Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5512/2021 26.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx xxxxxx 2003-cü il təvəllüdlü Cavabdeh1 və xx xxxxxx 2002-ci il təvəllüdlü Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1 ünvanından istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 18 may 2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən o, X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 20/180, 196 saylı mənzili almışdır. Azrbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 20 may 2020-ci il tarixli, **********06- 05101-093029 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən həmin mənzil artıq onun mülkiyyətindədir.18 may 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı X2 18 iyul 2020-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı 11 avqust 2020-ci il tarixli arayışdan da görünür ki, xx xxxxxx 2003-cü il təvəllüdlü Cavabdeh1 və xx xxxxxx 2002-ci il təvəllüdlü Cavabdeh2 onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatındadırlar. Hazırda cavabdehlərin harada yaşamaları onlara məlum deyil. Cavabdehlərin bu günə qədər ona məxsus mənzildə formal qeydiyyatda qalmaları səbəbindən o, onlarında əvəzinə kommunal xidmət haqqları ödəməli olur. Bu da onun çətin olan həyat tərzini daha da ağırlaşdırır. Həmin şəxslərin onun mənzilində pasport qeydiyyatında qalmaları mülkiyyətçi kimi onun bir sıra hüquqlarını məhdudlaşdırır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər (məhkəmə bildirişləri zərfin üzərində “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır). Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 18 may 2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 20/180, 196 saylı mənzili satıcı X4 tərəfindən alıcı İddiaçı satılaraq sonuncunun mülkiyyətinə verilmişdir; 4ə-474 nömrəli notariat qovluğunda olan Cavabdeh2 ərizəsinin surətindən görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 20/180, 196 saylı mənzilin satılmasına razıdır; Azrbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin elektron çıxarışından görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 11 avqust 2020-ci il tarixli arayışından görünür ki, digər şəxslərlə yanaşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da ünvan 1 ünvanında qeydiyyatdadır; 22 iyun 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı 18 may 2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 20/180, 196 saylı mənzili almış, hazırda onun xüsusi mülkiyyətindədir. Mənzilin alqı-satqısı zamanı cavabdehlərdən Cavabdeh2 yetkinlik yaşına çataraq notarial qaydada ərizə verərək mənzilin satılmasına etiraz etməmiş, digər cavabdeh isə mənzilin alqı-satqısı zamanı yetkinlik yaşına çatmadığından ondan razılıq ərizəsinin alınmasına zərurət olmamışdır. Hazırda cavabdehlər həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq hazırda həmin mənzildə yaşamırlar. Göründüyü kimi, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun olması, sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu “şərti və qeyri-sabit xarakterli” etmiş olur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər xx xxxxxx 2002-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 2003-cü il təvəllüdlü Cavabdeh1 Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 20/180, 196 saylı mənzilə olan istifadə hüquqları itirilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər xx xxxxxx 2002-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 2003-cü il təvəllüdlü Cavabdeh1 Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 20/180, 196 saylı mənzilə olan istifadə hüquqları itirilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-5512/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5512/2021
26.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver