Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5582/2021 30.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, Ərizəçi Azərbaycan Respublikasi Dövlət Sığorta Kommersiya Şirkətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdərisənə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baki şəhəri Binəqədi Rayon İcra Şöbasinə qarşı sığorta ödənişinin ödənilməsi və hərəkətsizliyin qanunsuz hesab edilməsi ilə bağlı ərizəsini və əlavə olunmuş sənədləri 30 iyun 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi Azərbaycan Respublikasi Dövlət Sığorta Kommersiya Şirkətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdərisənə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baki şəhəri Binəqədi Rayon İcra Şöbasinə qarşı xüsusi icraat qaydasında Azərbaycan Respublikası adından çıxarılmış Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(006)-375/2020 saylı və Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2020-cı il tarixli, 2(103)- 3766/2020 saylı Qətnaməsi əsasında verilmiş İcra sənədinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Milli Ordusunun zabiti olmuş, polkovnik ,həyat yoldaşı , 1947cı il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının 1997-ci ilin aprel ayında olan rəyinə əsasən xidmətdən ehtiyata buraxılması və 02 oktyabr 1998-ci il tarixdə 51 yaşında “kəskin ürək-damar çatmamazlığı” xəstəliyindən ölməsinə baxmayaraq -“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında -Qanunun 5-ci maddəsinə əsasən 4-cü maddəsində nəzərdə tutulan 11.000 (on bir min) manat məbləğində sığortanın ona ödənilməməsi, icra sənədinin icrasından Azərbaycan Respublikasi Dövlət Sığorta Kommersiya Şirkətinin imtina etməsinə görə hərəkətlərinin, bu əsasla Dövlət Sığorta Kommersiya Şirkəti barədə icra ilə əlaqədar tədbirlərin görülməməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdərisənin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baki şəhəri Binəqədi Rayon İcra Şöbasinin hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair Qarar qabul olunmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. İlk növbədə məhkəmə qeyd edir ki, hazırkı tələbə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində müəyyən olunmuş xüsusi icraat qaydasında baxılmalı olan işlərdə nəzərdə tutulmamışdır. Bununla yanaşı tələbin Azərbaycan Respublikasi Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 olduğu yerə görə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Eyni zamanda tələbin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdərisənin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baki şəhəri Binəqədi Rayon İcra Şöbasinin hərəkətsizliyi ilə bağlı hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 2-ci bəndində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra xidməti inzibati orqanların siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü və 2.2.7-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda göstərilən normaların təhlilindən belə nəticəyə gəlinir ki, tələbin qeyd olunan hissəsinə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 153.2 və 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ М: Ərizəçi Azərbaycan Respublikasi Dövlət Sığorta Kommersiya Şirkətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdərisənə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baki şəhəri Binəqədi Rayon İcra Şöbasinə qarşı sığorta ödənişinin ödənilməsi və hərəkətsizliyin qanunsuz hesab edilməsi ilə bağlı ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın və ona müvafiq tələblə aidiyyat üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5582/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5582/2021
30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver