Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5480/2021 25.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abbasova Günel Məhərrəm qızı, İddiaçı Hacı qızının Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirlməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM İddiaçı Hacı qızı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirlməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsi qəbul edilməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsinə əsasən əgər ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin iddia ərizəsində qeyd edilən ünvandan qeydiyyatdan çıxarılması üçün müvafiq polis orqanına müraciət etməli olduğu halda məhkəməyə müraciət etmişdir. Beləliklə, şərh olunanlara və qanunvericilik aktları normalarına əsasən hesab edirəm ki, hazırkı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddia ərizəsi yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya qeyd edilmiş halları nəzərə alaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 153.2, 153.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM İddiaçı Hacı qızının Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirlməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya cavabdehin müvafiq ünvandan qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-5480/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5480/2021
25.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver