Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5580/2023 23.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 mart 2023-ci il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki tutduğu vəzifəyə bərpa edilməsi və məcburi buraxdığı günlərin pulunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 2007-ci ildə əmək müqaviləsi bağlanmış və 2007-ci ildən 2023-cü ilədək Cavabdehndə işləmişdir. 2007-ci ildən 2020-ci ilədək aralarında bir neçə dəfə əmək müqavilələri bağlanmış və müqavilələrin müddətsiz bağlanması nəzərdə tutulmuşdur. Lakin xx.xx.2020-ci il tarixdə cavabdehin əməkdaşları ilə aralarında müqavilə bağlanan zaman müqavilənin 3 il müddətinə bağlanması barədə məlumatı olmamış, əmək müqaviləsini imzalayarkən oxumadan imza etmişdir. Eyni zamanda, 2007-ci ildən işlədiyi iş yerində ona qarşı hər hansı neqativ hadisə olacağını düşünmədiyindən, əmək müqaviləsinə imza etmişdir. Sonradan xx.xx.2023-cü il tarixdə səhhətində yaranmış problemlərlə əlaqədar bülletendə olmuş və bülleten bitdikdən sonra səhhətində yaranmış problemlər aradan qalxmadığından, məzuniyyətə çıxmağı barədə məlumat vermişdir. Daha sonra xx.xx.2023cü il tarixdə işə çıxan zaman o, yenidən məzuniyyətə çıxmaqla bağlı ərizə ilə müraciət etmiş və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək məzuniyyətdə olmuşdur. xx.xx.2023-cü il tarixdə ona xəbərdarlıq etmədən, bu barədə ona bildiriş təqdim etmədən əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra, cavabdehin qanunsuz hərəkətləri barədə X1 müraciət edərək, qanunsuz işdən çıxarılmağı səbəbindən araşdırma aparılmasını və işə bərpa olunmağını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli əmri ilə onu işdən azad etməzdən əvvəl Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda etməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli əmri qəbul edərkən, işəgötürən kimi Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməli, yəni Əmək Məcəlləsi müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda heç bir mötəbər sübut olmadan araşdırmanın nəticəsini gözləməli olduğu halda Məcəllənin qeyd olunan imperativ tələblərinə riayət etməmişdir. Cavabdeh iddiaya yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və iddia rədd edilməlidir. Belə ki, işçinin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə istinadən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmiş və bu barədə işçiyə müvafiq bildiriş təqdim edilmişdir. Əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilən müqavilələr üzrə işə bərpa qanunvericilikdə nəzərdə tutulmadığından xitamdan sonrakı günlərlə əlaqədar məcburi buraxılan günlərin pulunun tələb edilməsi tələbi mümkün deyil. Bundan başqa, işçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli izahatında son haqq-hesabın ona təqdim edilməsini etiraf etmişdir. İşçinin müqavilənin imzalanması prosesi barədə bildirdiyi iddialarla bağlı qeyd edir ki, müqavilənin tərəfləri imza atmaqla öz iradə ifadəsini bildirmişlər və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən imzalandığı andan bağlanılmış sayılır və tərəflər üçün məcburi xarakter daşıyır. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının iddia tələbi və iddia ərizəsində qeyd etdiyi məsələlər tam əsassızdır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, onunla əmək müqaviləsi bağlanarkən müqavilənin hansı müddətə bağlandığı ona bildirilməmiş və bununla bağlı müqavilədə hər hansı yazı da görməmişdir. O, işdən azad edildiyi gün ona bildiriş təqdim edilmişdir ki, onun müqaviləsi müddətli olmuş və müddət bitmişdir, ona görə də işdən azad edilir. O, cari ilin dekabr ayında pensiya yaşına çatır, onun pensiya yaşına az qalmış bir müddətdə ona bu cür rəftar edilməsi düzgün olmamışdır. O, cavabdeh MMC-də işlədiyi illər ərzində də hər hansı nöqsana yol verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, iddiaçı əmək müqaviləsinin müddətli bağlanmasından məlumatlı olmuş, hətta ona əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı bildiriş də təqdim edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, sonuncu MMC-də Avtodayanacaq bölməsinin rəhbəri vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən bu əmək müqaviləsi müddətsiz bağlanmışdır “yox”. Müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək bağlanmışdır. Müqavilənin 3.4-cü bəndinə əsasən işçi xx.xx.2020-ci il tarixdən işə başlayır. Müqavilənin 7.1-ci bəndinə əsasən işçiyə hər ay 878.21 manat məbləğində əmək haqqı ödənilir. Sistemə xx.xx.2020-ci il tarixdə daxil edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı elektron əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı avtodayanacaq bölməsinin müdiri vəzifəsində işləyir, əmək haqqı 878.21 manat, əmək müqaviləsi müddətli, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2020-ci ildir. Sistemə xx.xx.2020-ci il tarixdə daxil edilmiş Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı avtodayanacaq bölməsinin müdiri vəzifəsində işləyir, əmək haqqı 878.21 manat, əmək müqaviləsi müddətli, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2020-ci ildir. Sistemə xx.xx.2020-ci il tarixdə daxil edilmiş Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı avtodayanacaq bölməsinin – təsərrüfat bölümünün müdiri vəzifəsində işləyir, əmək haqqı 1101.68 manat, əmək müqaviləsi müddətli, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2020-ci ildir. Sistemə xx.xx.2020-ci il tarixdə daxil edilmiş Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı təsərrüfat bölümünün müdiri vəzifəsində işləyir, əmək haqqı 1101.68 manat, əmək müqaviləsi müddətli, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2020-ci ildir. Sistemə xx.xx.2021-ci il tarixdə daxil edilmiş Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı təsərrüfat bölməsinin müdiri vəzifəsində işləyir, əmək haqqı 1101.68 manat, əmək müqaviləsi müddətli, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2020-ci ildir. Sistemə xx.xx.2021-ci il tarixdə daxil edilmiş Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı təsərrüfat bölməsinin müdiri vəzifəsində işləyir, əmək haqqı 1114.13 manat, əmək müqaviləsi müddətli, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2020-ci ildir. Sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmiş Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı təsərrüfat bölməsinin müdiri vəzifəsində işləyir, əmək haqqı 1126.86 manat, əmək müqaviləsi müddətli, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2020-ci ildir. Sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmiş Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı təsərrüfat bölməsinin müdiri vəzifəsində işləyir, əmək haqqı 1241.14 manat, əmək müqaviləsi müddətli, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2020-ci ildir. Cavabdeh xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, İddiaçı ilə MMC arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə qurtarır. Həmin əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən başlayaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. İddiaçı sözügedən bildirişlə xx.xx.2023-cü il tarixdə tanış olmuşdur. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İA-060/23 nömrəli əmrindən görünür ki, İddiaçı - Cəmiyyətin İnzibati İşlər Departamenti İnzibati şöbənin Təsərrüfat bölməsinin müdiri ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilə müddəti bitməsi ilə) xitam verilməsi əmr edilmişdir. Son haqq hesab: istifadə edilməmiş məzuniyyət günləri 20 təqvim günü. Əsas: İddiaçı ilə bağlanmış əmək müqaviləsi və xx.xx.2023-cü il tarixli bildiriş. Sistemə xx.xx.2023-cü il tarixdə daxil edilmiş Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-maddəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixli, İA-060/23 nömrəli əmrlə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-5/2-Q- 17848/2023 məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən sonuncu ilə işəgötürən Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış müddətli əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasına uyğun olaraq işçinin müəyyən üzrlü səbəbdən xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid olduğundan yenidən Cavabdeh MMC-yə işə qəbul olunmağı üçün işəgötürənə müraciət etməyinin məqsədə uyğunluğu bildirilmiş, həmçinin müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlı mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etsə də, lakin qarşı tərəf sessiyada iştirak etməmiş, 55 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdeh MMC-də Avtodayanacaq bölməsinin rəhbəri vəzifəsinə qəbul edilmişdir. Həmin əmək müqaviləsində onun hansı müddətə bağlanmış olduğu göstərilməmişdir. Bununla belə, xx.xx.2023-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilə müddəti bitməsi əsası ilə) xitam verilmişdir. Hazırda iddiaçı bildirir ki, onun əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz olduğundan, həmin əmr ləğv edilməli, işə bərpa edilməli və məcburi işburaxmaya görə ona haqq ödənilməlidir. Cavabdehin mövqeyinə görə isə, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli olmuş, həmin müddət qurtardığından ona əvvəlcədən xəbərdarlıq edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hazırki iddia ilə bağlı aşağıdakları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 43.2-ci maddəsinə əsasən əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, o cümlədən faktiki fəaliyyət göstərdiyi ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN); h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd. x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2-ci maddəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3-cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73.2-ci maddəsinə görə, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Qanunvericiliyin normalarından göründüyü kimi, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 3.1-ci bəndində əmək müqaviləsinin müddətsiz bağlanmadığı qeyd olunmuş və müqavilənin 3.3-cü bəndində müqavilənin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə qədər bağlandığı göstərilmişdir. Başqa sözlə, əmək müqaviləsində müqavilənin hansı müddətə bağlanması konkret olaraq göstərilməmiş, iddiaçının özü də onun əmək müqaviləsinin müddətsiz bağlandığını bildirmişdir. Beləliklə işdən çıxarılma əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verildiyi göstərilsə də, həmin əmək müqaviləsində onun konkret olaraq hansı müddətə bağlanmış olduğu göstərilmədiyindən Əmək Məcəlləsinin 45.2-ci maddəsinə əsasən həmin əmək müqaviləsinin müddətsiz bağlanmış olduğu qəbul edilməlidir. Belə olan halda, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli hesab edilə və həmin səbəbdən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilə bilməzdi. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, İA-060/23 nömrəli əmr ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur. Cavabdeh tərəf etirazında iddiaçının əmək müqaviləsinin müddətli olması ilə bağlı məlumatlı olduğunu, hətta əmək müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixdə bitməsi ilə bağlı ona bildiriş təqdim edildiyini bildirsə də, məhkəmə bu dəlilləri əsassız hesab edir. Belə ki, Əmək Məcəlləsinin 43.2-ci maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsinin müddəti məhz həmin əmək müqaviləsinin məzmununda göstərilməlidir və bu baxımından iddiaçıya təqdim edilən bildirişdə müqavilənin müddətli olmasının göstərilməsi hər hansı hüquqi əhəmiyyət kəsb etmir. Digər tərəfdən sözügedən bildiriş iddiaçıya xx.xx.2023-cü il tarixdə, yəni əvvəlcədən deyil, əmək müqaviləsinə xitam verildiyi gün təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əmək mübahisəsi ilə bağlı qiymətləndirilməyən iddia olduğundan, iddiaçı da müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2023-cü il tarixli, İA-060/23 nömrəli əmri ləğv edilərək İddiaçı əvvəlki vəzifəsinə işə bərpa edilsin. xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Cavabdeh tərəfindən İddiaçı ödənilsin. Cavabdehndən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5580/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5580/2023
23.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver