Məhkəmə qərarları › İş №2(007)-3242/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3242/2025

22.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - İşə bərpa - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3242/2025 22.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi”) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli 412/K nömrəli əmrin ləğv edilməsi və onun "xxxx" MMC-də 1-ci "Ənənəvi marketlər və 1-ci bölgə satış direktorluğu" bölməsində "Merçendayzer" vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-də 1-ci "Ənənəvi marketlər və 1-ci bölgə satış direktorluğu" bölməsində "Merçendayzer" vəzifəsində işləmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli əmri ilə onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad etmişdir. Həmin əmrin verilməsinə əsas olaraq, onun Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinə əsasən əmək funksiyasını pozmağına görə işəgötürən tərəfindən əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını yenidən pozmağı göstərilmişdir. Qeyd edir ki, bu inzibati tənbehlər ona qərəzli olaraq verilmişdir. O, əmək intizamının tələblərini pozmamışdır. İş yerində dəfələrlə onun ərizə yazaraq işdən çıxmağını tələb etsələr də o, öz xahişi ilə ərizə yazıb işdən çıxmamışdır. Təfərrüatını məhkəmədə ətraflı bildirəcək. O, öz xahişi ilə işdən azad edilməyi ilə bağlı ərizə yazmadığına görə ona töhmət verilib və daha sonra işdən çıxarılmışdır. Hesab edir ki, işdən azad edilməyinə dair əmr qanusuzdur. Əmrdə əmək funksiyası pozulduğuna görə ifadəsi işlənib ki, bu özü də MMC-də qanunları bilmə və riayət edilmənin səviyyəsinin göstəricisidir. Əmək funksiyası pozulmur. Əmək funksiyası yerinə yetirilmir.

Etirazlar:

3. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, məlum olduğu kimi, İddiaçı Cavabdeh MMC-yə qarşı xx.xx.2025-ci il tarixli 412/K nömrəli əmrin ləğv edilməsi və onun Cavabdeh MMC-də çalışdığı vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırmışdır. Hesab edir ki, İddiaçı iddia ərizəsi aşağıdakı səbəblərə görə əsassızdır, bu səbəbdən iddia ərizəsinin təmin edilməməsi və rədd ediməsi barədə qərar qəbul edilməlidir. Belə ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə işçi Cavabdeh MMC-də vitrin tərtibatçısı (merçendayzer) vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasının yerinə yetirilməsinə məsuliyyətsiz yanaşmış, əmək intizamını və müəssisədaxili intizam qaydalarını pozmuşdur. Dəfələrlə şifahi xəbərdarlıq edilsə də o, bu xəbərdarlıqların heç birinə məhəl qoymamış və əmək müqaviləsinin şərtlərini, çalışdığı vəzifənin vəzifə təlimatlarını və müəssisədaxili intizam qaydalarını pozmağa davam etmişdir. Birbaşa rəhbərliyi tərəfindən işçilər tərəfindən müvafiq iş yerlərində işin, əmək və icra intizamına əməl olunmasına nəzarət məqsədilə aparılmış növbəti yoxlama zamanı İddiaçı xx.xx.2025-ci il tarixində yenidən əmək funksiyasını yerinə yetirmədiyi, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsini rəhbər tutaraq işəgötürənin xx.xx.2025-ci il tarixli 244/K nömrəli əmri ilə İddiaçı töhmət verilmişdir. Etiraza əlavə edilmiş sübutlardan da göründüyü kimi yoxlama zamanı İddiaçı əmək funksiyalarının icrası ilə bağlı ona təhkim olunmuş ticarət nöqtələrində əmək müqaviləsi ilə müəyyən olunmuş əmək funksiyalarını yerinə yetirməyərək aşağıdakı nöqsanlara yol vermiş, nəticədə əmək və icra intizamının normal ahəngi pozulmuş və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir: Rəflərdə məhsulların qiymət kağızı İstehlakçılarda məhsulun qiyməti ilə qiymətləndirilməsinin aparılmaması barədə çaşqınlıq yaratmaqla bərabər şirkət mallarının rəqib şirkətlərin malları qarşısında əlverişsiz vəziyyət yaratmaqdadır. Nəticədə satışların azalmasına və şirkətin maraqlarına zərər dəyməkdə, hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmaqdadır. Məhsulların təlimata uyğun rəf Müvafiq marketlərlə razılaşmaya düzülüşünün edilmədiyi uyğun olaraq şirkət məhsulları üçün ayrılmış rəf payına uyğun olaraq endirim qiymətləri tətbiq edilir. Mallar endirimli qiymətlərlə satıldığı halda müvafiq rəf payına uyğun düzülüşlərin həyata keçirilməməsi şirkətin müvafiq marketlərdə real olmayan rəf payına görə ödəniş etməsinə səbəb olmaqda və şirkətə maddi zərər dəyməsinə səbəb olmaqdadır. Müvafiq marketlərə çatdırılmış mallar İstehlakçıların mallara davamlı və günlərlə marketin döşəməsində baxımsız fasiləsiz təmin edilməməsinə səbəb vəziyyətdə qalsa da, müvafiq bölmələr olmaqda, mallar rəflərdə müvafiq bölmələr üzrə rəflərə yerləşdirilməyib. üzrə yerləşdirilmədiyi üçün həmin məhsulların satışına təsir göstərməkdədir. O cümlədən ayaqaltında baxımsız qalmış malların zədələnərək satışa yararsız hala düşməsinə və marketlər tərəfindən geri qaytarma hallarına səbəb olmaqdadır. Nəticədə satışların azalmasına və şirkətin maraqlarına zərər dəyməkdə, hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmaqdadır. Soyuducudakımalların qiymət İstehlakçılarda qiymətlə bağlı kağızının üzərindəki qiymət ilə kassadakı çaşqınlıq yaratmaqda, qiymət qiymət arasındakı qiymət fərqi kağızında göstərilən qiymət real satış qiymətindən yüksək göstərildiyi üçün satışların azalmasına və şirkətin maraqlarına zərər dəyməkdə, hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmaqdadır. Rəflərdə təqdim edilmiş eyni malların İstehlakçılarda qiymətlə bağlı qarşısına iki fərqli qiymət vurulub çaşqınlıq yaratmaqda, eyni mal üçün fərqli qiymət kağızlarının olması üçün satışların azalmasına və şirkətin maraqlarına zərər dəyməkdə, hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmaqdadır. Ölçülüb qablaşdırılmış malların İstehlakçıların malların (işlərin, mallara stiker vurmayıb xidmətlərin) miqdarı, çeşidi, qiyməti və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüquqlarının pozulmasına gətirib çıxartmaqda, istehlakçılarda çaşqınlıq yaratmaqdadır.

Qeyd olunan hallar yoxlamalar nəticəsində qarşısı alınmadığı təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İstehlakçıların hüquqlarının pozulması ilə bağlı 447-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməsinə səbəb ola bilərdi. Son istifadə müddəti bitmiş Son istifadə müddəti bitmiş məhsulların rəflərdən götrülməməsi məhsulların rəflərdən götürülməməsi istehlakçıların həyatına, sağlamlığına ciddi təhlükə yaratmaqda, zəhərlənməsinə və ya ölümünə səbəb ola bilərdi. Nəticədə işəgötürən barəsində inzibati və cinayət məsuliyyətinə səbəb ola bilərdi.

Xüsusilə İddiaçı işində səhlənkarlığa yol verərək son istifadə müddəti bitmiş məhsulları rəflərdən götürməməsi istehlakçıların həyatına, sağlamlığına ciddi təhlükə yaratmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyərdi ki, İddiaçı tərəfindən daha öncə də eyni hal təkrarlanmış və nəticədə rəflərdə saxlanma müddəti ötürülmüş məhsulların aşkarlanmasına görə müvafiq ticarət nöqtəsi istifadəsində olan sahibkar barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 1500 manat məbləğində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilmişdir. Müvafiq cərimənin surəti və inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsinə səbəb olan məhsulların Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən möhürlənmiş foto şəkilləri etiraza əlavə edilmişdir. Aşkar edilmiş pozuntu halları ilə bağlı İddiaçı xx.xx.2025-ci il tarixində izahatı alınmışdır. İddiaçı izahatında yuxarıda qeyd olunan pozuntu hallarını etiraf etmiş, bu kimi halların bir daha təkrarlanmayacağını bildirərək imzasıyla təsdiq etmişdir. Lakin İddiaçı intizam tənbehindən nəticə çıxarmayaraq eyni pozuntu hallarını təkrarlamış, əmək funksiyalarının icrası ilə bağlı ona təhkim olunmuş ticarət nöqlələrində əmək müqaviləsi ilə müəyyən olunmuş əmək funksiyalarını yerinə yetirməyərək eyni nöqsanlara yol vermiş, nəticədə əmək və icra intizamının normal ahəngi pozulmuş və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir. Qeyd olunan pozuntu halları 15 gün sonra, xx.xx.2025-ci il tarixində eyni müəssisələrdə aparılmış növbəti yoxlamalar nəticəsində aşkar edilmişdir. Aşkar edilmiş pozuntu halları ilə bağlı İddiaçı həmin gün, yəni xx.xx.2025-ci il tarixində izahatı alınmışdır. İddiaçı izahatında yuxarıda qeyd olunan pozuntu hallarını etiraf etmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən ona verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını yenidən pozduğuna görə İddiaçı xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsini rəhbər tutaraq xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, yuxarıda qeyd olunan halların araşdırılması ilə bağlı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinə xx.xx.2025-ci il tarixli, 3-17-5/1-Ş- 40675/2025 nömrəli şikayət məktubu ilə müraciət etmişdir. Əmək Müfəttişliyi tərəfındən onlara göndərilən 16 iyul 2025-ci il tarixli, 3-17-5/2-63482/2025 nömrəli sorğusuna əsasən, sorğuda qeyd olunan əmək müqaviləsinə xitam verilməsinə dair sənədlər Əmək Müfəttişliyinə təqdim edilmişdir. Əmək hüquqlarının pozulması ilə bağlı müraciət Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan olan Əmək Müfəttişliyində araşdırılmış işəgötürənin əməllərində heç bir hüquqpozma halları aşkar edilməmiş, inzibati araşdırmaya xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv etmək üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən, işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən haldır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 28 iyun 2024-cü il tarixli, 1195-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.”; Həmin Məcəllənin 49-cu maddəsinin 5-ci bəndinə əsasən, 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Göründüyü kimi Qanunvericiliyə edilmiş yeni dəyişikliklərlə əmək müqaviləsinin işçi və işəgötürən arasında e-imza vasitəsilə elektron sənəd formasında bağlanılması, bu müqavilənin dəyişdirilməsinin, ona xitam verilməsinin e-qaydada icra olunması müəyyən edilmişdir. Belə ki, işəgötürən tərəfindən əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində, ƏMAS portalı üzərinən müvafiq icra hakimiyyəti tərəfindən müəyyən müvafiq bəndlər doldurularaq göndərilir. İşəgötürənin portal üzərində hər-hansı əlavə dəyişikliklər etmək səlahiyyəti yoxdur. Göründüyü kimi İddiaçı Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinin pozulması ilə bağlı iddiası əsassızdır və heç bir qanuni əsası yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən, həmin Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədlər əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məlumat üçün bildirir ki, İddiaçı əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin müvafiq tələblərinə riayət olunmuşdur. Belə ki, qanunvericiliyin tələbinə uyğun olaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin tələblərini pozması səbəbi ilə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin 70-ci maddəsinin ”ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi tələbinin müzakirəyə çıxarılması barədə Həmkarlar İttifaqı Komitəsinə əsaslandırılmış xx.xx.2025-ci il tarixli yazılı təqdimatla müraciət edilmişdir. Yazılı Təqdimata xx.xx.2025-ci il tarixində Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin iştirakı ilə baxılaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini rəhbər tutaraq, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin qanuna uyğun hesab edilməsi barədə qərar verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında birbaşa göstərildiyi kimi əmək münasibətlərinin bir tərəfi olan fiziki şəxs, yəni işçi müəssisədaxili intizam qaydalarına tabe olmalı və əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını şəxsən yerinə yetirməlidir. Lakin yuxarıda qeyd olunduğu kimi İddiaçı əmək müqaviləsi üzrə öz əsas vəzifələrini yerinə yetirməmişdir. Göründüyü kimi, İddiaçı əmək müqaviləsinə xitam verilərkən Həmkarlar İttifaqının rəyinin alınmaması ilə bağlı iddiası əsassızdır və iddiasım sübut edəcək heç bir dəlil iddia ərizəsinə əlavə edilməmişdir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, onu sıxışdırdılar ki, ərizəsini yazıb ğzü çıxsın. O, yazmadığına görə onunla prinsip aparıb yerini Biləsuvardan Cəbrayıl qəsəbəsinə dəyişdilər. Ora gediş-gəliş çox çətindir heç bir işçi ora getmir. Bütün problemli mağazaları ona verdilər. Tez-tez bilərəkdən yoxlayırdılar ki, nəsə səhv tapsınlar. Qərəzli olaraq onu işdən çıxardıblar. Həm töhmət verilib həm işdən çıxardıblar eyni gündə. Onu işdən qanunsuz çıxardıblar əvvəl Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi ilə işdən çıxardıblar sonra isə 70-ci maddəsinin “ç” bəndi ilə bir gündə iki əmr veriblər. Ona görə iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 etirazın məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddia tələbini qəbul etmirlər. İddiaçı tərəfindən edilən pozuntu ondan ibarətdir ki, qiyməti yazılmış kağızların məhsulların altına yerləşdirilməsi, məhsulların rəflərə yerləşdirilməsi, çəki ilə olan məhsullara stiker vurulması, istehlak müddəti bitmiş məhsulların rəfdən çıxarılması, qiymətlərdə uyğunluq və s. İddiaçı üzərinə düşən vəzifələri yerinə yetirməyib. Ona görə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bu səbəbdən iddia tələbinin rədd olunmasını xahiş etdi.

İş materialları:

6. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 avqust 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdehnə 29 iyul 2025-ci il tarixdə təklif göndərilmişdir. İddiaçı 25 iyul 2025-ci il tarixdə ərizə ilə mediasiyaya müraciət etmişdir. Cavabdeh nümayəndəsi iştirak etməmişdir, 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.

7. Əmək müqaviləsinə xitam verilməsi barədə 02 iyul 2025-ci il tarixli, 412/K nömrəli əmrdən görünür ki, "Ənənəvi marketlər və 1-ci bölgə satış direktorluğu" bölməsində "Merçendayzer" vəzifəsində işləyən İddiaçı Şıxverdi oğlu ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikası ƏM-nin 70 "ç“ - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025 tarixindən xitam verilsin. İşçinin xx.xx.2023 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 8.12 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlıq şöbəsinə həvalə edilsin.

8. 4230884 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü ildə Cavabdehndə 1-ci bölgə satış direktorluğunun Biləsuvar Cəlilabad satış şöbəsinin ənənəvi marketlər satış bölməsinə vitrin tərtibatçısı vəzifəsinə qəbul edilmişdir.

9. Cavabdeh 06 oktyabr 2025-ci il tarixli, 486/K nömrəli əmrindən görünür ki, Cəmiyyətin 370/K nömrəli, xx.xx.2025-ci il tarixli "intizam tənbehinin verilməsi haqqında" əmri ləğv edilsin və onun bütün hüquqi nəticələri etibarsız hesab edilsin. Cəmiyyətin İnsan Resursları və Biznesə Dəstək Departamentinin müdiri Cəmil Novruzov və müvafiq əmrin layihəsini tərtib edən işçi Ramil Bağırov barəsində əmək funksiyalarının icrasında yol verdikləri kobud pozuntuya görə intizam icraatı başladılsın və müvafiq araşdırma aparılsın. Hazırki əmrin surəti sabiq işçi İddiaçı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinə və Bakı Şəhər Nizami Rayon Məhkəməsinə göndərilsin.

10. Cavabdeh 06 oktyabr 2025-ci il tarixli, 486/K nömrəli əmrindən görünür ki, Cəmiyyətin Ənənəvi marketlər və 1-ci bölgə satış direktorluğunda “Merçendayzer” vəzifəsində çalışan İddiaçı rəhbərlik tərəfindən üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyərək Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını yenidən pozaraq intizamsızlığa yol vermişdir. Belə ki, Cəmiyyətin 244/K nömrəli, xx.xx.2025-ci il tarixli "intizam tənbehinin verilməsi haqqında" əmrinə əsasən işçi İddiaçı əmək funksiyalarını və vəzifələrini yerinə yetirməməyə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən "töhmət" intizam tənbehi verilmişdir. Yuxarıda qeyd olunan "töhmət" intizam tənbehindən nəticə çıxarmayan işçi İddiaçı yenidən əmək funksiyalarını və vəzifələrini yerinə yetirməyək intizam pozuntusu törətmişdir. Buna müvafiq olaraq Cəmiyyətin 370/K nömrəli, xx.xx.2025-ci il tarixli "intizam tənbehinin verilməsi haqqında" əmrinə əsasən işçi İddiaçı əmək funksiyalarını və vəzifələrini yerinə yetirməməyə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən "sonuncu xəbərdarlıqla şiddətli töhmət" intizam tənbehi verilmiş və əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Cəmiyyətin 412/K nömrəli, xx.xx.2025-ci il tarixli "əmək müqaviləsinə xitam verilməsi barədə" əmrinə əsasən əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyevin Cəmiyyətin baş direktoru Gökhan Taşdemir barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən müəyyən edilmişdir ki, işçi İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinin tələbləri pozularaq bir intizam xətasına görə iki intizam tənbehi verilərək əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Qərarda qeyd edilmişdir ki, Cəmiyyətin baş direktoru Gökhan Taşdemir Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1700 AZN məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilsin və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün otuz gün müddət müəyyən olunsun. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa inzibati cərimə ödənilmir. Əksi təqdirdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir.

11. Cavabdeh 29 may 2025-ci il tarixli, 244/K nömrəli əmrindən görünür ki, İddiaçı əmək funksiyalarını və vəzifələrini yerinə yetirməməyə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən "töhmət" intizam tənbehi verilmişdir.

12. Cavabdeh 24 iyun 2025-ci il tarixli, 370/K nömrəli əmrindən görünür ki, İddiaçı əmək funksiyalarını və vəzifələrini yerinə yetirməməyə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən "sonuncu xəbərdarlıqla şiddətli töhmət" intizam tənbehi verilmiş və Ənənəvi marketlər və 1-ci bölgə satış direktorluğunda “Merçendayzer” vəzifəsində çalışan İddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndinə əsasən xitam verilmişdir.

13. Cavabdeh 24 iyun 2025-ci il tarixli, 370/K nömrəli əmrindən görünür ki, Ənənəvi marketlər və 1-ci bölgə satış direktorluğun da “Merçendayzer” vəzifəsində çalışan İddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə əmək müqaviləsinə işə götürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilsin.

14. 24 iyun 2025-ci il tarixli aktdan görünür ki, akt aşağıdakı faktın təsdiqi məqsədilə tərtib olunmuşdur. 10 iyunda işçilər tərəfindən müvafiq iş yerində işin, əmək və icra intizamının əməl olmasına nəzarət məqsədilə aparılmış növbəti yoxlama nəticəsində Ənənəvi marketlər və 1-ci bölgə Satış Direktorluğunda “Merçendayzer” vəzifəsində çalışan İddiaçı vəzifə öhdəliklərində yer alan ona təhkim olunmuş ticarət nöqtələrində rəflərdə endirimli məhsulların endirimli qiymət kağızı ilə qiymətləndirilməsini aparmadığı, məhsulların təlimata uyğun rəf düzülüşünü etmədiyi, istifadə müddəti bitmiş məhsulların rəfdən çıxarmadığı müəyyən edilmişdir. İşçinin əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini yerinə yetirməməsinə görə şirkət satışlarına ziyan vuraraq şirkətimizin biznes maraqlarına xələl gətirmişdir. Marketdə müştərinin təyin etdiyi satış qiymətindən fərqli qiymətləri məhsulların qarşısına yerləşdirməklə, istehlakçılarda çaşqınlıq yaratmış və sirkət-müştəri münasibətlərinin korlanmasına səbəb olmuşdur, əvvəllər dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq İddiaçı yenidən işinə məsuliyyətsiz yanaşmasını davam etdirmişdir.

15. 10 iyun 2025-ci il tarixli xidməti məlumatdan görünür ki, cəmiyyətin 1-ci bölgə satış direktorluğu, Cənub bölgə satış departamenti, Biləsuvar-Cəlilabad satis şöbəsi, Şəbəkə marketlər satış bölməsində Merçendayzer olaraq çalışan İddiaçı vəzifə öhdəliklərini pozaraq ona tapşırılmış işə doğru şəkildə icrs etməmişdir. Belə ki, ötən həftə xəbərdarlıq olunmasına baxmayaraq, yenə də İddiaçı təhkim olunmuş mağazaları ziyarət edərkən çoxlu sayda pozuntular aşkar etdik. Qiymət kağızlarının, ikili qiymət kartlarının olmaması, mağazada 2 həftə öncə SKT bitmiş məhsulların aşkarlanması onu deməyə əsas verir ki, İddiaçı işinə laqeyid münasibət göstərir və vəzifə öhtəliklərini yerinə yetirmir.

16. Cavabdeh 29 may 2025-ci il tarixli, 244/K nömrəli əmrindən görünür ki, Ənənəvi marketlər və 1-ci bölgə satış direktorluğunda “Merçendayzer” vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən Töhmət verilsin. Ənənəvi marketlər və 1-ci bölgə satış direktorluğunda “Merçendayzer” vəzifəsində çalışan İddiaçı diqqətinə çatdırılsın ki, eyni hal təkrarlanacağı təqdirdə barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən daha ciddi tədbirlər görüləcəkdir.

17. İddiaçı 23 may 2025-ci il tarixli izahatından görünür ki, 21 may 2025-ci il tarixdə bölgə müdiri Ataməli bəy və Vüsal bəy ona təhkim olunmuş mağazalarda uyğunsuzluq aşkar etmişlər. “Turan” Market ona təhkim olunduqda mağazada bütün rəflər bərbad vəziyyətdə idi. O, mağazaya getdikdə mağaza rəhbəri ona məhsulların Fariz tərəfindən yazılmadığını bildirdi və dedi ki, məhsullar yazılanda gəlib işini görərsən. Elşən Urufoq mağazada tutulan nöqsan qiymətsiz məhsullar. xx.xx.2025-ci il tarixdə mağazanı ziyarət zamanı bütün məhsulların qiyməti tərtib edilib. Zeytun yağı 500 ml, 750 ml məhsuluna özü qiymət vuracağını dedi. Elşən “Urufoq” mağazada istifadə tarixi bitmiş “Coolmix” məhsulunu Vüsal bəy rəfdən çıxarmışdır, bi gün sonra məhsulları yenidən rəfdə idi. Çıxarılıb anbara yerləşdirildi. Bu kimi halların təkrarlanmayacağını imzası ilə təsdiq etmişdir.

18. Cavabdeh Həmkarlar İttifaqına ünvanladığı təqdimatdan görünür ki, “nəzərinizə çatdırıram ki, cəmiyyətimizin Ənənəvi marketlər və 1-ci bölgə satış direktorluğunda “Merçendayzer” vəzifəsində çalışan İddiaçı xx.xx.2025-ci il tarixində rəhbərlik tərəfindən üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyərək intizamsızlığa yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsini rəhbər tutaraq töhmət verilmişdir. Lakin İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını yenidən pozmuşdur. İntizam tənbehinədək işçi ən azı 2 dəfə İnsan Resursları departamentinə çağırılaraq işində dönüş yaratması yönündə rəhbəri ilə birlikdə özü ilə görüşülmüşdür. Buna baxmayaraq işçi vəzifə öhdəliyini yerinə yetirməməyə davam etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya emək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsinin "ə" bəndində göstərilən halda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bunanla əlaqədar olaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndinin tələblərini pozması səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddənin "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi tələbini Həmkarlar İttifaqı Komitəsində müzakirəyə çıxarmağınızı xahiş edirik.

19. Həmkarlar İttifaqının 25 iyun 2025-ci il tarixli protokolundan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndini rəhbər tutaraq, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi qanuna uyğun hesab edilmişdir.

20. 10 iyun 2025-ci il tarixli aktdan görünür ki, akt aşağıdakı faktın təsdiqi məqsədilə tərtib olunmuşdur. 10 iyunda işçilər tərəfindən müvafiq iş yerində işin, əmək və icra intizamının əməl olunmasına nəzarət məqsədilə aparılmış növbəti yoxlama nəticəsində Ənənəvi marketlər və 1-ci bölgə Satış Direktorluğunda “Merçendayzer” vəzifəsində çalışan İddiaçı vəzifə öhdəliklərində yer alan ona təhkim olunmuş ticarət nöqtələrində rəflərdə endirimli məhsullarin endirimli qiymət kagızı ilə qiymətləndirilməsini aparmadığı, məhsulların təlimata uyğun rəf düzülüşünü etmədiyi, istifadə müddəti bitmiş məhsulları rəfdən çıxarmadığı müəyyən edilmişdir. İşçinin əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini yerinə yetirməməsinə görə şirkət satışlarına ziyan vuraraq şirkətimizin biznes maraqlarına xələl gətirmişdir. Marketdə müştərinin təyin etdiyi satış qiymətindən fərqli qiymətləri məhsulların qarşısına yerləşdirməklə, istehlakçılarda çaşqınlıq yaratmış və şirkət-müştəri münasibətlərinin korlanmasına səbəb olmuşdur, əvvəllər dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq İddiaçı yenidən işinə məsuliyyətsiz yanaşmasını davam etdirmişdir.

21. 29 may 2025-ci il tarixli aktdan görünür ki, ənənəvi marketlər və 1-ci bölgə satış direktorluğunda “Merçendayzer” vəzifəsində çalışan İddiaçı qanun, əsasnamə, qərar və əmrlərə uyğun olaraq rəhbərlik tərəfindən üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyərək intizamsızlığa yol vermişdir. Belə ki, öhdəsində olan "mağazaları ziyarət etmədiyini və mağazalardakı məhsulların qiymət kağızlarını və rəf düzülüşlərini tənzimləmədiyi aşkarlanmışdır. Hadisə araşdırıldıqdan sonra İddiaçı hadisə ilə əlaqədar imzalanmış və ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən Töhmət verilmişdir. Lakin, işçi İddiaçı ona verilmiş olan intizam tənbehi əmri ilə tanış olmaqdan imtina etmişdir.

22. 23 may 2025-ci il tarixli aktdan görünür ki, akt aşağıdakı faktın təsdiqi məqsədilə tərtib olunmuşdur. Yuxarıda qeyd olunan tarixdə işçilər tərəfindən müvafiq iş yerində işin, əmək və icra intizamının əməl olunmasına nəzarət məqsədilə aparılmış növbəti yoxlama nəticəsində Ənənəvi marketlər və 1-ci bölgə Satış Direktorluğunda “Merçendayzer” vəzifəsində çalışan İddiaçı vəzifə öhdəliklərində yer alan ona təhkim olunmuş ticarət nöqtələrində rəflərdə endirimli məhsulların endirimli qiymət kagızi ilə qiymətləndirilməsini aparmadığı, məhsulların təlimata uyğun rəf düzülüşünü etmədiyi, istifadə müddəti bitmiş məhsulların rəfdən çıxarmadığı müəyyən edilmişdir. İşçinin əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini yerinə yetirməməsinə görə şirkət satışlarına ziyan vuraraq şirkətimizin biznes maraqlarına xələl gətirmişdir. Marketdə müştərinin təyin etdiyi satış qiymətindən fərqli qiymətləri məhsulların qarşısına yerləşdirməklə, istehlakçılarda çaşqınlıq yaratmış və şirkət-müştəri münasibətlərinin korlanmasına səbəb olmuşdur.

23. İddiaçı 05 iyun 2025-ci il tarixli izahatından görünür ki, 05 iyun 2025-ci il tarixdə departament müdiri Asəf bəyin ona təhkim olunmuş mağazaları ziyarət zamanı aşağıdakı nöqsanları aşkar etmişdir: “Supersun” endirimli məhsulda ikili kart yox idi-təmin edildi. “Final” günəbaxan 1 lt, “Zolotoy” qarğıdalı yağında ikili kart yox idi-təmin edildi. “Solnışka” yağını rəqib yağla sərhəddə sərgilənməmişdir-aradan qaldırıldı. “Final” 900 qr çay məhsulunda ikili qiymət kartı yox idi-təmin edildi. “Richmond” lobya məhsuluna istifadə tarixi bitmişdir. Məhsul rəfdən çıxarılmışdır. İşinə daha diqqətli olacağına özünü daha da inkişaf etdirəcəyinə söz verib imzası ilə təsdiq edir.

24. Tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işçinin vəzifələri aşağıdakılardır: işəgötürən tərəfindən əmək münasibətləri prosesində ona etibar edilmiş əmlakı qoruyub saxlamalı və həmin əmlakdan istifadə olunaraq görüləcək işi düzgün, layiqincə və vicdanlı bir şəkildə yerinə yetirməli; ona etibar edilmiş əmlakın və həmin əmlakla görüləcək işlərin tam qeydinə qalmalı, həmçinin, işəgötürənə heç bir səbəb üzündən ziyan vurmamalı və bu cür ziyan vurula bilməsi ehtimalına qarşı profilaktik tədbirlər həyata keçirməli; işəgötürənə və ya işlədiyi sahədəki rəhbər şəxsi ilə vaxtlıvaxtında öhdəsində olan əmlakların təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə əmlakın salamatlığı üçün yaranan təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmalı; işçinin istifadəsinə verilən, həmçinin iş yerində ümumi istifadədə olan digər əmlaklarla ehtiyatlı və səliqəli davranmalı, onların düzgün istifadə qaydalarına riayət etməli, itməsinə, zədələnməsinə, məhv olmasına, natamam olmasına şərait yaradan şəkildə istifadəyə yol verilməməsini təmin etməli, bu sahədə səhlənkarlığa və digər formada ehtiyatsızlığa yol verməməli, ona etibar edilmiş əmlakın, görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada sənədləşməsini tərtib edib rəhbərliyinə təqdim etməli. Ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməlidir.

İşin faktiki halları:

25. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2023-cü ildə Cavabdehndə ənənəvi marketlər və 1-ci bölgə satış direktorluğunun Biləsuvar Cəlilabad satış şöbəsinin satış bölməsinə vitrin tərtibatçısı “Merçendayzer” vəzifəsinə qəbul edilmişdir. Cavabdeh 29 may 2025-ci il tarixli, 244/K nömrəli əmrindən görünür ki, İddiaçı əmək funksiyalarını və vəzifələrini yerinə yetirməməyə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən "töhmət" intizam tənbehi verilmişdir. Cavabdeh 24 iyun 2025-ci il tarixli, 370/K nömrəli əmrindən görünür ki, İddiaçı əmək funksiyalarını və vəzifələrini yerinə yetirməməyə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən "sonuncu xəbərdarlıqla şiddətli töhmət" intizam tənbehi verilmiş və əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Həmçinin 24 iyun 2025-ci il tarixli, 370/K nömrəli digər əmri ilə ənənəvi marketlər və 1-ci bölgə satış direktorluğunda “Merçendayzer” vəzifəsində çalışan İddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə əmək müqaviləsinə Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Həmin əmrin surəti iddiaçıya verilmişdir. İşəgötürənin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə ikinci xx.xx.2025-ci il tarixli 412/K nömrəli əmri isə ƏMAS-a yerləşdirilmişdir. Cavabdeh 06 oktyabr 2025-ci il tarixli, 486/K nömrəli əmrindən görünür ki, Cəmiyyətin 370/K nömrəli, xx.xx.2025-ci il tarixli "intizam tənbehinin verilməsi haqqında" əmri ləğv edilmiş və onun bütün hüquqi nəticələri etibarsız hesab edilmişdir. Cəmiyyətin İnsan Resursları və Biznesə Dəstək Departamentinin müdiri Cəmil Novruzov və müvafiq əmrin layihəsini tərtib edən işçi Ramil Bağırov barəsində əmək funksiyalarının icrasında yol verdikləri kobud pozuntuya görə intizam icraatı başladılmış və müvafiq araşdırma aparılmışdır. Hazırda iddiaçı onun işdən çıxarılmağına dair xx.xx.2025-ci il tarixli 412/K nömrəli əmrinin ləğv edilməsi və onun "xxxx" MMC-də "Ənənəvi marketlər və 1-ci bölgə satış direktorluğu" bölməsində "Merçendayzer" vəzifəsinə bərpa edilməsini və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini xahiş edir. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəsinin 5-ci bəndinə əsasən, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə Yetirmədiyinə görə müvafiq iş yerində isin, istehsalın, əmək və icra intizamının Normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsində işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanıb: özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 74-cü maddənin 2-ci hissəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 132-ci maddəsinə əsasən, məzuniyyət hüququ verən əmək stajı hesablanarkən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü daxil edilir. 154-cü maddəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 186-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187-ci maddənin 1-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 294-cü maddənin 4-cü hissəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. 294-cü maddənin 5-ci hissəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 296-cı maddənin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddənin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Məhkəmənin mövqeyi:

27. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

28. Göründüyü kimi İddiaçı xx.xx.2025-ci il tarixli əmrlə işdən azad edildikdən sonra xx.xx.2025-ci il tarixdə fərdi əmək mübahisəsinin həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2025-ci il tarixdə Cavabdehnə təklif göndərilmişdir. 25 aprel 2025ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir.

29. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir.

30. Məhkəmə iddia tələbinin cavabdeh “onun işdən çıxarılmağına dair xx.xx.2025-ci il tarixli 412/K nömrəli əmrinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir.

31. Məhkəmə ilk öncə qeyd edir ki, məhkəmə iclasında müəyyən olundu ki, işə götürən Cavabdeh tərəfindən İddiaçı işdən çıxarılması ilə bağlı üç əmr verilib. 24 iyun 2025-ci il tarixli, 370/K nömrəli əmrlə əmək münasibətlərinə Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Daha sonra eyni tarixdə, 24 iyun 2025-ci il tarixli, 370/K nömrəli digər əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli 412/K nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir.

32. Cavabdeh etirazda qeyd etmişdir ki, “Əmək Məcəlləsinin 83-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.”; Həmin Məcəllənin 49-cu maddəsinin 5-ci bəndinə əsasən, 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Göründüyü kimi Qanunvericiliyə edilmiş yeni dəyişikliklərlə əmək müqaviləsinin işçi və işəgötürən arasında e-imza vasitəsilə elektron sənəd formasında bağlanılması, bu müqavilənin dəyişdirilməsinin, ona xitam verilməsinin e-qaydada icra olunması müəyyən edilmişdir. Belə ki, işəgötürən tərəfindən əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində, ƏMAS portalı üzərinən müvafiq icra hakimiyyəti tərəfindən müəyyən müvafiq bəndlər doldurularaq göndərilir. İşəgötürənin portal üzərində hər-hansı əlavə dəyişikliklər etmək səlahiyyəti yoxdur”.

33. Cavabdeh 24 iyun 2025-ci il tarixli, 370/K nömrəli əmrindən görünür ki, İddiaçı əmək funksiyalarını və vəzifələrini yerinə yetirməməyə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən "sonuncu xəbərdarlıqla şiddətli töhmət" intizam tənbehi verilmiş və əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Əmr iddiaçıya kağız daşıyıcıda təqdim edilsə də, ƏMAS-a yerləşdirilməmişdir.

34. Həmçinin əmək müqaviləsinə xitam verilən zaman işəgötürənin bu barədə əmri elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq İddiaçı informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilməsi ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir.

35. Qanunvericiliyin tələbinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər. Göründüyü kimi Cavabdeh tərəfindən qanunun tələbləri pozulmuşdur. Belə ki, İddiaçı xx.xx.2025-ci il tarixli, 370/K nömrəli əmrlərlə həm sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, həm də Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir.

36. Mübahisəyə məhkəmədə baxılan zaman, Cavabdeh edilmiş qanunsuzluğa görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cəriməni ödəməmək üçün, 06 oktyabr 2025-ci il tarixli, 486/K nömrəli əmrin “əmr edirəm” hissəsində Cəmiyyətin 370/K saylı, xx.xx.2025-ci il tarixli "intizam tənbehinin verilməsi haqqında" əmri ləğv edilmiş və onun bütün hüquqi nəticələri etibarsız hesab edilmişdir. Lakin həmin əmrin əsaslandırıcı hissəsindən görünür ki, Cəmiyyət eyni tarixdə verilmiş eyni nömrəli iki əmrin olmasını unutmuş və tamamilə ləğv etməmişdir. Belə ki, əmrin ikinci hissəsi “Ənənəvi marketlər və 1-ci bölgə satış direktorluğunda “Merçendayzer” vəzifəsində çalışan İddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndinə əsasən xitam verilsin” hissəsi hələ də qüvvədədir. Cavabdeh tərəfindən əmrin ikinci hissəsinə münasibət bildirilməmişdir. Buna baxmayaraq həmin əmr əhəmiyyətsizdir. Belə ki, işə götürən 24 iyun 2025-ci il tarixli, 370/K nömrəli, işçi ilə əmək münasibətlərinə Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndinə əsasən xitam verilməsi barədə əmrini ƏMAS-a yerləşdirməmiş və iddiaçıya məxsus əmək kitabçasına qeyd etməmişdir.

37. Beləliklə, qeyd olunanlardan görünür ki, işçi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli, 370/K nömrəli əmrlərlə həm Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndinə, həm də 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Bundan əvvəl isə 29 may 2025-ci il tarixli, 244/K nömrəli əmri ilə işçiyə 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Bütün bunlardan görünür ki, işəgötürən tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur və işçi qərəzli şəkildə işdən çıxarılmışdır. Bu səbəbdən Cavabdeh 02 iyul 2025-ci il tarixli, 412/K nömrəli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.

38. Həmçinin "Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi işçinin əmək funksiyalarını və ya müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutur. Bu bəndə əsasən, işəgötürən əmək müqaviləsini yalnız işçinin konkret pozuntularını sənədlərlə təsdiq edərək ləğv edə bilər. Yəni sadəcə 70-ci maddənin "ç" bəndinə istinad etməklə kifayətlənmək olmaz. İşəgötürən əmrdə konkret olaraq işçinin hansı vəzifə öhdəliklərini pozduğunu və bu pozuntunun iş prosesinə necə təsir etdiyini dəqiq qeyd etməlidir. İşçi 72-ci maddədə sadalanan əməllərdən birini edərsə onu işdən azad etmək olar. Lakin, əmək vəzifələrinin kobud şəkildə pozulmasının təfərrüatlarını təyin etmək üçün öncə müəssisədaxili araşdırma aparılmalıdır. Bundan başqa, sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.

39. Məhkəmə iddia tələbinin “iddiaçının "xxxx" MMC-də "Ənənəvi marketlər və 1-ci bölgə satış direktorluğu" bölməsində "Merçendayzer" vəzifəsinə bərpa edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir.

40. Yuxarıda qeyd olunanlara əsasən 02 iyul 2025-ci il tarixli, 412/K nömrəli əmr ləğv edildiyindən İddiaçı əvvəlki vəzifəsinə ("Ənənəvi marketlər və 1-ci bölgə satış direktorluğu" bölməsində "Merçendayzer") bərpa olunmalıdır.

41. Məhkəmə iddia tələbinin “işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqının İddiaçı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir.

42. Belə ki, 02 iyul 2025-ci il tarixli, 412/K nömrəli əmr qanunsuz və əsassız olduğundan məhkəmə hesab edir ki, cavabdehin təqsiri üzündən iddiaçı əmək haqqı almamışdır. Ona görə iddia həmin hissədə təmin edilməli, işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməlidir.

Məhkəmə baxışının hədləri:

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

44. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticə:

45. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 02 iyul 2025-ci il tarixli, 412/K nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdehndə əvvəlki vəzifəsinə (“ənənəvi marketlər və 1-ci bölgə satış direktorluğu” bölməsində “Merçendayzer”) bərpa olunmalı, işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməlidir.

46. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan 100 manat dövlət rüsumu Cavabdehnə aid edilməlidir.

47. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh 02 iyul 2025-ci il tarixli, 412/K nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdehndə əvvəlki vəzifəsinə (“ənənəvi marketlər və 1-ci bölgə satış direktorluğu” bölməsində “Merçendayzer”) bərpa olunsun. İşdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan 100 manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar