Məhkəmə qərarları › İş №2(102)-3036/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3036/2025

27.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3036/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə barpa və məcburi işburaxma günləri üçün əmək haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2932/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları

1. İddiaçı xx.xx.2022-ci il tarixdə müddətli əmək müqaviləsi əsasında (əmək müqaviləsinin bitdiyi tarix: xx.xx.2023) aylıq 584.60 manat əmək haqqı olmaqla, Cavabdeh PHŞ-in tibbi sığorta bölməsinə tibbi sığorta üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmişdir.

2. İddiaçı xx.xx.2022-ci il tarixdən aylıq əmək haqqı 618.50 manat olmaqla, Cavabdeh PHŞ-də tibbi sığorta bölməsində bölmə rəhbəri vəzifəsinə müddətli əmək müqaviləsi əsasında (əmək müqaviləsinin bitdiyi tarix: xx.xx.2023) keçirilmişdir.

3. İddiaçı xx.xx.2023-cü il tarixdən aylıq əmək haqqı 676.20 manat olmuşdur. 4. 17.07.2024-cü il tarixli əmr ilə İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək 32 təqvim günü əmək məzuniyyəti verilmişdir. 5. xx.xx.2024-cü il tarixli əmrlə Cavabdehn sığortanın təşkili v ə innovasiya şöbəsinin tibbi sığorta bölməsinin müdiri İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2 “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qutarması) xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.

6. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh tərəf mediyasiya sessiyasında iştirak etməmişdir.

7. İddiaçı Bakı şəhəri 21 saylı Vəkil Bürosuna hüquqi xidmət göstərilməsi üçün müraciət etmiş, hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli müqavilə bağlamış və 320 manat məbləğində pul vəsaiti ödəmişdir.

8. X2 Xidmətinin məktubunda qeyd edilmişdir ki, X1 “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı ilə müəssisənin işəgötürəni arasında 1 (bir) il müddətinə bağlanmış xx.xx.2022-ci il tar ixli əmək müqaviləsinə xəbərdarlıq edilmədən xx.xx.2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi məlum olmuşdur. Eyni zamanda təqdim edilmiş sənədlərdən və iddiaçının təqdim etmiş olduğu bank çıxarışından onun 2023-2024 iş ili üzrə xx.xx.2024-xx.xx.2024 tarixlərində əmək məzuniyyətində olduğu və xx.xx.2024-cü il tarixində işə çıxdığı və əmək haqqı bank hesabına xx.xx.2024-cü il tarixdə “əmək haqqı” təyinatı ilə ödəniş köçürüldüyü məlum olmuşdur. Bu səbəbdən də AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 140-cı maddəsinin 5-ci hissəsinin tələbləri pozulduğundan, cavabdehin vəzifəli şəxsi barəsində AR İXM-in 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunverici liyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) və 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən inzibati xəta haqqında protokol tərtib edilərək bu Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək bu Məcəllənin 192.4-cü maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bildirilmişdir ki, 30 gün müddətində əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilərək törədilmiş qanun pozuntusunun arad an qaldırılmasını təmin edib nəticəsi barədə X2 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb olunmuşdur. Belə ki, əgər Cəmiyyətin rəhbərliyi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hüquqpozmanı 30 gün müddətində aradan qaldırmazsa, inzibati tənbeh vermə haqqında şərti qərar qüvvəyə minir. Eyni zamanda, şərti qərarın qüvvəyə minməsi Cəmiyyətin rəhbərliyini törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İddiaçının müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh PHŞ (bundan sonra- cavabdeh) qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödə nilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgtürənin xx.xx.2024-cü il tarixli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022 tarixində müddətli (1 illik) əmək müqaviləsi bağlanaraq iddiaçı cavabdehdə “Tibbi sığorta üzrə aparıcı mütəxəssis” vəzifəsinə işə qəbul olunmuşdur. 2022-ci ilin dekabr ayında TƏBİB tərəfindən təşkil olunmuş müsabiqədən uğurla keçərək iddiaçı “Tibbi sığorta bölməsinin müdiri” vəzifəsinə təyin olunmuşdur. İddiaçı xx.xx.2024-xx.xx.2024 tarixdə əmək məzuniyyətində olmuşdur. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən müqav iləyə xitam veriləcəyi barədə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən qeyri-qanuni şəkildə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya heç vaxt nə əmək müqaviləsinin surəti, nə əmrin (sərəncamın) surəti, nə də hər hansı bildiriş təqdim edilməmişdir. İddiaçı özü şəxsən ƏMAS sisteminə baxış keçirən zaman əmək müqaviləsinə 26 avqust 2024-cü il tarixli əmrlə xitam verildiyini aşkar etmiş, lakin nə əmr, nə də müqavilə elektron sistemə yerləşdirilməmişdir. xx.xx.2024 tarixdə iddiaçı ilə Vəkil arasında hüquqi yardım göstərilməsi haqqında müqavilə imzalanmış və müqavilə üzrə 320 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2024 tarixində iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif yo llanmışdır, lakin qarşı tərəf heç bir cavab verməmişdir. xx.xx.2024 tarixdə 9 saylı mediasiya təşkilatına “ilkin mediasiya sessiyası üçün ərizə” yollamışdır. xx.xx.2024 tarixdə 9 saylı mediasiya təşkilatından xx.xx.2024 tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış alınmışdır. Mediasiya sessiyası ilə bağlı iddiaçı 50 manat xərc çəkmişdir.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-412/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia təmin edilərək, işəgötürənin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmri ləğv edilmiş, iddiaçı cavabdehdə əvvəlki işinə “Tibbi sığorta bölməsinə müdir vəzifəsinə bərpa edilmiş və ona məcburi işburaxma günləri üçün xx.xx.202 4-cü il tarixdən işə bərpa olunduğu tarixədək hesablanmaqla əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 12.Məhkəmə, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmaqla, tərtib edilmiş əmr iddiaçının hüquqlarını pozmuşdur. Əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Cavabdehin hazırkı iddia tələbinin əmrin ləğv edilməsi hissəsi ilə bağlı razılaşmadığı, qəbul etmədiyi hal ondan ibarətdir ki, əmək müqaviləsinin müddətinin bitdiyi tarix, yəni xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsində sözügedən dəyişiklik olmamışdır və qanunun geriyə qüvvəsi olmadığından iddia əsassız hesab edilməlidir. Məhkəmə cavabdehin bu mövqeyinə münasibətdə qey d etmişdir ki, Əmək Məcəlləsinin müvafiq maddəsinə dəyişiklik edilməsi ilə bağlı Qanunun xx.xx.2024cü il tarixdə qəbul edilmiş, 73-cü maddənin 1-ci hissəsi 12 avqust 2024-cü il tarixdə “Azərbaycan” qəzetində, 13 avqust 2024-cü il tarixdə isə Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda yeni redaksiyada verilmişdir. 13.Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə qanunvericiliyin tələblərini pozmuş, tətbiq edilmiş maddi hüquq normasının tələbləri üzrə işəgötürən tərəfindən əmək qanunvericliyinin müddəalarının gözlənilməməsi öz təsdiqini tapmışdır. Müəyyən edilən hallara münasibətdə isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi yolverilməzdir. Bu sə bəbdən iddiaçının tələbi xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin son günü xx.xx.2024-cü ilə təsadüf etsə də, iddiaçı-işçi həmin tarixdə, xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək 32 təqvim günü müddətinə əmək məzuniyyətində olmuş, xx.xx.2024-cü il tarixdə yenidən işə çıxmış və ona heç bir xəbərdarlıq edilmədən onunla bağlanmış əmək müqaviləsinə işə çıxdığı xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. 14.Məhkəmə iddia tələbinin iddiaçının işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi hissəsinə münasibət qeyd etmişdir ki, əmək müqaviləsinin xitam verilməsi qaydalarına əməl olunmadığı na görə işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəməli, bu zaman məcburi iş buraxma müddətinə görə əmək haqqı ödənilməsi müddətinin axımının xx.xx.2024-cü il tarixdən, yəni əmək hüquqlarının pozulduğu andan hesablanmalı olması nəzərə alınmalıdır. 15.Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələb etdiyindən mediasiya xərci olaraq ödənilmiş 50 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. 16.Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 9-cu maddəsinin “b” bəndinə, 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə, 45-ci maddəsinin 1-ci hissəsinə, 46-cı maddəsinin 6-cı hissəsinə, 49cu maddəsinə, 68 -ci maddəsinin 2-ci hissəsinə, 73-cü maddəsinə, 83-cü maddəsinə, 84cü maddəsinin 1 və 2-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, habelə MPM-in 107, 115.0.1-115.0.9, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat 17.Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. Belə ki, iddiaçı xx.xx.2022-ci ildə cavabdehdə 1 ştat vahidi üzrə “Sığorta təşkili və innovasiya” şöbəsinin, Tibbi sığorta bölməsinin, tibbi sığorta üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmiş və onunla 1 il müddətə müddətli əmək müqaviləsi bağlanmışdır. İdd iaçı, xx.xx.2022-ci ildə “Sığortanın təşkili və innovasiya” şöbəsinin tibbi sığorta bölməsinin rəhbəri vəzifəsinə keçirilmişdir. Cavabdehin “Tibbi siğorta bölməsi”nin bölmə müdiri vəzifəsində çalışmış iddiaçının əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişində, onunla xx.xx.2022-ci ildən xx.xx.2023cü il tarixədək müddətli əmək müqaviləsinin bağlanması şərtləşdirilmişdir. Əmək müqaviləsi tərəflərin həmin müqaviləyə xitam verilməsi ilə bağlı təşəbbüsü olmadığı üçün sözügedən müqavilənin müddəti xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cavabdeh iddiaçıya əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixdə bitməsi ilə əlaqədar həmin vaxt qüvvədə olan AR Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq onun əmək müqavilə sinin növbəti müddətə uzadılmaması ilə bağlı müvafiq qərar qəbul etmiş və iddiaçı məzuniyyətdən qayıtdığı xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, qanunvericiliyə edilmiş dəyişiklik ilə müddətli əmək müqaviləsi tərəflərinin müddətin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq etmə normasını dəyişdirmişdir. Əmək müqaviləsinə xitam vermək, o cümlədən müqavilə ilə nəzərdə tutulan müddətin bitməsinə görə əmək müqavisinə xitam vermək işəgötürənin hüququdur. AR Əmək Məcəlləsinin 317ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin tətbiqi zamanı əmək müqaviləsinin tərəflərinin hüquqlarının və mənafelərinin müdafiə olunmasını təmin edən, onların məsuliyyətə cəlb olunmasını istisna edən və ya yüngülləşdirən müddəalar ın qüvvəsinin geriyə şamil edilməsinə yol verilir. Əmək müqaviləsinin tərəfi olan işəgötürənin hüquqlarını məhdudlaşdıran dəyişikliklərin zamana görə geriyə qüvvəsinə yol verilmir. AR Konstitusiyasının Vİİİ hissəsində Normativ hüquqi aktların dərc edilməsi təsbit olunmuşdur. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir. Normativ hüquqi aktlar haqqında” AR Qanunun 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və AR Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilmə z. xx.xx.2023-cü il tarixdə dərc olunan dəyişikliyə əsasən “Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır”. Bu səbəbdən işəgötürən ən gec xx.xx.2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 73-cü maddəsinə edilmiş yeni dəyişikliyə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) işçini xəbərdar etməli idi. Lakin yeni dəyişikliklə qüvvəyə minən norma işəgötürənin və işçinin hüquqlarını məhdudlaşdırdığı üçün normanın tətbiqi müddətli əmək müqaviləsini n tərəfləri üçün mümkün olmamışdır. Ona görə də, müddətli əmək müqaviləsinin bağlandığı vaxtda qüvvədə olan norma tətbiq edilmişdir. AR Əmək Məcəlləsinin 11-ci maddəsində müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. İşəgötürən tərəfindən iddiaçı ilə müddətli əmək müqaviləsində razılaşdırılmaya uyğun şəkildə xitam verilmişdir. İddiaçıya xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək növbəti əmək məzuniyyətində olduğundan onun əmək müqaviləsinin müddətinin bitdiyi xx.xx.2024-cü il tarixdə məzuniyyətdə olması və müqaviləsinin bitməsinə 4 gün qalması səbəbindən yeni dəyişikliklə qüvvəyə minən normanın tətbiqi mümkünsüz olmuşdur. 19.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2932/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən, məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-412/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilmişdir. 20.Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə xx.xx.2025-ci il tarixdən qüvvəyə minmiş AR Əmək Məcəlləsinin 73-cü maddəsinin müddəalarını tətbiq etməkdə haqlı olmamışdır. Belə ki, işəgötürən ən geci xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 73-cü maddəsinə edilmiş yeni dəyişikliyə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya si stemi vasitəsilə) işçini xəbərdar etməli idi. Lakin, yeni dəyişikliklə qüvvəyə minən norma işəgötürənin və işçinin hüquqlarını məhdudlaşdırdığı üçün normanın tətbiqi müddətli əmək müqaviləsinin tərəfləri üçün mümkün olmamışdır. 21.Hazırıkı işin hallarından görünür ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdən bitməli olsa da, iddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək növbəti əmək məzuniyyətində olduğundan, əmək müqaviləsinə xitam vermək mümkün olmamışdır. xx.xx.2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 73-cü maddəsin dəyişiklik edilənədək qüvvədə olan normaya görə işçi işə çıxığı müddətdən 1 həftə ərzində xəbərdarlıq edilməlidir. Dəyişikliyə əsasən isə müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. Həmin müddət xx.xx.2024-cü il tarixə təsadüf etdiyindən və qeyd edilən tarixdə qanunvericilikdə dəyişiklik olmadığından, işəgötürən qarşı tərəfi xəbərdar edə bilməmiş, yalnız işə çıxdığı müddət, yəni xx.xx.2024-cü il tarixdə artıq əmək müqaviləsinə xitam verilmişdir. 22.Belə ki, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müq aviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün müqaviləyə işəgötürən tərəfindən xitam verilə bilər. 23.Göründüyü kimi, işəgötürən tərəfindən iddiaçı ilə müddətli əmək müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verilmişdir. 24.Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 9-cu maddəsinin “b” bəndinə, 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə, 45-ci maddəsinin 1-ci hissəsinə, 46-cı maddəsinin 6-cı hissəsinə, 49-cu maddəsinə, 68-ci maddəsinin 2-ci hissəsinə, 73-cü maddəsinə, 83-cü maddəsinə, 84-cü maddəsinin 1 və 2-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, habelə MPM-in 14.2, 77.1, 88, 372.6, 384.0.2-ci maddələrinə istinad etmə klə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 25.İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, daimi xarakterli iş üçün müddətli bağlanılmış əmək müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olmasını nəzərə alaraq, ona xitam verilməsi ilə bağlı işəgötürənin əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi tarixədək əmək haqqı ödənilməklə, onun əvvəlki vəzifəsinə qanunvericiliyin tələblərinə uyğun olaraq müddətsiz əmək müqaviləsi bağlanılaraq bərpa edilməsi, iş üzrə mediasiya xərci qismində ödənilmiş 50 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödə nilmiş 330 manat xidmət haqqının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 26.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən əmək qanunverciliyinin tələblərinə zidd olsa da, 2022-ci ildə kağız daşıyıcıda bağlanılmış əmək müqaviləsinin və ona əlavələrin (düzəlişlərin) bir nüsxəsi əmək fəaliyyətinə başladığı gündən qanunvericiliyin tələblərinə zidd olaraq işdən azad edildiyi günədək iddiaçıya təqdim edilməmişdir. Halbuki həmin dövrdə qüvvədə olan Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmçinin 2022-ci ildə qüvvədə olan Əmək Məcəlləsinin 46-cı m addəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilməli, razılaşdırılmış dəyişikliklər təsdiqlənərək əmək müqaviləsinə daxil edilməli idi. Qanunvericiliyin bu tələbləri cavabdeh tərəfindən pozulmuş, İddiaçı müqavilə və onun əlavələri ilə tanış edilməmiş,sənədlər təsdiq edilməmiş, bir nüsxəsi işçiyə təqdim edilməmişdir. xx.xx.2024cü il tarixdə cavabdeh tərəfindən əmək müqaviləsinə qanunvericiliyin tələblərinə zidd olaraq xitam verildikdən sonra İddiaçı özü şəxsən ƏMAS sisteminə baxış keçirən zaman əmək müqaviləsinə 26 avqust 2024-cü il tarixli əmrlə xitam verildiyini aşkar etmiş, lakin nə əmrin, nə də müqavilənin elektron sistemə yerləşdirilmədiyini aşkar etmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Porta lına baxış keçirən zaman iddiaçı həmin bölmənin rəhbəri vəzifəsinə təyin edildiyi xx.xx.2022-ciil tarixdə sistemə işlənilmiş əmək müqaviləsi bildirişindən müqavilənin xx.xx.2023-cü il tarixədək müddətli bağlanılması ilə bağlı məlumatı və həmçinin əmək müqaviləsinin müddətli bağlanılma səbəbi olaraq sistemdə “47/ğ qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda əsas kimi göstərildiyini aşkarlamışdır. Bundan sonra iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə hüquqi yola baş vurmuşdur. İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hal və yaxud halların olması ilə bağlı hər hansı bir əsas olmadan, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hald a (Əmək Məcəlləsi Maddə 45.4) müqavilənin müddətinin əvvəlcədən müəyyən edilərək bağlanılması qanunvericiliyin tələblərinə zidd olduğundan qadağandır. Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü bəndində də göstərildiyi kimi əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilməlidir. Təcrübə göstərir ki, məhkəmələr daimi xarakterli işlərdə müddətli əmək müqaviləsinin bağlanılması ilə bağlı iddialara baxarkən, işçinin işləmək hüququnun təmin edilməsi prinsipinə üstünlük verirlər. “Tibbi sığorta üzrəaparıcı mütəxəssis” və “Tibbi sığorta bölməsinin müdiri” vəzifələri cavabdeh müə ssisənin ştat cədvəlində daimi mövcuddur və müvəqqəti xarakter daşımır, həmçinin cavabdeh müqavilənin müddətli bağlanmasını indiyədək keçirilmiş məhkəmə iclaslarında və Əmək müfəttişliyinə təqdim edilmiş sənədlərdə qanunvericiliyə uyğun əsaslar mövcud olmadığından sübut edə bilməmişdir. Əmək Məcəlləsinin 47/ğ maddəsi qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda əmək müqaviləsinin müddətli bağlana biləcəyini nəzərdə tutmuşdur. Cavabdeh tərəf bu “digər halların” hansı hal olduğunu əsaslandıra bilməmişdir. Yəni hansı normativ hüquqi akt əsasında, hansı hallarda əmək müqaviləsinin müddətli bağlandığını əsaslandırmalıdır. Apellyasiya instansiyası məhkəməsi bu hüquq normasının pozulmasını nəzərə almamışdır. Cavabdeh tərəfindən 2022-ci ildə qüvvədə olan Əmək Məcəlləsinin 44 və 46-cı maddələri nin tələbləri pozulmuş olsa da, apellyasiya instansiyası məhkəməsi bu pozuntuya toxunmamışdır. Bu maddələrin tələblərinə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir, razılaşdırılmış dəyişikliklər təsdiqlənərək əmək müqaviləsinə daxil edilir. Qanunvericiliyin bu tələblərinə baxmayaraq, cavabdeh əmək müqaviləsinin və ona əlavələrin (düzəlişlərin) bir nüsxəsini işçiyə heç bir vaxt təqdim etməmişdir. Həmçinin onu da qeyd etmək vacibdir ki, əmək müqaviləsi və ona əlavələr X2 Xidməti və birinci instansiya məhkəməsi tərəfindən tələb olunmasına baxmayaraq sənədlərin surəti bu qurumlara da təqdim edilməmişdir. Sənədlərin təqdim edilməməsi onun şərtlərində qanuna zidd məqamlar olduğunu deməyə əsas verir. Cavabdehin bu addımı müqavilə şərtləri ilə bağlı şəffaflığın və hüquqi müəyyənliyin təmin edilməməsi kimi qiymətləndirilməlidir. İnzibati Xətalar Məcəlləsi üzrə cavabdeh barəsində protokolun tərtib edilməsi əmək məcəlləsinin tələblərinin pozulmasının sübutu kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır və s. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 27.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 28.Maddə 2 (1-ci hissə) Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəx slər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 29.Maddə 9 (“b” bəndi) Əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır; 30.Maddə 11 (“a” və “b” bəndləri) Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. 31.Maddə 45 (1-ci hissə) Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

32. Maddə 46 (6-cı hissə) Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyiş ikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. 33.Maddə 49 (5-ci hissə) Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləs inə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. 34.Maddə 68 (hissə İ) Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 35.Maddə 68 (hissə İİ, bənd “b”) Əmək müqaviləsinin müddətinin qurtarması, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 36.Maddə 73 (1-ci hissə) Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 37.Maddə 73 (2-ci hissə) İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. 38.Maddə 83 (1-ci hissə) Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 39.Maddə 83 (2-ci hissə) Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 40.Maddə 83 (3-cü hissə) Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 41.Maddə 83 (4-cü hissə) Əmək müq aviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 42.Maddə 84 (1-ci hissə) Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqavi ləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 43.Maddə 84 (2-ci hissə) Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 44.Maddə 84 (3-cü hissə) Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) his səsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 45.Maddə 300 (1-ci hissə ) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə id diası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 46.Maddə 300 (Qeyd hissəsi) Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 47.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etmə lidir. 48.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 49.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 50.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 51.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 52.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 53.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut o lunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 54.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 55.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 56.Qanunun tələbinə görə, kassasiya instansiy ası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 57.Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi 58.Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 59.İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. 60.Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razıl aşmayaraq müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 16 avqust 2022-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən iddiaçı, cavabdehdə 1 il müddətinə, yəni 16 avqust 2023-cü il tarixədək “Tibbi sığorta üzrə aparıcı mütəxəssis” vəzifəsinə işə qəbul edilmiş və 22 dekabr 2022-ci il tarixdən cavabdehdə Tibbi sığorta bölməsinə “bölmə rəhbəri” vəzifəsinə keçirilmişdir. Bundan sonra, işəgötürənin 17 iyul 2024-cü il tarixli əmr ilə iddiaçı 25 iyul 2024-cü ildən 25 avqust 2024-cü il tarixədək, 32 təqvim günü müddətində əmək məzuniyyətində olmuş və işəgörtürənin 26 avqust 2024-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 26 avqust 2024-cü il tarixdən xitam verilmişdir. 61.Apellyasiya instansiyası məhkəməsi q eyd etmişdir ki, iddiaçı ilə 16 avqust 2022-ci il tarixli müddətli əmək müqaviləsi məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, onların qarşılıqlı razılığı ilə bağlanmışdır və bu hal iddiaçının ötən müddət ərzində həmin əmək müqaviləsini mübahisələndirməməsi ilə də təsdiq olunur. 62.Daha sonra, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, sözügedən müddətli əmək müqaviləsində göstərilən 16 avqust 2023-cü il qurtardıqdan sonra da tərəflər arasında əmək münasibətləri davam etdirildiyindən, yəni 16 avqust 2023-cü il tarixdə müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinə xitam verilməsini tələb etmədiklərindən, həmin əmək müqviləsinin müddəti əvvəl müəyyən olunmuş 16 avqust 2024-cü il tarixədək uzadılmış hesab edilmişdir. 63.Apellya siya instansiyası məhkəməsi həmçinin iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti 16 avqust 2024-cü il tarixdə bitmiş olsa da, işəgötürənin 17 iyul 2024-cü il tarixli əmri ilə o, 25 iyul 2024-cü ildən 25 avqust 2024cü il tarixədək 32 təqvim günü müddətində növbəti əmək məzuniyyətində olduğu üçün, onunla bağlanmış müddətli əmək müqaviləsinə onun işə çüxdığı gün, yəni 26 avqust 2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən düzgün olaraq xitam verilmişdir. 64.Belə ki, birinci instansiya məhkəməsi, tərəflər arasında yaranmış əmək münasibətlərinə 12 avqust 2024-cü il tarixdən qüvvəyə minmiş AR Əmək Məcəlləsinin 73cü maddəsin in müddəalarını tətbiq etməkdə haqlı olmamışdır. Çünki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin son müddəti 16 avqust 2024-cü ildə bitdiyi üçün işəgötürən, Əmək Məcəlləsinin 73-cü maddəsinə edilmiş yeni dəyişikliyə görə, ən geci 09 avqust 2024-cü il tarixdə həmin əmək müqaviləsinə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) iddiaçını xəbərdar etməli idi, lakin Əmək Məcəlləsinin 73-cü maddəsinə edilmiş həmin dəyişiklik 12 avqust 2024-cü il tarixdən qüvvəyə mindiyindən, həmçinin iddiaçı 25 iyul 2024-cü ildən 25 avqust 2024-cü il tarixədək növbəti əmək məzuniyyətində olduğundan, işəgötürənin iddiaçını Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində (12 avqust 2024-cü il tarixdən qüvvədə olan redaksiyada) nəzərdə tutulan qaydada xəbərdar etməsi mümkün olmamışdır və nəticədə iddiaçı işə çıxdığı 26 avqust 2024-cü il tarixdən işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsasına görə xitam verilmişdir. 65.Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən, həmçinin iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin 16 avqust 2024-cü il tarixdən bitməsini və işəgötürənin iddiaçı ilə əmək münasibətlərini davam etdirməməsinə dair ortada olan iradə ifadəsini də nəzərə almışdır. 66.Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hü quqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 67.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 iyun 2025-ci il tarixli, 2(103)-2932/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar