Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5515/2021 26.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı qızı X3 ilə birlikdə ünvan 1 ünvanında həyətdə yerləşən iki otaqlı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1989-cu il tarixində Bakı şəhərində doğulmuşdur. Doğulandan atası - Cavabdeh məxsus Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Mehdiyev küçəsi, ev 39B ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2011-ci ildə (23 yaş) ailə qurduğuna görə həmin evdən gəlin köçmüşdür. İki il o, evdə yaşamamışdır. Lakin mütəmadi olaraq, iki il ərzində evə gedib gəlmişdir. 2018-ci ildə nikahı pozulduqdan sonra yenidən yaşadığı ünvan 2 ünvanına qayıtmış və həmin evdə yaşamağa başlamışdır. 11 oktyabr 2017-ci il tarixində qızı X5 doğulmuşdur. Bir müddət münasibət normal olsa da sonralar ailə üzvləri ona və azyaşlı qızına kobud rəftar etməyə başladılar. Azyaşlı qızını və onu dəfələrlə təhqir edərək, evdə yaşamağa qoymamışlar. Hal-hazırda artıq neçə müddətdir ki, azyaşlı qızı ilə dayısının evində yaşayırlar. Evdən çıxarkən həm ona, həm də azyaşlı qızına aid olan əşyaları evdə qoyub çıxmışdır. Onun başqa yaşayış yeri olmadığına görə, hesab edir ki, o, azyaşlı qızı ilə birlikdə ünvan 3 ünvanında həyətdə yerləşən ikiotaqlı evə köçürməlidir. Mübahisəli ünvanda yerləşən ikimərtəbəli ev atası Cavabdeh xususi mülkiyyətindədir. Atasına məxsus ikimərtəbəli evin həyətində isə ikiotaqlı hər şəraiti olan ev vardır. Həmin evi atası kirayə verir. Bundan əlavə də həyətdə daha birotaqlı ev var. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilən məzmunda izahat verdi. Həmçinin bildirdi ki, o, atasına məxsus ikimərtəbəli evdə yaşamışdır. Hazırda atası tərəfindən təklif edilən həyətdə yerləşən birotaqlı evdə azyaşlı qızı ilə birlikdə yaşaya bilər. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı onun doğma qızıdır və qızı azyaşlı uşağı ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında həyətdə yerləşən birotaqlı evə köçüb yaşaya bilər. Qızının həmin evdə yaşamasına dair hər hansı bir etirazı yoxdur. Onun bir həyətdə mülkiyyətində üç yaşayış evi var. Biri ikimərtəbəli evdir, həmin evi oğlu ailə qurduqdan sonra ona verəcəkdir. Həyətdə olan iki otaqlı evdə isə o, və digər qızı yaşayacaqdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı rəsmi qeydə alındığı yer Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 7-ci Koroğlu döngəsi (hazırda Z.Mehdiyev küçəsi), ev 39B -dir. AZ-İV seriyalı 030207 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 11 oktyabr 2017-ci il təvəllüdlü X2 atası X4, anası isə İddiaçıdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqların qeydiyyat idarəsi tərəfində verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 7-ci Koroğlu döngəsi, ev 39B Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin birinci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Eyni zamanda, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən üç fərdi yaşayış evi (biri ikimərtəbəli, biri iki otaqlı, digəri isə bir otaqlı) cavabdehin mülkiyyətindədir. İddiaçı cavabdehin doğma qızı olmaqla, ikimərtəbəli evdə yaşamış, sonradan ailə həyatı quraraq həmin evdən köçmüşdür. Daha sonra isə iddiaçının nikahı pozulmuş və o, atasına məxsus evə qayıtmaqla, yenidən həmin ünvanda yaşamışdır. Aralarında olan mübahisələrdən sonra isə iddiaçı azyaşlı uşağı ilə birlikdə həmin evi tərk etmişdir. Hazırda iddiaçı həmin evə deyil, cavabdehin həyətində yerləşən ikiotaqlı evə köçürülməyini, cavabdeh isə iddianı qismən qəbul edərək, iddiaçının həmin ünvanda yerləşən birotaqlı evə köçürülməsinə etiraz etmədiyini bildirir. Hazırda iddiaçı da həmin birotaqlı evə köçürülməsinə etiraz etmir. Məhkəmə, yuxarıda qeyd olunanları və cavabdehin iddianı qismən qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı azyaşlı uşağı ilə birlikdə ünvan 4 ünvanda yerləşən birotaqlı evə köçürülməli, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun 5 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı uşağı - 11 oktyabr 2017-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Mehdiyev küçəsi, 39B ünvanında yerləşən Cavabdeh məxsus birotaqlı evə köçürülsün. İddia digər hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun 5 (beş) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-5515/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5515/2021
26.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver