Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7186/2025 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Ruhullayeva İradə Oruc qızının cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə (açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı Ruhullayeva İradə Oruc qızının, İddiaçı Ruhullayeva İradə Oruc qızının vəkili vəkil1, Cavabdeh cavabdeh2 Bakı şəhər Mədəniyyət Baş İdarəsinin cavabdeh1 nümayəndəsi (vəkili) vəkil2 iştirakı ilə, İddiaçı Ruhullayeva İradə Oruc qızının cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Ruhullayeva İradə Oruc qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına əlavə attestasiya vərəqəsindən görünür ki, Ruhullayeva İradə Oruc qızı Ağdam orta ixtisas musiqi məktəbində 1982-ci ildə fortepiano ixtisasını bitirmiş, ümumi əmək stajı 42 ildir. Attestasiya keçirilən zaman Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi olmuşdur. İş fəaliyyətinə uyğun hesab olunmayıb. 1 nəfər lehinə, 4 nəfər isə əleyhinə səs vermişdir. ##.##.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbi mediasiya sessiyasında iştirak etməmişdir. Ruhullayeva İradə Oruc qızı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Mediasiyanın tətbiqi barədə təklif ##.##.2025-ci il tarixdə göndərilmişdir. “AZEMİS”dən çıxarışdan və ##.##.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, Ruhullayeva İradə Oruc qızı Bakı şəhər Mədəniyyət Baş İdarəsində kitabxanaçı vəzifəsinə işə qəbul edilmişdir. X7 Xidməti Bakı şəhər İdarəsi X10 və digərlərinə ünvanlanan ##.##.2025-ci il tarixli məktubunda açağıdakılar qeyd edimişdir: “Sizin Bakı şəhər Mədəniyyət Baş İdarəsində əmək hüquqlarınızın pozulması və rəhbər şəxsin qəbulunda iştirak etmək barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığınız müraciətinizə tərəfimizdən yenidən baxılmışdır. Müraciətiniz ilə əlaqədar ətraflı məlumat verməyiniz, pozuntuların dəqiqləşdirilməsi və izahatınızın alınması məqsədi ilə DOST Mərkəzinə dəvət olunmağınız barədə ünvanınıza (ünvan 1) tərəfimizdən *-**-*/*-M*****/**** nömrəli ##.##.2025-ci il tarixli məktub göndərilmiş, Ruhullayeva İradə Oruc qızı əmək haqqı bank hesabından çıxarışını təqdim etmiş, lakin müraciətdə adları qeyd olunan digər şəxslər araşdırmaya izahatını və əmək haqqı barədə bank çıxarışını təqdim etməmişdir. İ.Ruhullayeva tərəfindən təqdim edilən əmək haqqı bank hesabından çıxarışdan ona sonuncu ödənişin sonuncu iş günü ##.##.2025-ci il tarixində 1367,37 manat məbləğində vəsaitin ödənildiyi müəyyən edilmiş, lakin sənədlər təqdim olunmadığından həmin vəsaitin qaununvericiliyin tələblərinə uyğun olaraq hesablanıb ödənilməsinə münasibət bildirmək mümkün olmamışdır. ****** nömrəli vəsiqənin surətindən görünür ki, 1990-cı il təvəllüdlü Nağızadə Mənejə İbrahim qızı II qrup əlildir. Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin attestasiya komissiyasının * nömrəli, ## #### 2025-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq, Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin ##.##.2024cü il tarixli ** nömrəli əmrinə əsasən həmin məktəbdə attestasiyanın keçirilməsi qərara alınmış, bu məqsədlə attestasiyanın keçirilməsi müddəti və qaydaları cari ilin başlanmasına qədər Bakı şəhər ** nömrəli Uşaq Musiqi Məktəbinin ##.##.2024-cü il tarixli ** nömrəli əmri ilə təsdiq edilərək, attestasiyanın başlanmasına 1 aydan çox qalmış attestasiyadan keçiriləcək işçilərin diqqətinə çatdırılmış, habelə məktəbin ##.##.2024-cü il tarixli ** nömrəli əmri əsasında attestasiyanın keçirilməsi üçün attestasiya komissiyası yaradılmışdır. Qeyd olunanlara əsasən məktəbin fortepiano müəllimi Ruhullayeva İradə Oruc qızı ##.##.2025-ci il tarixində attestasiyaya dəvət edilmişdir. Ruhullayeva İradə Oruc qızına tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar 8 ədəd sual verilmişdir. Ruhullayeva İradə Oruc qızı həmin suallardan 4 ədədinə cavab verə bilməmiş, 4 ədədinə qismən cavab vermişdir. Bununla yanaşı, Ruhullayeva İradə Oruc qızı praktiki biliklərinin yoxlanılması məqsədilə piano alətində verilən not nümunəsini üzdən oxunması təklif edilmiş, lakin Ruhullayeva İradə Oruc qızı həmin əsəri zəif ifa etmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli, ** nömrəli əmrdən görünür ki, Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin "Fortepiano müəllimi” vəzifəsində işləyən Ruhullayeva İradə Oruc qızının ## ##### 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi, Ruhullayeva İradə Oruc qızına qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Əmrin verilməsinə əsas Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin attestasiya komissiyasının ##.##.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və ##.##.2025-ci il tarixli * nömrəli protokol olmuşdur. ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Ruhullayeva İradə Oruc qızı ##.##.2007-ci ildə Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə müəllim və konsertmeyster təyin edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. ## ##### 2025-ci il tarixli aktın surətindən görünür ki, X11 - ** nömrəli Uşaq Musiqi Məktəbinin tədris işləri üzrə direktor müavini, X6 ** nömrəli Uşaq Musiqi Məktəbinin orkestr alətləri şöbəsinin müdiri, X4 ** nömrəli Uşaq Musiqi Məktəbinin nəzəriyyə şöbəsinin müdiri bu aktı tərtib edirlər ondan ötrü ki, ## #### 2025-ci il tarixində ** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının ## #### 2025-ci il tarixli qərarı ilə həmin məktəbin fortepiano müəllimi Ruhullayeva İradə Oruc qızına tutduğu vəzifəyə uyğun olmadığının qərara alınması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olub-olmadığına dair məlumatın təqdim edilməsi təklif edilmiş, lakin o, Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilmiş hallara malik olmasına dair məlumat verməkdən imtina etmişdir. Azərbaycan Milli Konservatoriyasının Fortepiano kafedrasının müdiri sən.üzrə f/d, dossent, Əməkdar müəllim N.Şahməmmədovanın mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhər ** nömrəli Uşaq Musiqi Məktəbinin “fortepiano” müəlliməsi Ruhullayeva İradə Oruc qızının təqdim etdiyi əsər “İ.Haydn-Sonata D” olmuşdur. İifa çox zəif idi (ölçüləri düz saymırdı, dinamik işarələr yox idi, ştrixlər düz deyildi, temp aşağı idi, pedaldan düzgün istifadə olunmurdu). Təhlil zəif idi, qismən doğru idi. “E dur-cis moll” qammalarını zəif ifa etdi, aksentlər düzgün deyildi. Üzdən oxu zəif idi. Sual: İ.Haydının yaradıcılığı haqqında nə danışa bilərsiz? (cavab verə bilmədi) Sual: Rondo forması nədir? (cavab verə bilmədi) Düzgün cavab: ABACA. Sual: Yavaş templər hansılardır? (cavab verə bilmədi) Düzgün cavab: Largo, adajio, andante, lento, largo, grave və s. Sual: Sonata üzərində şagirdlə işləyərkən nəyi öyrədirsiz? (cavab verə bilmədi) Düzgün cavab: 1-ci hissəekspozisiya, işləmə, repriza bölməsi. Nəticə: Verilən 4 sualdan heç birinə düzgün cavab verə bilmədi. Sonda: Attestasiya zamanı Ruhullayeva İradə Oruc qızına verilən suallar onun ixtisasına, peşəsinə uyğun idi. Ona verilən suallarda ayrı-seçkilik və qərəz müşahidə olunmur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Ruhullayeva İradə Oruc qızı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ** nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ruhullayeva İradə Oruc qızı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən verilmiş ##.##.2025-ci il tarixli ** nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ruhullayeva İradə Oruc qızı cavabdeh cavabdeh1 18 ilə yaxın fortepiano müəllimi işləmişdir, işlədiyi ixtisas üzrə ümumi iş stajı isə 43 il təşkil edir. ## #### 2025-ci il tarixdə cavabdeh1 Attestasiya komissiyasının qərarı ilə onun tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Qeyd edir ki, Attestasiya komissiyasında ona verilən suallar, eləcə də ona verilən tapşırıqlar tərəfindən tam dəqiq və yüksək professionallıqla icra edilsə də komissiya bunu nəzərə almamış və uzun müddət işlədiyi və yüksək təcrübəyə malik olduğu vəzifəsindən azad olunması barədə qərar qəbul edilmişdir. Daha sonra o, bu barədə məktəbin direktoru Nəzifə Əliyevaya etiraz bildirdikdə o, şikayətinə heç bir məhəl qoymayaraq ona ya öz ərizəsilə işdən çıxmalı, ya da, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çixarılacağını bildirmişdir. O, isə öz ərizəsilə deyil, 70-ci maddənin “c” bəndi ilə işdən əsassız yerə çıxarılmışdır. Amma o, Azərbaycan Respublikasının Qanunlarına və Məhkəmələrinin ədalətinə tam əmindir və inanır ki, pozulmuş hüquqları bərpa ediləcəkdir. Bundan əlavə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, sözügedən əmək mübahisəsinin sülh yolu ilə həlli ilə bağlı mediasiyaya müraciət etsə də, lakin cavabdeh mediasiya sessiyasına gəlməmiş və məsələnin məhkəmədənkənar həllinə cəhd etməmişdir. Hesab edir, cavabdeh təşkilat tərəfindən barəsində qəbul edilmiş işdən çıxarılma əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə ziddir və onun barəsində tətbiq olunmuş qərar ləğv edilməlidir. Əlavə olaraq qeyd etmək istəyir ki, onun işdən çıxarılması ailəsinin maddi cəhətdən təminatında ciddi problemlər yaratmışdır. Belə ki, o, tək ailə başçısıdır, 35 yaşında qızı 2-ci qrup əlilliklə işləmək qabilliyətindən məhrumdur və onun himayəsində yaşayır. Bəlkə də elə bu səbəbdəndir ki, onların şəxsi mənzili yoxdur və o, övladı ilə birlikdə kirayədə yaşayır. Cavabdeh Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin vəkili və nümayəndəsi vəkil2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia əsassızdır və bu səbəbdən rədd edilməlidir. İlk növbədə vurğulayır ki, İradə Ruhullayevanın ailə və maddi vəziyyətini nəzərə alaraq Bakı şəhər Mədəniyyət Baş İdarəsi onu işlə təmin etmişdir. Belə ki, İradə Ruhullayeva ##.##.2025-ci il tarixdə Nizami Rayon X16, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski 90 ünvanında yerləşən kitabxanada “kitabxanaçı - informasiya texnologiyaları üzrə mütəxəssis” vəzifəsinə işə qəbul edilmişdir və hazırda həmin vəzifədə çalışır. Ruhullayeva İradə Oruc qızı iddia ərizəsində attestasiya vaxtı ona verilən sual və tapşırıqları tam dəqiq və yüksək peşəkarlıqla icra etdiyini iddia etsə də, attestasiya vərəqində bunun tam əksi qeyd olunmuşdur. Belə ki, attestasiya vərəqindən görünür ki, İ.O.Ruhullayeva qammaları, Y.Haydn D dur sonatasını zəif ifa etmiş, Haydnın yaradıcılığına dair sualları cavablandıra bilməmiş, yavaş templəri qeyd edə bilməmiş, Rondo formasının nə olması barədə suala cavab verə bilməmiş, verilən nümunəni üzdən zəif ifa etmişdir. Sonda attestasiya komissiyasının 5 üzvündən 4-ü haqlı olaraq İradə Ruhullayevanın iş fəaliyyətinə uyğun olmaması qənaətinə gəlmişdir. Ardınca attestasiya komissiyası İ.O.Ruhullayevanın tutduğu vəzifəyə uyğun hesab edilməməsi barədə qərar qəbul etmişdir. Qeyd edilənlər attestasiya zamanı İradə Ruhullayevanın bilik və bacarıqlarının düzgün qiymətləndirildiyini və attestasiya komissiyasının düzgün və obyektiv qərar qəbul etdiyini təsdiq edir. Əlavə olaraq bildirir ki, İradə Ruhullayevanın attestasiya prosesinin videoyazısı aparılmışdır. Sözügedən videoyazı məktəbdə olmadığına görə onu məhkəməyə təqdim edə bilmirlər. Lakin məhkəmə cavabdeh2 sorğu verməklə həmin videoyazını əldə edə bilər. Sözügedən videoyazı İ.O.Ruhullayevanın attestasiya vaxtı ona verilən sualları düzgün cavablandırması və tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirməsi barədə iddiasının həqiqət olmadığını təsdiq edəcəkdir. Attestasiya zamanı ifa və cavablarının qənaətbəxş olmadığını bilən və attestasiya komissiyasının qərarını öyrənən İradə Ruhullayeva məktəbin direktoru Nəzifə Əliyevanın yanına gəlmiş və narahatlığını bildirmişdir. Nəzifə Əliyeva isə öz növbəsində müəllim həmkarının təəssübünü çəkmiş, onun attestasiya prosesində yaxşı nəticə göstərə bilməməsinə görə təəssüf etmiş, uzun illərin yoldaşlığını nəzərə alaraq kömək etmək niyyəti ilə İradə Ruhullayevaya öz xahişi ilə işdən çıxmasını təklif etmişdir ki, sonuncunun əmək kitabçasına arzu olunmaz qeyd yazılmasın. Lakin İradə X15 etmək istədiyini, onun vəziyyətini yaxşılaşdırmağa çalışdığını anlamamış və sonrasını düşünmədən öz ərizəsi ilə işdən çıxmaqdan imtina etmişdir. Nəticədə İ.O.Ruhullayevanın əmək müqaviləsi attestasiya komissiyasının qərarına əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndi ilə ləğv edilmişdir. İddia ərizəsində İradə Ruhullayeva öz ərizəsi ilə işdən çıxma barədə təklifi mənfi aspektdən təqdim etməyə çalışmaqla haqsızlıq etmiş, ona edilən səmimi köməyi heçə saymışdır. Hətta attestasiya prosesindən sonra ##.##.2025-ci il tarixdə Nəzifə Əliyeva İradə Ruhullayevanın maddi durumunun ağır olması və himayəsində 2-ci dərəcəli əlil övladı olması ilə əlaqədar minimal həftəlik dərs yükü ilə işləməsinə icazə verilməsi barədə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin hüquqşünasına “WhatsApp” ani mesajlaşma proqramı üzərindən müraciət də etmişdir. Məhz həmin müraciətin və rəhbərliyin humanist yanaşması ilə İradə Ruhullayeva digər işlə təmin edilmişdir. Mediasiya təklifi gələn ərəfədə İradə Ruhullayevaya digər işin təklif edilməsi istiqamətində çalışmalar davam etdirildiyinə və təklif ediləcək işdən İradə Ruhullayevanın razı qalacağı, mübahisəni məhkəməyə aparmayacağı gözlənildiyinə görə Nəzifə Əliyeva mediasiya prosesinə qatılmamışdır. İradə Ruhullayeva iddia ərizəsində himayəsində 35 yaşlı 2-ci qrup əlil qızının olmasını göstərsə də buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən isə İradə Ruhullayevanın himayəsində 2-ci qrup əlil qızının olması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsi ilə müəyyən edilən işəgötürən tərəfindən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin qadağan edildiyi hala aid deyil. Belə ki, həmin maddədə öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərdən bəhs edilir. 2-ci qrup əlillik isə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasını nəzərdə tutur. Eyni zamanda vurğulayır ki, əmək müqaviləsinə xitam verilməsi ərəfəsində İradə Ruhullayevaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən halların olması barədə məlumat verməsi təklif edilmiş və o, sözügedən məlumatları təqdim etməkdən imtina etdikdə bu barədə ## ##### 2025ci il tarixli akt tərtib edilmişdir. Beləliklə də, əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbinə də tam riayət edilmişdir. Bildirir ki, hazırki mübahisə üzrə iddiaçı İradə Ruhullayeva Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür. Belə ki, ilkin mediasiya sessiyası üçün ərizədən görünür ki, İradə Ruhullayeva Bakı ** saylı Mediasiya təşkilatına ##.##.2025-ci il tarixdə müraciət etmişdir, yəni əmək müqaviləsinə xitam verildiyi tarixdən-##.##.2025-ci il tarixdən 23 gün sonra. Mediasiya prosesinin başlaması ilə "Mediasiya haqqında" Qanunun 35.1-ci maddəsinə əsasən iddia müddətinin axımı dayandırılmışdır. İlkin mediasiya sessiyasında (IMS) iştirak edilməməsi barədə MŞB/**/****-***** nömrəli, ##.##.2025-ci il tarixli arayışın tərtib edilməsi ilə mediasiya prosesi başa çatmış və "Mediasiya haqqında" Qanunun 35.2-ci maddəsinə əsasən iddia müddətinin axımı bərpa olunmuşdur. ##.##.2025-ci il tarixdən 20 gün sonra - ##.##.2025-ci il tarixdə İradə Ruhullayeva iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, halbuki mediasiya prosesi başa çatdıqdan sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün İradə Ruhullayevanm 7 gün müddəti qalmışdır. Beləliklə də, iddia ərizəsi iddia müddəti bitdikdən 13 gün sonra verilmişdir, bir sözlə iddia müddəti keçmişdir. Cavabdeh Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin vəkili və nümayəndəsi vəkil2 iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ruhullayeva İradə Oruc qızı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, 43 il iş təcrübəsi var. Məktəb özü onu Fəxri Fərmanla təltif edib, ona təşəkkür məktubları ünvanlanıb. Şagirdləri müxtəlif müsabiqələrdə yaxşı nəticələr əldə edib və diplomlar, fərmanlar alıblar. Ona qarşı haqsızlıq oldu, hamısı birdən suallar verirdi, yan otaqdan fortepiano səsi gəlirdi. Gərgin ortam olduğu üçün təzyiqi qalxmışdı. O, kitabxanaçı deyil, fortepiano müəllimidir, ona görə öz ixtisası üzrə işləmək istəyir. Himayəsində 2-ci qrup əlil qızı var, maddi durumu yaxşı deyil, kirayədə yaşayır. Ona görə və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Ruhullayeva İradə Oruc qızının vəkili və nümayəndəsi vəkil3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin vəkili və nümayəndəsi vəkil2 etirazda qeyd edilənləri müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdeh cavabdeh2 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı Ruhullayeva İradə Oruc qızının cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi, məhkəmə xərclərinə aid olan dövlət rüsumunun dövlət büdcəsinə aid edilməsi və 21 saat hüquqi yardım göstərdiyi üçün Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili vəkil3 231 (iki yüz otuz bir) manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Ruhullayeva İradə Oruc qızı ##.##.2025-ci il tarixli əmrlə işdən azad edildikdən sonra fərdi əmək mübahisəsinin həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmiş və ## ### 2025-ci il tarixdə Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinə təklif göndərilmişdir. Ruhullayeva İradə Oruc qızı ##.##.2025-ci il tarixdə mediasiya üçün müraciət etmişdir. ## ### 2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Ruhullayeva İradə Oruc qızı ##.##.2007-ci ildə Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. ## #### 2025-ci il tarixdə Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin işçilərinin attestasiyası keçirilmiş və iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli, ** nömrəli əmri ilə Ruhullayeva İradə Oruc qızı ## ##### 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin ##.##.2025-ci il tarixli, ** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini və əvvəlki iş yerində fortepiano ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsini məhkəmədən xahiş edir. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırki mülki iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Əmək qanunvericiliyinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilə bilər. Həmin normanın “qeyd” hissəsinə əsasən 70-ci maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdeh tərəfindən attestasiya komissiyasının təşkili qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilmiş, iddiaçı tərəfindən isə bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının attestasiya zamanı ona qarşı qərəzli münasibət göstərilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə sorğusu əsasında Mədəniyyət Nazirliyindən daxil olmuş diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilərkən iddiaçıya hər hansı bir qərəzin olması müəyyən edilməmiş, verilmiş sualların cavablandırılması üçün şərait yaradılmasına baxmayaraq iddiaçı sualları cavablandıra bilməmişdir. Bundan əlavə iddiaçı sualları cavablandıra bilməməsini həyacanlı olması, səhhətinin pisləşməsi ilə bağlı olduğunu bildirmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının işdən çıxması ilə bağlı əmrin qanuniliyi şübhə doğurmur və iddia tələbinin hüquqi əsası öz təsdiqini tapmır. Məhkəmə iclasında iddiaçı bildirdi ki, ona qarşı haqsızlıq oldu hamısı birdən suallar verirdi, yan otaqdan fortepiano səsi gəlirdi. Gərgin ortam olduğu üçün təzyiqi qalxmışdı. Lakin məhkəmə qeyd edir ki, bu hallar attestasiyanın qanunsuz keçirilməsinə və iddiaçıya qarşı qərəzli münasibət göstərilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilmişdir. Məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq nəzəri suallar verilmiş, həmçinin fortepianoda ifa etməsi bildirilmişdir, lakin iddiaçı tərəfindən suallara verilən cavablar və əsərlərin ifa olunması komissiya üzvlərini qane etməmişdir, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Məhkəmə iclasında keçirilmiş attestasiyanın video görüntüsünə baxış keçirilmiş və attestasiya vərəqəsində qeyd olunanlar öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı, əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslarından biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə ##.##.2025-ci il tarixli əmri qanuni olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1ci bəndinə əsasən, öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə qeyd edir ki, iddiaçının himayəsində əlil övladı olsa da o, artıq yetkinlik yaşına çatmışdır. Həmçinin yuxarıda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən 2-ci qrup əlillərin orqanizmin funksiyalarının pozulması 61-80 faiz müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının bu halı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşmür. Bundan əlavə iddiaçı öz razılığı ilə ##.##.2025-ci il tarixdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsində kitabxanaçı - informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir və hazırda həmin vəzifədə çalışır. Məhkəmə iddiaçının “məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, tələb törəmə tələbdir. İddiaçının işə bərpa edilməsi və bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddia tələbi təmin edilmədiyindən törəmə tələb də təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 65, 66, 68, 79.1, 83.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.2ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə, “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.1, 3.1.1, 3.1.2, 3.1.3-cü bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ## ##### 2025-ci il tarixli, *** saylı Qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı Ruhullayeva İradə Oruc qızı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ruhullayeva İradə Oruc qızı cavabdeh Nizami rayonu ** nömrəli Usaq Musiqi Məktəbində 18 ilə yaxin fortepiano müəllimi işləmişdir, işlədiyi ixtisas üzrə ümumi is stajı isə 43 il təşkil edir. ## #### 2025-ci il tarixdə Nizami rayonu ** nömrəli Usaq Musiqi Məktəbinin Attestasiya komissiyasının qərarı ilə onun tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Qeyd edir ki, Attestasiya komissiyasında ona verilən suallar da ona verilən tapşırIqlar tərəfindən tam dəqiq və yüksək professionallıqla icra edilsə də komissiya bunu nəzərə almamış ve uzun müddət işlədiyi və yüksək təcrübəyə malik olduğu vəzifəsindən azad olunmağı barədə qərar qəbul edilmişdir. Daha sonra bu baradə məktəbin direktoru Nəzifə Əliyevaya etiraz bildirdikdə o, şikayətinə heç bir məhəl qoymamış və ona ya öz ərizəsilə işdən çıxmalı, ya da, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çixarılacağını bildirmişdir. O, isə öz ərizəsilə deyil, 70-ci maddənin "c" bəndi ilə işdən əsassız yerə çıxarılmışdır. Amma o, Azərbaycan Respublikasının Qanunlarına və məhkəmələrinin ədalətinə tam əmindir ve inanır ki, pozulmuş hüquqları bərpa ediləcəkdir. Bundan əlavə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, sözügedən əmək mübahisəsinin sülh yolu ilə həlli ilə bağlı mediasiyaya müraciət etsə də, lakin cavabdeh mediasiya sessiyasına gəlməmiş və məsələnin məhkəmədən kənar həllinə cəhd etməmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən barəsində qəbul edilmiş işdən çıxarılma əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə ziddir və onun barəsində tətbiq olunmuş qərar ləğv edilməlidir, əlavə olaraq qeyd etmək istəyir ki, işdən çıxarılması ailəsinin maddi cəhətdən təminatında ciddi problemlər yaratmışdır, ailə başçısıdır, 35 yaşında qızı 2-ci grup əlilliklə fəaliyyət qabiliyyətsizdir. Buna baxmayaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il ## ###### tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il ## ###### tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il ## #### tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o, cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Ona görə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin, ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Bakı şəhər ** nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, o, iddiaçı Ruhullayeva İradə Oruc qızının apellyasiya şikayətində qeyd edilənlərlə razılaşmır və aşağıdakıları bildirməklə etiraz edir. İddiaçının işlə təmin edilməsi ilə əlaqədar ilk növbədə qeyd edirik ki, İradə Ruhullayevanın ailə və maddi vəziyyəti nəzərə alınaraq Bakı şəhər Mədəniyyət Baş İdarəsi onu işlə təmin etmişdir. Belə ki, İradə Ruhullayeva ##.##.2025-ci il tarixdə Nizami rayon X16, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski 90 ünvanında yerləşən kitabxanada kitabxanaçı - informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir və hazırda həmin vəzifədə çalışır. Attestasiya zamanı verilən sual və tapşırıqların cavablandırılması ilə əlaqədar Ruhullayeva İradə Oruc qızı apelyasiya şikayətində attestasiya vaxtı ona verilən sual və tapşırıqları tam dəqiq və yüksək peşəkarlıqla icra etdiyini iddia etsə də, attestasiya vərəqində bunun tam əksi qeyd olunmuşdur. Belə ki, attestasiya vərəqindən görünür ki, İ.O.Ruhullayeva qammaları, Y.Haydn D dur sonatasını zəif ifa etmiş, Haydnın yaradıcılığına dair sualları cavablandıra bilməmiş, yavaş templəri qeyd edə bilməmiş, Rondo formasının nə olması barədə suala cavab verə bilməmiş, verilən nümunəni üzdən zəif ifa etmişdir. Sonda attestasiya komissiyasının 5 üzvündən 4-ü haqlı olaraq İradə Ruhullayevanın iş fəaliyyətinə uyğun olmaması qənaətinə gəlmişdir. Ardınca attestasiya komissiyası İ.O.Ruhullayevanın tutduğu vəzifəyə uyğun hesab edilməməsi barədə qərar qəbul etmişdir. Qeyd edilənlər attestasiya zamanı İradə Ruhullayevanın bilik və bacarıqlarının düzgün qiymətləndirildiyini və attestasiya komissiyasının düzgün və obyektiv qərar qəbul etdiyini təsdiq edir. Əlavə edir ki, attestasiya olunan bütün müəllimlər, o cümlədən İradə Ruhullayeva ifa ediləcək əsərləri öncədən bilmişlər. Yəni ifa edilən əsərləri attestasiya komissiyası üzvləri bilavasitə attestasiya zamanı seçməmişlər, müəllimlər attestasiya prosesi zamanı hansı əsəri ifa edəcəklərini öncədən bildiklərinə görə hazırlaşmaq üçün kifayət qədər zamanları olmuşdur. İradə Ruhullayevanın öncədən bilə-bilə əsəri zəif ifa etməsi onun attestasiya prosesinə laqeyd və başdansovdu yanaşmasını gündəmə gətirir, həmçinin buna görə məsuliyyəti özü daşıyır. Belə ki, kifayət qədər zaman olduğu halda əsəri mükəmməl ifa etmək üçün daha yaxşı hazırlaşmaq olardı. Bütün attestasiya olunan müəllimlərin, o, cümlədən İradə Ruhullayevanın attestasiya prosesinin videoyazısı aparılmışdır. İş materiallarına əlavə edilmiş sözügedən videoyazı İ.O.Ruhullayevanın attestasiya vaxtı ona verilən sualları düzgün cavablandırması və tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirməsi barədə iddiasının həqiqət olmadığını təsdiq edir. Öz ərizəsi ilə işdən çıxma təklifi ilə əlaqədar. Attestasiya zamanı ifa və cavablarının qənaətbəxş olmadığını bilən və attestasiya komissiyasının qərarını öyrənən İradə Ruhullayeva məktəbin direktoru Nəzifə Əliyevanın yanına gəlmiş və narahatlığını bildirmişdir. Nəzifə Əliyeva isə öz növbəsində müəllim həmkarının təəssübünü çəkmiş, onun attestasiya prosesində yaxşı nəticə göstərə bilməməsinə görə təəssüf etmiş, uzun illərin yoldaşlığını nəzərə alaraq kömək etmək niyyəti ilə İradə Ruhullayevaya öz xahişi ilə işdən çıxmasını təklif etmişdir ki, sonuncunun əmək kitabçasına arzuolunmaz qeyd yazılmasın. Lakin İradə X15 etmək istədiyini, onun vəziyyətini yaxşılaşdırmağa çalışdığını anlamamış və sonrasını düşünmədən öz ərizəsi ilə işdən çıxmaqdan imtina etmişdir. Nəticədə İ.O.Ruhullayevanın əmək müqaviləsi attestasiya komissiyasının qərarına əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndi ilə ləğv edilmişdir. Apellyasiya şikayətində İradə Ruhullayeva öz ərizəsi ilə işdən çıxma barədə təklifi mənfi aspektdən təqdim etməyə çalışmaqla haqsızlıq etmiş, ona edilən səmimi köməyi saymışdır. Hətta attestasiya prosesindən sonra ##.##.2025-ci il tarixdə Nəzifə Əliyeva İradə Ruhullayevanm maddi durumunun ağır olması və himayəsində 2-ci dərəcəli əlil övladı olması ilə əlaqədar minimal həftəlik dərs yükü ilə işləməsinə icazə verilməsi barədə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin hüquqşünasına “WhatsApp” ani mesajlaşma proqramı üzərindən müraciət də etmişdir. Məhz həmin müraciətin və rəhbərliyin humanist yanaşması ilə İradə Ruhullayeva digər işlə təmin edilmişdir. Mediasiya təklifi gələn ərəfədə İradə Ruhullayevaya digər işin təklif edilməsi istiqamətində çalışmalar davam etdirildiyinə və təklif ediləcək işdən İradə Ruhullayevanın razı qalacağı, mübahisəni məhkəməyə aparmayacağı gözlənildiyinə görə Nəzifə Əliyeva mediasiya prosesinə qatılmamışdır. Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbi ilə əlaqədar. "Əlilliyin müəyyən olunması meyarları"nın təsdiq edilməsi və "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na görə İradə Ruhullayevanın himayəsində 2-ci qrup əlil qızının olması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsi ilə müəyyən edilən işəgötürən tərəfindən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin qadağan edildiyi hala aid deyildir. Belə ki, həmin maddədə öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərdən bəhs edilir. 2-ci qrup əlillik isə "Əlilliyin müəyyən olunması meyarları"nın 3.1.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 61-80 faiz pozulmasını nəzərdə tutur. Eyni zamanda vurğulanır ki, əmək müqaviləsinə xitam verilməsi ərəfəsində İradə Ruhullayevaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən halların olması barədə məlumat verməsi təklif edilmiş və o, sözügedən məlumatları təqdim etməkdən imtina etdikdə bu barədə ## ##### 2025-ci il tarixli akt tərtib edilmişdir. Beləliklə də, əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbinə də tam riayət edilmişdir. İradə Ruhullayeva apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin tələblərinin pozulduğunu bildirsə də, buna dair dəlillərini gətirə bilməmişdir. Halbuki, İradə Ruhullayeva birinci instansiya məhkəməsində icraat zamanı vəsatətlər vermiş, dövlət hesabına vəkillə təmin edilmiş və ixtisaslı hüquqi yardım almış, məhkəməyə subutlar təqdim etmiş, sübutların tədqiqatında iştirak etmiş, hər məsələyə dair öz mülahizəsini bildirmiş, məhkəmə araşdırması zamanı qarşı tərəfə suallar vermiş və cavablar almışdır. Sadalananlar çəkişmə prinsipinin tələblərinə riayət olunduğunu göstərir. İddia müddətinin ötürülməsi ilə əlaqədar. Bildirir ki, hazırki mübahisə üzrə iddiaçı İradə Ruhullayeva Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür. Belə ki, ilkin mediasiya sessiyası üçün ərizədən görünür ki, İradə Ruhullayeva Bakı ** saylı Mediasiya təşkilatına ##.##.2025-ci il tarixdə müraciət etmişdir, yəni əmək müqaviləsinə xitam verildiyi tarixdən - ##.##.2025-ci il tarixdən 23 gün sonra. Mediasiya prosesinin başlaması ilə "Mediasiya haqqında" Qanunun 35.1-ci maddəsinə əsasən iddia müddətinin axımı dayandırılmışdır. İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/**/****-***** nömrəli, ##.##.2025-ci il tarixli arayışın tərtib edilməsi ilə mediasiya prosesi başa çatmış və "Mediasiya haqqında" Qanunun 35.2-ci maddəsinə əsasən iddia müddətinin axımı bərpa olunmuşdur. ##.##.2025-ci il tarixdən 20 gün sonra - ##.##.2025-ci il tarixdə İradə Ruhullayeva iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, halbuki mediasiya prosesi başa çatdıqdan sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün İradə Ruhullayevanm 7 gün müddəti qalmışdır. Beləliklə də, iddia ərizəsi iddia müddəti bitdikdən 13 gün sonra verilmişdir, bir sözlə, iddia müddəti keçmişdir. Birinci instansiya məhkəməsində hazırlıq mərhələsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə uyğun olaraq iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edilsə də, məhkəmə iddia müddətinin ötürülmədiyi qənaətinə gələrək iddia müddətini tətbiq etməmişdir. Ona görə də Ruhullayeva İradə Oruc qızının apellyasiya şikayətini təmin etmədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişilmədən saxlanılması xahiş olunur. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı Ruhullayeva İradə Oruc qızı apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, hal-hazırda kitabxanaçı kimi i ləyir. Göstərildiyi kimi 43 ildir müəllimə i ləyir, bunun üzərinə 11 illik musiqi təhsilini də gəlsə 54 ildir bu sahədə qanı-canı yorulub və qocalıb. 54 il yarım əsr deməkdir. Onun 63 ya ı olduğu, yəni 60 ya dan yuxarı olduğu halda attestasiyaya cəlb olunmağını doğru hesab etmir. Çünki təcrübə yığmı müəllim kimi həm də o, özü həmin məktəbə müəllimə hazırlamı dır. Yenə də öz proqramını çalıb ifa etmi dir. Orada ona 6-7 sual verilmiş, o suallara cavab vermiş, hardasa 1-2 sual ola bilsin ki, orada ça dırıcı vəziyyətdə olduğundan, belə ki, o, kamera görüntülərinə də baxıb, ona 3 sualı ardıcıl vermişlər. O, həmin videonu çox izləyib, bir yerdə 2 sualı, bir yerdə isə 3 sualı ardıcıl veriblər. Sual verir, o, sualdan sonra insan diqqətini cəlb edir ki, cavab versin, ardıcıl yeni sual verilir, ça dırılır, sonra yenidən deyilir ki, davam elə bunu o, kamera görüntüsündə görməyib. Ona deyilib ki, “X2” həyat və yaradıcılığını danı sın. Sonra deyir ki, yox fortepianodan danı . O, hansına cavab verməlidir? Oda cavab verib, yenə deyir fikri dola ır, fortepianodan danı ır, sonra nəticə belə olur ki, “Haydnin” həyat və yaradıcılığından danı malıdır. O, həmin bəstəkarın əsərini ifa etdiyi halda həmin əsəri o, birinci kursda oxuyanda onu özü ifa etmi dir. “Haydnin” sonatasını o, neçə şagirdə öyrətmi dir, “5” qiyməti alıbdır. Onlar kursa təlimə göndəriliblər, orada da ba qa bir eylər - məntiq, dünya görü ündən danı ıblar. Onlar ondan imtahana salmadılar, o, imtahanda əzbər ifa etmi dir. 67 ya lı Aliyə müəllimə ona deyir ki, onu niyə kəsiblər? trixlərə qədər hər bir eyi doğru eləyib. Bilmədiyini demişdir. Kimlər kəsilməlidir, o, müsahibə də vermi dir. Cavab verdiyi sual üçün cavab verə bilmədi yazıblar. “Romb” qısa, konkret deməkdir. Musiqiçilər bilir ki, burada artıq olmasına ehtiyac yoxdur. Geni istəyirdilərsə ona geni formada ifa et deyə bilərdilər. O, da o, formada ifa edərdi. Hamıya o, qədər sual verirdilər, ona niyə ancaq 6-7 sual verildi? O, gedi atdan anlayıb ki, bu imtahandan kəsilməlidir. Eyni qayda digər müəllimlərdə də oldu, bir gündə 700 müəllim kəsildi. Bir neçə gündən sonra həmin saylar yava -yava a ağı dü dü, bilmir niyə görə belə oldu. Attestasiya qərəzli keçirilib, 2 suala cavab vermədisə onun i ini ara dırmadan necə i fəaliyyətinə son qoya bilinər? Bəs o, 54 ildir nə ilə mə ğul olmu dur? O, 54 ildir musiqi pe əsinə aid ola bilmədi, gəldi, kitabxanaçı pe əsinə aid oldu. Guya bu düzgün qərardır? Bəs onun 43 illik fəaliyyətində heç bir töhmət, xəbərdarlıq, mənfi cəhət yoxdur, əksinə ona fəxri fərman verilmi dir. Onu azad edən müdiri istəyərdi ki, gəlib onun üzünə desin ki, o, necə i çi olmu dur, o, qədər məsuliyyətli olmu dur ki, müəllimlər tətillərdə hardasa dincələndə o, məktəbdə olmu dur. Nəzifə xanım özü ona tə əkkürnamə verib, sənədlərinin içərisində var, Ə.Hüseynovanın 100 illiyinə həsr olunmu respublika müsabiqəsində agirdlərinin çıxı ına görə tə əkkürnamə verilib. O, fortepiano ixtisas müəlliməsi olmaqla yana ı mü ayiət üzrə çox gözəl agirdlər hazırlayıb. Himayəsində olan övladı 1990-cı il təvəllüddür, heç bir i qabiliyyəti yoxdur, u aqlıqdan əlildir, ümumi xəstədir, travma almı dır, serebral iflic deyirlər, yerimək, danı maq qabiliyyəti yoxdur. O, bütün varını, yoxunu, qazancını o, u ağı ayaqüstə qaldırmaq üçün xərcləyib, 1990-cı ildən, doğulduğu gündən o, həkimlərdədir, ona görə də, o, bugünki gündə kirayələrdə ya ayır. O, 2 suala cavab verə bilmədisə, orada 7-8 sual qoyulmu du, onun praktikasına aid ba qa suallar verilə bilərdilər. Mü ayiətçini ifasına görə, nəzəriyyəçini nəzəri biliyinə görə yoxlayırlar, o, ixtisas müəlliməsidir, pedaqoqluq praktikası var, təcrübəsindən sual verə bilərdilər, əl qoyuluşundan tutmuş bir çox sual verə bilərdilər. Nəzəriyyə ba qa, nəzəri suallar ba qa eydir. Kitabxanaçı kimi 400 manat əmək haqqı alır, müəllimə kimi işləyəndə 1100 manat əmək haqqı alırdı. İş yerinin haqqında yazmışdı, indi yadından çıxıb, Nizami rayonunda yerləşir. İndi 64 yaşı var, dekabrda 63 yaşı oldu. 54 illik stajı olan müəllimənin fəaliyyəti hansı əsasla yoxlanıla bilər? O, ömrünü həyatını bu sahəyə vermişdir. O, qədər materialı iki aya necə oxuyub çatdırmaq olar, axı onların dərsləridə olur, tələbələrə dərslər keçirilir. Verilən mütəxəssis rəyi ilə razı deyildir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ruhullayeva İradə Oruc qızının vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, İradə xanım 30 ildən artıq musiqi sahəsi ilə mə ğul olmu dur. Onun praktika nəzəriyyəsi kifayət qədər zəngin olub. Attestasiyaların mütəmadi olaraq keçirilməməsi, hətta sonuncu dəfə hansı attestasiyanın keçirilməsi barədə məlumatları yox idi. 40 ildən artıq təcrübəni 2 ay müddətinə sığı dırıblar, deyiblər ki, sizə 2 aydan, 3 aydan sonra attestasiya keçirəcəyik. Bundan ba qa qeyd etmək istəyir ki, iddiaçının himayəsində serebral iflic vəziyyətdə olan qız övladı var. Hazırda onun səhhətindəki problemler gündən-günə kəskinlə məyə doğru gedir. Həmin əxs birinci qrup əlildir. Hesab edir ki, əmək münasibətləri çərçivəsində iddiaçının öhdəliyində 1-ci qrup əlilliyi olan şəxsin olması nəzərə alınmalı idi. İddiaçının qızı əslində birinci qrup əlildir, sənədlə mədə ikinci qrup yazılıb, onlar bu barədə birinci qrupa dəyi məsi ilə bağlı müraciət ediblər. Hesab edir ki, apellyasiya şikayəti tam əsaslıdır və təmin edilməlidir. İddiaçının hazırki əmək haqqı 400 manatdır, kirayə qaldığı mənzil isə 350 manatdır, lazım olsa kirayə müqaviləsini təqdim edə bilərlər. İddiaçı özü ilə bərabər iki nəfər ailə üzvüdür, həyat yoldaşı yoxdur, təkdir. İddiaçının övladı ikinci qrup əlildir. İddiaçının hazırda aldığı əmək haqqı məbləği əvvəlki əmək haqqı məbləğindən 3 dəfə azdır. Mütəxəssis rəyi Azərbaycan Milli Konservatoriyasının fortepiano sahəsi mütəxəssisi tərəfindən verilib. Hesab edir ki, İradə Ruhullayevanın ifasına baxış keçirilməsi və bu istiqamətdə mütəxəssis rəyinin verilməsi məhz həmin rəyin verilməsi sahəsi üzrə püxtələşmiş özəl sahədə fəaliyyət göstərən fortepiano mütəxəssisi tərəfindən verilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 Bakı şəhər Mədəniyyət Baş İdarəsinin cavabdeh1 nümayəndəsi (vəkili) vəkil2 apellyasiya ikayətinə etiraz edib izahatında göstərmişdir ki, qar ı tərəf bildirir ki, 60 ya üzərində olduğuna görə attestasiya olunmamalıdır. Ancaq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində belə bir hal yoxdur. Ona görə də, iddiaçı attestasiya olunan əxslər içərisində olmu dur. Attestasiya attestasiya proqramı çərçivəsində aparılmı dır. İddiaçı bildirir ki, ona təcrübəsinə aid suallar verilə bilərdi amma attestasiya proqramı əvvəlcədən bütün müəllimlərə, o, cümlədən İradə xanıma təqdim olunub. İfa etdikləri əsərləri müəllimlər özləri öncədən seçirlər. Attestasiya komissiyası müəllimlərə sürpriz bir əsər ifa etməyi təklif etmir. İfanın zəif olması onu göstərir ki, İradə xanım attestasiya prosesinə qeyri-ciddi yana ıb. Səsləndirilən suallardan biri ilə bağlı hansı ki, bu birinci instansiya məhkəməsində də müzakirə olunmu du, sual verildi ki, romb forması nədir. İradə xanım cavabında dairə bildirdi. Dairə yol hərəkətində də, həndəsədə də var. Dairə cavabını attestasiya komissiyası qəbul etmir. Gözləyirlər ki, bir az daha dərinə gedərək açıqlama versin ki, dairə dedikdə nəyi nəzərdə tutur. Dairə musiqidə eyni hissələrin təkrarlanması deməkdir. İradə xanımdan bu cavab gözlənilib, o, isə bunu deməyib. Daha sonra əlilliklə bağlı demək istəyir ki, iddiaçının himayəsində olan əxs ikinci qrup əlildir, bununla bağlı sənədlər məhkəməyə təqdim edilmi dir. Eyni zamanda əlavə edir ki, i çinin i dən azad olunması məsələsinə baxılarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin “c” bəndi ilə i dən azadolma üçün hallar varsa təqdim etsin, heç bir məlumat təqdim etməyib və ikinci qrup əlillik həmin maddədə nəzərdə tutulmayıb, birinci qrup əlillik nəzərdə tutulub. Eyni zamanda əlilliyin müəyyən olunmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında da var ki, sağlamlığın 61-80% pozulması ikinci qrup, 81-100% pozulması isə birinci qrup əlillikdir. Eyni zamanda iddiaçı i lə təmin edilib. Belə ki, rəhbərliyə məlum olub ki, İradə xanımın həqiqətən maddi ehtiyacı var, çətin durumdadır, ona kitabxanaçılıq vəzifəsi təklif edilib, özünün də etiraf etdiyi kimi hal-hazırda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində olan başqa bir qurumda kitabxanaçı kimi çalışır. Ən mühüm məsəllərdən biri də iddia müddətinin ötürülməsi ilə bağlıdır. İddia müddəti # ##### 2025-ci ildən hesablanır. Əmr 2 apreldə verilib, işdən azad olunma tarixi isə 7 apreldir, əmrdə qeyd olunub ki, iddiaçı 7 apreldə işdən azad edilsin. 7 apreldən 23 gün sonra, yəni 30 apreldə iddiaçı mediasiyaya müraciət edib. Ondan sonra mediasiya prosesi başlayıb ## ### 2025-ci ildə mediasiya prosesi bitib. ## ### 2025-ci ildən iddia müddətinin axımı davam edib. İradə xanım isə məhkəməyə 18 iyunda müraciət edib. Yəni iddia müddəti bitdikdən 13 gün sonra məhkəməyə müraciət edib. Onlar iddia müddətinin ötürülməsi barədə məhkəməyə ərizə versələr də məhkəmə isə iddia müddətinin ötürülmədiyini hesab edib. Mütəxəssis rəyi də verilib, iddia tərəfini qane etmədiyi üçün narazılıqlarını bildirirlər. Mütəxəssis rəyi iş materiallarına əlavə olunmalıdır. İş üzrə cavabdeh cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdehin nümayənədəsi məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. III. Heç kəs zorla işlədilə bilməz. IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 11.
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;
2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 12.
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 46. 1.Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Maddə 64.
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir.
2. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.
3. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. Maddə 65.
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 6.Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.
7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
8. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. Maddə 66. Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər;.... Maddə 67.
1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər.
2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; Maddə 79
1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Maddə 379.4. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.1. barışıq sazişinin imzalandığı gündən; 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları Bənd 2.1. Attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. Bənd 2.4. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Bənd 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81- 100 faiz. 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz. 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia tələbi təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, dəlilləri əsassız olan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı mülki işdən müəyyən olunur ki, iddiaçı Ruhullayeva İradə Oruc qızı ##.##.2007-ci ildə Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmiş, ## #### 2025-ci il tarixində Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin işçilərinin attestasiyası keçirilmiş və iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli, ** nömrəli əmri ilə Ruhullayeva İradə Oruc qızı ##.##.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçı öz razılığı ilə ##.##.2025ci il tarixdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsində kitabxanaçı - informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və hazırda həmin vəzifədə çalışır. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçının himayəsində olan yetkinlik yaşına çatan əlil övladının orqanizmin funksiyalarının pozulması 61-80 faiz müəyyən edilməklə ona 2-ci qrup əlillik təyin edilmişdir. Araşdırma zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı Ruhullayeva İradə Oruc qızı ##.##.2025-ci il tarixli əmrlə ##.##.2025-ci il tarixdən işdən azad edildikdən sonra fərdi əmək mübahisəsinin həll edilməsi üçün ##.##.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, ##.##.2025-ci il tarixdə Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinə təklif göndərilmişdir. İddiaçıya ##.##.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş və iddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə də, iddia müddətinin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam etdiyindən, müddətin qalan hissəsi altı aya qədər, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadıldığından iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılan araşdırma zamanı apellyatorun şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən attestasiyanın keçirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilmiş, iddiaçıya qarşı hər hansı bir qərəzə, ayrıseçkiliyə yol verilməmişdir. Apellyatorun şikayətinin dəlillərinin yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən mütəxəssis rəyi alınmış və Azərbaycan Milli Konservatoriyasının Fortepiano kafedrasının müdiri sən.üzrə f/d, dossent, Əməkdar müəllim N.Şahməmmədovanın mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, attestasiya zamanı Bakı şəhər ** nömrəli Uşaq Musiqi Məktəbinin “fortepiano” müəlliməsi Ruhullayeva İradə Oruc qızı ixtisasına, peşəsinə uyğun verilən 4 sualdan heç birinə düzgün cavab verə bilməmiş, təqdim etdiyi əsəri zəif ifa etmişdir. Ona verilən suallarda isə ayrı-seçkilik və qərəz müşahidə olunmamışdır. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilməsi, iddiaçının əmək müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər kateqoriyasına daxil olmaması, işdən azad edildikdən sonra iddiaçı öz razılığı ilə ##.##.2025-ci il tarixdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsində kitabxanaçı - informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilməklə hazırda həmin vəzifədə işləməsi öz təsdiqini tapdığından apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyatorun şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi:
İddiaçı Ruhullayeva İradə Oruc qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.