Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-425/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1885/2024 nömrəli 29 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən və hazırda cavabdehin istifadəsində olan evə köçürülməsi, birgə nikah dövründə əldə edilmiş «Toyota Corolla» markalı ** KY *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə birgə mülkiyyət kimi onun 1/2 hissədə pay hüququnun müəyyən edilməsi, avtomobilin açıq hərracda satılaraq paylarına uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 avqust 2024-cü il tarixli 2(002)-1885/2024 nömrəli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişində göstərilmişdir ki, Cavabdeh 6 ay müddətinədək (21 iyul 2025-ci ilədək) 27500 manat pul miqdarını İddiaçı ödəməyi öhdəsinə götürür. İddiaçı hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan mənzilə köçürülmə və əmlak bölgüsü tələbindən imtina edir. Kollegiya proses iştirakçılarını dinləyib, barışıq sazişi və iş materiallarını tədqiq edərək hesab edir ki, barışıq sazişi təsdiq olunaraq, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair” mülki iş üzrə tərəflər arasında bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: - Cavabdeh 6 ay müddətinədək (21 iyul 2025-ci ilədək) 27500 manat pul miqdarını İddiaçı ödəməyi öhdəsinə götürür; - İddiaçı hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan mənzilə köçürülmə və əmlak bölgüsü tələbindən imtina edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1885/2024 nömrəli 29 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-425/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-425/2025
21.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver