmrinə əsasən İddiaçı öz izahatında qeyd etdiyi kimi əmək intizamına əməl etmədiyi və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Həmin əmrlə iddiaçı tanış olsa da əmri imzalamaqdan imtina etmişdir. Bu barədəX11, X1 və X8 tərəfindən 09 saylı xx.xx.2020-ci il tarixli akt tərtib olunmuşdur. X3, X1 və X8 tərəfindən tərtib olunan 11 saylı xx.xx.2020-ci il tarixli akta əsasən Pərakəndə satış departamentinin 6-cı satış müdirliyində bölgə müdiri vəzifəsində işləyən İddiaçı verilən tapşırıqları zamanında yerinə yetirməməsi, işçilərlə kobud davranaraq təhqir etməsi, bununla da özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyən olunmuşdur. İddiaçı Cavabdeh MMC-nin direktoru X22 Tuzcuya yazdığı xx.xx.2020-ci tarixli izahatında 3241 mağazasında son 1 ayda full kontrol edilməməsini, öncəki sayımda ürünlərin (məhsulun) sayla giriş edilib yoxlamamasını, xx.xx.2020-ci il tarixdə check liste ürün sayları haqda yanlış məlumat verməsini, verilən tapşırıqların zamanında edilməməsi, 3241 mağazasında öncəki sayımda əksik çox olduğundan ona şifahi şəkildə nəzarəti gücləndirmək tapşırılsa da nəzarətin zəif olmasını, mağaza müdirini təhqir etməsini etiraf etmişdir. Cavabdeh MMC-nin 5133 saylı xx.xx.2020-ci il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək, işə başlama tarixi xx.xx.2020-ci il tarixi olmaqla ödənişsiz məzuniyyətə buraxılmışdır. X2 market MMC-nin direktoru X19 göndərdiyi xx.xx.2020-ci il tarixli xidməti məlumata əsasən İddiaçı vəzifəsini lazımi qaydada icra etmədiyini, əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədiyini bildirmiş və bu barədə tədbir görülməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh MMC-nin 7T saylı xx.xx.2020-ci il tarixli əmrinə əsasən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli 7T saylı əmri oxuyub tanış olsa da, əmri imzalamaqdan imtina etmişdir. İddiaçı məzuniyyətə çıxması barədə ərizə yazsa da, həmin ərizə MMC-də aşkar olunmamışdır. İddiaçı Cavabdeh MMC-nin direktoru X19 xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə yazdığı öz hesabına məzuniyyət ərizəsinin ləğv edilməsini, xx.xx.2020-ci il tarixdə işə çıxması üçün təlimat verilməsini xahiş etsə də, onun bu müraciəti təmin edilməmişdir. Cavabdeh MMC-nin 3865K saylı xx.xx.2020-ci il tarixli əmrinə əsasən Pərakəndə satış departamenti 6-cı satış müdirliyinin bölgə müdiri vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə əmrin verilməsinə əsas olaraq tərtib edilmiş protokolun olması qeyd olunsa da, belə protokol mövcud deyil, əmrin verilməsi üçün əsaslar İddiaçı əvvəllər verdiyi izahatları, onun barəsində verilən məlumatlar olmuşdur. İddiaçıya əmri və əmək kitabçasını götürməsi təklif olunsa da, o, əmri qəbul etməkdən imtina etmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, işçi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək 1 ay müddətinə Cavabdeh MMC-nin Pərakəndə satış Departamentində mağaza müdiri vəzifəsinə işə qəbul edilmişdir. İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən müəyyən olunur ki, işçi əmək münasibətləri prosesində işəgötürənin ona etibar edərək verdiyi əmlakların, maddi və digər sərvətlərin saxlanılması, daşınması, emalı, istifadəsi, satışı və digər əməliyyatların aparılması ilə əlaqədar onların salamatlığını təmin etməyi, işəgötürənin bütün texniki və ya kommersiya xarakterli informasiya və məlumatlarını qorumağı, öz hərəkətləri (hərəkətsizliyi) ilə yuxarıda qeyd olunan hallardan hər hansı birini pozduqda vurduğu ziyana, habelə işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə və işgüzar nüfuzuna xələl gətirməsi nəticəsində vurduğu mənəvi ziyana görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və bu müqavilə ilə müəyyən edilmiş həcmdə tam maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavənin surətindən müəyyən olunur ki, işəgötürənlə işçi arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə dəyişiklik və əlavələr edilərək Pərakəndə satış departamentində mağaza müdiri vəzifəsində işləyən işçi İddiaçı Pərakəndə satış departamentinin 6cı satış müdirliyinə bölgə müdiri vəzifəsinə keçirilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 922 manat olaraq təyin edilmiş, əmək müqaviləsinin növü müddətsiz olaraq təyin edilmişdir. İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən müəyyən olunur ki, əmək münasibətləri prosesində işçi işəgötürənin ona etibar edərək verdiyi əmlakların, maddi və digər sərvətlərin saxlanılması, daşınması, emalı, istifadəsi, satışı və digər əməliyyatların aparılması ilə əlaqədar onların salamatlığını təmin etməli, işəgötürənin bütün texniki və ya kommersiya xarakterli informasiya və məlumatlarını qorumalıdır. İşçi hərəkətləri (hərəkətsizliyi) ilə yuxarıda qeyd olunan hallardan hər hansı birini pozduqda vurduğu ziyana, habelə işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə və işgüzar nüfuzuna xələl gətirməsi nəticəsində vurduğu mənəvi ziyana görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və bu müqavilə ilə müəyyən edilmiş həcmdə tam maddi məsuliyyət daşıyır. İddiaçı Cavabdeh MMC-nin direktoru X22 Tuzcuya ünvanladığı xx.xx.2020-ci tarixli izahatından müəyyən olunur ki, o, satış şöbə müdiri Elnur Kərimovun verdiyi tapşırığı vaxtında yerinə yetirməmiş, ziyarət planını xx.xx.2020-ci il tarixdə göndərməli olduğu halda, xx.xx.2020-ci il tarixdə göndərmiş və o bu halın bir daha təkrarlanmayacağına söz vermişdir. X4 Cavabdeh MMC-nin direktoru X19 ünvanladığı xx.xx.2020-ci il tarixli xidməti məlumatından müəyyən olunur ki, o, Pərakəndə satış departamentinin 6-cı satış müdirliyində bölgə müdiri vəzifəsində işləyən İddiaçı vəzifəsini lazımi qaydada icra etmədiyini, əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədiyini bildirərək bu barədə tədbir görülməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MMC-nin direktoru X22 Tuzcuya ünvanladığı xx.xx.2020-ci tarixli izahatından müəyyən olunur ki, o, 3400 mağazasına aid olan meyvə imhasına baxmamış, yoxlamamış, sistem üzərindən imhasını kəsmiş və bu da öz növbəsində mağaza stokunda fərq yaratmışdır. Bu halın bir daha təkrarlanmayacağına söz vermişdir. İddiaçı Cavabdeh MMC-nin direktoru X22 Tuzcuya ünvanladığı xx.xx.2020-ci tarixli izahatından müəyyən olunur ki, o, xx.xx.2020-ci il tarixdə satış müdiri Elnur Kərimovun xəbərdarlıq etməsinə baxmayaraq ərazisində üzü tüklü olmuş, buna səbəb isə gecəni oyaq qalması olmuşdur. Bu halın bir daha təkrarlanmayacağına söz vermişdir. X11, X1 və X8 tərəfindən tərtib olunan 08 saylı xx.xx.2020-ci il tarixli aktdan müəyyən olunur ki, Pərakəndə satış departamentinin 6-cı satış müdirliyində bölgə müdiri vəzifəsində işləyən İddiaçı verilən tapşırıqları zamanında yerinə yetirməmiş, tabeçiliyində olan 3400 mağazasına aid xarab olmuş meyvələrin silinməsini yoxlamadan və kontrol etmədən sistem üzərindən həyata keçirmiş, üst rəhbərinin (satış şöbə müdiri) dəfələrlə şifahi xəbərdarlıq etməsinə baxmayaraq işə təraşlı gəlməmiş, bununla da əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməmiş, özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini düzgün şəkildə yerinə yetirməmişdir. Cavabdeh MMC-nin 6T saylı xx.xx.2020-ci il tarixli intizam tənbehinin verilməsi haqqında əmrdən müəyyən olunur ki, Pərakəndə satış departamentinin 6-cı satış müdirliyində bölgə müdiri vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin pozmuş, İddiaçı öz izahatında qeyd etdiyi kimi əmək intizamına əməl etmədiyi və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) töhmət verilmiş, yerinə yetirdiyi vəzifəsinin icrasında əsaslı dönüş yaratması, belə halların təkrarlanacağı təqdirdə barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən daha ciddi tədbirlər görüləcəyi İddiaçı nəzərinə çatdırılmışdır. Əmrin verilməsinə əsas Pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyən E.S.Kərimovun xidməti məlumatı və işçinin izahatı olmuşdur. X11, X1 və X8 tərəfindən tərtib olunan 09 saylı xx.xx.2020-ci il tarixli aktından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə Pərakəndə satış departamentinin 6-cı satış müdirliyində bölgə müdiri vəzifəsində işləyən İddiaçı ona inzibati tənbeh verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 6T saylı əmri oxuyub tanış olsa da əmri imzalamaqdan imtina etmişdir. X3, X1 və X8 tərəfindən tərtib olunan 11 saylı xx.xx.2020-ci il tarixli aktdan müəyyən olunur ki, Pərakəndə satış departamentinin 6-cı satış müdirliyində bölgə müdiri vəzifəsində işləyən İddiaçı verilən tapşırıqları zamanında yerinə yetirməmiş, işçilərlə kobud davranaraq təhqir etmiş, bununla da özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı Cavabdeh MMC-nin direktoru X22 Tuzcuya ünvanladığı xx.xx.2020-ci tarixli izahatından müəyyən olunur ki, o, Sumqayıt ofisində satış müdiri Elnur Kərimovla, İnsan resursları əməkdaşı İzzət Kazımovla, idarə işlər müdiri Gündüz Əliyevlə görüşmüş, ona disiplinə cəlb olunacağı bildirilmiş və o, 3241 mağazasında son 1 ayda full kontrol edilməməsi, öncəki sayımda ürünlərin (məhsulun) sayla giriş edilib yoxlanılmaması, xx.xx.2020-ci il tarixdə check liste ürün sayları haqda yanlış məlumat verilməsi, verilən tapşırıqların zamanında edilməməsi, 3241 mağazasında öncəki sayımda əksik çox olduğundan şifahi şəkildə nəzarəti gücləndirmək tapşırılsa da nəzarətin zəif olması, mağaza müdirini təhqir etməsi iddiaları ilə razılaşmış, lakin 3400 mağazasında müdir müavini ilə düzgün olmayan münasibəti, rüşvət xarakterli əməllər ilə bağlı iddialarla razılaşmamışdır. Cavabdeh MMC-nin 5133 saylı xx.xx.2020-ci il tarixli əmrindən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək, işə başlama tarixi xx.xx.2020-ci il tarixi olmaqla ödənişsiz məzuniyyətə buraxılmışdır. X4 Cavabdeh MMC-nin direktoru X19 ünvanladığı xx.xx.2020-ci il tarixli xidməti məlumatından müəyyən olunur ki, o, Pərakəndə satış departamentinin 6-cı satış müdirliyində bölgə müdiri vəzifəsində işləyən İddiaçı, özünün də izahatında qeyd etdiyi kimi, vəzifəsini lazımi qaydada icra etmədiyini, əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədiyini bildirmiş və bu barədə tədbir görülməsini xahiş etmişdir. Cavabdeh MMC-nin 7T saylı xx.xx.2020-ci il tarixli intizam tənbehinin verilməsi haqqında əmrinin surətindən müəyyən olunur ki, Pərakəndə satış departamentinin 6-cı satış müdirliyində bölgə müdiri vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin tələbini pozmuş, İddiaçı öz izahatında qeyd etdiyi kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq) sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, yerinə yetirdiyi vəzifəsinin icrasında əsaslı dönüş yaratması, belə halların təkrarlanacağı təqdirdə barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən daha ciddi tədbirlər görüləcəyi İddiaçı nəzərinə çatdırılmışdır. Əmrin verilməsinə əsas Pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyən E.S.Kərimovun xidməti məlumatı və işçinin izahatı olmuşdur. X11, X1 və X8 tərəfindən tərtib olunan 10 saylı xx.xx.2020-ci il tarixli aktdan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə Pərakəndə satış departamentinin 6-cı satış müdirliyində bölgə müdiri vəzifəsində işləyən İddiaçı ona inzibati tənbeh verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli 7T saylı əmri oxuyub tanış olsa da, əmri imzalamaqdan imtina etmişdir. İddiaçı Cavabdeh MMC-nin direktoru X19 ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixində yazdığı öz hesabına məzuniyyət ərizəsinin ləğv edilməsini, xx.xx.2020-ci il tarixdə işə çıxması üçün təlimat verilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin 3865K saylı xx.xx.2020-ci il tarixli əmrindən müəyyən olunur ki, Pərakəndə satış departamenti 6-cı satış müdirliyinin bölgə müdiri vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. Əmrin verilməsinə əsas tərtib edilmiş protokol olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə işəgötürənin 3865K saylı xx.xx.2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı 2844 saylı xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilməsi, əmək kitabçasını və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini almaq üçün Cavabdeh MMC-nin Ziya Bünyadov pr., 20-84 ünvanında yerləşən Azersun Ticarət və Dağıtım ofisinin İR şöbəsinə gəlməsi bildirilmişdir. İddiaçı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, o, xx.xx.2018-ci il tarixli 64K nömrəli əmrlə Cavabdeh MMC-nin Pərakəndə satış departamentinə mağaza müdiri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixli 267K nömrəli əmrlə eyni departamentin 6-cı satış müdirliyinə bölgə müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə 3865K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onun əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-yə işə qəbul edilmiş, hal-hazırda Cavabdeh MMC-nin İnsan resursları üzrə aparıcı mütəxəssis vəzifəsində işləyir. İddiaçıla əmək müqaviləsinə xitam verildikdən sonra MMC-də işləməyə başladığından onun işdən azad olunması ilə bağlı hər hansı bir sənədin tərtib olunmasına iştirak etməmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-yə işə qəbul edilmiş, hal-hazırda Cavabdeh MMC-nin Pərakəndə satış departamentində mağaza müdiri vəzifəsində işləyir. Bir neçə ay əvvəl Cavabdeh MMC-nin Pərakəndə satış departamenti 6-cı satış müdirliyinin bölgə müdiri vəzifəsində işləyən İddiaçı ona şərəfsiz və vicdansız deməklə onu təhqir etdiyindən o, bu barədə Cavabdeh MMC-nin Parakəndə satış departamentinin satış müdiri X5 məlumat vermişdir. Araşdırma zamanı onun iş vaxtı işdə olmaması müəyyən edildiyindən ona töhmət verilmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdən Cavabdeh MMC-yə işə qəbul edilmiş, hal-hazırda MMC-də Heyətin idarə edilməsi bölməsində işəqəbul üzrə mütəxəssis vəzifəsində işləyir. Cavabdeh MMC-nin Pərakəndə satış departamenti 6-cı satış müdirliyinin bölgə müdiri vəzifəsində işləyən İddiaçı işə üzü tüklü gəldiyindən, verilmiş plana uyğun ziyarətlər etmədiyindən, mağazada lazımi kontrolu həyata keçirmədiyindən, 3400 mağazasına aid olan xarab olmuş meyvələrin silinməsini yoxlamadan və kontrol etmədən sistem üzərindən həyata keçirdiyindən ona intizam tənbehi verilmiş, daha sonra onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı verdiyi izahatlarında əməlini etiraf etmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdən Cavabdeh MMC-də işə qəbul edilmiş, hal-hazırda MMC-nin İnsan resursları üzrə bölmə rəisi vəzifəsində işləyir. Cavabdeh MMC-nin Pərakəndə satış departamenti 6-cı satış müdirliyinin bölgə müdiri vəzifəsində işləyən İddiaçı verilmiş plana uyğun ziyarətlər etmədiyindən, mağazada lazımi kontrolu həyata keçirmədiyindən, 3400 mağazasına aid olan xarab olmuş meyvələrin silinməsini yoxlamadan və kontrol etmədən sistem üzərindən həyata keçirdiyindən onunla bağlanan əmək müqaviləsinə MMC-nin direktorunun qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı verdiyi izahatlarında əməlini etiraf etmişdir. Tərtib olunan aktları imzalayarkən o, İddiaçı görməmiş, aktlar ona hazır vəziyyətdə imzalanmaq üçün təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MMC-nin Pərakəndə satış departamentinin 6-cı satış müdirliyinin bölgə müdiri vəzifəsində işləyən İddiaçı əmək intizamına əməl etmədiyi və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədiyi üçünCavabdeh MMC-nin 6T saylı xx.xx.2020-ci il tarixli əmri ilə töhmət, məzuniyyətdə olduğu müddət ərzində Cavabdeh MMC-nin 7T saylı xx.xx.2020-ci il tarixli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh MMC-nin 5133 saylı xx.xx.2020-ci il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, işə başlama tarixi xx.xx.2020-ci il tarixi olmaqla ödənişsiz məzuniyyətə buraxılmış, məzuniyyətdən qayıtdığı ilk iş günündə onunla bağlanan əmək müqaviləsinəCavabdeh MMC-nin 3865K saylı xx.xx.2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. İşə götürən əmrdə əmrin verilməsinə əsasın tərtib edilmiş protokol olmasını göstərsə də, məhkəmə iclasında cavabdehin nümyəndəsi R.Q.Quliyev belə protokolun olmadığını, əmrin verilməsinə əsasın iddiaçının əvvəllər verdiyi izahatlar, onun barəsində verilən məlumatlar olmasını bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 186-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Həmin Məcəllənin 189-cu maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddi hüquq normalarının tələblərindən müəyyən olunur ki, bir intizam xətasına görə işçiyə yalnız bir intizam tənbehinin verilməsi, intizam tənbehinin, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilməsi mümkündür. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, E.E. Zeynalovun əmək intizamına əməl etmədiyini və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədiyini müəyyən edən işəgötürən Cavabdeh MMC işçinin bu barədə müvafiq izahatlarını aldıqdan sonra özünün 6T saylı xx.xx.2020-ci il tarixli əmri ilə işçiyə töhmət, işçi məzuniyyətdə olduğu müddət ərzində 7T saylı xx.xx.2020-ci il tarixli əmri ilə işçiyə sonuncu xəbərdarlıqla şiddətli töhmət verdikdən sonra eyni intizam xətasına görə işçi ilə bağladığı əmək müqaviləsinə 3865K saylı xx.xx.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməklə əmək qanunvericiliyinin tələblərini pozduğundan iddia tələbləri əsaslıdır və ona görə də tam həcmdə təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 3865K saylı əmri ləğv edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən məcburi iş buraxma müddətinə görə əmək haqqı ödənilməklə Cavabdeh MMC-nin Pərakəndə satış departamentinin 6-cı satış müdirliyinin bölgə müdiri vəzifəsinə bərpa olunsun. Cavabdeh MMC-dən dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5460/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5460/2020
16.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - İşə bərpa - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver