Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-560/2021 19.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzilə köçürmə və pul tələbinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh2 Cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı azyaşlı övladları ilə birlikdə mənzilə istifadə hüquqları olmadığından mənzildən pasport qeydiyyatından çıxarılmalarına dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzilə köçürmə və pul tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı azyaşlı övladları ilə birlikdə mənzilə istifadə hüquqları olmadığından mənzildən pasport qeydiyyatından çıxarılmalarına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh1 ilə 2010-cu ilin oktyabr ayının 16-da rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, cavabdehlərin razılığı ilə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 10 saylı evin 6 saylı mənzilinə gəlin köçmüşdür. İddiaçı Cavabdeh1la birgə nikahından 05.08.2011-ci il təvəllüdlü X10 və 09.09.2017-ci il təvəllüdlü X8 anadan olmuşdur. İddiaçı övladları ilə birlikdə qaynanası həmçinin ilk iddia üzrə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 10 saylı evin 6 saylı mənzilinə pasport qeydiyyatına alınmışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 nikahı pozulmuş, məhkəmə aktı qanuni qüvvəsini almışdır. İddiaçı yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 10 saylı evin 6 saylı mənzilindən ilk iddia üzrə cavabdehlərin təzyiqi ilə qovulmuş, lakin onun əmlaklarının demək olar ki, hamısı mübahisəli mənzildə qalmışdır. İddiaçı hazırda iki azyaşlı uşaqları ilə birgə qohumlarının evinə sığınmışdır. İddiaçı azyaşlı övladları ilə birlikdə ilk iddia ərizəsi üzrə cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində yaşayış yerindən məhrum olmuşdur. Bu azmış kimi cavabdehlər hazırkı tələbin qarşısını almaq məqsədilə öz qohumlarını həmin mənzilə yerləşdirmişlər. 4 otaqdan ibarət komunal şəraiti olan mübahisəli mənzilə, yəni Bakı şəhərinin Rəşid İsmayılov küçəsində yerləşən 10 saylı evin 6 saylı mənzilinə İddiaçı azyaşlı uşaqları ilə birgə köçürülməlidir. İddiaçı gəlin köçərkən mənzilin 2 otağı ona verildiyindən və cehiz əmlakları orada qaldığından o, qeyd olunan 2 otağa köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göründüyü kimi mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da qanunla qorunur və mülki qanunvericilikdə belə hüquq sahibinin hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququ istisna edilməmişdir. İddiaçı və uşaqlarının əmlakdan istifadə hüquqları məhdudlaşdırılmışdır. Qüvvədə olan qanunlara əsasən yetkinlik yaşına çatmayanların yaşayış yeri onun valideynlərinin yaşayış yeri hesab edilir. İddiaçı qeydiyyatda olduğu mənzilin mülkiyyətçisi ilə həmin mənzilə dair istifadə hüququna dair notarial qaydada təsdiq olunan yazılı razılaşması yoxdur. Bundan başqa, İddiaçı Cavabdeh1 ilə nikahda olarkən Mercedes-Benz 220 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobiliəldə etmişlər. Birgə nikah dövründə əldə olunmuş əmlak kimi sözügedən əmlakın bölgüsü aparılmalıdır. Lakin birgə nikah dövründə əldə edilmiş Mercedes-Benz 220 markalı **-BE-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən satılmışdır. Bu markalı avtomobillərin internet informasiya resurslarından götürülmüş məlumatlara əsasən dəyəri 9000-15000 manat təşkil edir. Tərəflərin birgə nikahlarından olan uşaqlarının da mənafeyi nəzərə alınaraq əldə edilmiş puldan 7000 manat Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Ona görə də İddiaçı övladları X10 və X8 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 10 saylı evin 6 saylı mənzilinə köçürülməsinə, birgə nikah dövründə əldə edilmiş Mercedes-Benz 220 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilən puldan 7000 manatın Cavabdeh1 alınaraq İddiaçı ödənilməsinə, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Cavabdeh6 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərk izahatında göstərmişdir ki, İddiaçı ilk iddia ərizəsi əsassızdır. Belə ki, Bakı şəhəri Binəqədi rayonu R.İsmayılov küçəsi 10 saylı evin 6 saylı mənzili 11.04.2002-ci ildən Cavabdeh2 xüsusi mülkiyyətindədir. Bu fakt daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq müvafiq olaraq Bakı şəhəri Binəqədi rayonu R.İsmayılov küçəsi 10 saylı evin 6 saylı mənzilinə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən ÖM seriyalı 108891 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 azyaşlı övladları ilə birlikdə Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu R.İsmayılov küçəsi 10 saylı evin 6 saylı mənzilində qeydiyyatdadırlar. Lakin İddiaçı, Cavabdeh1 və azyaşlı övladları Bakı şəhəri Binəqədi rayonu R.İsmayılov küçəsi 10 saylı evin 6 saylı mənzilində yaşamırlar. Qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı iddia üzrə cavabdehlərin Cavabdeh2 mülkiyyətində olan mənzildən istifadə hüquqları mövcud deyildir. Ona görə də, ilk iddia ərizəsinin mənzilə köçürülmə tələbinə dair hissədə rədd edilməsinə, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 və onların azyaşlı övladlarının Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu R.İsmayılov küçəsi 10 saylı evin 6 saylı mənzilinə istifadə hüquqları olmadığından onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş edir. İlk və qarşılıqlı iddia ərizələri üzrə Cavabdeh1, ilk iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, ilk və qarşılıqlı iddia ərizələri üzrə Cavabdeh1, ilk iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə ilk və qarşılıqlı iddia ərizələri üzrə Cavabdeh1, ilk iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM № 108891 seriyalı 11.04.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 10 saylı 6 saylı mənzili Cavabdeh2 adına 1203 saylı reyestr kitabında 180748 nömrəsi ilə qeydə alınmışdır. 1 saylı Asan xidmət mərkəzi tərəfindən 11.05.2017-ci il tarixdə verilmiş AZE seriyalı 18108744 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 10 saylı evin 6 saylı mənzilində qeydiyyatda olan 05.08.2011-ci il tarixdə Bakı şəhərində doğulmuş Rəcəb Hüseynlinin atası Cavabdeh1, anası İddiaçıdır. 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.09.2017-ci il tarixli AZ-İV № 018560 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X8 09.09.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 5321 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh1, anası İddiaçıdır. 2 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş 12.10.2020-ci il tarixli ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, 25.05.1953-cü il təvəllüdlü X9, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh1, 11.07.2005-ci il təvəllüdlü X6, 06.07.2011-ci il təvəllüdlü X2, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh4, 05.08.2011-ci il təvəllüdlü X11, 30.05.2017-ci il təvəllüdlü X7, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh5 Bakı şəhəri Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 10 saylı evin 6 saylı mənzilində qeydiyyatdadırlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli 2(001)-954/2020 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 arasında 16.10.2010-cu il tarixli Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1456 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 05.08.2011-ci il təvəllüdlü X3 və 09.09.2017ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları, Cavabdeh1 02.12.2019-cu il tarixdən başlayaraq 05.08.2011-ci il təvəllüdlü X3 və 09.09.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər uşaq üçün hər ay 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin 06.08.2020-ci il tarixli 69307/220 saylı məktubundan müəyyən olunur ki, DİN-in BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına görə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov 10 saylı evin 6 saylı mənzilində qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh1 adında 06.04.2018-ci il tarixdən Mercedes Benz 220 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Azərbaycan Respublikası DİN BDYPİ-nin kompüter çıxarışından müəyyən olunur ki, Mercedes Benz 220 minik markalı 1994-cü il buraxılışlı yaş asfalt rəngli **********8672 mühərrik nömrəli WDB1240221C101755 ban nömrəli nəqliyyat vasitəsi 14.09.2020-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adından qeydiyyatdan çıxarılmış və həmin tarixdən X4 adına qeydiyyatdadır. Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC-nin 19.02.2021-ci il tarixli 15 saylı rəyindən müəyyən olunur ki, ** BE *** qeydiyyat nişanlı 1994-cü il buraxılışlı Mercedes-Benz E220 markalı avtomobilin orta bazar qiyməti 8000 manat müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı nikaha daxil olduqdan sonra qaynanası Cavabdeh2 hələ 2002-ci ildən xüsusi mülkiyyətində olan Bakı şəhəri Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 10 saylı 6 saylı mənzilinə köçmüş, lakin həmin mənzilə istifadə hüququnun yaranması üçün mənzilin mülkiyyətçisi ilə notarial qaydada təsdiq olunan razılaşma bağlamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Göründüyü kimi 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş MM-in 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, bu hüququn yaranması üçün mülkiyyətçi ilə notariat qaydasında təsdiq olunmuş müqavilə bağlansın və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. E.A.Cavabdeh2Hüseynova ilə notariat qaydasında təsdiq olunmuş müqavilə bağlamadığından, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onun övladları ilə birlikdə Bakı şəhəri Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 10 saylı 6 saylı mənzilinə köçürülməsinin hüququ əsası yoxdur, bu səbəbdən ilk iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə qeyd edir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ərarvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. (AM-nin 32.1, 32.2, 32.3, 36.2, 36.3) Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri, ümumi birgə mülkiyyətlərində olan orta bazar qiyməti 8000 manat təşkil edən Mercedes Benz 220 minik markalı **-BE- *** qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən İddiaçı razılığı olmadan satılmışdır. Məhkəmə ilk iddia ərizəsinin bu tələbi ilə bağlı tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, bu əmlakın dəyəri bölünərkən uşaqların mənafeyinin nəzərinə alınmasına əsas ola biləcək sübutların məhkəməyə təqdim olunmamasını nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı və Cavabdeh1 ümumi birgə mülkiyyətlərində olan avtomobilin orta bazar qiyməti olan 8000 manatın ½ hissəsini təşkil edən 4000 manat Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24.09.2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatının onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmədiyini müəyyən etmişdir. X5 Məhkəməsi müəyyən etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi qarşılıqlı iddia tələbi yönələn şəxslərin özlərini mənzilə qeydiyyata alınmaq və ya mənzildən qeydiyyatdan çıxmaq səlahiyyətləri yoxdur, belə səlahiyyət yalnız inzibati orqana aiddir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə isə mülkiyyətçi bu tələblə inzibati orqana qarşı inzibati məhkəməyə müraciət etməlidir. Ona görə də məhkəmə qarşılıqlı iddia ərizəsini əsassız hesab edib təmin etmir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlk iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 Fazail oğlundan 4000 manat İddiaçı xeyrinə tutulsun. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh2 İddiaçı və Cavabdeh1 qarşı azyaşlı övladları ilə birlikdə Bakı şəhəri Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 10 saylı evin 6 saylı mənzilinə istifadə hüquqları olmadığından mənzildən pasport qeydiyyatından çıxarılmalarına dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-560/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-560/2021
19.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver